Category: Dünya

  • Netanyahu: “Əli Laricanini məhv etdik”

    İsrailin Baş naziri Binyamin Netanyahu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və Bəsic Təşkilatının rəhbəri Qulamrza Süleymaninin öldürüldüyünü açıqlayıb.

    Median.Az xəbər verir ki, bu barədə xarici KİV yazıb.

    “Bu səhər İranı idarə edən qanqster dəstəsi olan Əli Laricanini məhv etdik. Onunla birlikdə Bəsic komandirini də məhv etdik. Bunlar Tehran və İranın digər şəhərlərinin küçələrində xalqa qarşı terror yaradan qanqsterlərin köməkçiləridir.

    İran xalqına onu devirmək şansı vermək ümidi ilə bu rejimi zəiflədirik. Bu, birdən-birə və asanlıqla baş verməyəcək. Amma əgər biz buna davam etsək, onlara taleyini öz əllərinə almaq şansı verəcəyik”, – deyə Baş nazir qeyd edib.

    Qeyd edək ki, bu gün İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrail ordusunun hücumu nəticəsində öldürüldüyü barədə xəbərlər yayılmışdı.

  • ABŞ İrandan yaxın zamanda çıxacaq – Tramp

    ABŞ qüvvələri hazırda bölgəni tərk etməyə hazır deyil.

    Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

    “Əgər biz indi çıxsaq, onların bərpa olunması 10 il çəkər. Amma biz hələ getməyə hazır deyilik”, – deyə Tramp vurğulayıb.

    ABŞ lideri əlavə edib ki, buna baxmayaraq, ölkəsi İrandan yaxın gələcəkdə çıxmağı planlaşdırır.

    “Biz yaxın zamanda, demək olar ki, ən yaxın gələcəkdə çıxacağıq”, – deyə o qeyd edib.

  • Həkim xəstəni MRT aparatında unutdu

    Çinin Wuhan şəhərində xəstəxanada MRT müayinəsinə girən kişi 20 dəqiqəlik prosedur əvəzinə səhvən 6 saat cihazda bağlı vəziyyətdə qalıb.

    “Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, MRT-yə yerləşdirilən pasiyent növbə dəyişimi zamanı həkimin müayinəni tamamlanmış kimi qeyd etməsi və digər əməkdaşın bunu yoxlamaması səbəbindən cihazda unudulub.

    Qeyd olunur ki, Tanq soyadlı şəxs boyun ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib.

    Pasiyent yalnız səhər saatlarında təmizlik işçisinin səsini eşidib xəbər verməsi ilə azad edilib. Hadisə ilə bağlı xəstəxana məsul şəxslərin işdən uzaqlaşdırıldığını, prosedurların yenidən nəzərdən keçirildiyini və pasiyentdən üzr istənildiyini açıqlayıb.

  • Tramp Çindən bunu xahiş etdi

    ABŞ prezidenti Tramp Çindən səfərini bir ay təxirə salmasını istəyib.

    O, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

    “Biz bunu Çinlə müzakirə edirik. Getməyi çox istərdim. Amma müharibə səbəbindən burada qalmaq istəyirəm; düşünürəm ki, burada olmalıyam. Ona görə də təxminən bir ay təxirə salınmasını xahiş etdik”, – deyə Tramp izah edib.

    Daha əvvəl Tramp Çinin Hörmüz boğazının açılmasına kömək etməməsi halında səfərin ləğv edilə biləcəyinə işarə etmişdi. Buna cavab olaraq Pekin sadəcə “münaqişənin bütün tərəfləri ilə ünsiyyət saxladığını” bildirib və “gərginliyin azaldılmasına” çağırıb.

    Ağ Ev əvvəllər ABŞ prezidentinin 31 mart – 2 aprel tarixlərində Çinə səfər edəcəyini açıqlayıb.
    //unikal.az

  • Gürcüstan Patriarxı xəstəxanaya yerləşdirildi

    Gürcüstan Patriarxı II İliyanın səhhətində problem yaranıb.

    Bu barədə Gürcüstan KİV məlumat yayıb.

    Bildirilir ki, 93 yaşlı Patriarx xəstəxanaya yerləşdirilib.

  • Günəşdə növbəti güclü partlayış baş verib

    Günəşdə M sinif gücündə növbəti partlayış qeydə alınıb.

    Median.Az xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    “17 martda Moskva vaxtı ilə saat 12:04-də (Bakı vaxtı ilə saat 13:04 – red.) 4 392 Günəş ləkəsi qrupunda (S14E11) rentgen diapazonunda 25 dəqiqə davam edən M1.3 partlayışı qeydə alınıb”, – deyə açıqlamada bildirilir.

    Qeyd olunub ki, hadisə M2.8 partlayışı ilə eyni ləkəsi qrupunda baş verib və bu, Yerə plazma atılması ilə müşayiət olunub. Plazma buludunun təsiri ilə yaranan maqnit fırtınasının martın 19-da səhər başlaması gözlənilir.

