Category: Hadisə

  • Azərbaycanda məktəbdə yanğın

    Qubada yanğın olub

    APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın Birinci Nügədi kənd məktəbində yanğın barədə Fövqəladə Hallar Nazirliyinin Quba Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub.

    Əraziyə yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

    Məktəbdən APA-nın yerli bürosuna bildirilib ki, məktəbin zirzəmisində tüstülənmə qeydə alınıb. Məktəb şagirdlərinin köməkliyi ilə yanğının qarşısı alınıb. Təhlükəsizlik qaydalarına görə, FHN-nə məlumat verilib.

    Nazirliyinin əməkdaşları əraziyə baxış keçiriblər, təhlükənin qarşısı alınıb.

  • ATU-nun tələbəsi dərs zamanı ağır xəsarət aldı

    Azərbaycan Texniki Universitetində (AzTU) tələbə boyun nahiyəsindən kəsilmiş xəsarətlər alıb.
    Hadisə ötən gün dərs saatında baş verib.

    Məlumata görə, 1999-cu il təvəllüdlü Əsədov Xalid Şücaət oğlu idman dərsi zamanı, universitetin idman zalında nəzarətsiz şəkildə dəmir alətlə məşq edib. Bu zaman tələbənin əlindəki küt dəmir alət onun boynuna dəyib. Tələbə boyunun ön səthinin əzilmiş və kəsilmiş xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

    Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. (report)

  • Bakıda güclü PARTLAYIŞ: Yol bağlanıb, ətrafı tüstü bürüyüb – VİDEO

    Bakının Xətai rayonunda yerləşən keçmiş radizavod ərazisində patlayış olub. Hadisə bu gün axşam saat 19:10 radələrində baş verib

    Bu barədə Baku.ws-ə hadisə şahidləri məlumat veriblər. Məlumata görə, hazırda həmin istiqamətdə yol bağlanıb, əraziyə xeyli sayda yanğınsöndürən, təcili yardım və patrul maşınları gəlib. Sakinlərin dediyinə gərə, partlayıın təsirtindən yaxınlıqdakı üçmərtəbəli yaşayış evinin işərisindəki əşyalar dağılıb.

    Hazırda ərazidə qatı tüstü müşahidə olunur. Hələlik hadisə barədə rəsmi açılqlama verilməyib.

  • AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ: Yeni doğulmuş körpə yanaraq öldü

    Beyləqan rayonunda yeni doğulmuş körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, rayonun Şahsevən kəndində evlərdən birində yanğın olub. Belə ki, mənzilin pəncərəsinin pərdəsi sobanın üstünə düşüb və yanğın başlayıb. Yanğın qısa müddətdə pərdənin yanındakı divana keçib və bu zaman divanda yatan 2017-ci ildə anadan olmuş və hələ ayaq açmamış Fərəcli Həbib Nurlan oğlu yanaraq ölüb. Ailə üzvləri yanğından xəbər tutanda artıq gec olub.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  • Bakıda güclü yanğın başlayıb – FOTO + YENİLƏNİB

    Bakı şəhəri, Nərimanov rayonunda dəmir tullantılarının qəbulu məntəqəsinin ərazisində məişət tullantıları və rezin qalıqları (şinlər) yanır.

    Bu barədə oxu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Məlumata görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

    * * * * *

    Bakının Nərimanov rayonunda güclü yanğın başlayıb.

    Hadisə şahidlərin oxu.az-a verdiyi məlumata görə, yanğın rayonun Keşlə qəsəbəsində yerləşən zavodların birində baş verib.




  • Bakıda vəzifəli şəxs vəfat etdi

    Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiri Nazim Həsənov vəfat edib.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, 54 yaşlı şöbə müdiri ürək xəstəliyi səbəbindən dünyasını dəyişib.

    Qeyd edək ki, Nazim Həsənov xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2011-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

  • Bakının mərkəzində təhlükəli hadisə: ərəb turist ağır yaralandı

    Bakıda müşahidə edilən güclü külək 1 nəfərin xəsarət almasına səbəb olub.

    Median.Az-in “Report”a istinadən verdiyi məlumata görə, Küveytdən olan 1990-ci il təvəllüdlü turist Fəhad Saəd Abdullah Nizami küçəsi ilə gəzişərkən əsən güclü külək nəticəsində başına reklam löhvəsi düşüb.

    Nəticədə o, qapalı kəllə-beyin travması alıb. Yaralı “təcili yardım” maşını vasitəsilə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

  • Ofisiant oğlan özünü asdı

    Quba rayonunda 21 yaşlı oğlan özünü asaraq intihar edib. “Report”un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Qəçrəş kəndində qeydə alınıb. Belə ki, kənd sakini,1997-ci il təvəllüdlü Xanmədov Kamal Bəxtiyar oğlu “Dostluq” kafesində özünü asıb. K.Xanmədov həmin kafedə ofisant işləyirmiş.

    Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Zaqatalada biznesmen nişan günü öldü

    Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə, saat 00:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun Zaqatala şəhəri ərazisində keçən hissəsində baş verib.

    Zaqatala şəhər sakini, 1983-cü il təvəllüdlü Əhməd Nizami oğlu Həsənov idarə etdiyi “Mercedes” markalı, 10-ZS-062 dövlət nömrə nişanlı avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yol ayrıcındakı beton maneəyə çırpıb.

    Qəza nəticəsində Əhməd Həsənov aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

    Qeyd edək ki, Əhməd Həsənov Rusiyada bizneslə məşğul olub. Bir neçə gün əvvəl ailə qurmaq məqsədilə doğulduğu Zaqatala şəhərinə gəlib. Hadisə baş verən gün isə mərhumun nişan mərasimi olub.

    Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Sumqayıtda 18 yaşlı hamilə qadın evində ölü tapıldı – FOTO

    Sumqayıt şəhərində 18 yaşlı hamilə qadın evində ölü tapılıb.

    Median.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin “Betonzavod” ərazisində, gecəqondu məhəllələrindən birində baş verib.

    Belə ki, həmin ünvanda yaşayan, 2000-ci il təvəllüdlü Gülbəniz Niyazi qızı Şahbazovanın meyiti yaşadığı mənzildə aşkarlanıb. Onun cansız bədənini mərhumun ailə üzvləri hamam otağında aşkarlayıblar.

    Qeyd edək ki, 18 yaşlı gəlin dünyasını dəyişərkən bir neçə aylıq hamilə olub. 
    Faktla bağlı araşdırma aparılır.