Category: Hadisə

  • 7 yaşlı oğlu ilə sükan arxasına keçib qəza törətdi – Uşaq öldü

    Oktyabrın 20-si saat 12 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində faciəvi hadisə baş verib.

    Qəsəbə sakini 1992-ci il təvəllüdlü Tural Sədi oğlu Süleymanov yaşadığı evin həyətində avtomobili divara vurub.

    Belə ki, o, qucağında 2018-ci il təvəllüdlü oğlu Usamə ilə “BMW” markalı, 77 KV 548 qeydiyyat nişanlı avtomobilə oturub yaşadığı evin həyətində idarə edib. Bu zaman uşaq sürüşərək sürət pedalına sıxılıb. Qəfil sürətlənən avtomobil hasara çırpılaraq dayanıb.

    Nəticədə azyaşlı U.Süleymanlı hadisə yerində ölüb. Atası isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

    Faktla bağlı Sabunçu RPİ-də CM-nin 263-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
    //qafqazinfo

  • Şəmkirdə qəza – Ölən var

    Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.az-ın məlumatına görə, hadisə oktyabr ayının 20-si saat 22:30-da Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonu Çaparlı kəndi ərazisindən keçən 400-cü kilometrliyində qeydə alınıb.

    Yavər Kamil oğlu Hacılının idarə etdiyi “Mercedes” markalı 77-EF-438 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yolu keçmək istəyən piyadanı vurub, nəticədə piyada həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Siyəzəndə 35 yaşlı kişini və altı inəyini elektrik cərəyanı vurdu

    Siyəzən rayon sakini və onun heyvanlarını elektrik cərəyanı vurub.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Sədan kəndində baş verib.

    Kənd sakini, 1990-cı il təvəllüdlü Seymur Nəcməddin oğlu Əhmədov gecə saatlarında heyvanlarını sahədən gətirərkən həmin ərazidə dirəkdən qırılmış 6 min voltluq elektrik naqilinə toxunub. Hadisə zamanı ona məxsus 6 inəyi və özünü elektrik cərəyanı vurub.

    Nəticədə 6 inək tələf olub, S.Əhmədov isə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Mingəçevirdə maşın velosipedçini vurdu

    Mingəçevirdə maşın velosipedçini vurub.

    “Unikal”ın məlumatına görə, hadisə 20 Yanvar küçəsində baş verib. “VAZ-2107” markalı avtomobil velosipedçini vurub. Qəza zamanı yaralanan velosipedçi, 30 yaşlı Qərib Sabirzadə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Mingəçevirdə ehtiyatsızlıqdan sirkə turşusu içən qadın öldü

    Mingəçevirdə 80 yaşlı qadın ehtiyatsızlıqdan sirkə turşusu içib.

    1945-ci il təvəllüdlü Dilarə Orucova ehtiyatsızlıq nəticəsində sirkə turşusu içərək zəhərlənib.

    O, xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Hövsanda 7-ci mərtəbədən yıxılan uşaq ailənin tək övladı imiş – TƏFƏRRÜAT (Video)

    Bakıda yaşayış kompleksində azyaşlı 7-ci mərtəbədən yıxılaraq ölüb.

    Ailə üzvlərinin verdiyi məlumata görə, Rəsul Əlifzadənin 3 yaşı olub. Maraqlıdır ki, rəsmi qurumlar onun 3 yox, 6 yaşı olduğunu bildirib. Məlumata görə, hadisə baş verən vaxt azyaşlı həyətdə nənəsi ilə uşaq meydançasında olub. O, evə getmək istəyib, nənəsinin yanından qaçaraq liftə tək girib.

    Rəsul Əlifzadə ailənin tək övladı olub.

    Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Xəzər xəbər”ə bildirilib ki, oktyabrın 18-də, saat 15:40-da Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2019-cu il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.

    Hadisə ilə bağlı araşdırma aparılır.

    Daha ətraflı “Xəzər TV”nin videomaterialında

  • Hacıqabulda 83 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

    Hacıqabul rayonunda bədbəxt hadisə baş verib.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə oktyabrın 17-də Hacıqabul şəhərinin Nəsirəddin Tusi küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

    Məlumata görə, mənzilin ikinci mərtəbəsindən yıxılan 1942-ci il təvəllüdlü Əlfağa Hətəm oğlu Quliyev ağır kəllə-beyin travması alıb. O, dərhal Şirvan Şəhər Xəstəxanasına aparılıb.

    Lakin həkimlərin səyinə baxmayaraq, 83 yaşlı kişi oktyabrn 19-u saat 23 radələrində xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə qadını maşın vurub öldürdü

    Gəncə şəhərində avtomobil piyadanı vurub öldürüb.

    Hadisə şəhər ərazisində baş verib.

    VAZ-2106 markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən qadını vurub.

    Piyada hadisə yerində ölüb. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma başlanılıb.
    //oxu.az

  • Qusarda avtomobil kanala aşdı – Beş nəfər xəsarət aldı

    Qusarda avtomobil kanala aşıb, beş nəfər xəsarət alıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə Qusar-Şahdağ avtomobil yolunda qeydə alınıb.

    Belə ki, “Renault” markalı minik avtomobili yoldan çıxaraq su kanalına aşıb.

    Hadisə nəticəsində Ağdam rayon sakini 1992-ci il təvəllüdlü E.Əsgərov, Biləsuvar rayon sakini 1996-cı il təvəllüdlü A.Cəfərzadə, Ucar rayon sakini 2004-cü il təvəllüdlü R.Hüseynov, Bərdə rayon sakini 1994-cü il təvəllüdlü N.Məmmədov və Qusar rayon sakini 1994-cü il təvəllüdlü N.Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

    Hadisə ilə bağlı araşdırma aparılır.

  • Yuxarı Şirvan kanalında bir nəfər batıb

    Yuxarı Şirvan kanalının Sabirabad rayonunun Surra kəndindən keçən hissəsində 1 nəfərin batıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.