Category: Dünya

  • Kuba yaxınlığında güclü zəlzələ baş verib

    Kuba yaxınlığında 5.8 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.

    Mərkəzin məlumatına görə, zəlzələnin episentri təxminən 272 000 əhalisi olan Quantanamo şəhərindən 91 kilometr şərqdə olub. Zəlzələnin ocağı isə 15 kilometr dərinlikdə yerləşib.

    Xəsarət alanlar və ya dağıntılar barədə hələ ki məlumat daxil olmayıb.

  • İranın yeni ali lideri ölümdən necə xilas oldu?

    İranın yeni Ali Lideri Ayətullah Müctəba Xamenei fevralın 28-də aviazərbələrdən qısa müddət əvvəl hücuma məruz qalan binanı tərk edərək ölümdən xilas olub.

    Bu barədə bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

    Nəşr eyni hücumda həlak olan Ali Lider Ayətullah Əli Xameneinin protokol rəisi Məzahir Hüseyninin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinə verdiyi açıqlamanın audioyazısına istinad edir.

    “Bu, Allahın iradəsi idi: Müctəba bir iş üçün həyətə çıxmalı və sonra qayıtmalı idi. O, çöldə idi və artıq yuxarı mərtəbəyə qalxırdı ki, binaya raket dəydi. Həyat yoldaşı xanım Zəhra Həddad dərhal həlak oldu”, – deyə qəzet Hüseyninin sözlərinə istinadən bildirir.

    O, İranın yeni ali liderinin hücumda ayağından yüngül xəsarət aldığını, oğlunun isə öldüyünü bildirib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Müctəba Xamenei martın 8-i səhər saatlarında ali lider seçilib.

    Daha sonra İsmayıl Bəqayi Müctəba Xameneinin xəsarət alması ilə bağlı açıqlama verib.

  • Alimlər ağır koronavirusla ağciyər xərçəngi arasında əlaqəni müəyyən etdilər

    Ağır keçirilmiş COVID-19 və ya qrip infeksiyalarından illər sonra ağciyər xərçənginin yaranma ehtimalı mövcuddur.

    Bu barədə “Science Daily” məlumat yayıb.

    Tədqiqatçılar müəyyən ediblər ki, şiddətli virus infeksiyaları ağciyərlərdəki immun hüceyrələrinin strukturunu dəyişərək xroniki iltihab yarada bilir. Bu vəziyyət isə bədxassəli şişlərin yaranması və inkişafı üçün münbit şərait formalaşdırır. Analizlər nəticəsində məlum olub ki, yüksək risk qrupuna əsasən xəstəxanada (stasionar) müalicə alan şəxslər daxildir.

    Virciniya Universitetinin B.B.Karter İmmunologiya Tədqiqat Mərkəzinin həmsədri Ce Sunq qeyd edib ki, şiddətli qrip və ya koronavirus ağciyərlərdə uzunmüddətli iltihab yaradır ki, bu da gələcəkdə xərçəngin formalaşmasına zəmin hazırlayır. Alim həmçinin vurğulayıb ki, peyvəndləmə bu mənfi dəyişikliklərin və potensial xərçəng riskinin qarşısını böyük ölçüdə almağa kömək edir.

    Araşdırmalar göstərir ki, koronavirus səbəbindən xəstəxanaya yerləşdirilən şəxslərdə ağciyər xərçəngi riski 1.24 dəfə yüksəlib. Xəstəliyi yüngül keçirənlərdə isə belə bir təhlükə qeydə alınmayıb.

    Şişlərin əmələgəlmə mexanizmi laboratoriya siçanları üzərində sınaqdan keçirilib. Alimlər aşkar ediblər ki, ağır infeksiyadan sonra ağciyərləri mühafizə etməli olan immun hüceyrələri (makrofaqlar və neytrofillər) anormal fəaliyyətə başlayaraq daimi iltihab mühitini dəstəkləyirlər.

    Virciniya Universitetinin tədqiqatçı həkimi, tibb elmləri doktoru Ceffri Sturek vurğulayıb: “Əldə edilən nəticələr şiddətli respirator virus infeksiyaları keçirmiş xəstələrin gələcək sağlamlıq vəziyyətinin monitorinqi üçün olduqca vacibdir”.

