Category: Hadisə

  • Əməkdar artisti toyda “TOK” VURDU – 14 saat komada qaldı – FOTO

    Dünən “5/5” verilişinin qonağı olan Yusif Mustafayev toyda başına gələn xoşagəlməz hadisədən danışıb.

    Əməkdar artist canlı yayımda bu etirafı ilə hər kəsi təəccübləndirib.

    Sözügedən açıqlamanı təqdim edirik:

    “1981-ci ilin aprelin 28-ində indiki “Heydər Əliyev” adına sarayda konsert var idi. Orada ifa etdim. Çox zil səsim var idi, böyük bir zənguləm var idi. Mayın 1-ində kəndə getdim, yoldaşım kənddə idi. Oradan Salyana toya gəldim. Bu hadisə də orada oldu. Onu bilirəm ki, 14 saat komada qalmışam. Deməli, axşam saat 7-də oldu bu hadisə. Toy təzə başlayırdı. Sabah səhər saat 10-da gözümü açdım ki, atam, əmim durub başımın üstündə. Mən onda elə bir bəlaya gəldim. Amma o “tok” vurmasının bir yaxşı xüsusiyyəti var. O vaxtdan bir dənə də ağrı-acım yoxdur. Dişlərim hamısı özümündür”./milli.az

  • Məhkəmənin qarşısında üstünə benzin töküb yandırdı – AZƏRBAYCANDA

    Biləsuvar sakini özünü yandırıb.

    Lent.az xəbər verir ki, dünən günorta saatlarında rayonun Günəşli kənd sakini, 1971-ci il təvəllüdlü İmanov Eldar Allahşükür oğlu Biləsuvar rayon Məhkəməsinin qarşısında üstünə benzin tökərək özünə od vurub. O, ağır vəziyyətdə rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. E.İmanov daha sonra Bakıdakı xəstəxanalardan birinə köçürülüb.

    Bildirilir ki, E.İmanov barəsində Biləsuvar rayon Məhkəməsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə işə baxılırmış. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda dəhşət: qatarın altında qalıb öldü

    Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

    Median.Az-in lent.az-a istinadən verdiyi məlumata görə, Binəqədi rayonu ərazisində – Biləcəri dəmir yolu vağzalının yaxınlığında 1956-cı il təvəllüdlü Mövlanov Dövlət Allahverdi oğlu yük qatarının altında qalıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 62 yaşlı kişi həkimlərin səyinə baxmayaraq vəfat edib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci maddəsi ( Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə iş başlanılıb. Araşdırma aparılır.

  • Azərbaycanda 27 yaşlı oğlan intihar edib

    Şabran rayonunda 27 yaşlı oğlan intihar edib.

    “Report”un şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qəndov kəndində baş verib.

    Kənd sakini 1991-ci il təvəllüdlü Gündüz Vaqif oğlu Seyidov yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

    Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

  • Bakıda partlayışda xəsarət alan şəxs ölüb

    Yanvarın 27-də, səhər saatlarında Bakının Dilarə Əliyeva küçəsi 18-də baş vermiş baş vermiş partlayış nəticəsində xəsarət alan şəxs dünyasını dəyişib.

    Median.Az-ın xəbərinə görə, bu barədə Trend-ə açıqılamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov məlumat verib.

    Baş həkim bildirib ki, hadisə nəticəsində mərkəzə daxil olan 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlunun bədəninin 90 faizi yanmış vəziyyətdə olub. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Z.Mahmudov aldığı xəsarətlərdən mərkəzdə dünyasını dəyişib.

    Xatırladaq ki, yanvarın 27-də səhər saatlarında Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri-yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib.

    Nəticədə, binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 m2 olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavanı) dağılıb, qapı-pəncərələri çərçivədən çıxıb, binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınıb. Partlayış dalğasının təsirindən 100-150 metr əraziyə dağılmış dəftərxana ləvazımatları qismən yanıb. Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.

  • Bakıda dəhşətli intihar: özünü 22-ci mərtəbədən atdı

    Bakıda intihar olub.

    Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Zərdabi küçəsi 593-cü məhəllədə qeydə alınıb.

    Həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının sakini, 1987-ci il təvəllüdlü Nicat Rafael oğlu Vəliyev özünü 22-ci mərtəbədən atıb.

    O, yerindəcə keçinib. N. Vəliyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

  • Bakının mərkəzində “Hyundai” yandı – VİDEO

    Bakıda yanğınla nəticələnən yol qəzası baş verib.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) oxu.az-a verilən məlumata görə, Bakının Xətai rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.

    Nəticədə yanğın hadisəsi baş verib və avtomobilin yanar hissələri yanıb. Yaxınlıqda olan avtomobil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanda mikroavtobus aşdı, 3 nəfər xəstəxanaya yerləşdirildi

    Tovuzda toya gedən mikroavtobus qəzaya uğrayıb.

    Median.Az Trend-ə məlumatına görə, Goranboy rayonundan gələn Ford markalı mikroavtobus Tovuz rayonunun Böyükqışlaq kəndi ərazisində idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 3 nəfər ağır xəsarət alıb.

    Goranboy rayon sakinləri, 1999-cu il təvəllüdlü Xeyrullayeva Zinyət Halay qızı, 1951-ci il təvəllüdlü Əliyeva Səmayə Dünyamalı qızı və 1967-ci il təvəllüdlü Qasımova Ceyran Mədət qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

  • Bakıda özünü öldürmək istəyən şəxs xilas edilib

    Bakıda intihara cəhdin qarşısı alınıb.

    Fövqəladə Hallar Nazirliyindən oxu.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər intihar etmək məqsədilə çoxmərtəbəli yaşayış binasının damına çıxıb.

    Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən intihar cəhdinin qarşısı alınıb.

  • Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

    Bakının Xətai rayonunda yanğın olub.

    Median.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində, pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 8 ədəd sayğac və 15 p.m elektrik kabeli yanıb.

    Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.