Azərbaycan Premyer Liqası təmsilçiləri “Şamaxı” və “Kəpəz” yoxlama matçında üz-üzə gəlib.
Category: İdman
-
“Neftçi”nin Yunanıstan klubu ilə yoxlama matçının vaxtı dəqiqləşib
“Neftçi” klubunun Polşadakı təlim-məşq toplanışı çərçivəsində “Asteras”la (Yunanıstan) yoxlama matçının vaxtı dəqiqləşib.
Qarşılaşma iyulun 27-də Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.Matç Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq. Tərəflərin istəyinə əsasən, oyun canlı yayımlanmayacaq.
Qeyd edək ki, İsrailin “Hapoel” (Təl-Əviv) (1:1) və Poşanın “Termalika” (2:2) komandaları ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.
-
MLS Messini cəzalandırdı
“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi və komandanın ispan müdafiəçisi Jordi Alba Ulduzlar Oyununda iştirak edə bilmədikləri üçün Əsas Futbol Liqasının (MLS) müntəzəm mövsümündə bir oyun buraxacaqlar.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.Ulduzlar Oyunu iyulun 23-də keçirilib. Azarkeşlərin səsi sayəsində Messi və Alba komandaya cəlb olunublar, lakin futbolçular oyunda iştirak etməkdən imtina ediblər. Nəticədə, Liqa Messi və Albanı növbəti müntəzəm mövsümdə “Sinsinnati” ilə oyundan kənarlaşdırıb.
Qeyd edək ki, mövsümün son 7 matçında Messi 6 dubl edib. O, MLS tarixində ardıcıl beş oyunda iki qol vuran ilk futbolçu olub. Ümumilikdə, argentinalı bu müddət ərzində 13 qol vurub.
-
İtaliyalı gimnast yarış zamanı yıxılaraq komaya düşüb
23 yaşlı italiyalı gimnast Lorentso Boniçelli Almaniyada təşkil olunan Universiada zamanı yıxılaraq komaya düşüb.
İdmançı komanda yarışında halqalarda hərəkətlərin icrası zamanı uğursuz eniş edib və boynundan zədələnib.Təcili xəstəxanaya yerləşdirilən gimnast əməliyyat olunub. İtaliya yığması hadisədən sonra turniri tərk edib.
Beynəlxalq Gimnastika Federasiyasının texniki koordinatoru Stiv Butçer idmançının vəziyyətinin ən azı qarşıdakı 10 gün ərzində qeyri-müəyyən qalacağını bildirib.
Qeyd edək ki, Universiada iyulun 27-də başa çatacaq.
-
Pirlo “Dubay Yunayted” klubunun baş məşqçisi olub
İtaliya millisinin heyətində 2006-cı ildə dünya çempionatının qalibi olan Andrea Pirlo Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Dubay Yunayted”in baş məşqçisi təyin edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.46 yaşlı italiyalı mütəxəssisin son iş yeri “Sampdoriya” olub.
A.Pirlo peşəkar məşqçilik karyerasına 2020-ci ildə “Yuventus”un başına keçməklə başlayıb. Bundan əvvəl o, “qoca sinyora”nın gənclər sistemində işləyib.
-
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.
Bu həftə ölkə reytinqinə 0,875 əmsal əlavə olunub.Bu, Azərbaycan klublarının avrokuboklarda göstərdiyi nəticələrdən sonra reallaşıb.
Hazırda Azərbaycan 18,125 əmsalla 29-cu pillədədir. 28-ci pillədə Rusiya (18,299), 30-cu sırada isə Bolqarıstan (16,875) qərarlaşıb.
UEFA reytinqinə İngiltərə (94,839) başçılıq edir.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyada Şelburn”u (3:0) məğlub edib. UEFA Konfrans Liqasının II təsnifat mərhələsində isə “Sabah” Moldovada “Petrokub”a (2:0) “Araz-Naxçıvan” isə Bakıda “Aris”ə (2:1) qalib gəlib. Bu turnirdəki üçüncü təmsilçimiz “Zirə” evdə “Hayduk”un (Xorvatiya) müqavimətini qıra bilməyib – 1:1.
