Bakıda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, Novxanı bağ massivində yerləşən villada gözətçi işləyən Mustafayev Ceyhun Eyvaz oğlu özünü asaraq intihar edib. O, evin zirzəmisində qara rəngli iplə özünü asıb.
Oxşar hadisə Xaçmazda da qeydə alınıb. Rayon mərkəzində yerləşən “Yelkən” kişi geyimləri mağazasında satıcı işləyən 1981-ci il təvəllüdlü Cəbrayılov Səxavət Alik oğlu özünü bel kəməri ilə asıb. Onun asılı vəziyyətdə qalmış meyiti işlədiyi yerdə aşkarlanıb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci( özünü öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Rusiyada baş verən güclü yanğın zamanı azərbaycanlı ailənin üzvləri yanaraq ölüb.
Hadisə dünən Orenburq şəhərində, Salmışskaya küçəsində, yaşayış binasının 9-cu mərtəbəsində baş verib.
Hadisə zamanı bir ailənin 4 üzvü yanaraq ölüb. Onlardan 2-i (3 yaşlı qız və 6 yaşlı oğlan) uşaqdır.
Yağın söndürüləndən sonra əvvəlcə mənzildə iki kişi meyiti aşkarlanıb. Xəstəxanaya aparılarkən isə yolda iki azyaşlı da dünyasını dəyişib.
“Orenburq Bezformata” portalı yazıb ki, yanğın zamanı xəsarət alan daha 4 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü qadın, 1-i uşaqdır. Yaralıların vəziyyəti ağırdır.
“RİA56” portalı isə qonşuların sözlərinə istinadən bildirib ki, bu ailədə 2016-cı ildə daha bir faciə yaşanıb. Belə ki, həmin ilin mayında azyaşlı yuxarı mərtəbədən yıxılıb. Həmin vaxt uşaq sağ qalıb, lakin ciddi xəsarətlər alıb.
* * * * * Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində azərbaycanlı ailə ölüb.
Median.Az-ın məlumatına görə, bu barədə APA-ya Orenburqdaki Azerbaycan diasporunun rəhbəri Yaşar Məsimov bildirib.
Məlumata görə, yanğın fevralın 12-si, yerli vaxtla saat 13:54-də Orenburq şəhəri, Salmışskaya küçəsi, ev 58/1-də, 9-cu mərtəbədə qeydə alınıb. Yanğın nəticəsində ikisi uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Hazırda ölənlərdən ikisinin adı məlumdur. Bunlar Namiq Quliyev və onun azyaşlı qızı Leyladır.
Hazırda hadisə yerində istintaq qrupu işləyir, hadisənin səbəbləri araşdırılır.
APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə Suvagil kəndində qeydə alınıb.
Dörd gün əvvəl kəndə gəlin gələn, 1994-cü il təvəllüdlü Naimə Zahid qızı Eminovanın vəziyyəti qəfildən pisləşib, o, xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, N. Eminova xəstəxanada ölüb.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA-nın yerli bürosuna bildirilib ki, N. Eminova xəstəxanaya daxil olarkən ona ilkin olaraq qida zəhərlənməsi diaqnozu qoyulub. Lakin ölümün səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.
Ekspertizanın rəyi açıqlandıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
Faktla bağlı Zaqatala rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Nahimov küçəsində yerləşən narkoloji dispanserdə intihara cəhd qeydə alınıb.
Bu barədə oxu.az-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.
Ötən gün axşam saat 22:00 radələrində əvvəllər Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) və 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddələri məhkum olunmuş 1983-cü il təvəllüdlü Quliyev Xəyyam Yusif oğlu palatada özünü asmaq istəyib.
Xoşbəxtlikdən dispanserin işçiləri vaxtında müdaxilə edərək Quliyevin həyatını xilas ediblər.
İlkin ehtimala görə, X.Quliyev narkoloji asılılıqdan yaranan ağrılara dözməyərək intihara əl atıb.
Fevralın 9-na keçən gecə Salyan rayonunun Xıdırlı kəndində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Median.Az Lent.az-a istinadən xəbər verir ki, özünü çöl qapısının çərçivəsindən asaraq intihar edən 26 yaşlı Azayev Nurlan Vahid oğlu subay olub və fərdi əməklə məşğul imiş.
Bildirilir ki, fevralın 8-də dənizdən balıq tutmaqdan gələn gənc oğlan evdə nahar edəndən sonra balıqçı dostları ilə görüşməyə gedib və orada yeyib-içiblər. O, dostlarına qayığının motorunun xarab olduğunu və təmir etdirəcəyini deyib. Gecə saat 2 radələrində sərxoş vəziyyətdə evə gələn Nurlan giriş qapısından özünü asıb və bir neçə saat sonra yaxınları onun asılı vəziyyətdə qalmış meyitini aşkar edib. Yaxınlarının sözlərinə görə, Nurlanın daimi işi olmayıb.
Qeyd edək ki, bu hadisə son 6 ayda Salyanın Xıdırlı kəndindəki 3-cü intihar hadisəsidir. Keçən ilin sentyabrında 21 yaşlı kənd sakini Əsədov Emin Məhərrəm oğlu, oktyabrda isə 1986-cı il təvəllüdlü Göyüşova Kəmalə İkram qızı özünü asaraq intihar edib.
Lent.az xəbər verir ki, rayonun Seyidqışlaq kənd sakini, 1968-ci il təvəllüdlü Qədirov Elman İlyas oğlu özünü kəndin yaxınlığındakı meşə sahəsində asıb. Onun hansı səbəbdən həyatına son qoyması məlum deyil.
Faktla bağlı Qəbələ rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Bakıda narkotik aludəçisi yüksək dozalı narkotik qəbul edərək ölüb.
Daxili İşlər Nazirliyindən Baku.ws-ə bildiriblər ki, fevralın 6-da Pirallahı rayonunun S.Vurğun küçəsində yaşayan qəsəbə sakini İlya Lyaxın meyitinin mənzilində tapılması barədə daxil olan məlumat əsasında Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər aparılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Mənzilə baxış zamanı, həmçinin içərisində narkotik vasitəyə bənzər maddə olan 5 bağlama və 2 büküm aşkar edilib götürülərək ekspertizaya təqdim olunub.
Həmin bağlama və bükümlərdəki maddələrin çəkisi 1 kiloqram 116 qram heroin və 2 kiloqram 205 qram marixuana olması müəyyən edilib. İ.Lyaxın yüksək dozada narkotik vasitənin qəbulunun təsirindən ölməsi ehtimal edilir.
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Ötən gecə Bayıl qəsəbəsində yerləşən fərdi evdə 1993-cü il təvəllüdlü İsmayıl İsmayılov hamam otağında olarkən dəm qazından boğulub. Ailə üzvləri onun zəhərlənməsindən xəbər tutanda artıq gec olub.
Faktla bağlı araşdırmalara başlanılıb.
Vəfat edən gənc oğlan ailənin tək oğul övladı imiş. Onun bəzi fotolarını təqdim edirik.(lent.az)