Category: Dünya

  • ABŞ-nin Baş prokuroru istefa verdi

    Donald Tramp Pem Bondinin ABŞ Baş prokuroru vəzifəsindən istefa verdiyini elan edib.

    O, sosial media platforması “TruthSocial”da Bondinin “özəl sektorda” işə keçəcəyini bildirib. Baş prokurorun müavini Todd Blanş bu vəzifəni icra edəcək.

  • Fransalı deputat terrorçuluğa bəraət qazandırma ittihamı ilə saxlanılıb

    Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları Parisdə solçu “Təslim olmayan Fransa” partiyasından olan Avropa Parlamentinin deputatı Rima Hassanı saxlayıblar.

    Bu barədə “Le Parisien” qəzeti mənbələrə istinadən məlumat yayıb.

    Qeyd olunub ki, o “terrorçuluğa bəraət qazandırma” ittihamı ilə saxlanılıb və Parisdə nəzarət altındadır”.

    Deputatıb saxlanmasına səbəb sosial şəbəkədəki paylaşım olub. Həmin paylaşımda R.Hassan 1972-ci ilin mayında İsraildə Lod hava limanında (indiki Ben-Qurion hava limanı) baş vermiş terror aktında iştirak edən yapon terrorçu Kodzo Okamotodan bəhs edib. Paylaşım onlayn nifrətlə mübarizə üzrə Milli Mərkəzin diqqətini çəkib və araşdırma başlanılıb. Polisə ilk çağırışdan sonra deputat paylaşımı silib.

    Qəzet yazır ki, saxlanılarkən Rima Hassanın üzərindən az miqdarda sintetik narkotik vasitə aşkarlanıb və bununla bağlı ona qarşı daha bir cinayət işi başlanıb. Siyasətçinin vəkili hələlik şərh verməkdən imtina edib.

  • 54 ildən sonra aya ilk uçuş gerçəkləşdi

    ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsinin (NASA) dörd astronavtını daşıyan insanlı “Orion” kosmik gəmisi ilə “Space Launch System” (SLS) raket daşıyıcı Aya uçub.

    “Report”un məlumatına görə, yarım əsrdən çox müddətdə Yer kürəsinin təbii peykinə ilk insanlı ekspedisiyanın canlı yayımı NASA-nın rəsmi saytındadır.

    Buraxılış Con Kennedi Kosmik Mərkəzinin buraxılış meydançasından yerli vaxtla saat 18:35-də (Bakı vaxtı ilə saat 02:35) baş tutub. Missiya planına əsasən, NASA astronavtları Rid Vaysman, Kristina Kuk və Viktor Qlover Kanada Kosmik Agentliyinin nümayəndəsi Ceremi Hansen ilə birlikdə eniş etmədən Ayın səthində uçacaq və sonra Yerə qayıdacaqlar. Ekspedisiyanın ümumi müddəti 10 gün planlaşdırılır.

    Buraxılışdan təxminən bir saat yarım əvvəl mütəxəssislər uzaqdan idarəetmə sistemində nasazlıq aşkarlasalar da, problem tez bir zamanda həll edilib.

    Aya əvvəlki insanlı uçuş 1972-ci ilin dekabrında, Amerikanın “Apollon 17” Ay ekspedisiyası zamanı baş tutub.

  • General Fətəlizadə öldürüldü

    İranda “Fateh” Xüsusi Bölməsinin komandiri öldürülüb.

    “Unikal” xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.

    Briqada generalı Məhəmməd Əli Fətəlizadə ötən gün həyata keçirilən hücumlarda həlak olub.

  • “Biz müharibəyə hazırlaşırıq” – Lukaşenko

    Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsi müharibəyə hər an hazır olmalıdır.

    Onun sözlərini “BelTa” agentliyi sitat gətirib.

    Onun sözlərinə görə, Belarus ordusu daim döyüş hazırlığında olmalı və ölkəyə qarşı hər hansı bir təhdidə dərhal cavab verə bilməlidir.

    “Biz müharibəyə hazırlaşırıq. Buna görə də Silahlı Qüvvələri yaratdıq, ona görə də onları saxlayırıq”, – Lukaşenko bildirib.

    O əlavə edib ki, ordu məhz dövlət təhlükəsizliyini təmin etmək üçün mövcuddur. Eyni zamanda, Lukaşenko qeyd edib ki, respublika hərbi münaqişədə maraqlı deyil.
    //unikal.az

  • İran Hörmüz boğazından istifadə ilə bağlı müqavilə təklif edir

    “İran Avropa, Asiya və ərəb ölkələri ilə Hörmüz boğazından istifadəyə dair razılaşmalar bağlamağa hazırdır”.

    Bunu İran hökuməti yanında informasiya şurasının rəhbəri Elyas Xəzrati bildirib.

    “İran Hörmüz boğazını tam nəzarətdə saxlayır. Biz bu gün belə bir qənaətə gəldik ki, bəlkə, Hörmüz boğazı ilə bağlı müqavilə elan edək. Ondan istifadə etmək istəyən Avropa, Asiya və ərəb ölkələrini bizimlə müqavilə bağlamağa dəvət edək”, – deyə o, İran dövlət telekanalının efirində bildirib.

