Category: Hadisə

  • Bərdədə avtomobilin vurduğu 74 yaşlı kişi 4 gün sonra ölüb

    Bərdədə avtomobilin vurduğu 74 yaşlı kişi 4 gün sonra ölüb.

    Avqustun 24-də 1997-ci il təvəllüdlü Nəbiyev Mirəli Yavər oğlu idarə etdiyi avtomobillə 1951-ci il təvəllüdlü Fətullayev Sahib Məmməd oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

    Həkimlərin səyinə baxmayaraq, S. Fətullayev ötən gün vəfat edib.

    Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

  • Şəki “ASAN Xidmət”də FACİƏ: Dörd yaşlı qız yıxılıb öldü (Yenilənib)

    Şəkidəki “ASAN Xidmət”də yıxılan uşağın ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.

    Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 29-u saat 10:30-da 2021-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) ailə üzvləri tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    “Həkim briqadası tərəfindən dərhal müayinə aparılıb və bioloji ölüm halı təsdiqlənib.

    Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib”, – deyə məlumatda bildirilir.

    * * * * *

    Şəki “ASAN Xidmət”də uşaq yıxılıb ölüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında dörd yaşlı Mələk Nicat qızı Həbibova Şəki “ASAN Xidmət” mərkəzinin ikinci mərtəbəsindən yıxılıb.

    Azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisə ilə bağlı araşdırma aparılır.

  • Salyanda Kür çayında yaşlı kişi meyiti tapılıb

    Kür çayının Salyan rayonundan keçən hissəsində yaşlı kişi meyiti aşrar olunub.

    Hadisə Salyan şəhəri ilə Babazanlı yaşayış məntəqəsini birləşdirən körpünün yaxınlığında qeydə alınıb.

    İlkin məlumata görə, qeyd olunan ərazidə şəxsiyyəti məlum olmayan yaşlı kişinin meyiti aşkarlanıb. Meyit götürülərək aidiyyati üzrə təhvil verilib.

    Hazırda meyitin şəxsiyyətini müəyyənləşdirmək istiqamətində tədbirlər görülür.

    Faktla bağlı araşdırma aparılır.

  • Biləsuvarda maşın aşdı, azyaşlı yaralandı

    Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza Ələt-Astara magistral yolunun 118-ci kilometrliyində qeydə alınıb.

    “Kia” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

    Qəza nəticəsində maşında olan azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qəbələdə velosipeddən yıxılan yeniyetmə ölüb

    Qəbələdə velosipeddən yıxılan yeniyetmə ölüb.

    Hadisə rayonun Abrıx kəndində qeydə alınıb.

    Belə ki, 2010-cu il təvəllüdlü Ömər Zəkəriyəyev velosipeddən yıxılıb. O, xəstəxanaya yerləşdirilsə də, avqustun 27-si vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəmkirdə avtomobil yanıb

    Şəmkir rayonunun İrmaşlı kəndində VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanda kino çəkilişi FACİƏ ilə bitdi – Ölən və yaralı var – FOTO

    Quba-Xınalıq yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rayonun Qalayxudat kəndindən keçən hissəsində baş verən qəzada bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığı deyilir.

    Median.Az bizim.media-ya istinadla xəbər verir ki, qəza nəticəsində “Ford” markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Hazırda onun sıxılmış vəziyyətdə olan meyitinin çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə işləyirlər.

    Əldə olunan digər məlumata görə, qəzaya düşən avtomobil Qrız kəndinə film çəkilişi üçün yollanan texniki heyətə məxsus olub. Nəqliyyat vasitəsində sanitar təyinatlı avadanlıqlar da daşınırmış. Bildirilir ki, sözügedən film Yaponiyadan olan tərəfdaşlarla birgə çəkilir.

    Qəza zamanı avtomobildə olan şəxslərdən biri dərəyə düşüb və o, təcili tibbi yardım vasitəsilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    İlkin ehtimallara görə, qəza dumanlı hava şəraitində sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Avtomobil təxminən 100 metr hündürlükdən dərəyə yuvarlanıb.

    Hadisə ilə bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Bakıda uşaq suda boğuldu

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda süni sututarında 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Şəmkirdə 3 otaqlı evdə yanğın

    Şəmkir rayonunun Dəllər qəsəbəsində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb.

    Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Gəncədə TOYA GEDƏNLƏR qəzaya düşdülər: Çoxlu yaralı var

    Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan bir neçə avtomobil toqquşub. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, qəzaya düşənlər toya gedirmişlər.