Category: Hadisə

  • Azərbaycanlı kriminal avtoritet həbsxanada öldü

    Fevralın 20-də Rusiyanın Tula şəhərində yerləşən həbsxanada kriminal aləmdə “Abbas Tulskiy” adı ilə tanınan Abbasqulu Poladov vəfat edib.

    Qaynarinfo xəbər verir ki, Abbas Tulskiy (Gəncinskiy) adı ilə tanınan məşhur gəncəli kriminal avtoritet Abbasqulu Poladovun səhhətində ciddi problemləri olub. O, şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.

    Qeyd edək ki, Abbasqulu Poladov 1971-ci il yanvar ayının 21-də Gəncə şəhərində anadan olub. “Abbas Tulskiy”in cənazəsi Gəncəyə gətirilərək doğulduğu şəhərdə torpağa tapşırılıb.

  • Bakıda 14 yaşlı oğlan faciəvi şəkildə öldü

    Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

    APA-nın məlumatına görə, paytaxtın Binəqədi rayonunun Binəqədi qəsəbəsi, 1-ci Mədən ərazisində fərdi evlərdən birində yaşayan, 2004-cü il təvəllüdlü Tural İlham oğlu Abdullayev yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

    Faktla bağlı cinayət işi başlanıb, araşdıra aparılır.

  • Ata körpələrini xilas etdi, özü isə yandı – Bərdədə kino kimi HADİSƏ – VİDEO

    Bərdə rayonunun Lək kəndində fərdi yaşayış evi yanıb.

    Niyammədin Kərimova məxsus evin iki otağı elektrik naqillərində baş vermiş qısa qapanmadan yanıb.

    Hadisə zamanı evdə olan iki azyaşlı körpəni alovdan xilas edən N.Kərimov yanıq xəsarəti alıb. Yanğın FHN-in Yanğın Mühafizə Xidməti tərəfindən söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda dəhşətli qəza – “Tır” yolun ortasında partladı (VİDEO)

    Bakı-Quba yolunda dəhşətli qəza baş verib.

    Bakı-Quba yolunun 85-ci km-də, Zarat kəndi yaxınlığında partlayışla nəticələnən qəza baş verib.

    Hadisə şahidlərinin azxeber.com-a verdiyi məlumata görə hərəkətdə olan yüklə dolu “Tır”qəzaya uğrayıb. Qəzadan sonra “Tır”da partlayış baş verib və yükdaşıyan avtomobil tamamilə yararsız vəziyyətə düşüb.

    Məlumata görə, “TIR”ın sürücüsünün vəziyyətinin çox ağır olduğu bildirilir.

    Həmin görüntüləri təqdim edirik:

  • Beyləqanda ağır qəza: Ölənlər var – YENİLƏNİB + FOTO

    Beyləqan rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub.

    Median.Az Report-a istinadən xəbər verir ki, “VAZ-2107” markalı və “BMW” markalı avtomobillər toqquşub.

    Nəticədə 1972-ci il təvəllüdlü Etibar Abdullayevin idarə etdiyi 90 FK 510 dövlət qeydiyyat nömrə nişanlı “VAZ-2107” markalı avtomobil deformasiyaya uğrayıb.

    Avtomobilin sürücüsü E.Abdullayev və onun sərnişini 1978-ci il təvəllüdlü Arif İmrəliyev hadisə yerində ölüb.

    Hadisə zamanı 1987-ci il təvəllüdlü Kənan Mirzəyevin idarə etdiyi 10 TO 725 dövlət qeydiyyat nömrə nişanlı, “BMW” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin, 1989-cu il təvəllüdlü Elnur Bəndəliyev, digər iki “VAZ-2107” markalı avtomobillərin sürücüləri – Nəsimi Allahverdiyev və Cəmil Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstyəxanasına çatdırılıb.

    * * * * *

    Beyləqanda zəncirvari qəza nəticəsində iki nəfər ölüb.

    FHN-dən oxu.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunda üç ədəd “VAZ” markalı avtomobil və “BMW” markalı avtomobilin toqquşması barədə məlumat daxil olub.

    Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1970-ci il təvəllüdlü Abdullayev Etibar Kamal oğlu və sərnişin, 1976-ci il təvəllüdlü İmrəliyev Arif Vaqif oğlunun cəsədlərini deformasiyaya uğramış “VAZ” markalı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

    Faktla bağlı araşdırma aparılır.









  • Bakıda faciə: məktəbli qızın meyiti tapıldı

    Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

    Median.Az-in lent.az-a istinadən verdiyi məlumata görə, Yasamal rayonu 2-ci Alatava qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Qabulova Çimnaz Elşən qızı hamam otağında olarkən dəm qazından zəhərlənib. 15 yaşlı qızın meyitini yaxınları aşkarlayıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

    Qeyd edək ki, vəfat edən 15 yaşlı Çimnaz Qabulova orta məktəbin 9-cu sinif şagirdi olub.

  • Bakıda əri xəyanət edən qadından gözlənilməz hərəkət

    Bakıda gənc qadın intihara cəhd göstərib.

    “Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

    1989-cu il təvəllüdü T.A (ad və soyad şərtidir) 4 ədəd iynəni udaraq intihara cəhd edib. Lakin evdə olan ailə üzvləri T.A-nı dərhal xəstəxanaya çatdırıb. İynələr cərrahi əməliyyat yolu ilə onun bədənindən çıxarılıb.

    Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

    Xəsarət alan şəxsin yaxınları bildirib ki, T.A-nın intihara cəhd göstərməsinə səbəb onun həyat yoldaşının başqa qadınla görüşməsi olub.

  • Sumqayıtda yaşayış binasının lifti qırılıb, xəsarət alanlar var – FOTO

    Sumqayıt şəhərində çoxmərtəbəli binanın lifti qırılıb, üç nəfər ağır xəsarət alıb.

    Median.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin 47-ci məhəlləsində baş verib.

    Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb. Hadisə nəticəsində üç nəfər –1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli səkkizinci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar.

    Yaralılar yerli sakinlərin köməyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.




  • Penitensiar Xidmətin binasında yanğın başlayıb

    Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin inzibati binasında yanğın başlayıb.

    APA-nın xəbərinə görə, Nəsimi rayonu, Nizami küçəsində yerləşən binada yanğını söndürmək üçün yanğınsöndürmə briqadaları cəlb olunub.

    Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

  • Bakıda “28 Mall” ticarət mərkəzi yaxınlığında bədbəxt hadisə (VİDEO)

    Bakıda “28 Mall” ticarət mərkəzi yaxınlığında bədbəxt hadisə baş verib.

    Baku.ws-in məlumatına görə, ticarət mərkəzi yaxınlığında bir gənc oğlan qıcolma keçirərək huşunu itirib və yerə yıxılıb.

    Hadisə nəticəsində gəncin başı yerə dəyib və xəsarət alıb.

    Dərhal hadisə yerinə təcili yardım briqadası çağırılıb. Ətrafdakı insanlar həkimlər gələnə kimi gəncə ilkin tibbi yardım göstərib və onu ayıldıb.

    Hadisənin görüntüsünü təqdim edirik: