Category: Hadisə

  • Lənkəranda qadının üzərinə beton hasar aşdı – Video

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Lənkəran şəhərində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaş – 1964-cü il təvəllüdlü Brilyant Davud qızı Babayevanın fərdi yaşayış evinin beton piltədən ibarət hasarının uçması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

    Xilasedicilər tərəfindən xüsusi vasitələrin tətbiqi ilə həyata keçirilən operativ tədbirlər nəticəsində B.Babayeva xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

  • Tovuzda ölümlə nəticələnən qəza olub

    Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə avqustun 21-də qeydə alınıb.

    Nüsrət Sabir oğlu Məmmədov idarə etdiyi VAZ-2106 avtomobili ilə Qovlar-Əyyublu yolunda hərəkətdə olarkən piyada Məhərrəm Həbib oğlu Abbasovu vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.
    //oxu.az

  • Lənkəranda “QAZel” və “KamAZ” toqquşub

    Lənkəran şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, nazirliyin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “QAZel” və “KamAZ” markalı iki yük avtomobili toqquşub, bir nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

    Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan şəxs çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Buzovnada 1 nəfər dənizdə batdı

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Xaçmazda 21 yaşlı qız binadan düşdü

    Xaçmazda 21 yaşlı qız binadan yıxılıb.

    Xaçmaz şəhər sakini 2004-cü il təvəllüdlü İsgəndərova Rəvanə Araz qızı Nəriman Nərimanov 21a ünvanında, Qayalı marketin üstündə yerləşən 9 mərtəbəli binanın 6-cı mərtəbəsindən yerə yıxılıb.

    O, aldığı ağır bədən xəsarətlərdən hadisə yerində ölüb. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Pataloji Anatomiya Birliyinin Xaçmaz şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə dəmir konstruksiya aşdı – Qadın yaralandı

    Gəncədə bədbəxt hadisə baş verib.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin mərkəzində baş verib. Belə ki, sözügedən ərazidə yerləşən 5 mərtəbəli yaşayış binasının fasad hissəsinin təmir olunması ilə bağlı dəmir konstruksiya quraşdırılıb.

    Anidən quraşdırılan həmin dəmir konstruksiya küçəyə aşıb. Bu zaman həmin ərazidən piyada keçən 1971-ci il təvəllüldü S.Məmmədova qolundan xəsarət alıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyərinin normal olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb

    Naxçıvanda müayinəyə gələn hamilə Perinatal Mərkəzdə vəfat edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Aysel Taleh qızı Teymurova Naxçıvan Perinatal Mərkəzinə müayinə üçün gəlib və anidən halı pisləşib.

    Mərkəzdə göstərilən tibbi müdaxilələrə baxmayaraq, 26 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

    Hazırda faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Nabranda ikimərtəbəli kottec yandı

    Nabranda yanğın hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Xaçmaz rayonunun Nabran kəndində ümumi sahəsi 500 m² (hər mərtəbəsi 250 m²) olan ikimərtəbəli taxta və dəmir konstruksiyadan ibarət kottec yanıb.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Masallıda su anbarında bir nəfər batıb

    Masallı rayonunun İsi kəndi yaxınlığındakı Viləşçay su anbarında bir nəfər batıb.

    Median.Az bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir.

    Qeyd olunur ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

    Əlavə məlumat veriləcək.

  • Gədəbəydə ev yanıb, tüstüdən zəhərlənən var

    Gədəbəydə ev yanıb, tüstüdən zəhərlənən var

    Hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

    Fərdi evdə baş vermiş yanğın zamanı 1959-cu il təvəllüdlü Q.Məmmədəliyev tüstüdən zəhərlənib. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

    Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.