Category: Hadisə

  • Ağstafada açıq ərazidə yanğın başladı

    Ağstafada yanğın hadisəsi baş verib.

    Yanğın rayonun Aşağı Göyvəli və Tatlı kəndlərində açıq ərazidə qeydə alınıb.

    Hazırda sözügedən ərazilərdə açıq sahədə kol-kos yanır. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

    Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

  • Sumqayıtda mənzildə 63 yaşlı qadının meyiti aşlarlandı

    Sumqayıtda mənzildə 63 yaşlı qadının meyiti tapılıb.

    Hadisə şəhərin 20-ci məhəlləsində qeydə alınıb.
    1962-ci il təvəllüdlü Nabat Qərib qızı Məmmədovanın meyiti onun yaşadığı evdə aşkarlanıb.
    Mərhumun meyiti müvafiq qurumlara təhvil verilib.
    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Yanğında sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?

    “Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yenidən yanğın hadisəsi baş verib. Bu, son 8 ildə sözügedən ticarət mərkəzində onuncu belə hadisədir. Aydındır ki, bu dəfə də sahibkarlara xeyli ziyan dəyib. İnkişaf etmiş ölkələrdə belə yanğınlar baş verən zaman dəymiş ziyan sığorta şirkətləri tərəfindən ödənilir”.

    Bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

    “Sahibkarlar öz əmlaklarını və məhsullarını sığortalayırlar ki, belə hallarda ziyanı sığorta şirkəti ilə paylaşa bilsinlər. Azərbaycanda da sahibkarlar əmlakın icbarı və eləcə də könüllü sığortasından istifadə edərək gözlənilməyən zərərləri öncədən kompensasiya edə bilərlər. Amma, müşahidələr göstərir ki, “Sədərək” Ticarət Mərkəzində texniki təhlükəsizlik vəziyyəti və əmlakın sığortalanması səviyyəsi tamamilə fərqlidir. Hətta bəzi əmlak sahibləri öz obyektlərini və mallarını sığortalamaq istəsələr belə, buna nail ola bilmirlər. Belə ki, sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, oradakı əksər mağazaları sığortalamaqdan imtina edirlər”, – deputat bildirib.

    V. Bayramov qeyd edib ki, sığorta şirkətləri də öz risklərini öncədən planlaşdırmalıdırlar: “Bu şirkətlər heç bir halda yüksək risk olan əmlaklarda öhdəlik götürməkdə maraqlı olmayacaqlar. Belə əmlakların sığortalanması üçün Fövqəladə Hallar Nazirliyindən müvafiq rəy və sənədin alınmasına ehtiyac var. Belə sənədlər olmadıqda təbii ki, sığorta şirkətləri hər il yanğın olan ticarət mərkəzində əmlakları sığortalamaqda maraqlı olmayacaqlar”.

    “Bütün bunlarla yanaşı, “Sədərək” ticarət mərkəzinə də sığorta münasibətlərinin gətirilməsinə ehtiyac var. Bu sahibkarlara dəyən və gələcəkdə dəyə biləcək zərərlərin öncədən sığortalanması üçün vacibdir. Amma bunun üçün həmin obyektlərdə texniki təhlükəsizlik qaydaları tam təmin edilməlidir. Əks halda sığorta şirkətləri bu riskli obyektlərlə işləməkdə maraqlı olmayacaqlar və yanğın nəticəsində sahibkarlara dəyən ziyan sığorta ilə qarşılanmayacaq.

    Aydındır ki, sahibkarların aylıq ödənişləri də kiçik məbləğlər deyil. Deməli, yığılan vəsaitlərin bir hissəsinin texniki təhlükəsizliyin gücləndirilməsi üçün istifadəsinə ehtiyac var, yoxsa, yenə də sığorta şirkətləri belə mərkəzlərdən yan keçəcəklər”, – parlamentari vurğulayıb.

  • Nitq qabiliyyəti olmayan kişi dənizdə boğuldu

    Astarada 72 yaşlı kişi dənizdə boğulub.

    Hadisə Qamışoba kəndində baş verib.

    Andadangəlmə eşitmə və nitq qabiliyyəti məhdud olan Ağarza Məmmədov dənizdə çimərkən boğulub.

    Onun meyiti sudan çıxarılaraq təhvil verilib.

  • Tarqovuda məşhur mağazada YANĞIN OLUB – Video

    Bakıda hədiyyə və aksessuar mağazasında yanğın baş verib.

    Bu barədə görüntülər Baku.ws-ə daxil olub.

    Bildirilib ki, Fəvvarələr Meydanında yerləşən “Pink” mağazasının anbarında qısaqapanmadan yanğın başlayıb.

    FHN-dən verilən məlumata əsasən mağaza əməkdaşları qısa müddətdə yanğını söndürüb, sahibkara ciddi ziyan dəyməyib.

  • Bakıda oteldə yanğın olub

    Bakıda üçmərtəbəli otel binasında yanğın olub.

    FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 1200 m² olan üçmərtəbəli otel binasının mənfi birinci mərtəbəsində yerləşən sauna otağının, sanitar qovşağının və dəhlizinin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Otel binasının qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Ağstafada avtomobil qəzası olub, ölən və xəsarət alan var

    Ağstafada avtomobil qəzası baş verib, bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

    “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

    Qəza nəticəsində Zəlimxan kənd sakini, 2002-ci il təvəllüdlü Ayxan Məmmədov ölüb.

    Daha bir nəfər isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağstafada “Prado” aşdı – Ölən var

    Ağstafada minik maşını aşıb, sürücü ölüb.

    Hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Prado” markalı minik maşını aşıb.Qəza zamanı 2002-ci il təvəllüdlü A.Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb.

    Fakt araşdırılır.
    //unikal.az

  • Tərtərdə “Hyundai” ilə BMW toqquşdu: Yaralananlar var

    Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Hindarx-Borsunlu avtomobil yolunun Tərtər rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Həmin yolda hərəkətdə olan “Hyundai” markalı avtomobil qarşı hərəkət zolağında olan BMW markalı avtomobillə toqquşub.

    Hadisə nəticəsində üç nəfər – 1998-ci il təvəllüdlü Vaqif Yalçın oğlu Əsgərzadə, 2004-cü il təvəllüdlü Elgiz Çingiz oğlu İsayev və 1962-ci il təvəllüdlü İlqar İsmayıl oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanların hamısı Tərtər rayon sakinləridirlər.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Ucar sakini Bakıda elektrik cərəyanı vurması nəticəsində ölüb

    Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün Bakıda baş verib.

    Rayonun Qaradağlı kənd sakini, 1994-cü il təvəllüdlü Dövran Mahir oğlu Allahverdiyevi cərəyan vuraraq öldürüb.