Category: İdman

  • Azərbaycanın kayak və kanoeçiləri dünya çempionatında iştirak edəcəklər

    Azərbaycanın kayak və kanoeçiləri dünya çempionatında iştirak etmək üçün Portuqaliyaya yola düşüblər.

    “Report” xəbər verir ki, Montemor-o-Velyo şəhərində gənclər və 23 yaşa qədər kayak və kanoeçilər arasında keçiriləcək mundialda ölkəmizi 1 qadın, 2 kişi olmaqla, ümumilikdə 3 idmançı təmsil edəcək.

    Kanoedə Tatyana Smilovenko medal uğrunda mübarizə aparacaq. Kayak üzrə isə Amil Ramazanov və Əlimurad Hacızadə fəxri kürsüyə qalxmağa çalışacaqlar.

    Qeyd edək ki, bu gün start götürəcək yarış iyulun 27-dək davam edəcək.

  • Azərbaycan şahmat millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

    Azərbaycan şahmat millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.

    Bu barədə “Report”a Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən məlumat verilib.

    AŞF-nin İcraiyyə Komitəsi onlayn toplantıda Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək milli komandaların heyətini təsdiqləyib.

    Kişi şahmatçılardan ibarət komandanın heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Eltac Səfərli cəlb edilib. Komandanın kapitanı Teymur Rəcəbov olacaq.

    Qadın şahmatçılardan ibarət milliyə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva dəvət olunub. İlahə Qədimova kapitan olaraq, Nicat Abasov isə məşqçi kimi təsdiqlənib.

    Şahmatçıların lövhələr üzrə mövqeyi yarış ərəfəsində açıqlanacaq.

    Qeyd edək ki, qitə çempionatı oktyabrın 5-də start götürəcək.

  • “Sumqayıt” müdafiəçisi ilə yolları ayırıb

    “Sumqayıt” müdafiəçisi Alan Diasla yolları ayırıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Braziliyalı arxa xətt oyunçusu ilə müddəti başa çatan müqavilə yenilənməyib.

  • Andrey Şevçenkonun oğlu İngiltərə klubuna keçib

    Ukrayna millisinin əfsanəvi futbolçusu Andrey Şevçenkonun oğlu Kristian İngiltərənin “Uotford” klubu ilə peşəkar müqavilə imzalayıb.

    Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
    Hücumçu 2023-cü ildən “Uotford”un aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib. Ötən mövsüm 11 qol vuran Kristian eyni zamanda 8 məhsuldar ötürmə ilə yadda qalıb.
    Onun komandası ilə “1+1” illik sözləşmə bağlayıb.
    Qeyd edək ki, Kristianın atası Andrey Şevçenko 2004-cü il “Qızıl top” mükafatının sahibi olub. O, “Dinamo” (Kiyev) və “Milan” (İtaliya) klublarının heyətində ölkə çempionluqları yaşayıb.

  • Azərbaycanın məktəbli boksçuları Avropa birinciliyində mübarizə aparacaqlar

    Azərbaycanın məktəbli oğlan və qız boksçuları iyulun 23-də Serbiyanın Zlatibor şəhərində start götürəcək Avropa birinciliyində mübarizə aparacaqlar.

    Yarış 5 gün davam edəcək.

    Məşqçilər korpusu qitə birinciliyində Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Sahib Baxışlı (44 kq), Nuran Yusibli (46 kq), Abbasəli Məmmədli (48 kq), Elcan Musazadə (50 kq), Məhəmməd Əli (52 kq), Fərhad Quliyev (54 kq), Sabir Rüstəmov (57 kq), Amid Ələkbərov (60 kq), Sərxan Haqverdiyev (63 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Yusif Ağakişiyev (75 kq), Mehran Rəsulov (80 kq), Ərdəm Təkin (90 kq), Nəsrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (42 kq), Fatimə Məmmədli (44 kq), Aysan Miriyeva (46 kq), Nuray Qafarova (48 kq), Leyla Mahmudlu (51 kq), Kəmalə Həsənova (54 kq), Emiliya Beydullayeva (57 kq) və Xumar Cəfərliyə (70 kq) şans verəcək.

    Komandaya Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək. Qalib Əbiyev yarışın hakimləri sırasında yer alacaq.
    //report

  • 19 yaşlı idmançı qaldığı hotelin balkonundan yıxılaraq ölüb

    Şotlandiyalı hokkeyçi Qari Kelli mehmanxanada olarkən faciəvi şəkildə dünyasını dəyişib.

    Median.Az “Daily Record” nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı idmançı hotelin balkonundan yıxılaraq vəfat edib.

    Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər ona kömək edə bilməyiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları Kellinin balkondan yıxılaraq öldüyünü təsdiqləyiblər.

    Mənbənin bildirdiyinə görə, Kellinin həmyerlisi Evan Tomson da iki həftə əvvəl oxşar şəraitdə dünyasını dəyişib. Təhlükəsizlik məsələləri ilə bağlı tənqidlərə məruz qalan hotel rəhbərliyi bütün əyləncə tədbirlərini ləğv edib.

    Qeyd edək ki, Kelli Şotlandiya Milli Liqasında “Dandi Rokets”, “Aberdin” və “Dandi Stars” komandalarında çıxış edib. Ötən mövsüm o, 13 oyunda 17 xal (10 qol və 7 məhsuldar ötürmə) toplayıb.

  • “Səbail” kapitanı ilə müqavilə müddətini uzadıb

    2025/2026 mövsümündən etibarən I Liqada çıxış edəcək “Səbail” kapitanı Yusif Nəbiyevlə müqavilə müddətini uzadıb.

    Paytaxt klubundan verilən məlumata görə, müdafiəçi ilə “1+2” illik sözləşmə imzalanıb.

    Qeyd edək ki, Yusif Nəbiyev son iki mövsümü “Səbail”də keçirib.

  • “Şamaxı” yoxlama görüşündə “Karvan”a qalib gəldu

    Azərbaycan Premyer Liqası təmsilçiləri “Şamaxı” və “Karvan” yoxlama oyununda üz-üzə gəliblər.

    Qəbələ şəhər stadionunda keçirilən matç ev birincilərin qələbəsi ilə başa çatıb – 2:0.

    Abdulla Şuaybu və Bilal İsmayilov adlarını tabloya yazdıran futbolçular olub.

  • “Çelsi” portuqaliyalı futbolçu ilə müqaviləni pozdu

    İngiltərənin “Çelsi” komandası futbolçusu Renatu Vieqa ilə yollarını ayırıb.

    Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

    Mənbənin sözlərinə görə, London klubu 21 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

    Portuqaliyalı oyunçu ötən il icarə əsasında İtaliyanın “Yuventus” komandasında çıxış edib.

    //unikal

  • “Real Madrid”in gəlirləri tarixi rekord qırdı – MƏBLƏĞ

    “Real” bir mövsümdəki gəlirlərinə görə dünyada yeni rekorda imza atıb.

    Məlumatı Madrid klubunun mətbuat xidməti yayıb.

    2024/25 mövsümündə klubun gəliri 1,185 milyard avro təşkil edib. Bütün xərclər, o cümlədən, vergilər ödənildikdən sonra xalis mənfəət 24 milyon avro təşkil edib.

    Xatırladaq ki, 2023/24 mövsümünün sonunda “Real Madrid”in maliyyə ilindəki gəliri 1 milyard avronu ötmüş (1,073 milyard) ilk klub kimi tarixə düşmüşdü. //Fanat.az