Category: Hadisə

  • Ucarda vəzifəli şəxs ürək çatışmazlığından öldü

    Ucarda icra nümayəndəsi vəfat edib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Ucar Rayon İcra Hakimiyyəti Başçısının Xələc kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Azad Abdullayev bu gün axşam saatlarında halı pisləşərək vəfat edib.

    Mərhumun ürək çatışmazlığından həyatını itirdiyi deyilir.

    Qeyd edək ki, 57 yaşlı Azad Abdullayev uzun müddətdir ki, Xələc kəndində nümayəndə kimi çalışıb.

  • 24 yaşlı qazi vəfat etdi

    Şəmkirdə Vətən müharibəsi iştirakçısı vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü müharibə veteranı Asif Abbasov onkoloji xəstəlikdən dünyasını dəyişib.
    O, Şəmkir rayonunda dəfn edilib.

  • Abşeronda tələbə binadan yıxılaraq öldü

    Abşeron rayonunda bədbəxt hadisə baş verib.

    Oxu.Az xəbər verir ki, hadisə Şəfəq qəsəbəsində qeydə alınıb.

    Belə ki, 21 yaşlı Kəmalə Əbilova binadan yıxılaraq dünyasını dəyişib.

    Mərhumun Sumqayıt Dövlət Universitetinin tələbəsi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Qəbələdə ağır qəza: 74 yaşlı qadın öldü

    Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə bu gün saat 10 radələrində qeydə alınıb.

    İlham Balakişiyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən piyada, 74 yaşlı Vəzuhə Əzməmmədovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
    //oxu.az

  • Bakıda avtomobil yoluna qaçan piyadaların vurulma GÖRÜNTÜLƏRİ – Video

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

    Median.Az həmin müraciəti təqdim edir:

    “Piyadaların iştirakı ilə baş verən qəzaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalsa da, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi hər zaman vacibdir.

    Bu məqsədlə oktyabr ayının 27-dən noyabrın 3-dək ölkəmizdə “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.

    Tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərlə yanaşı, əhali arasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalardan yollarda ehtiyatlı olmağı xahiş edir, eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbirə töhfə verməyə çağırır”.

  • Cəlilabadda təmir zamanı biryaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb (Yenilənib)

    Cəlilabad rayonunun Xəlilabad kəndində baş verən faciəli hadisə ilə bağlı bəzi detallar məlum olub.

    Hadisə ötən gün səhər saatlarında qeydə alınıb.

    Məlumata görə, kənd sakini, 2024-cü il təvəllüdlü Miran Ramid oğlu Rəhimli yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

    İlkin məlumatlara əsasən, hadisə azyaşlının atası evdə təmir işi apardığı vaxt baş verib. Bu zaman elektrik açarı yerdə olub və uşaq burğacı (“otvertka” – red.) açarın içinə salıb. Nəticədə körpə elektrik cərəyanı vurması nəticəsində hadisə yerində həyatını itirib.

    Qeyd edək ki, ailənin Mirandan başqa daha bir övladı var.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

    * * * * *

    Cəlilabadda 1 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, oktyabrın 26-sı saat 10 radələrində 2024-cü il təvəllüdlü Miran Ramid oğlu Rəhimli yaşadığı Xəlilabad kəndindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Abşeronda 12 yaşlı qızı avtomobil vuraraq öldürüb

    Abşeronda avtomobil 12 yaşlı qızı vuraraq öldürüb.

    Hadisə Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb.

    Sadıq Şəmsəddin oğlu Sadıqov idarə etdiyi “Chevrolet Cobalt” minik avtomobili ilə piyada 2013-cü il təvəllüdlü Əzizə Seymur qızı Məmmədlini vurub. Hadisə nəticəsində sonuncu hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Bakıda yanaraq ölən şəxsin kimliyi məlum oldu

    Paytaxtın Xəzər rayonunda baş verən yanğın hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.

    Hadisə zamanı ev sahibi 1979-cu il təvəllüdlü Şahin Tofiq oğlu Məmmədli aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.

    İlkin ehtimala görə, hadisə qısaqapanma səbəbindən baş verib.

    Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Keşlədə tikinti materialları yığılan ərazidə yanğın olub – Video

    Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində tikinti materiallarının yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 400 kvadratmetr olan talvar altına yığılmış tikinti materialları 150 kv.m sahədə və yaxınlıqda dayanmış “Mercedes” markalı minik avtomobilinin salon hissəsi qismən yanıb.

    Tikinti materialları və avtomobilin qalan hissəsi, ətraf ərazilər yanğından mühafizə olunub.

  • Tibb Universitetinin professoru vəfat edib – FOTO

    Azərbaycan Tibb Universitetinin Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının professoru Ruxsara Həmdulla qızı Əliyeva vəfat edib.

    Bu barədə universitet məlumat yayıb.

    Qeyd edək ki, R.Əliyeva daha əvvəl “Əmək gigiyenası və peşə xəstəlikləri” Elmi tədqiqat institutunda direktor müavini, “Epidemiologiya, Mikrobiologiya və Gigiyena” Elmi tədqiqat institutunda laboratoriya müdiri olaraq çalışıb.

    O, 1994-cü ildən Azərbaycan Tibb Universiteti Əmək gigiyenası və Uşaq-yeniyetmələr gigiyenası kafedrasında professor olaraq fəaliyyət göstərirdi.