Category: Hadisə

  • Masazırda ölümlə nəticələnən qəzada avtomobilin YANDIĞI GÖRÜNTÜLƏR – Yenilənib (Video)

    Masazırda ölümlə nəticələnən qəzanın bəzi təfərrüatı məlum olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı BMW və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində BMW markalı minik avtomobilində yanğın yarandığı müəyyən olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş verən yanğın qısa müddətdə söndürülüb.

    Digər avtomobil yanğından mühafizə olunub”, – deyə məlumatda qeyd edilib.

    * * * * *

    Abşeronda avtomobilin yanması nəticəsində bir nəfər ölüb.

    Median.Az “Report”a istinadən məlumat verir ki, hadisə Masazır qəsəbəsi ərazisində qeydə alınıb.

    BMW markalı minik avtomobili anidən alovlanıb.

    Nəticədə, nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb.

    Aparılan tibbi müdaxilələrə baxmayaraq, Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi davam etdirilir.

    Hadisənin baş vermə səbəbi araşdırılır.

  • Sumqayıtda 7 aylıq körpə qızdırmadan ölüb

    Sumqayıt şəhərində 7 aylıq körpənin ölümü qeydə alınıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Bulvar küçəsində yerləşən yaşayış evlərinin birində qeydə alınıb.

    Məlumata görə, 7 aylıq körpənin bədən temperaturu qəfil yüksəlib.

    Qızdırmanın artması nəticəsində vəziyyəti pisləşən uşaq həyatını itirib.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Xınalıqdan qayıdan əcnəbi yolda köməksiz vəziyyətdə qaldı

    Ölkəyə turist kimi gəlmiş Macarıstan vətəndaşı Quba rayonunun Xınalıq kəndindən geri qayıdarkən qarlı hava şəraiti səbəbindən idarə etdiyi avtomobillə yolda köməksiz vəziyyətdə qalıb.

    Quba Rayon Polis Şöbəsinin əməkdaşları Qımıl kəndi yaxınlığında yolun qarlı olması səbəbindən hərəkəti mümkünsüz olan “Hyundai” markalı avtomobillə qalan turistə lazımi köməklik göstəriliblər.

    O, təhlükəsiz şəkildə hotelə yerləşdirilib.

  • Tərtərdə yaşlı qadının meyiti tapılıb

    Tərtərdə itkin düşən 82 yaşlı qadının meyiti tapılıb.

    Hadisə dekabrın 6-da baş verib.

    1943-cü il təvəllüdlü Ceyran Kamal qızı Bayramova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    Dekabrın 7-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər şəhəri, Ş.İ.Xətai küçəsindən keçən paylayıcı kanaldan sonuncunun meyiti aşkar edilərək çıxarılıb.

    Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
    //oxu.az

  • Beyləqanda ağır qəza – 1 nəfər öldü, 2 nəfər yaralandı

    Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

    Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarında aşıb.

    Hadisə nəticəsində bir nəfər ölüb iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

  • Qax sakini ehtiyatsızlıqdan özünü güllələdi

    Qax rayonunda qoyun otaran kişi özünü güllələyib.

    Hadisə rayonun Baydarlı kəndi ərazisində baş verib.

    Kənd sakini, 46 yaşlı Rasim Məmmədov kənd ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ondan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

    Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

  • Xudatda müəllim VƏFAT ETDİ – FOTO

    Xudat şəhəri Kərim Məhərrəmov adına 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Gülyaz Yusif qızı Vəlibəyova vəfat edib.

    Hadisə ötən gün axşam saatlarında baş verib.

    Gülyaz Vəlibəyova uzun illər sözügedən təhsil müəssisəsində fəaliyyət göstərib və ibtidai siniflərin tədrisi ilə məşğul olub.

  • Bakıda hotelin qarajında alman maşınları YANDI

    Bakının Nizami rayonunda yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, ümumi sahəsi 400 m² olan ikimərtəbəli hotel binasının qarajında BMW markalı minik avtomobilinin salon hissəsi və “Volkswagen” markalı minik avtomobilinin salon hissəsi yanıb.

    “Avtomobillərin qalan hissəsi, yaxınlıqda olan digər avtomobillər və hotel binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – məlumatda qeyd edilib.

  • Zaqatalada qadını maşın vuraraq öldürüb

    Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 6-sı səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində qeydə alınıb.

    Belə ki, Rövşən Hazmanov idarə etdiyi VAZ-21099 markalı avtomobillə yolu keçən piyada, 1968-ci il təvəllüdlü Dilbər Osmanovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

  • Azərbaycanda həkim vəfat etdi

    Həkim-terapevt Gülarə Xəlilova vəfat edib.

    Bu barədə Abşeron Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

    Bildirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Xırdalan Ailə Sağlamlıq Mərkəzinin həkim-terapevti Gülarə Xəlilova dünyasını dəyişib.