Category: Hadisə

  • Ramanada restoran yanır

    Bakıda restoranda yanğın başlayıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində qeydə alınıb.

    FHN-in Mətbuat Xidmətindən bildirilib ki, “112” qaynar xəttinə yanğınla əlaqədar çağırış daxil olub. Məlumatla əlaqədar hadisə yerinə Dövlət Yanğınla Mühafizə Xidmətinin əməkdaşları cəlb ediliblər.

    Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

  • Bakı-Sumqayıt yolunda ağır QƏZA – Video

    Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az Sumqayıt24.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında 11-ci mikrorayon ərazisində qeydə alınıb. Şahidlərin sözlərinə görə, sürətlə hərəkət edən KIA-nın sürücüsü əyləcə vaxtında basaraq avtomobili saxlaya bilməyib. Nəticədə maşın “Hyundai” markalı nəqliyyat vasitəsinə, o da öz növbəsində BYD markalı avtomobilə çırpılıb.

    Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Xəsarət alanların olub-olmaması məlum deyil.

  • Biləcəridə sərnişin avtobusu iki minik avtomobili ilə toqquşdu

    Binəqədi rayonu, Biləcəri qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az apa-ya istinadən xəbər verir ki, hadisə 202 nömrəli avtobusla “Prius” və “Sonata” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

    Toqquşmadan sonra 202 nömrəli avtobus yol kənarında yerləşən obyektə çırpılıb.

    Nəticədə avtobusun sürücüsü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Əraziyə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

    Hadisə səbəbindən ərazidə ciddi tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

  • Yola çıxan at ağır qəzaya səbəb oldu

    Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə köhnə Ələt-Astara magistralında, Quşçuluq fabriki yaxınlığında olub.

    Cəlilabad rayon sakini 1978-ci il təvəllüdlü Anar Bədəlovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil hərəkətdə olarkən qarşısına qəfil at çıxıb.

    Atın maşına çırpılmasından sonra “VAZ” hərəkətdə olan yük maşını ilə toqquşub.

    Qəza nəticəsində xəsarət alan A.Bədəlov rayon xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Tovuzda 68 yaşlı kişi yıxılaraq ölüb

    Tovuzda 68 yaşlı kişi yıxılaraq ölüb.

    Hadisə rayonun Xatınlı kəndi ərazisində qeydə alınıb.

    Bildirilib ki, həmin kəndin sakini, 1957-ci il təvəllüdlü Məhərrəm Rəcəb oğlu Abdiyev yıxılaraq həyatını itirib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Bakı-Qazax yolunda yük maşını aşdı – VİDEO

    Bakı–Qazax yolunda qəza olub.

    DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu gün saat 05:50 radələrində Bakı–Qazax avtomobil yolunun 248-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

    İlkin məlumata görə, İsmayıl İsmayılovun idarə etdiyi “Mercedes” markalı, 77-DU-358 dövlət qeydiyyat nişanlı yük avtomobili idarəetməni itirərək yoldan çıxıb və aşıb. Hadisə yerinə dərhal Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində dizel yanacağı daşıyan nəqliyyat vasitəsinin yanmasının qarşısı alınıb.

    Faktla bağlı araşdırma aparılır.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək xatırladır ki, xüsusilə iri tonnajlı və yanacaq daşıyan nəqliyyat vasitələrinin idarə olunması zamanı yüksək diqqət, məsuliyyət və ehtiyatlılıq vacibdir: “Belə nəqliyyat vasitələrinin texniki sazlığının yoxlanılması, sürət həddinə və məsafə intervalına əməl edilməsi, eləcə də yorğun və yuxusuz halda sükan arxasına əyləşməmək həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir”.

  • Siyəzəndə yeni doğulan körpə ÖLÜB

    Siyəzəndə yeni doğulan körpə ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, noyabrın 3-ü saat 06 radələrində 2025-ci il təvəllüdlü Tunar Ehtiram oğlu Yusifov yaşadığı Siyəzən şəhəri Xətai küçəsi ev 83-də ölüb.

    Uşağın vaxtından əvvəl doğulduğu bildirilib.

    Araşdırmalar aparılır.

  • Tovuzda 68 yaşlı kişi ad günündə faciəli şəkildə öldü

    Tovuz rayonunda 68 yaşlı kişi ad günündə yıxılıb ölüb.

    Hadisə noyabrın 3-də axşam saatlarında rayonun Xatınlı kəndi ərazisində baş verib.

    Kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəm Rəcəb oğlu Abdiyev evində ailəsi ilə birlikdə özünə ad günü mərasimi təşkil edib. O, evində çörək yeyəndən sonra həyətə çıxıb. Bu zaman onun ayağı sürüşüb yıxılıb və başı həyətdəki dirəyə dəyib.

    Ağır kəllə-beyin travması alan M.Abdiyev evində dünyasını dəyişib.

    Faktla bağlı araşdırmalar aparılır.
    //oxu.az

  • Siyəzəndə kişi evində araq içib öldü

    Siyəzən rayonunda spirtli içki qəbul edən şəxs evində ölüb.

    Hadisə noyabrın 3-də saat 16 radələrində rayonun Qırçal yaşayış massivində baş verib.

    Həmin ərazidə yaşayan 1984-cü il təvəllüdlü Mövlud Əlicanov evində spirtli içki qəbul edib. Bir müddətdən sonra onun halı qəfil pisləşib və keçinib.

    Faktla bağlı araşdırma aparılır.

  • Türkiyədə vəfat edən azərbaycanlı həkim sabiq icra başçısının bacısı qızı imiş

    Türkiyədə vəfat edən azərbaycanlı həkim Fərqanə Abbasovanın nəşi Azərbaycana gətirilib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, mərhum Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.

    Fərqanə Abbasova infarktdan vəfat etsə də, Türkiyə mətbuatı gənc həkimin intihar etməsi ilə bağlı iddialar irəli sürüb. Abbasovanın yaxınları intihar xəbərlərini yalanlayıblar.

    Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin məzunu olan Fərqanə Abbasova təhsilini Türkiyədə davam etdirib. O, təhsilini başa vurduqdan sonra bu ölkədə ixtisası üzrə çalışıb.

    Fərqanə Abbasova Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin bacısı qızıdır.