Category: Hadisə

  • İsmayıllıda ərəb turistləri daşıyan avtomobil aşdı

    İsmayıllı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, İsmayıllı-Qəbələ yolunun Topçu kəndindən keçən hissəsində Bakı sakini, 1978-ci il təvəllüdlü Bağırov Elbəy Eldar oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

    Nəticədə sürücü E.Bağırov, sərnişinləri olan ərəb turistlər – 1987-ci il təvəllüdlü Al İbrahim və 1995-ci il təvəllüdlü Al Mer Zeynab müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

    Qeyd edək ki, ərəb turistlər Bakıdan Qəbələyə istirahətə gedirmişlər.

  • Bərdədə altı yaşlı qız evdə yanğın zamanı öldü

    Bərdə rayonunun Güloğlular kəndində ümumi sahəsi 44 m2 olan birmərtəbəli, iki otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 22 m2 sahədə yanıb.

    Yanğın kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədi aşkar olunub.

    Yanğın zamanı bir nəfər müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən Bərdə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.

  • Bakıda qəza böyük tıxaca səbəb oldu – VİDEO

    Bakıda qəza böyük tıxaca səbəb oldu – VİDEO

    Bakının mərkəzində yol nəqliyyat hadisəsi baş verib.

    Oxu.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Həsən Əliyev küçəsində “Volkswagen Passat” markalı avtomobil ilə “Mitsubishi Pajero” markalı nəqliyyat vasitəsi toqquşub.

    Qəza nəticəsində xəsarət alan olmasa da, ərazində böyük tıxac yaranıb.

  • SOSİAL Lənkərandakı dəhşətli qəzanın görüntüləri – VİDEO

    Bakı-Lənkəran sərnişin mikroavtobusu qəzaya düşüb.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində Ələt-Astara magistralının Lənkəranın Ürgə kəndi ərazisindən keçən hissəsində baş verib.

    Lənkəran-Bakı reysi üzrə hərəkətdə olan “Ford” markalı sərnişin mikroavtobusu “KİA” markalı avtomobillə toqquşub. Toqquşma zamanı mikroavtobus yolun kənarına aşıb, nəticədə mikroavtobusda olan sərnişinlərdən 9 nəfəri xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Qəza zamanı xəsarət alanlar Lənkəran rayonunun Bəliton kənd sakini 58 yaşlı Bəsdiqız Abbasova, onun oğlu, 25 yaşlı Rəşid Abbasov, Lənkəran şəhər sakini, 62 yaşlı Adıgözəl Rzayev, onun həyat yoldaşı, 59 yaşlı Şahnaz Rzayeva, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 43 yaşlı İlhamə Hüseynova, Lənkəran rayonunun Vilvan kənd sakini, 18 yaşlı Əli Həsənov, Lənkəran şəhər sakini, 67 yaşlı Namiq Qarayev, Bakı şəhər sakini, 23 yaşlı Samirə Rzayeva və 23 yaşlı Rəşad Rzayevdir.

    Ehtiram Qənbərov (Mikroavtobusun sürücüsü): “Saat 12:00 radələrində Bakıya çıxırdım. Göyşəbanın dairəsini keçəndən sona üzü Ürgə kəndinə tərəf gedirdim. Yolun kənarında xarici maşın dayanmışdı. Mən onu ötən vaxtı o, qarşıda döndü. Dönən kimi mən öz maşınımı saxlaya bilmədim, maşın aşdı”.

    Qeyd edək ki, “KİA” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

  • Bələdiyyə hasarının altında qaldı, maraqlanan olmadı

    Xəbər verildiyi kimi, yanvarın 9-da güclü külək nəticəsində Binəqədi rayon bələdiyyəsinə məxsus qarajın hasarı 1992-ci il təvəllüdlü Əhməd Fərman oğlu Əliyevin üzərinə aşıb. Daşların arasında sıxışıb qalan Əliyevi yaxınlıqdakı evlərin sakinləri xilas ediblər. Gəncin onurğası, qolu sınıb, ayaqlarından ciddi xəsarət alıb.

    Əhmədin yaxınları Binəqədi bələdiyyəsindən şikayətçidirlər. Onların sözlərinə görə, hasarın qəzalı olması ilə bağlı hələ bir neçə ay əvvəldən məlumat verilib, lakin bələdiyyə şikayətlərə reaksiya verməyib.

    “Hasar elə vəziyyətdə idi ki, hər an uça bilərdi. Yaxınlıqda yaşayanlar bu barədə Binəqədi rayon bələdiyyəsinə məlumat vermişdilər. Görünür, tədbir görmək üçün hansısa bədbəxt hadisənin olmasını gözləyiblər. Buna görə də, bələdiyyə rəhbərliyinin məsuliyyətə cəlb olunmasını istəyirik “, – sözlərini şikayətçilər virtualaz.org saytına bildiriblər.

