Category: Hadisə

  • Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

    Bakıda bir ailənin 3 üzvü evdə huşsuz vəziyyətdə aşkarlanıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsi ev 3-a, mənzil 48-də baş verib.

    Həmin evdə yaşayan, Gəncə şəhər sakinləri, 1968-ci il təvəllüdlü Alıyeva Ruhəngiz Abduləli qızı, 1933-cü il təvəllüdlü Alıyeva Qəmər Novruz qızı və 2006-cı il təvəllüdlü Sülymanlı Sevinc Musa qızı evlərində huşsuz vəziyyətdə aşkarlanıblar.

    Onlar dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

    Məlum olub ki, hər 3 şəxs dəm qazından zəhərlənib.

    Faktla bağlı araşdırma aparılır.

  • Nərimanov rayonunda “Toyota” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, noyabrın 18-i gecə saat 3 radələrində H.Əliyev prospektində Bakı şəhər sakini Xəyal Qayıbov idarə etdiyi “Toyota” markalı avtomobillə Şəmkir rayon sakini Elçin İslamovu vurub.

    Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

    Nərimanov RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda “Range Rover” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, noyabrın 17-i saat 17 radələrində Sumqayıt şəhəri ərazisində Şabran rayon sakini Nazim Həmidov idarə etdiyi “Range Rover” markalı avtomaşınla Xızı rayon sakini Arif Məmmədovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda körpə uşağın üzərinə qaynar su dağılıb

    Sumqayıt şəhərində 1 yaş 7 aylıq körpənin üzərinə qaynar su dağılıb.

    Median.Az “Report”a istinadən bildirir ki, hadisə 3-cü mikrorayon ərazisində baş verib.

    2017-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Rəhimova Məlahət Kamran qızı yaşadığı 3-cü mk, ev 18/33a, mənzil 21-də qaynar sudan yanıb. Onun üzərinə içi dolu çaydan dağılıb.

    Azyaşlı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Körpə vəziyyəti hazırda qənaətbəxşdir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakının məşhur restoranında yanğın: insanlar təxliyyə edildi

    Bakının mərkəzində yerləşən “Tərxun” restoranında yanğın baş verib.

    FHN-dən verilən məlumata görə, yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

    Onlardan heç biri xəsarət almayıb.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

    Faktla bağlı araşdırma aparılır.

  • Bərdədə “VAZ 21013” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, noyabrın 15-i saat 18 radələrində Bərdə şəhərində Tərtər rayon sakini Fərid Xanlarzadə idarə etdiyi “VAZ-21013” markalı avtomobillə şəhər sakini Zərniyar Abbasovanı vurub.

    Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş piyada orada ölüb.

    Bərdə RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • “Sədərək” Ticarət Mərkəzində yanğın – FOTO

    “Sədərək” Ticarət Mərkəzində yanğın başlayıb.

    Yanğının Yeni il malları satılan anbarda başladığı bildirilir.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub.

    Hazırda yanğının qarşısı alınır. Yanğın nəticəsində bir neçə mağazanın anbarına ziyan dəyib.

    Yanğının baş vermə səbəbi hələlik məlum deyil.//oxu.az


  • Maştağada qəbirqazan iş başında öldü

    Bakıda qəbirqazan kişi məzarlıqda ölüb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

    Qəsəbə ərazisindəki “Seyidlər” qəbiristanlığında Qənbər Mirsaqulu oğlu Rzayev qəbir qazan zaman özünü pis hiss edib.

    Yanındakı şəxslərə özünü pis hiss etdiyini deyən Q.Rzayev bir neçə dəqiqə sonra ölüb.

    Meyit müayinə olunub və üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Qəbələdə “Toyota” ağaca çırpılıb, sərnişin ölüb

    Median.Az xəbər verir ki, noyabrın 15-i gecə saat 1 radələrində Qəbələ şəhərində rayon sakini Rafiq Məmmədov idarə etdiyi “Toyota Prado” markalı avomaşını ağaca vurub.

    Nəticədə sərnişini, Qəbələ şəhər sakini Teymur Musayev hadisə yerində ölüb, sürücü Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Nizami rayonunda “London taxi” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, noyabrın 14-ü saat 23 radələrində Nizami rayonunun Nəsimi küçəsində Bakı şəhər sakini İsrafil Qurbanov idarə etdiyi “London taxi” markalı avtomobillə paytaxt sakini Hidayət Məmmədovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Nizami RPİ-də faktla bağlı araşdırma aparılır.