    Daha əvvəl ABŞ lideri Donald Tpamp xalqa müraciətində bildirmişdi ki, İranla münaqişə başa çatdıqdan sonra Hörmüz boğazında gəmiçilik tam bərpa olunacaq, xüsusilə ona görə ki, Tehran özü neft satmaqda maraqlıdır.

    Trampın iddiasına görə, ABŞ-nin Hörmüz boğazı vasitəsilə tədarükə ehtiyacı yoxdur, gəmiçiliyin bərpası ilə neft daşınması üçün ondan istifadə edən ölkələr məşğul olmalıdır.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

  • İran İordaniyada ABŞ qırıcılarına zərbə endirdiyini bildirib

    İran ordusu İordaniyadakı Əl-Əzraq bazasında yerləşdirilmiş ABŞ qırıcılarının olduğu yerə pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini bəyan edib.

    Bu barədə IRNA agentliyi məlumat yayıb.

    “Bu günün ilk saatlarında İordaniyanın Əl-Əzraq bazasında ABŞ-nin terrorçu ordusuna məxsus müasir qırıcıların yerləşdiyi əraziyə pilotsuz uçuş aparatları ilə zərbələr endirdik”, – deyə məlumatda bildirilir.

  • İranın unikal mühəndislik tikilisi dağıdıldı

    Tehranın şimal-qərbində yerləşən Kərəc şəhərinə ABŞ-İsrail hücumu zamanı İranın unikal mühəndislik konstruksiyalarından biri hesab edilən körpü dağıdılıb.

    Median.Az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əlborz əyalətinin hakimiyyət orqanları məlumat verib.

    “Bir saat əvvəl İranın mühəndislik sahəsində şah əsəri və dünyanın ən mürəkkəb tikililərindən biri hesab edilən “B1″ körpüsü İsrail və ABŞ-nin hücumu nəticəsində dağıdılıb. Nəticədə bəzi ərazilərdə elektrik kəsintiləri yaşanır”, – deyə agentlik məlumat yayıb.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

  • Ermənistanda Metsamorun işi dayandırıldı

    Dünəndən etibarən Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyəti planlı təmir işləri ilə əlaqədar beş ay müddətinə dayandırılıb.

    Bu barədə Ermənistan KİV məlumat yayıb.

    Nazirin sözlərinə əsasən, fəaliyyətin dayandırılması stansiyanın istismar müddətinin 2036-cı ilədək uzadılması məqsədilə aparılan tədbirlərlə bağlıdır. Fasilə ümumilikdə 153 gün çəkəcək, baxmayaraq ki, ənənəvi illik texniki baxış zamanı bu müddət, adətən, 45 gündən artıq olmur. Vaxtın uzun olması planlaşdırılan işlərin geniş miqyası ilə izah edilir.

    Stansiyanın baş direktoru Eduard Martirosyanın daha öncə bildirdiyi kimi, yeni sistemlərin quraşdırılması məqsədilə “Rosatom” dövlət korporasiyası ilə çərçivə sazişi imzalanıb. Başlanğıcda təmir üçün təqribən 160 gün nəzərdə tutulsa da, Rusiya tərəfi ilə aparılan danışıqlar nəticəsində müddət 140 günə qədər azaldılıb. Bununla belə, enerji blokunun fəaliyyətinin dayandırılması və yenidən istifadəyə verilməsi üçün əlavə zamana ehtiyac yaranacaq.

    İstismar müddətinin uzadılmasına yönəlmiş ikinci mərhələ çərçivəsində stansiyanın soyutma sisteminin yenilənməsi nəzərdə tutulur.

    Gələcək planlara toxunan Xudatyan qeyd edib ki, Ermənistanda inşa ediləcək yeni atom elektrik stansiyası modul tipli olacaq. Bu layihə üzrə yekun qərarın verilməsi 2026-cı ilə, ən gec isə 2027-ci ilin əvvəllərinə planlaşdırılır.

    Metsamor AES Ermənistanın elektrik enerjisinə olan tələbatının təqribən üçdəbirini ödəyir. Stansiyanın birinci bloku 1976-cı ilin dekabrında, ikinci bloku isə 1980-ci ilin yanvarında istifadəyə verilib. 1989-cu ildə baş verən Spitak zəlzələsindən sonra fəaliyyəti dayandırılan stansiyanın ikinci bloku 1995-ci ilin noyabrında yenidən işə salınıb.

    Xatırladaq ki, 2023-cü ilin dekabrında “Rosatom Service” ilə “Ermənistan Atom Elektrik Stansiyası” QSC arasında AES-in işlək müddətinin 2036-cı ilədək artırılmasına dair proqramın reallaşdırılması üçün çərçivə sazişi bağlanıb.

  • Paşinyan Rusiya səfəri barədə təəssüratını açıqladı

    Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 1-də Rusiyaya etdiyi səfərini çox uğurlu adlandırıb.

    Median.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

    “Mədəniyyətdən hərbi-texniki əməkdaşlığa qədər gündəlikdə duran bütün sahələr üzrə konkret razılaşmalar əldə etdik. Səfəri çox uğurlu hesab edirəm”, – deyə o, jurnalistlərlə söhbətində bildirib.

    Xatırladaq, Ermənistanın baş naziri aprelin 1-də Moskvaya işgüzar səfər edib. Səfər çərçivəsində Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.