Category: İqtisadiyyat

  • Azərbaycan neftinin qiyməti artıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 1.71 ABŞ dolları və ya 2,57% artaraq 68.34 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.63 ABŞ dolları təşkil edib.

  • Mərkəzi Bank 6,5 milyon manatlıq əmlakını hərraca çıxarır

    Azərbaycan Mərkəzi Bankının (AMB) balansında olan əmlaklar hərraca çıxarılır.

    Oxu.Az-ın məlumatına görə, əmlaklar arasında ən baha olanı 2 milyon 688 min 237 manat dəyərindəki Oğuz rayonu, Muxas kəndində yerləşən 18.3169 hektarlıq torpaq sahəsidir.

    Hərraca çıxarılan digər əmlaklar isə aşağıdakılardır:

    – Oğuz rayonu, Muxas kəndində dəyəri 146 min 762 manat olan bir hektar torpaq sahəsi;

    – Neftçala rayonu, Astanlı kəndində dəyəri 481 min 600 manat olan 56 hektar torpaq sahəsi;

    – Neftçala rayonu, Aşağı Surra kəndində dəyəri 430 min manat olan 50 hektar torpaq sahəsi;

    – Neftçala rayonu, Yeniqışlaq kəndində dəyəri 106 640 manat olan 12.4 hektar torpaq sahəsi;

    – Neftçala rayonu, Yeniqışlaq kəndində 430 min manat dəyərində 50 hektar torpaq sahəsi;

    – Neftçala rayonu, Yeniqışlaq kəndində 538 min 360 manat dəyərində 62.60 hektar torpaq sahəsi;

    – Xaçmaz rayonu, Aşağıoba kəndində 273 min manat dəyərində 0.70 hektar torpaq sahəsi;

    – Xaçmaz rayonu, Aşağıoba kəndində 546 min manat dəyərində 1.4 hektar torpaq sahəsi;

    – Xaçmaz rayonu, Aslanoba kəndində 923 min 520 manat dəyərində 2.368 hektar torpaq sahəsi.

    Hərraca çıxarılan əmlakların ümumi dəyəri 6 milyon 564 min manat olaraq qiymətləndirilir.

  • Ermənistanda Azərbaycandan idxal olunan benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb

    Azərbaycandan idxal edilən benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu ölkənin Bazara Nəzarət üzrə Təftiş Orqanının rəhbəri Armen Kotolyan mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, gətirilən partiyalardan götürülmüş yanacaq nümunələri Ermənistanın Milli Standartlaşdırma və Metrologiya Mərkəzində laborator müayinələrdən keçirilib. Nəticələr benzinin keyfiyyətinin Avrasiya İqtisadi İttifaqının (Aİİ) texniki tələblərinə cavab verdiyini göstərib.

    “Keyfiyyət baxımından pozuntular aşkar edilməyib. Bununla belə, yanacaqdoldurma məntəqələrində yoxlamalar zamanı biz satılan yanacağın mənşə ölkəsini müəyyən etmirik”, – Kotolyan qeyd edib.

  • Sahibkarlara ŞAD XƏBƏR: Yoxlamalar daha bir il olmayacaq

    Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı müddətin uzadılması təklif edilir.

    Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.

    Belə ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Təklif olunan qanun layihəsi həmin müddətin daha bir il – 2027-ci il yanvarın 1-dək uzadılmasını nəzərdə tutur.
    //oxu.az

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 1.32 ABŞ dolları və ya 1.94% azalaraq 66.63 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67.95 ABŞ dolları təşkil edib.

  • Qızılın qiyməti tarixi maksimumunu yenilədi

    “Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma üçün qızıl füçerslərinin qiyməti trua unsiyası üçün 4970 dollara çataraq, yeni bir rekord səviyyəyə çatıb.

    Bu, ticarət platformasının məlumatlarından irəli gəlir.

    Bakı vaxtı ilə saat 04:00-a olan məlumata görə, qızılın qiyməti trua unsiyası üçün 4970 dollar təşkil edib.

    Hazırda qızılın qiyməti trua unsiyası üçün 4953.8 dollardır.

  • SOCAR İsveçrə şirkəti ilə sənəd imzalayıb

    İsveçrədə keçirilən Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı (World Economic Forum 2026 – WEF 2026) çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İsveçrənin “SICPA SA” şirkəti arasında xidmətlərin göstərilməsinə dair sənəd imzalanıb.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkəsindəki hesabında yazıb.

    Nazir paylaşımında qeyd edib ki, bu əməkdaşlıq müasir monitorinq texnologiyaları vasitəsilə birgə fəaliyyət çərçivəsinin yaranmasını təmin edəcək: “Yeni həllər enerji təchizatı zənciri üzrə təhlükəsizliyin təmin edilməsinə və şəffaflığın artırılmasına töhfə verəcək”.//azxeber.com

  • Azərbaycanda benzinin qiyməti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

    “Premium benzinin 2024-cü ildə il bir tonun orta idxal qiyməti 938 dollar olduğu halda, 2025-ci ilin ildə 9% azalaraq 856 (1455 manat) dollara düşüb.
     
    1 ton Aİ 95 = 1333 litr = 1455 manat (idxal qiyməti)
     
    1 litr = 1 manat 9 qəpik.
     
    1 litrə 7 qəpik yol vergisi.
     
    18% ƏDV”.
     
    Median.Az
    xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
     
    Onun sözlərinə görə, satışdakı qiymətləri sadəcə SOCAR və onun törəmə şirkətləri müəyyən edir:
     
    “Deməli belə: 2025-də idxal qiyməti 1 manat 9 qəpik, 7 qəpik yol vergisi, 19 qəpik ƏDV = 1 manat 35 qəpik. Satılır 1 manat 60 qəpiyə. Hər litrdən 25 qəpik qazanc.
     
    Həcminə baxaq: Premium markalı avtomobil benzinin ixrac həcmi isə 2025-ci ilin ilk 11 ayında 128 min ton olub, yəni, 170 mln. 624 min litr. Yəni, dekabr ayını çıxasaq, 2025-ci ilin ilk 11 ayında Premium benzinin inhisarçısı 42 mln. 656 min manat pul qazanıb.
     
    Hə, niyə inhisarçı deyirəm – çox sadə, Aİ 95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir, güya, bazar qiyməti müəyyən etməlidir. Amma, bazarda cəmi 1 oyunçu var – SOCAR-ın törəmə şirkətləri, qiyməti də onlar müəyyən edir. Rəqabət olsaydı, hər litrinə 25 qəpik qazanc olan biznesə çox oyunçu daxil olmaq istərdi ki, bu da, qiymətlərin aşağı çəkilməsinə xidmət edərdi.
     
    2025-ci ildə Aİ 95-in idxal qiyməti 9% ucuzlaşsa da, pərakəndə satış qiyməti ucuzlaşmayıb…”/ musavat

  • Pensiyaçılara şad xəbər

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb.

    Nazirlikdən verilən məlumata görə, yanvarın 13-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

    Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 1.44 ABŞ dolları və ya 2.07% azalaraq 67.95 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.39 ABŞ dolları təşkil edib.