Category: Dünya

  • İran daha iki casusu edam etdi

    İranda İsraillə əlaqəsi olan iki agent edam edilib.

    Bu barədə “Fars” agentliyi məlumat yayıb.

    Yaqub Kərimpur və Nasir Baqerzadə İsrail və Mossad kəşfiyyat xidməti üçün kəşfiyyat əməkdaşlığı və casusluq ittihamları ilə məhkəmədən sonra asılıblar.

    Hökmlər ölkənin Ali Məhkəməsi tərəfindən çıxarılıb.

  • ABŞ daha bir ölkədən qoşunlarını çıxarır

    Almaniyadan 5000 Amerika əsgərinin çıxarılır.

    Bu barədə xarici mətbuat yazır.

    Qeyd olunur ki, ABŞ Almaniyadan 5000 əsgərini geri çəkir, çünki Avropa müttəfiqləri ABŞ prezidentinin gözlədiyi dəstəyi ona göstərmir.

    Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl “Truth Social” sosial şəbəkəsində Almaniyadakı ABŞ hərbi kontingentinin azaldılmasını təklif etmişdi.

  • Zelenski Ermənistana səfər edəcək

    Ermənistanın baş naziri Nikol Paşinyan Ukrayna prezidenti Volodimir Zelenskinin İrəvana səfərini açıqlayıb.

    Səfər 4 may bazar ertəsi günü baş tutacaq. Həmin gün İrəvanda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.

    Zelenskinin Ermənistana səfərinin digər təfərrüatları hələlik açıqlanmayıb.

  • Yəmən sahillərində dəniz quldurları neft tankerini ələ keçiriblər

    “M/T EUREKA” tankeri Yəmən sahillərində naməlum silahlıların hücumuna məruz qalıb və ələ keçirilib.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Yəmən Sahil Mühafizəsindən məlumat verilib.

    Hadisə Şabva əyaləti sahillərində baş verib. Toqo bayrağı altında üzən, 2006-cı ildə inşa edilmiş tanker ələ keçirildikdən sonra Ədən körfəzinə, Somali sahilinə istiqamətlənib.

    Artıq tankerin yeri müəyyən edilib və ekipajın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülür.

  • Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər – İran rəsmisi AÇIQLADI

    “Sülh danışıqları nəticəsiz qaldığı üçün ABŞ və İran arasında hərbi əməliyyatlar yenidən başlaya bilər”.

    Bu barədə “Xatəm əl-Ənbiya” mərkəzi qərargah rəhbərinin müavini, general Məhəmməd Cəfər Əsədi bildirib.

    “İran ilə ABŞ arasında münaqişənin yenidən alovlanması mümkündür və mövcud məlumatlar sübut edir ki, ABŞ tərəfi heç bir razılaşma və ya vədinə əməl etmir”, – deyə general qeyd edib.

    Onun sözlərinə görə, ABŞ rəsmilərinin bəyanatları və addımları daha çox mediaya hesablanıb. Bunun əsas məqsədi neft qiymətlərinin ucuzlaşmasının qarşısını almaq və özlərini saldıqları çətin vəziyyətdən çıxış yolu tapmaqdır.

    Bununla yanaşı, Əsədi əlavə edib ki, İranın Silahlı Qüvvələri amerikalıların istənilən addımlarına qarşı tam hazırdır.

  • Gürcüstanda zəlzələ oldu

    Gürcüstanda zəlzələ baş verib.

    Geologiya İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Ninotsminda şəhərindən 22 kilometr şərqdə, Saqamo kəndi yaxınlığında yerləşib.

    Zəlzələnin gücü 3,3 bal olub.

  • Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı vilayətində yaşayış məntəqəsini nəzarətə götürüb.

    Bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, Rusiya qoşunları Sumı vilayətində Miropolye yaşayış məntəqəsini nəzarət altına alıb.

  • Rusiya aeroportlarında yeni qaydalar tətbiq olunub

    Rusiya hava limanlarında xarici akkumulyatorların daşınması ilə bağlı yeni qaydalar tətbiq edilir. Bu qaydalara əsasən, sərnişinlərə təyyarəyə özləri ilə ikidən çox “powerbank” götürməyə icazə verilməyəcək. Nəzarətin gücləndirilməsi yenilənmiş beynəlxalq təhlükəsizlik tələbləri ilə bağlıdır.

    Median.Az “Baza” “Telegram” kanalına istinadən xəbər verir ki, təhlükəsizlik xidməti əməkdaşları artıq litium batareyaların faktiki tutumunu və onların müəyyən edilmiş xüsusiyyətlərə uyğunluğunu yoxlamağa borcludurlar.

    Bu tip cihazların daşınmasına yalnız əl yükündə icazə verilir. Eyni zamanda, hər bir akkumulyator qısaqapanma riskindən qorunmalıdır.

    Bundan əlavə, təyyarə göyərtəsində cihazları doldurmaq üçün “powerbank”lardan istifadə etmək, eləcə də akkumulyatorların özlərini şarj etmək qadağan olunur.

  • Bu şəhərdə yeniyetmələr üçün komendant saatı tətbiq olundu

    Ufada 1 maydan 30 sentyabra qədər 17 yaşdan kiçik uşaqlar və yeniyetmələr üçün komendant saatı tətbiq olunacaq.

    “Unikal” xəbər verir ki, bu barədə şəhər meriyasının mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, saat 23:00-dan 06:00-dək valideynlərinin və ya qanuni nümayəndələrinin müşayiəti olmadan ictimai yerlərdə olmaq qadağan olunacaq. Qadağan olunmuş yerlərin siyahısına küçələr, uşaq və idman meydançaları, çimərliklər, parklar, həyətyanı sahələr, ictimai nəqliyyat, stansiyalar və digər oxşar obyektlər daxildir.

    Şəhər administrasiyası xəbərdarlıq edib ki, əgər polis yetkinlik yaşına çatmayan şəxsi gecə vaxtı böyüklər olmadan həbs edərsə, onun valideynləri inzibati məsuliyyətə cəlb olunacaq. Hesabat araşdırma üçün Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaya göndəriləcək.

  • Epşteyn ölümündən əvvəl məktub yazıbmış

    Amerikalı maliyyəçi Ceffri Epşteynin kamera yoldaşı Nikolas Tartalyon 2019-cu ildə onun intihar məktubunu tapıb.

    Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

    Məhbus tərəfindən aşkar edilən Epşteynin intihar qeydi hələ də ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilməyib. “The New York Times” qəzetinin məlumatına görə, sənəd məxfidir.