Category: Hadisə

  • Ağdaş sakini yaşadığı evdə ölü tapıldı

    Ağdaşda 54 yaşlı kişi yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb.

    “Unikal”ın məlumatına görə, hadisə Bulaqotağı kəndində baş verib.1972-ci il təvəllüdlü kənd sakini Natiq İsmayılov yaşadığı evdə ölmüş vəziyyətdə aşkarlanıb.

    Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

  • Salyanda 2-ci sinif şagirdi vəfat edib

    Salyanda məktəbli bədbəxt hadisə nəticəsində həyatını itirib.

    Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

    Rayon ərazisində avtomobil azyaşlını vurub.

    Ağır bədən xəsarətləri alan 8 yaşlı İ.Nazlı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Mərkəzi Klinikaya təxliyə olunan azyaşlı orada vəfat edib.

  • 36 yaşlı arvadının başını daşa vuraraq öldürmüşdü: Xüsusi amansızlıqla qətl törədən Rəşada HÖKM OXUNDU

    Qaradağ rayonunda həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan təqsirləndirilən Rəşad Tağıyevin məhkəməsi yekunlaşıb.

    Median.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

    O, Rəşad Tağıyevin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

    Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən Rəşad Tağıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə iyunun 30-da gecə saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1 adlı ərazidə baş verib. Məlumata görə, Rəşad Tofiq oğlu Tağıyev həmin ərazidə arvadı 36 yaşlı Sevinc İnşallah qızı Hüseynovanı aralarında yaranmış mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək qəsdən öldürüb.

    Rəşad Tağıyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

    Xatırladaq ki, Rəşad Tağıyev həyat yoldaşı Sevinc Hüseynovanı xüsusi amansızlıqla qətlə yetirib. Belə ki, O, həyat yoldaşı S.Hüseynovanı əvvəlcə bıçaqlasa da, sonradan ölmədiyini görüb, başını gölün kənarındakı böyük daşa vurub. R.Tağıyev qadının başını dəfələrlə daşa vuraraq əzib öldürüb.

  • Bakıda mənzildə meyit tapılıb

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Bakıda tanınmış müğənninin faciəli ölümünün TƏFƏRRÜATI (Yenilənib)

    Müğənni Vlada Axundovanın ölümü ilə bağlı yeni təfərrüat məlum olub.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün olub.

    Vlada Axundova sərnişin kimi mindiyi “Toyota” markalı, 01-CH-477 dövlət nömrə nişanlı avtomobildən enərkən arxadan gələn 2002-ci təvəllüdlü Seyfulla Mehdizadənin idarə etdiyi “Hyundai Elantra” markalı 77-SJ-148 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi onu vurub.

    Vlada Axundova aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

    * * * * *

    Bakıda avtomobilin vuraraq öldürdüyü Vlada Axundova tanınmış müğənni imiş.

    Median.Az xəbər verir ki, V.Axundova “Səs Azərbaycan” yarışının iştirakçısı olub.

    * * * * *

    Bakıda avtomobil 37 yaşlı qadını vuraraq öldürüb.

    Hadisə Səbail rayonunda baş verib.

    Belə ki, 2002-ci təvəllüdlü Seyfulla Mehdizadə idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə Dövlət Bayrağı meydanının yaxınlığında piyada 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundovanı vurub.

    Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Sumqayıtda “Land Rover” parklanmış üç maşını vurub aşdı

    Sumqayıtda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı dörd avtomobil toqquşub.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin Polad Həşimov küçəsində qeydə alınıb.

    Məlumata görə, hərəkətdə olan “Land Rover” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kənarda dayanan “Changan”, VAZ-2106 və “Hyundai” markalı avtomobillərə çırpılıb.

    Zərbənin təsirindən “Land Rover” aşıb, avtomobillərə ciddi ziyan dəyib.

    Qəza nəticəsində xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir.

  • Naxçıvanda hasar uçub: Ölən var

    Naxçıvanda hasarın uçması nəticəsində bir nəfər ölüb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə Babək rayonunun Nehrəm qəsəbəsində qeydə alınıb.

    Məlumata görə, çoxtonnajlı avtomobil daşıdığı yükü hasarın ətrafına boşaldarkən hasar uçub.

    Nəticədə bir nəfər uçqun altında qalaraq ölüb.

  • BDYPİ yağışlı hava şəraiti ilə bağlı sürücü və piyadalara müraciət edib

    Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini artırır.

    Bir barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı müraciətdə deyilib.
    Bildirilib ki, yağış nəticəsində yol səthinin sürüşkən olması, eləcə də görmə məsafəsinin məhdudlaşması sürücülərdən xüsusi diqqət, məsuliyyət və intizam tələb edir.
    “Bu səbəbdən bir daha xatırladırıq ki, belə hava şəraitində nəqliyyat vasitəsini idarə edərkən sürət həddini azaldın, ara məsafəsini normadan artıq saxlayın, şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət edin”, – məlumatda deyilir.
    Həmçinin bildirilib ki, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə risklər yaradır. Yağışlı havada sürücülərin görmə imkanlarının məhdudlaşdığını nəzərə alaraq, piyadalar səki ilə hərəkət etməli, yolu yalnız piyada keçidlərindən keçməli, açıq rəngli və asan görünən geyimlərə üstünlük verməlidirlər. Yolu keçməzdən əvvəl nəqliyyat vasitələrinin tam dayandığından əmin olmaq son dərəcə vacibdir.
    Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını təhlükəsizliyə məsuliyyətlə yanaşmağa, yollarda diqqətli və ehtiyatlı olmağa çağırıb.

  • İsmayıllıda biryaşlı qız faciəli şəkildə öldü

    İsmayıllı rayonunda körpə bədbəxt hadisə nəticəsində ölüb.

    Oxu.az-ın məlumatına görə, hadisə rayonun Diyallı kəndində baş verib.

    Kənd sakini, 2024-cü il təvəllüdlü Səma Sənan qızı Məmmədova yaşadığı evin həyətyanı sahəsində nəzarətdənkənar qalaraq, həyətdə balıq saxlanılan gölməçəyə düşüb. O, hadisə yerində boğularaq dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağdərədə betonqarışdıran maşın dərəyə aşdı, sürücü öldü

    Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə səhər saatlarında rayonun Çıldıran kəndində qeydə alınıb.

    Bərdə rayon sakini, 1968-ci il təvəllüdlü Hafiz Qocamanov sükanı arxasında olduğu “HOWO” markalı betonqarışdıran avtomobilin idarəetməsini itirib. Nəticədə avtomobil dərəyə aşıb və sürücü hadisə yerinə ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az