    Qonşular deyirlər ki, Əhməd bir saata yaxın daşların arasında qalıb: “Ayağına mismar, dəmir batmışdı, qan itirmişdi. Görünür, köməyə adam çağırıb, amma eşidən olmayıb. Mən təsadüfən keçəndə zəif inilti eşitdim, gördüm ki, bir nəfər daşların arasında qalıb. Daşları güclə kənara çəkdim, sonra qonşuları köməyə çağırdım. Qonşuların köməyi ilə çuxurdan çəkib çıxardıq”.

    Əhməd hazırda 1 saylı şəhər xəstəxanasında müalicə alır. Həkimlər vəziyyətini orta-ağır qiymətləndirirlər. Onurğasından ciddi zədə aldığından tərpənə bilmir. Uzun müddət müalicə almalıdır. Yaxınları söyləyirlər ki, hadisə baş verən gündən indiyə kimi Binəqədi bələdiyyəsindən Əhmədin vəziyyəti ilə maraqlanmayıblar. Hətta hadisənin hansı şəraitdə baş verdiyi də araşdırılmır. “Bu bədbəxt hadisə kimi qiymətləndirilə bilməz. Hasarın küləyə dözməyəcəyi əvvəldən bəlli idi. Buna görə də, araşdırma aparılmasını, ədalətli qərar çıxarılmasını gözləyirik”, – şikayətdə deyilir./bizimyol.info

  • Bakının mərkəzində faciə: meyiti iş yerində tapıldı

    Bakı sakini iş yerində vəfat edib. Lent.az xəbər verir ki, paytaxt sakini, 1973-cü il təvəllüdlü Məmmədov Ruslan Ravil oğlundan xəbər ala bilməyən yaxınları gecə saatlarında onun Yusif Məmmədəliyev küçəsində yerləşən iş yerinə gəliblər. Burada R.Məmmədovun meyiti aşkarlanıb.

    İlkin müayinə zamanı 45 yaşlı kişinin cəsədi üzərində zorakılıq əlaməti aşkarlanmayıb.

    Araşdırma aparılır.

  • Bakı metrosunda qatarın vurduğu sərnişinin dəhşətli görüntüsü – FOTO

    Bakı metrosunda qatarın vurduğu yaşlı kişinin görüntüsü ortaya çıxıb.

    Baku.ws-in “qaynar xəttinə” göndərilən görüntüdə yaşlı kişinin huşsuz vəziyyəti əks olunub.

    Hadisə bir qədər əvvəl Həzi Aslanov – Dərnəgül üzrə 28 nömrəli metro xəttində baş verib. Bakı Metropoliteni QSC mətbut xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Baku.ws-ə bildirib ki, 9:18-də təxminən 50 yaşlı kişi Qara Qarayev stansiyasında özünü relslərin üstünə atmaq istəyib.

    Lakin, qatar yaşlı kişini vuraraq platformaya atıb. Təcili Tibbi Yardım gələrək kişiyə ilkin tibbi yardım göstərib.

    Faktla bağlı araşdırma aparılır.


  • Xırdalanda yataqxana yanır

    Xırdalanda yataqxana yanır

    Xırdalanda yataqxana binasında yanğın başlayıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, 3 mərtəbəli yataqxana binasının üçüncü mərtəbəsindəki mənzillərdən birində başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

  • Lənkəranda iki uşaq atası özünü asdı

    Lənkəranda iki uşaq atası özünü asdı

    Lənkəran rayonunda gənc oğlan intihar edib.

    Median.Az “Report”a istinadən məlumatına görə, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib.

    Belə ki, kənd sakini,1990-cı il təvəllüdlü Şərafəddin Rafael oğlu İsmayılov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
    Onun meyitini asılmış vəziyyətdə atası görüb. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər Şöbəsinə yerləşdirilib.

    Qeyd edək ki, Ş.İsmayılov iki uşaq atası olub. Onun ailəsi ilə probleminin olduğu və bu səbəbdən intihar etdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə kişi arvadı ilə dalaşıb binanın damına çıxdı – VİDEO

    Гянджинец поссорился с женой и решил убить себя – ВИДЕО

    Gəncə şəhərində orta yaşlı kişi doqquz mərtəbəli binanın damına çıxaraq intihara cəhd edib.

    Median.Az report-a istinadən verir ki, Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri və polis əməkdaşları intihara cəhdin qeydə alındığı Yeni Gəncə qəsəbəsi, bina 19 ünvanına cəlb olunub.

    Nəticədə İsgəndər adlı kişi xilas edilib.

    30 yaşlı kişinin arvadı ilə münasibətlərinin pisləşməsinə görə intihara cəhd etmək istədiyi bildirilir.