Category: Hadisə

  • Hövsanda teplovoz minik avtomobili ilə toqquşub

    Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Gecə saatlarında “Volkswagen Touareg” markalı minik avtomobili ilə teplovoz toqquşub.

    Xəsarət alanların olub-olmaması barədə hələ ki məlumat yoxdur.

  • 27 yaşlı qadın abortdan sonra öldü

    Sumqayıtda 27 yaşlı qadının ailəsi onun abortdan sonra öldüyünü bildirib.

    Hadisə Sumqayıt Şəhər 1 nömrəli xəstəxananın doğum şöbəsində baş verib.

    Bildirilib ki, 1998-ci il təvəllüdlü Zərifə Əliyeva abort məqsədilə xəstəxanaya müraciət edib. Tibbi prosedurdan sonra qadının vəziyyəti kəskin pisləşib və aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir./Report

  • Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb

    Şirvan şəhərində noyabrın 27-də hamamda yıxılan qadın dekabrın 12-də xəstəxanada ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin L.İbrahimov küçəsindəki evdə baş verib.

    Belə ki, 1958-ci il təvəllüdlü Xuraman Nəsir qızı Səfərova hamam otağında yıxılandan sonra xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb və qadın ötən gün xəstəxanada ölüb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Dörd gün əvvəl səhvən sirkə turşusu içən kişi xəstəxanada öldü

    Bakıda 4 gün öncə səhvən sirkə turşusu içən 47 yaşlı kişi xəstəxanada ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

    Məlumata görə, rayonun Babək Prospektində 1978-ci il təvəllüdlü Asif Nadir oğlu Əliyev yaşadığı evdə səhvən sirkə turşusu içib.

    O, ötən gün xəstəxanada ölüb.

  • 72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalıb öldü

    Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb.

    Hadisə şəhərin S.Qazıyev küçəsində baş verib.

    1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb, nəticəsində onun avtomobil üzərinə düşüb. O, hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Xırdalanda güclü yanğın: İki nəfər xəsarət alıb, 20 sakin təxliyə edilib (Video)

    Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalan şəhərində yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

    Nazirlikdən verilən məlumata görə, qurumun “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ondördmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 40 kvadratmetr olan birotaqlı mənzilin mətbəxində paltaryuyan, qaz sobası və 3 perimetr mətbəx mebeli yanıb. İki nəfər xəsarət alıb.

    Təhlükəsizlik tədbirləri çərçivəsində 20 nəfər bina sakini təxliyə olunub.

    Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

  • “Azərişığ”ın işçisini cərəyan vurub öldürdü

    Abşeronda “Azərişıq” ASC-nin işçisi cərəyan vurması nəticəsində ölüb.

    Hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

    Belə ki, qəsəbə ərazisində elektrik dirəyində “Azərişıq” ASC-nin işçisi, Fatmayı kənd sakini 1995-ci il təvəllüdlü Ülvi Bəhrəm oğlu Məcidli cərəyan vurması nəticəsində ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Naxçıvanda yas mərasimində 20-dən çox şəxs dəm qazından zəhərləndi

    Naxçıvan Muxtar Respublikasında (MR) 20-dən çox şəxs yas mərasimində dəm qazından zəhərlənib.

    “Report”un məlumatına görə, hadisə Babək rayonunun Kültəpə kəndində baş verib.

    İlkin məlumata görə, 20-dən çox şəxs dəm qazından zəhərlənib. Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib, müalicələri davam etdirilir.

  • Azərbaycanda ağır yol qəzası: Ölənlər və yaralananlar var

    Biləsuvarda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
     
    Median.Az xəbər verir ki, Cəlilabad rayon Alar kənd sakini idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən, ötmə əməliyyatını düzgün yerinə yetirməyib və qarşıdan gələn Biləsuvar rayon Ovçubərə kənd sakini Elxan Feyziyə məxsus “VAZ 2107” markalı avtomobillə toqquşub.
     
    Qəza zamanı “VAZ 2107”-də olan yaxın qohumlar – sürücü və onun azyaşlı nəvəsi ölüb. Sürücünün oğlu və yeznəsi isə ağır yaralanıb.
     
    Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar Biləsuvar rayon mərkəzi xəstəxanasına aparılıb.
     
    Faktla bağlı araşdırma aparılır./teleqraf

  • Albaniyada faciəli şəkildə ölən şəxs Biləsuvarda dəfn olundu

    Albaniyanın Dürres limanında bədbəxt hadisə nəticəsində ölən dənizçi Əvəz Cəfərov dəfn olunub.

    2001-ci il təvəllüdlü Ə.Cəfərov Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb.

    Qeyd edək ki, ilkin məlumata əsasən, bədbəxt hadisə gəmidə yük boşaldılması prosesi zamanı baş verib və onu cərəyan vurub.

    Qeyd edək ki, mərhum subay idi, o, 15 il öncə hər iki valideynini də yol-nəqliyyat hadisəsində itirmişdi.
    //oxu.az