Category: Hadisə

  • Hacıqabulda üçotaqlı ev yanıb

    Hacıqabul rayonunda ev yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, rayonun Atbulaq kəndində ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 150 m² sahədə yanıb.

    Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Bakıda reabilitasiya mərkəzində 43 yaşlı kişi ölüb

    Bakıda reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, dekabrın 9-u saat 2 radələrində Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Anar Cahangir oğlu Şəfiyev müalicə aldığı Şüvəlan qəsəbəsinin ərazisində yerləşən “Birlik” Reabilitasiya Mərkəzində naməlum səbəbdən ölüb.

    Onun ölüm səbəbi araşdırılır.

  • Nazirliyin vəzifəli şəxsi vəfat etdi

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini olmuş Şəmsəddin Ədilov vəfat edib.

    Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat veriblər.

    Onun ölüm səbəbi açıqlanmayıb.

    Qeyd edək ki, Ş.Ədilov uzun müddət Şəki, Qax rayonları üzrə baş meşəbəyi vəzifəsində çalışıb.

  • Lerikdə sürücüsüz maşın qəfil hərəkət etdi, sərnişin öldü

    Lerikdə bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.

    Hadisə rayon ərazisində qeydə alınıb.

    Belə ki, Lerik rayonunun Tikaband kənd sakini, Akif Ağacanov idarə etdiyi “Niva” markalı maşını Dico kəndində yol kənarında saxlayıb. Sonra özü maşından düşüb.

    Bu vaxt minik maşını qəfildən hərəkət edərək dərəyə aşıb. Hadisə nəticəsində maşında sərnişin olan sürücünün bacısı, 1973-cü il təvəllüdlü Yeganə Ağacanova dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Metronun “İçərişəhər” stansiyası yaxınlığında QƏZA: Avtomobil AŞDI (Video)

    Dekabrın 9-da, saat 11 radələrində Bakının İstiqlaliyyət küçəsində 90-YK-584 dövlət nömrə nişanlı BYD markalı avtomobillə 99-RF-907 nömrə nişanlı BMW markalı avyomobillər toqquşub.

    Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli deyib.

    Metronun İçərişəhər stansiyası yaxınlığında QƏZA: Avtomobil AŞDI

    Qeyd olunub ki, hadisə nəticəsində BYD markalı maşın aşıb. Nəticədə bir nəfər xəsarət alıb.

    Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Bakıda 59 yaşlı kişi küçədə öldü

    Bakıda küçədə ölüm hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

    1966-cı il təvəllüdlü Surxay Hüseynovun küçədə qəfil halı pisləşib. O, hadisə yerində dünyasını dəyişib.

    İlkin ehtimala görə, S.Hüseynov ürək çatışmazlığından dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Tovuzda xəstəxanada dava düşdü, tibb bacısı döyüldü

    Tovuz Rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri arasında dava olub.

    Oxu.Az-ın məlumatına görə, hadisə tibb bacıları arasında növbə dəyişərkən baş verib. Xəstəxananın tibb bacısı Elnurə Məmədova iş yoldaşı Mahirə Abdiyeva ilə mübahisə edib. Mübahisə zamanı Elnurə Mahirəni vuraraq ona xəsarətlər yetirib. Həmin vaxt Mahirə Abdiyeva da Elnurəyə zərbələr endirib.

    Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı protokol tərtib edərək məhkəməyə göndəriblər.

    Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə tibb bacıları arasında barışıq elan olunub. Məhkəmə işə xitam verib.

  • Ağcabədidə avtomobil darvazaya çırpıldı, ölən var

    Ağcabədidə avtomobil darvazaya çırpılıb.

    Median.Az “Trend”ə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Ağcabədi şəhəri ərazisində baş verib.

    Laçın rayon sakini 1996-cı il təvəllüdlü Bahadur Xanlarov “Mercedes” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı dəmir darvazaya çırpılıb.

    Nəticədə sürücü B.Xanlarov hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Tovuzda üç yaşlı oğlan faciəli şəkildə öldü

    Tovuzda üç yaşlı oğlan faciəli şəkildə ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə dünən rayonun Düz Qırıqlı kəndində baş verib.

    Kənd sakini, 2022-ci il təvəllüdlü H.Qasımov yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən hovuza düşərək boğulub.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Ağdaşda kişi meyiti aşkarlanıb

    Ağdaş rayonunda kişi meyiti aşkarlanıb.

    Hadisə Şəkili kəndində qeydə alınıb.

    Belə ki, 1960-cı il təvəllüdlü kənd sakini Şahin Məmmədovun meyiti yaşadığı evin damında tapılıb.

    Faktla bağlı araşdırma aparılır.
    /oxu.az