Category: Hadisə

  • Yardımlı sakini Rusiya-Ukrayna müharibəsində həlak olub

    Rusiya-Ukrayna müharibəsi bölgəsində azərbaycanlı həlak olub.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak edən, Yardımlı rayonu Əfçədulan kənd sakini Raqif Hüseynqulu oğlu İsgəndərov döyüş əməliyyatları zamanı həlak olub.

  • Ucarda canavarlar kəndə hücum ediblər

    Ucarda vəhşi heyvanlar kəndə hücum ediblər.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə gündüz saatlarında rayonun Alpout kəndində baş verib.

    Kənd sakini Şamil Hüseynovun fərdi təsərrüfatına sürü halında hücum edən canavarlar altı baş qoyunu parçalayıblar. Ev sahibinin dediyinə görə, ona təxminən 2 500 manat maddi ziyan dəyib.

    Sakinlər bu cür halların son vaxtlar tez-tez baş verdiyini, qarşısını ala bilmədiklərini bildiriblər.

  • “Qobu Park”dakı yanğında ölənlərin sayı artdı

    Dekabrın 5-nə keçən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksində yerləşən yaşayış binasındakı yanğında ölənlərin sayı beşə çatıb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə zamanı tüstüdən zəhərlənmiş Təbərrük İsmayılova xəstəxanada vəfat edib.

    Qeyd edək ki, doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən, digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib.

  • Şamaxıda iki nəfər dəm qazından zəhərləndi

    Şamaxı rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
     
     Şamaxının Göylər kənd sakini, 35 yaşlı Ləman Alıyeva və 15 yaşlı Ayxan Alıyev dəm qazından zəhərlənmə diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
     
    Xəstəxanada hər iki şəxsə ilkin tibbi yardım göstərilib, onların müalicəsi davam etdirilir.

  • Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib

    Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 44 m² olan birotaqlı mənzilin mətbəxində iki ədəd məişət avadanlığı və beş poqonometr mebel yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı beş m² sahədə, bir ədəd plastikdən ibarət pəncərə çərçivəsi və iki ədəd məişət avadanlığı əriyib.

    Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Bakıda neft quyusu yaxınlığında yanğın

    Bakıda neft quyusu yaxınlığında yanğın olub.

    Bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Suraxanı rayonunda 1 ədəd elektrik lövhəsi və 1 paq.m kabel yanıb. Yaxınlıqdakı neft quyusu yanğından mühafizə olunub.

    Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Bakıda iki maşın toqquşdu – Sürücünün xilasedilmə GÖRÜNTÜLƏRİ (Video)

    Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes-Benz” və “Ford” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və “Mercedes-Benz”in sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

    Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Fərman Nurlan oğlu Əliyevi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

  • 8-ci mərtəbədən yıxılan oğlan öldü

    Bakının Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
     
    Hadisə dekabrın 9-u saat 11 radələrində qeydə alınıb.
     
    1996-cı il təvəllüdlü Anar Zahir oğlu Ağayev yaşadığı X.Mustafayev küçəsi 443 ünvanındakı 16 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.
     
    O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
     
    Faktla bağlı araşdırma aparılır.

  • Lənkəranda 13 yaşlı məktəblini avtomobil vurdu

    Lənkəran rayonunun Liman şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

     
    Hərəkətdə olan avtomobil 2012-ci il təvəllüdlü A.Kərimzadəni vurub.
     
    Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəbli dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

    Zəruri tibbi müdaxilə göstərilib, hazırda vəziyyəti nəzarət altındadır.

    Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

  • Albaniyada ölən azərbaycanlının valideynləri də 15 il əvvəl bədbəxt hadisə qurbanı olublar

    Albaniyada faciəvi şəkildə ölən azərbaycanlının ata və anası da 15 il öncə bədbəxt hadisənin qurbanı olublar.

    Əvəz Cəfərovun atası Alim Cəfərov və anası 15 il öncə yol-nəqliyyat hadisəsinə düşüblər.

    Nəticədə ata A.Cəfərov həlak olub, ana isə qəzada aldığı travmalar səbəbindən hadisədən bir il sonra dünyasını dəyişib.

    Qeyd edək ki, bir neçə gün öncə Albaniyanın Dürres limanında bədbəxt hadisə nəticəsində Azərbaycan vətəndaşı olan dənizçi Əvəz Cəfərov dünyasını dəyişib.

    2001-ci il təvəllüdlü Ə. Cəfərov Biləsuvar rayonunda dəfn ediləcək.

    İstintaq aparıldığı üçün onun nəşinin bir neçə günə Vətənə gətiriləcəyi gözlənilir.

    İlkin məlumata əsasən, bədbəxt hadisə gəmidə yük boşaldılması prosesi zamanı baş verib və onu cərəyan vurub.

    Qeyd edək ki, mərhum subay idi.
    //oxu.az