Category: Hadisə

  • Bakıda restoran yanır

    Bakıda restoranların birində yanğın başlayıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən restoranda qeydə alınıb.

    Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunublar.

  • Bərdədə kişi kanalda boğulan qızını xilas edərkən öldü

    Bərdədə kişi su kanalında boğulan şəxsi xilas edərkən ölüb.

    Hadisə Nazirli kəndində baş verib.

    Belə ki, 1957-ci il təvəllüdlü Yasin Kərimov qızı, 1981-ci il təvəllüdlü Sərəncam Kərimovanı su kanalından çıxarmaq istəyərkən boğularaq ölüb. Sərəncam Kərimova isə sudan sağ olaraq çıxarılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • 87 yaşlı kişi “KamAZ”ın altında qalıb öldü

    Qusarda 87 yaşlı kişi “KamAZ” markalı avtomobilin altında qalaraq ölüb.

    Oxu.az-ın məlumatına görə, hadisə rayonun Urva kəndinin ərazisində baş verib.

    Kənd sakini, 54 yaşlı Gəray Tariquliyev idarə etdiyi “KamAZ” markalı, 77-JC-201 nömrə nişanlı yük avtomobili ilə həmkəndlisi, 87 yaşlı Məhərrəm Şeydayevin yaşadığı evin həyətinə qum boşaldarkən M.Şeydayev yıxılıb. G.Tariquliyev yük avtomobilini geriyə hərəkət etdirərkən onun üzərindən keçib.

    M.Şeydayev hadisə yerində ölüb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Bərdədə qızını xilas etmək istəyən ata kanalda boğulub (Yenilənib)

    Bərdədə 68 yaşlı kişinin boğularaq ölməsi ilə bağlı təfərrüat məlum olub.

    Hadisə dekabrın 2-də rayonun Nazirli kəndində baş verib.

    Kənd sakini, 1981-ci il təvəllüdlü Sərəncam Kərimovanın psixoloji problemləri olub və daim nəzarətdə saxlanılırmış. Dünən günorta saatlarında qadın evdən qəfil yoxa çıxıb. Ailə üzvləri onu axtararkən məlum olub ki, S.Kərimova kənd ərazisindəki kanal istiqamətinə gedib. Kərimova su kanalına çatıb, özünü suya atıb. Həmin vaxt ərazidə qızını axtaran Y.Kərimov qızının özünü suya atdığını görüb. Ata qızını xilas etmək üçün özünü onun arxasınca kanala atıb. O qızını sudan çıxararkən kanalın dərin hissəsinə düşüb və boğulub. Qızını xilas etsə də, Y.Kərimov özü boğularaq həyatını itirib.

    * * * * *

    Bərdədə suda boğulan qızını xilas edən kişi boğulub ölüb.

    Oxu.az-ın məlumatına görə, hadisə Bərdə rayonu Nazirli kəndində yerləşən su kanalında baş verib.

    1981-ci il təvəllüdlü Sərəncam Kərimova ehtiyatsızlıqdan kanala yıxılaraq boğulma təhlükəsi ilə üzləşib. Hadisə yerinə gələn 1957-ci il təvəllüdlü Yasin Əvəz oğlu Kərimov qızını sudan çıxarmaq üçün kanala girib.

    Qadını xilas edən Y.Kərimov özü boğulub ölüb.

    Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda avtomobil sürücüsü ilə birgə yandı (Yenilənib)

    Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində minik avtomobilinin yanması ilə bağlı rəsmi məlumat verilib.

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Binə-Sədərək yolunda avtomobilin yanması barədə məlumat daxil olub.

    “Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində “Dongfeng Aeolus E70″ markalı minik avtomobilinin yanar hissələri yanıb. Avtomobildə sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub”, – deyə qurumdan bildirilib.

    * * * * *

    Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində minik avtomobili yanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, yanğın söndürüldükdən sonra avtomobilin içərisində bir nəfərin yanmış meyiti aşkar edilib.

  • Paytaxtda məktəbli qızın meyiti tapıldı

    Paytaxtın Binəqədi rayonunda mənzildən məktəbli qızın meyiti tapılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 1-i saat 01 radələrində Rəsulzadə qəsəbəsində qeydə alınıb.

    Belə ki, 2012-ci il təvəllüdlü Kəmalə Məmmədzadənin meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkarlanıb.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakı sakini metroda öldü

    Bakı sakini metroda ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 1-də metronun “Əhmədli” stansiyasında qeydə alınıb. Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Elçin Babəli oğlu Babayev metroda infarktdan vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Buzovnada ölən və yaralanın olduğu AĞIR QƏZA yerindən GÖRÜNTÜLƏR (Video)

    Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, KIA markalı minik avtomobilinin “KamAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

    Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1991-ci il təvəllüdlü Məhərrəm Dilafət oğlu Bağırzadəni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    Hadisə nəticəsində minik avtomobilinin sərnişini, 1963-cü il təvəllüdlü Gəvahir İsmayıl qızı Məmmədova vəfat edib.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Masallıda qadın sürücü maşını aşırdı: Ölən və yaralananlar var

    Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.az-ın məlumatına görə, 1990-cı il təvəllüdlü Fərmudə Əlipənah qızı Hüseynova idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə Masallı rayonunun Həsənli kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb.

    Hadisə nəticəsində sürücü F.Hüseynova, avtomobildə olan sərnişinlər- 1975-ci il təvəllüdlü Gülşən İsa qızı İsmayılova, 1985-ci il əvəllüdlü Nuriyə Rasim qızı Nuriyeva və 1961-ci il təvəllüdlü Sevda İsa qızı Vəlişova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. S.Vəlişova aldığı xəsarətlərdən orada ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Azərbaycanda sabiq nazir vəfat etdi

    Azərbaycanın 1991-1992-ci illərdə taxıl məhsulları naziri olmuş Zakir Abdullayev vəfat edib.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, o, 84 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, Zakir Hilal oğlu Abdullayev vaxtilə Ali Sovetin deputatı da olub.