Category: Hadisə

  • Gəncədə 36 yaşlı piyadanı avtomobil vurdu

    Gəncədə piyadanı avtomobil vurub.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ərazisində qeydə alınıb.1989-cu il təvəllüdlü A.Əliyev yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

  • Samuxda ər və arvad dəm qazından boğularaq ölüb

    Samuxda ər və arvad dəm qazından boğularaq ölüb.

    Hadisə rayonun Hacılı kədində qeydə alınıb.

    Belə ki, 1957-ci il təvəllüdlü Tanrıverdi Musayev və 1957-ci il təvəllüdlü həyat yoldaşı Maya Musayeva dəm qazından boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda 50 yaşlı kişini maşın vuraraq öldürüb

    Bakıda 50 yaşlı kişini maşın vurub öldürüb.

    Oxu.az-ın məlumatına görə, Zakir Məmmədağa oğlu Musayev Sabunçu rayonu, Maştağa şosesində qəsəbə istiqamətində “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən piyada 1975-ci il təvəllüdlü Elşən Paşa oğlu Əskərovu vurub. Piyada aldığı xəsarətlərdən yerləşdirildiyi Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Pəncərədən yıxılan 3 yaşlı uşaq xəstəxanaya yerləşdirilib

    Bakıda pəncərədən yıxılan 3 yaşlı uşaq xəstəxanaya yerləşdirilib.
     
    Görə hadisə paytaxtın Suraxanı rayonunda baş verib.
     
    Məlumata görə, Qaraçuxur qəsəbə sakini 2022-ci il təvəllüdlü H.Ə. yaşadığı evin 2-ci mərtəbəsindəki pəncərəsindən yıxılıb.
     
    Xəstəxanaya yerləşdirilən H.Ə.-nin vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.//apa

  • Göygöldə “BMW” yanıb

    Göygöl şəhərində “BMW” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • “Azərişıq”ın əməkdaşı faciəli şəkildə öldü

    Gəncədə 58 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb.

    Bakıvaxtı.az xəbər verir ki, 1967-ci il təvəllüdlü Samux rayon sakini Ceyhun Vəliyev Gəncə şəhərində transformatorların birinin yanında yüksək elektrik cəryanın vurması nəticəsində həyatını itirib.

    Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə verilib.

    Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda çoxmərtəbəli binada yanğın başlayıb: Sakinlər təxliyə olunurlar

    Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

    Bu barədə DİN-in Mətbuat Xidmətindəm məlumat verilib.

    Qeyd olunub ki, hadisə yerində sakinlərin təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

  • Bakıda binanın zirzəmisindən kişi meyiti tapıldı

    Bakıda binanın zirzəmisindən meyit tapılıb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu, A.Məhərrəmov küçəsində qeydə alınıb.

    Yardımlı rayon sakini 40 yaşlı Amid Kürd oğlu Əsədovun meyiti bu küçədəki binalardan birinin zirzəmisində aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun nədən öldüyü bilinmir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda toy zamanı məşhur şadlıq evində yanğın oldu – Video

    Bakıda şadlıq evlərindən birində toy zamanı yanğın olmasını əks etdirən görüntülər yayılıb.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə noyabrın 21-də Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən “Grand Neon” şadlıq sarayında baş verib.

    Belə ki, qığılcım toy zamanı şadlıq sarayındakı işıqlandırma və tüstüvurma üçün istifadə edilən dekorasiya sistemində başlayıb. Sonradan açıq alovla müşayiət olunan yanğın zamanı dekorasiya üçün istifadə edilən tüstü qutuları da açılıb və zalı tüstü bürüyüb.

    Toyun aparıcısı qonaqların dərhal şadlıq evini tərk etməsini xahiş edib və mikrofonla “Hər kəs təxliyə olunsun, zalda bir nəfər qalmasın” deyə səslənib. Bundan sonra zal boşaldılıb.

    Bildirilir ki, şadlıq sarayının işçiləri qısa müddətdə yanğını söndürməyi bacarıblar.

  • İkinci kurs tələbəsi xərçəngdən vəfat etdi

    Azərbaycan İdman Akademiyasının II kurs tələbəsi Tural Əzimli vəfat edib.  

    Onun xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişdiyi bildirilir.
    Qeyd edək ki, T.Əzimli Ümumi Fiziki Hazırlıq ixtisası üzrə təhsil alırdı.