//report -
Azərbaycan UEFA əmsallar cədvəlində mövqeyini yaxşılaşdırmağa yaxındır
Azərbaycan UEFA əmsallar cədvəlində 2025/26 mövsümündə topladığı reytinq xalını 1.000-a çatdırıb.
Bu, “Araz-Naxçıvan” və “Sabah”ın qazandıqları qələbələr sayəsində mümkün olub.Qeyd edək ki, dünən Konfrans Liqasında Yunanıstanın “Aris” klubu ilə qarşılaşan “Araz-Naxçıvan” ilk sınaqdan üzüağ çıxıb – 2:1, “Sabah” isə Moldovada “Petrokub”u məğlub edib – 0:2.
Xatırladaq ki, bir gün əvvəl “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”u İrlandiyada darmadağın edib – 3:0, “Zirə” isə Konfrans Liqasının eyni mərhələsində Xorvatiya “Hayduk”una qarşı ev oyunundan heç-heçə ilə ayrılıb – 1:1.
Beləliklə, təsnifat mərhələlərində qələbəyə görə bir, heç-heçəyə görə yarım xal verildiyi üçün turnirdə iştirak edən komandalarımızın sayına böldükdə “Sabah”ın ölkənin aktivinə 0.375 xal, “Qarabağ” və “Araz-Naxçıvan”ın hərəyə 0.250 xal, “Zirə”nin isə 0.125 xal gətirdiyi aydın olur.
Hazırda 18.125 xala malik Azərbaycan 29-cu pillədəki mövqeyini qoruyub. Ukrayna (18.475) klublarının uğurlu çıxışı sayəsində indi ən yaxın rəqibimiz Rusiyadır – avrokuboklarda təmsil olunmayan şimal qonşumuzun 18.299 xalı var və böyük ehtimalla gələn həftə onları keçəcəyik. 30-cü yerdə qərarlaşan Bolqarıstan isə 16.875 xal (bu mövsüm + 1.000) toplayıb.
Qeyd edək ki, əmsallar cədvəlinə 94.839 xalla İngiltərə başçılıq edir.
-
Azərbaycan cüdoçusu EYOF-da erməni rəqibinə ipponla qalib gəlib
Azərbaycan cüdoçusu Məhəmməd Ağakişiyev (73 kq) Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Ermənistandan olan rəqibinə ipponla qalib gəlib.
Bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz Tiqran Saruxanyanla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn M.Ağakişiyev 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, daha əvvəl Amin Mehdiyev (81 kq) də 1/4 finala vəsiqə əldə edib.
-
Meksika millisinin ən yaxşı bombardiri cəzalandırılıb
Meksika millisinin ən yaxşı bombardiri “Çiçarito” ləqəbli Xavyer Ernandes qadınlar haqqında işlətdiyi ifadələrə görə cəzalandırılıb.
Meksika Futbol Federasiyası 37 yaşlı futbolçuya sanksiyalar tətbiq etdiyini açıqlayıb.Hazırda ölkəsinin “Qvadalaxara” klubunda çıxış edən hücumçuya pul cəriməsi kəsilib. Bundan əlavə, təkrar pozuntu təqdirində, Çiçaritonun daha ciddi cəzalandırılacağı bildirilib.
İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Real” klublarının formasını geyinmiş futbolçunun sosial şəbəkələrdə qadın və kişi münasibətlərinə dair paylaşdığı video böyük müzakirələrə səbəb olub. Hətta Meksika prezidenti Klaudiya Şeynbaum da onu işlətdiyi ifadələrə görə tənqid edib.
Qeyd edək ki, X.Ernandes 2024-cü ildən “Qvadalxara”nın formasını geyinir.
//report -
Rodri karyerasını “Real”da davam etdirə bilər
İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Rodri karyerasını “Real”da (İspaniya) davam etdirə bilər.
Madrid klubu 29 yaşlı ispaniyalı yarımmüdafiəçi üçün Premyer Liqa təmsilçisinə 115 milyon avro təklif etməyə hazırlaşır.Tərəflər arasında ilkin razılığın əldə olunduğu bildirlir.
Qeyd edək ki, Rodri 2024-cü ildə “Qızıl top” mükafatının qalibi olub.









