Category: Hadisə

  • Şahbuz sakini arı sancması nəticəsində ölüb

    Şahbuz rayon sakini qızının evində arı sancması səbəbindən vəfat edib.

    Hadisə Şahbuz rayonunda noyabrın 9-u saat 14 radələrində baş verib.

    Belə ki, Kükü kənd sakini 1959-cu il təvüllüdlü Aftandil Hüseynqulu oğlunu Həsənovu qızının yaşadığı evdə arı sancıb.

    A.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.

  • Salyanda sürücünün sükan arxasında yuxulaması həyatına SON QOYDU

    Salyan rayonunda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu, Şorsulu kəndi ərazisindən keçən hissədə qeydə alınıb.

    Belə ki, “Mercedes” markalı avtomobili idarə edən Bakı sakini, 1991-ci il təvəllüdlü Asif Rafiq oğlu Cəfərov idarəetməni itirərək yoldan çıxıb və nəticədə nəqliyyat vasitəsi aşıb.

    İlkin ehtimala görə, sürücünün idarəetməni itirməsinə sükan arxasında yuxulaması olub.

    Sürücü Asif Cəfərov hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Bərdədə hamamda meyiti tapılan nənə və nəvənin ÖLÜMÜNÜN TƏFƏRRÜATI

    Bərdə rayonunda baş verən bədbəxt hadisə ilə bağlı bəzi təfərrüat üzə çıxıb.

    Oxu.Az xəbər verir ki, hadisə ötən gün rayonun Tumaslı kəndində qeydə alınıb.

    Həmin kənd sakini, 1986-ci il təvəllüdlü Aytən Əsgər qızı Fətəliyeva nəvəsi 2023-cü il təvəllüdlü Sadiq Orxan oğlu Nəcəfovu çimizdirən zaman dəm qazından zəhərlənərək, ölüblər.

    Məlumata görə, həyatını itirən A.Fətəliyeva ev sahibinin ikinci həyat yoldaşı imiş. O, üç ay öncə bu ailəyə gəlin gəlib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Göygöldə piyadanı avtomobil vuraraq öldürüb

    Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    İlkin məlumata görə, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyadanı vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

    Hazırda hadisə nəticəsində ölən şəxsin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

  • Qaxda 3 uşaq anasının meyiti tapıldı

    Qaxda 3 uşaq anasının meyti tapılıb.

    Hadisə rayonun Şotavar kəndində baş verib. Belə ki, kənd sakini 1989-cu il təvəllüdlü Baxışova Züləccə Oruc qızının meyiti yaşadığı ünvanda aşkar edilib.

    Faktla baglı araşdırma aparılır.
    //unikal.az

  • Biləsuvarda iki maşın toqquşdu – Xəsarət alanlar var

    Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayonun Bəydili kəndində, yolayrıcında qeydə alınıb. Belə ki, rayonun Xırmandalı kənd sakini, 1982-ci il təvəllüdlü Elməddin Şıxverdiyevin idarə etdiyi
    “Mercedes”lə, Bəydili kənd sakini, 1996-cı il təvəllüdlü Mirəli Rəsulun idarə etdiyi “QAZ 24” markalı minik avtomobili toqquşub.

    Qəzada xəsarət alan sürücülər bədəninin müxtəlif nahiyələrindən aldıqları qapalı travmalara görə rayon xəstəxanasında həkimlər tərəfindən müayinə olunub.

    Onların xəsarətləri yüngül olduğundan amblator müalicəyə buraxılıb.

    Faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Bakı-Quba yolunda yük avtomobili piyadanı vurub öldürdü

    Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Orxan Xuduyevin idarə etdiyi yük avtomobili yolu keçən piyadanı vurub.

    Hadisə nəticəsində piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma başladılıb.

  • İmişlidə yanğın – 2 nəfər zəhərləndi

    İmişlidə yanğın baş verib.

    Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, rayonun Bəhramtəpə qəsəbəsində həyətyanı sahəyə yığılan ot bağlaması yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Bakıda obyekt yanıb

    Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 400 m² olan mebel sexinin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Gəncədə iki avtomobil toqquşdu

    Gəncədə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində 1990-cı il təvəllüdlü E.Heydərov və 2007-ci il təvəllüdlü S.Alıyev xəsarət alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

    Hadisə yerinə polis əməkdaşları əməkdaşları edilib.

    Faktla bağlı araşdırma aparılır.