Category: Hadisə

  • Bakıda 87 yaşlı qadın eyvandan yıxılaraq ölüb

    Bakıda 87 yaşlı qadın eyvandan yıxılaraq ölüb.

    Hadisə paytaxtın Gəncə prospektində qeydə alınıb.

    Belə ki, ərazidə yaşayan əqli qüsurlu 1938-ci il təvəllüdlü Valentina Vasilyevna Rüstəmova yaşadığı Gəncə prospektində yaşadığı eyvanından yıxılaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Saatlıda 8-ci sinif şagirdi vəfat etdi

    Saatlı rayonunda 8-ci sinif şagirdi vəfat edib.

    Rayonun S.Vurğun adına 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Bikə Mirzəxan qızı Abbasova uzun sürən xəstəlikdən sonra həyatını itirib.

    Onun son illərdə xərçəng xəstəliyi ilə mübarizə apardığı bildirilib.
    //oxu.az

  • Sumqayıtda FACİƏ: başı daşa çırpıldı, yerindəcə keçindi

    Sumqayıtda kişi küçədə yıxılaraq, ölüb.

    Hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
    43 yaşlı Elşən Altay oğlu Kələntərli küçədə yıxılıb və başı daşa çırpılıb. Nəticədə zərərçəkən hadisə yerində ölüb.
    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Füzulidəki ağır qəza: Dörd nəfər xəsarət aldı

    Bu gün saat 11:30-da Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az xəbər verir ki, “Mercedes” və “Daewoo” markalı minik maşınlarının toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Səfiyar Qubad oğlu Quluzadə, 1999-cu il təvəllüdlü Şamil Kamil oğlu Cəfərov, 1993-cü il təvəllüdlü Surət Mayılxan oğlu Nəcəfli və 1990-cı il təvəllüdlü İlqar İbadət oğlu Nəcəfov müxtəlif dərəcəli xəsarət alıblar.

    Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan 4 nəfər (kişi) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

    “Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Pasiyentlərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar”.

  • Bakıda tüfeyli həyat tərzi keçirən kişi ticarət mərkəzində öldü

    Bakıda ticarət mərkəzində meyit tapılıb.

    Hadisə Qaradağ rayonu, Qobustan qəsəbəsindəki “Qaradağ” ticarət mərkəzində qeydə alınıb.

    1962-ci il təvəllüdlü Viktor Alekseyeviç Vorotnyuk ticarət mərkəzinin ərazisində dünyasını dəyişib. Onun meyitini sahibkarlar aşkar ediblər.

    Məlumata görə, V.Vorotnyuk tüfeyli həyat tərzi keçirirmiş. O, ticarət mərkəzi ərazisindəki mağazaların qarşısında gecələyirmiş. Onun xəstəlikdən öldüyü deyilir.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • İki ay əvvəl Yevlaxda qəzaya düşən şəxs xəstəxanada öldü

    İki ay əvvəl Yevlaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 26 yaşlı kişi xəstəxanada ölüb.

    Hadisə avqustun 27-də gecə saat 01 radələrində Yevlax şəhəri C.Mustafayev küçəsində baş verib.

    Yevlax sakini, 1995-ci il təvəllüdlü Kirman Orucov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolun kənarındakı ağaca çırpılıb.

    Hadisə nəticəsində avtomobildə olan sərnişinlər – 1999-cu il təvəllüdlü Ramiz Musayev və 2006-cı il təvəllüdlü Malik Zamanov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, R.Musayev oktyabrın 15-i xəstəxanada dünyasını dəyişib.

    Faktla bağlı cinayət işi başlanılıb.
    //oxu.az

  • “QHT işi” üzrə daha iki məhkəmə başlayır

    QHT işi üzrə ittiham olunan daha iki nəfərin məhkəməsi başlayır.

    APA-nın məlumatına görə, “QHT işi” çərçivəsində saxlanılan QHT təmsilçisi Əhməd Məmmədzadə və “Azərbaycan Gənclər Parlamenti” İctimai Birliyinin layihə rəhbəri Asiman Qocayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

    İş baxılması üçün aidiyyati üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Təqsirləndirilənlərin işi üzrə proseslərə hakimlər Hafiz Kamranov və Azər Tağıyev ayrı-ayrı icraatlarda sədrlik edəcəklər.

    Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri – hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

    Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.

    “İştirak Evi ” MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), “Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

    Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

    “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi – hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.

  • Samuxda teplovoz yandı

    Samuxda yanğın qeydə alınıb.

    “Unikal”ın məlumatına görə, hadisə rayonun ərazisində baş verib. Belə ki, Bakı-Böyük-Kəsik dəmiryolu xəttində hərəkətdə olan teplovozda anidən yanğın olub. Dərhal əraziyə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

    Yanğın söndürülüb, teplovozun qalan hissəsi yanğından mühafizə olunub.

  • Bakıda istixanada güclü yanğın

    Bakının Xəzər rayonunda istixanada yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, sahəsi 14 400 kvadratmetr olan istixananın polietilendən ibarət üzlüyü 3 450 kvadratmetr sahədə yanıb.

    Məlumata görə, istixananın qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Yasamalda mənzildə meyit tapılıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.