  • İran XİN rəsmisi Müctəba Xameneinin son vəziyyətini AÇIQLADI

    “İranın yeni Ali Lideri Ayətullah Müctəba Xamenei sağ-salamatdır və tezliklə yeni bir müraciətlə çıxış edə bilər”.

    Bu barədə İran xarici işlər nazirinin müavini İsmayıl Bəqayi NDTV telekanalına danışıb.

    “Sizə deyə bilərəm ki, o, yaxşıdır”, – deyə Bəqayi bildirib.

    “Siz artıq onun müraciəti barədə eşitmisiniz və ümid edirəm ki, o, tezliklə ictimaiyyətə daha bir müraciət edəcək”, – İran xarici işlər nazirinin müavini vurğulayıb.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Müctəba Xamenei martın 8-i səhər saatlarında ali lider seçilib.

    Daha sonra İsmayıl Bəqayi Müctəba Xameneinin xəsarət alması ilə bağlı açıqlama verib.

  • Şri-Lankada sərt qənaət rejimi: İş günlərinin sayı azaldıldı

    Şri-Lanka hökuməti Yaxın Şərqdəki gərginlik fonunda enerji resurslarına qənaət etmək məqsədilə müvəqqəti olaraq dördgünlük iş həftəsi tətbiq edib.

    Median.Az bu barədə yerli KİV-ə istinadən xəbər verir.

    Qərara əsasən, bundan sonra məktəblər, universitetlər və bir sıra digər dövlət qurumları üçün çərşənbə günü əlavə istirahət günü hesab olunacaq.

    Bundan əlavə, rəsmi qurumlar dövlət qulluqçularını mümkün qədər işə getməkdən çəkinməyə və yanacağa qənaət etmək üçün distant (məsafədən) iş formatına üstünlük verməyə çağırıb. Martın 15-dən etibarən ölkədə yanacaq limitləri də tətbiq edilib. Belə ki, fərdi avtomobil sahiblərinə həftədə 15 litr, ictimai nəqliyyat sürücülərinə isə maksimum 200 litr yanacaq almağa icazə verilir.

    Hazırkı ehtiyatların təxminən altı həftəyə yetəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, Şri-Lanka enerji ehtiyaclarını ödəmək üçün əsasən Yaxın Şərqdən idxal edilən neftdən asılıdır.

  • Everesti fəth etmək istəyən alpinistlərə YENİ QAYDA

    Everest zirvəsini (8848.86 m) fəth etməyə çalışan alpinistlər artıq 2-ci baza düşərgəsindən (6 400 – 6 750 m) yuxarıdakı ərazilərdən ən azı 2 kiloqram zibili özləri ilə geri gətirməli olacaqlar.

    Bu barədə “The Himalayan Times” qəzeti xəbər yayıb. Nepal hakimiyyəti tərəfindən tətbiq edilən bu yeni qayda dünyanın ən yüksək zirvəsində tullantıların idarə olunmasını sərtləşdirmək məqsədi daşıyır.

    Saqarmatxa Çirklənməyə Nəzarət Komitəsindən (SPCC) bildirilib ki, alpinistlər ekspedisiya bitdikdən sonra baza düşərgəsinə onsuz da 8 kq zibil təhvil verməli idilər. İndi isə buna əlavə olaraq, zirvəyə yaxın ekstremal yüksəkliklərdən də 2 kq tullantı toplanmalıdır. 2-ci düşərgədəki SPCC əməkdaşları bu qaydaya əməl olunmasına şəxsən nəzarət edəcəklər.

    Komitənin baş direktoru Tserinq Şerpa həmçinin elan edib ki, bu mövsümdən etibarən alpinistlərin şəxsi ekskrement (nəcis) torbalarından istifadə etməsi qadağan olunur. Onlar SPCC və yerli bələdiyyə tərəfindən verilən xüsusi torbalardan istifadə etməlidirlər.

    Bu tədbirin məqsədi alpinistlərin dağda tullantı torbaları qoyub getməsinin qarşısını almaqdır. Tserinq Şerpa əlavə edib ki, verilən məcburi torbalar qeydiyyata alınacaq və alpinistlər geri qayıtdıqda həmin torbalar mütləq geri təhvil verilməlidir.

  • Çində 2000 illik spirtli içki aşkarlandı

    Çinin Henan əyalətində arxeoloji qazıntılar zamanı tapılan bürünc qabın daxilində 2 000 illik tarixi olan spirtli içki aşkar edilib.

    Bu barədə “Journal of Archaeological Science: Reports” jurnalı məlumat yayıb.

    Pekin Elm və Texnologiya Universitetinin əməkdaşı Vey Şuinin rəhbərlik etdiyi tədqiqat qrupu qabın tərkibini müəyyən etmək üçün müasir kimyəvi analiz metodlarından (qaz və maye xromatoqrafiyası) istifadə ediblər. Əldə olunan nəticələr hazırda Şərqi Asiyada geniş yayılan beş növ müasir içki, o cümlədən “huansyu” ilə müqayisə olunub.

    Kimyəvi analizlər qabda spirtli içkilərə xas olan xüsusi turşuların mövcudluğunu üzə çıxarıb. Tədqiqatçılar bu qədim içkinin darı və digər dənli bitkilərdən hazırlandığı qənaətinə gəliblər. Ehtimal olunur ki, içkinin dadını və ətrini yaxşılaşdırmaq üçün ona meyvə spirti də əlavə edilib. Bu iddia mikroskopik müayinələr nəticəsində təsdiqini tapıb.

  • Estoniya səfiri Yunanıstanda gəmi qəzasında yaralandı

    Yunanıstanın Kastellorizo adası sahillərində Avropa İttifaqının “Frontex” sərhəd agentliyinə məxsus gəmi batıb.

    Bu barədə ERT telekanalı məlumat yayıb.

    Gəmidə beş nəfər olub. Dörd Estoniya vətəndaşı, o cümlədən bu ölkənin Afinadakı səfiri və “Frontex”i təmsil edən yunan sahil mühafizə zabiti. Onların hamısı təxliyə ediliblər.

    Dörd yaralı helikopterlə Rodos adasındakı xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir.

    İlkin məlumata görə, gəmi limana daxil olarkən və ya oradan çıxarkən qayaya çırpılandan sonra çevrilib.

  • Rəsmi Tehran: “İran uzunmüddətli müharibəyə hazırdır”

    “İran hakimiyyəti uzunmüddətli döyüş əməliyyatları aparmağa hazırdır və hazırda regiondakı mövcud münaqişənin diplomatik yolla həllinə diqqət yetirmir”.

    Bu barədə “Ash-Sharq” telekanalı İranın Xarici İşlər Nazirliyinin (XİN) adı açıqlanmayan yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb.

    “İran nə qədər lazım olsa, o qədər də vuruşacaq. Hazırda rəsmi Tehran münaqişənin diplomatik yolla həllinə diqqət yetirmir”, – deyə İran XİN-in rəsmisi bildirib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • Laricaninin qızını ABŞ ilə bağlayan fakt üzə çıxdı

    İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı Fatimə Ərdəşir Laricani 2021-ci ildə Co Bayden administrasiyası dövründə yaşıl kart alıb.

    Median.Az xəbər verir ki, Daily Mail qəzetinin məlumatına görə, 2023-cü ildə ona ABŞ-ın Corciya ştatında 31 avqust 2026-cı ilə qədər qüvvədə olan tam tibbi lisenziya verilib.

    Fatimə 2017-ci ildə ABŞ-a köçüb və İndiana Universitetində klinik tədqiqatlar üzrə magistr dərəcəsi almazdan əvvəl Ohayo ştatının Klivlend şəhərindəki Universitet Xəstəxanalarında təhsil almağa başlayıb.
    Yanvarın sonlarında “Emory” Universiteti Fatimənin işinə xitam verildiyini açıqlayıb. “İranın yüksək vəzifəli hökumət məmurunun qızı olan həkim artıq “Emory” tərəfindən işə götürülmür”, – deyə universitet əlavə detalları açıqlamaqdan imtina edib.

    Onun ABŞ-ni tərk etdiyi ehtimal olunur. ABŞ Daxili Təhlükəsizlik Departamenti şərh tələblərinə cavab verməyib.

    Laricani ailəsinin Qərblə əlaqələri bundan da kənara çıxır. Belə ki, Laricaninin qardaşlarından biri, həkim Bager Ərdəşir Laricani 2017-ci ildə Kanadada daimi sakin statusu alıb. 2022-ci ildə ona ölkəni tərk etmək əmri verilib. Çünki o, beş il ərzində Kanadada tələb olunan 730 günü keçirməyib. (Unikal)