Bakıda yeniyetmə qız itkin düşüb.
Category: Hadisə
-
Bakıda yeniyetmə qız itkin düşdü
Noyabrın 26-da saat 21 radələrində Pirşağı qəsəbəsində nömrəsiz evdə yaşayan 2013-cü il təvəllüdlü M.Ağaəliyeva yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıb.M.Ağaəliyevanın yaxınları onun fotosunu polisə təqdim edib.Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsində araşdırma aparılır. -
Yük maşınını geriyə sürərkən 75 yaşlı qadını vurub öldürdü

Şərur rayonunda yük maşını geriyə sürərkən 75 yaşlı qadını vuraraq öldürüb.
Hadisə rayonun Gümüşlü kəndində qeydə alınıb.Belə ki, 1954-cü il təvəllüdlü Yusif Əliyev idarə etdiyi “MAZ” markalı yük avtomobilini geriyə sürərkən 1950-ci il təvəllüdlü İsmayılova Leyla Hüseyn qızını vurub.
Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
-
40 yaşlı Şuşa sakini Bakıda küçədə öldü
Bakı 40 yaşlı kişinin meyiti küçədə tapılıb.
Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.Şuşa rayon sakini, 1985-ci il təvəllüdlü Vüqar Ramiz oğlu Səfərovun üzərində zorakılıq əlamətləri olmayan meyiti aşkar edilib. Əvvəllər məhkumluq həyatı yaşamış V.Səfərovun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
//oxu.az -
İmişlidə üç maşın toqquşub: Xəsarət alanlar var

İmişli rayonu ərazisində üç nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə saat 11 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Qulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı “Toyota”, “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan üç nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
-
Daşkəsəndə ev yanıb – Xəsarət alan var
Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində ümumi sahəsi 60 kvadratmetr olan kürsülü, birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
-
Goranboyda beşmərtəbəli yaşayış binasının bir bloku çökdü: “Tamamilə qəzalı vəziyyətdədir” – Video (Yenilənib)
“Goranboyun Cəfər Cabbarlı küçəsində bir bloku çökən qəzalı yaşayış binasının yerində yenisi tikiləcək”.
Bunu Baku TV-yə açıqlamasında Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev söyləyib.Onun sözlərinə görə, yeni binanın tikintisi ilə bağlı Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
“Bu bina ilə əlaqədar Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Artıq yeni binanın tikintisi ilə bağlı qərar qəbul edilib. Bina tamamilə qəzalı vəziyyətdədir və yenisinin tikintisi ilə bağlı geoloqlar, topoqraflar rayonda fəaliyyətə başlayıblar. Yeni yaşayış kompleksi köhnə binanın öz yerində tikiləcək. Qonşuluqda yerləşən binada da qəzalı vəziyyəti müəyyən olunub və o da yenilənəcək. Ümumilikdə, 76 mənzilli yaşayış kompleksinin tikintisi üçün işə başlanılıb”, – deyə o bildirib.
Median.Az “Report”a istinadla xəbər verir ki, bəzi mənzillərdən sakinlərin iştirakı ilə əşyalar çıxarılsa da, bir neçə mənzilin sakinləri çox şey götürə bilməyiblər.
Axşam saatlarında blokun çökməsi nəticəsində həmin sakinlərin yaşadıqları mənzillər dağılıb və onların əşyaları da yararsız hala düşüb.
Qeyd edək ki, 60 mənzildən ibarət olan yaşayış binasının 5-ci bloku tamamilə uçub.
Hazırda ərazidə aidiyyəti qurumların əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.
Goranboyda yararsız hala düşən 5 mərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb.
Oxu.Az xəbər verir ki, hadisə bu gün axşam saat 21 radələrində qeydə alınıb.
Belə ki, sözügedən binanın həmin bloku anidən uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Əraziyə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, FHN aran regional mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, rayon polis şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri cəlb ediliblər.
Ərazidə hazırda tədbirlər görülür.
-
Şəhid hərbçinin zabit övladı faciəli şəkildə HƏLAK OLDU – TƏFƏRRÜAT (Yenilənib)
Birinci Qarabağ müharibəsi şəhidi Elman Məhərrəmovun vəfat edən oğlu İsmayıl Əzimli dəfn olunub.
Azərbaycan Ordusunun baş leytenantı olan İ.Əzimli Biləsuvar rayonunun Səmədabad kəndində torpağa tapşırılıb.İlkin məlumata əsasən, İ.Əzimli Vətən müharibəsi zamanı döyüşdüyü əraziləri ziyarət edərkən, dağlıq ərazidə yıxılıb.
* * * * *
Birinci Qarabağ müharibəsi şəhidi Elman Məhərrəmovun oğlu İsmayıl Əzimli dünyasını dəyişib.
Azərbaycan Ordusunun baş leytenantı olan İ.Əzimlinin ölüm səbəbi hələlik məlum deyil.
İ.Əzimli həmçinin Vətən müharibəsi iştirakçısı idi.
Qeyd edək ki, mərhum Biləsuvar rayonundandır.
//oxu.az -
Göyçayda qəza: Xəsarət alan var
Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.az-ın məlumatına görə, hadisə noyabrın 26-sı saat 21 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonu ərazisindən keçən hissəsində baş verib.41 yaşlı Namiq Həsənovun idarə etdiyi QAZ-31 markalı avtomobillə 20 yaşlı Nihad Əliyevin idarə etdiyi VAZ-21011 markalı maşın toqquşub. Nəticədə VAZ-21011-in sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
-
Ehtiyatda olan polkovnik faciəvi şəkildə öldü
Noyabrın 24-ü Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki 80 yaşlı Nadir Həsənbala oğlu Məmmədov bədbəxt hadisə nəticəsində vəfat edib.
O, Yasamal rayonu ərazisində yolu keçərkən avtomobil vurması nəticəsində xəsarət alıb.Xəstəxanaya yerləşdirilmiş N.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Mərhum bu gün Cəlilabadda dəfn ediləcək.//Qafqazinfo
-
Nərimanovda YANĞIN: Sıxlıq yarandı

Nərimanov rayonu, Heydər Əliyev prospekti, əsas yolda avtomobillərin birində yanğın baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Həm bu, həm də bəzi sürücülərin hadisə yerinə baxması səbəbindən prospektin hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis və digər qurumların əməkdaşları hadisə yerindədirlər və yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün tədbirlər görülür.