    Qeyd edək ki, Günəş partlayışları yaydıqları rentgen gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi, Yer orbitində hər kvadrat metrə 10 nanovatt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçdikcə güc on dəfə artır. Alovlar Günəş plazmasının atılması ilə müşayiət oluna bilər ki, bu da Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.

  • Paşinyan son iki həftədə Təhlükəsizlik Şurasının beşinci iclasını keçirdi

    Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Təhlükəsizlik Şurasının növbəti iclasını keçirib.

    Bu barədə hökumət başçısının mətbuat katibi Nazeli Baqdasaryan sosial mediada məlumat yayıb.

    Bildirilib ki, iclasda Təhlükəsizlik Şurasının üzvlərindən başqa Prezident Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan və digər vəzifəli şəxslər də iştirak ediblər.

    İştirakçılar regiondakı vəziyyət və s. məsələlər barədə müzakirə aparıblar.

    Məlumata görə bu, İrana qarşı hərbi əməliyyatların başlamasından bəri Ermənistan Təhlükəsizlik Şurasının artıq beşinci iclasıdır.

  • İranda yüzlərlə “Starlink” terminalı ələ keçirildi

    İranda ölkə miqyasında keçirilən hərbi əməliyyatlar fonunda quraşdırılmış yüzlərlə “Starlink” peyk internet terminalı aşkarlanaraq ələ keçirilib.

    Bu barədə “Tasnim” xəbər agentliyi İslam Respublikasının Kəşfiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

    Bildirilib ki, Tramp Administrasiyası daha əvvəl – ilin əvəlində kütləvi etirazların bitməsindən sonra gizli şəkildə İrana təxminən 6 min ədəd “Starlink” peyk internet terminalı göndərib. Xəbərə görə, bu avadanlıqlar İran hökumətinin əleyhdarlarına internet blokadasını aradan qaldırmaqda kömək etmək üçün nəzərdə tutulub.

  • Yer kürəsinə güclü maqnit qasırğası yaxınlaşır: Alimlərdən xəbərdarlıq

    Martın 19-da Yer kürəsində güclü maqnit fırtınası gözlənilir.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının alimləri “Telegram” kanalında xəbərdarlıq ediblər.

    Qeyd edilir ki, qasırğanın ehtimal edilən gücü pik həddə G2-dən G3-ə (güclü) qədər təşkil edəcək və təxminən 10 saat davam edəcək.

  • Tramp: “Kubanı ələ keçirmək şərəfi mənə məxsus olacaq”

    ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Kubanı ələ keçirmək şərəfi ona məxsus olacaq.

    Median.Az TASS-a istinadən verdiyi xəbərə görə, o bu açıqlamanı Ağ Evin Oval Ofisində jurnalistlərin suallarını cavablandırarkən verib.

    “Mən həqiqətən inanıram ki, Kubanı ələ keçirmək şərəfi mənə məxsus olacaq. Bu, yaxşı olardı. Böyük bir şərəf olardı”, – deyə Ağ Ev lideri bildirib. “Kubanı ələ keçirmək” deməklə nəyi nəzərdə tutduğunu soruşduqda, Tramp müsbət cavab verib. “Bəli, ələ keçirmək, hər hansı formada olursa olsun. Yəni onu azad etsəm də, ələ keçirsəm də, həqiqəti bilmək istəyirsinizsə, onunla istədiyimi edə bilərəm”, – deyə o qeyd edib.

    O, Kubanı Venesueladakı, yoxsa İrandakı vəziyyətə daha yaxın bir ssenarinin gözlədiyini dəqiqləşdirməkdən imtina edib.

    “Bunu sizə deyə bilmərəm. Sizə deyə bilərəm ki, onlar (Havanadakı hakimiyyət – red.) bizimlə danışıqlar aparırlar”, – deyə Tramp əlavə edib.

    Xatırladaq ki, martın 13-də Kuba Prezidenti Migel Dias-Kanel Havana və Vaşinqton arasında danışıqlar aparıldığını elan edib. Dövlət başçısı qeyd edib ki, dialoqun məqsədi problemlərin həlli yollarını tapmaq, eləcə də hər iki ölkənin xalqlarının rifahı naminə konkret tədbirlər görmək istəyini müəyyən etmək və təhdidlərə qarşı mübarizə aparmaq, təhlükəsizlik və sülhü təmin etmək üçün əməkdaşlıq sahələrini müəyyən etməkdir. Dias-Kanel əlavə edib ki, Kuba bu prosesi hər iki ölkənin siyasi sistemlərinə bərabərlik və hörmət əsasında, eləcə də Havana hökumətinin suverenliyi və öz müqəddəratını təyin etməsi əsasında həyata keçirməyə hazırdır.