Category: Hadisə

  • Bakıda avtomobildə partlayış olub, xəsarət alan var

    Bakıda avtomobildə partlayış olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində avtomobildə partlayış baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus “MERCEDES” markalı minik avtomobilinin qaz balonunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

    Yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

    Partlayış nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Bakı metrosunda baş verən ölümün səbəbi MƏLUM OLDU

    Dünən metroda vəfat edən şəxsin kimliyi və ölüm səbəbi bəlli olub.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, saat 18:30-da metronun “Nərimanov” stansiyasında Bakı şəhər sakini 1958-ci il təvəllüdlü Aydın Rəhman oğlu Quliyev vəfat edib.

    A.Quliyev Nərimanov Tibb Mərkəzinə aparılıb. Onun ürək çatışmazlığından vəfat etdiyi məlum olub və aidiyyəti üzrə təhvil verilib.

  • Ağstafada 55 yaşlı sərxoş kişi yıxılıb öldü

    Ağstafa rayonunda sərxoş kişi ehtiyatsızlıqdan ölüb.

    Oxu.az-ın məlumatına görə, rayon sakini 1970-ci il təvəllüdlü Fazil Vaqif oğlu Rəhimov oktyabrın 21-də axşam saatlarında içkili vəziyyətdə evə gəlib.

    O, evə daxil olarkən sərxoş vəziyyətdə olduğundan yıxılıb və nəticədə başı evin qapısına dəyib. Ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən F.Rəhimov orada ölüb.

    Məlumata görə, F.Rəhimov spirtli içki aludəçisi olub.

    Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

  • Mingəçevirdə kişi kanalda batıb, axtarışları aparılır

    Mingəçevirdə 39 yaşlı kişi kanalda batıb.

    Hadisə bu gün baş verib.
    Şəhər sakini, 1986-cı il rəvəllüdlü Bəxtiyar Məmmədov Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb.
    Onun ehtiyatsızlıqdan suya düşdüyü ehtimal olunur. B.Məmmədovun tapılması istiqamətində axtarışlar aparılır.

  • Gəncədə maşınlar toqquşdu – Xəsarət alanlar var

    Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə şəhər ərazisində qeydə alınıb.
    Belə ki, hərəkətdə olan “Ford Transizt” markalı yük avtomobili ilə minik maşını toqquşub. Qəza zamanı 1967-ci il təvəllüdlü N.Sadıqov və 1961-ci il təvəllüdlü S.İbrahimova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
    Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda avtomobil qadını vuraraq öldürüb

    Bakıda avtomobil qadını vuraraq öldürüb.

    Mehdiyev Cəmil Paşa oğlu idarə etdiyi avtomobill piyada- 1973-cü il təvəllüdlü Cəbrayılova Bikə Abdul qızını vurub.

    Qadın aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

    Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

  • Bakıda 87 yaşlı moped sürücüsü qəzada öldü

    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə paytaxtın Pirallahı rayonu ərazisində qeydə alınıb.

    1991-ci il təvəllüdlü Eldar Həmzətqulu oğlu Səttarov idarə etdiyi “Toyota Aqua” markalı maşınla 1938-ci il təvəllüdü Hacı Əmir oğlu Ağayevin idarə etdiyi moped toqquşub. Nəticədə H.Ağayev aldığı xəsarətdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.
    //oxu.az

  • Ələt qəsəbəsində avtomobil iki piyadanı vuraraq öldürüb

    Ələt qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobili yolu keçən iki piyadanı vuraraq öldürüb.

    Onlardan biri Salyan sakini, 45 yaşlı Anar Hüseynqulu oğlu Bayramovdur. Digərinin isə kimliyi dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda 4-cü kurs tələbəsi vəfat edib

    Milli Aviasiya Akademiyasının tələbəsi ölüb.

    “Unikal”ın məlumatına görə, akademiyanın 4-cü kurs tələbəsi, 2005-ci il təvəllüdlü Qəşəm Alıyev oktyabrın 18-də vəfat edib.

    Mərhumun atası İftixar Alıyev də iki il əvvəl dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Tovuzda qadın heyvan üçün istifadə olunan dərmandan zəhərləndi

    Tovuzda qadın dərmandan zəhərlənib.

    Hadisə rayonun Dondar Quşçu kəndində baş verib. Kənd sakini 1985-ci il təvəllüdlü E.Quliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatırılıb. Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 40 yaşlı qadın heyvan üçün istifadə olunan dərmandan zəhərlənib.

    Onun hansı şəraitdə zəhərlənməsi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.