Category: İqtisadiyyat

  • Azərbaycan neftinin qiyməti kəskin artıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 2.52 ABŞ dolları və ya 3.58% artaraq 72.89 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70.37 ABŞ dolları təşkil edib.

  • Bakıda genişmiqyaslı təmir başlayır – 65 milyonluq LAYİHƏ

    Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işləri aparılacaq.

    Median.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti bununla bağlı hazırlıqlara başlayıb.

    Belə ki, sözügedən işlər Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu, Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ və Pirallahı rayonlarını əhatə edəcək.
    Paytaxt ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işlərinə 65 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.//
    Iqtisadiyyat.az

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 1.06 ABŞ dolları və ya 1.53% artaraq 70.37 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.31 ABŞ dolları təşkil edib.

  • Bakıda köhnə tikililərdə kəskin bahalaşma dövrü başa çatır

    Bakıda köhnə tikili mənzillərin qiymətlərində artım tempinin qarşıdakı illərdə mərhələli şəkildə azalacağı gözlənilir.

    Bunu “Report”a açıqlamasında “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” (AQC) İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.

    Onun sözlərinə görə, 2025-ci ildə paytaxt üzrə köhnə mənzillərin orta çəkili qiymət artımı faktiki olaraq 9,4 % təşkil edib: “2026-cı ildə bu göstəricinin 6,5 %-ə, 2027-ci ildə isə 5,2 %-ə enəcəyi proqnozlaşdırılır. Bu dinamika bazarda əvvəlki illərlə müqayisədə daha sabit və balanslı qiymət artım mərhələsinin formalaşdığını göstərir”.

    V. Oruc qeyd edib ki, 2026-cı ildə artımın əsasən mərkəzə yaxın və infrastruktur baxımından əlverişli rayonlarda daha yüksək olacağı gözlənilir: “Belə ki, Səbail rayonunda qiymətlərin 8,2 %, Nərimanovda 7,8 %, Yasamalda 7,4 %, Xətaidə 7,2 %, Nəsimidə isə 6,8 % artacağı proqnozlaşdırılır. Digər rayonlarda artım tempi nisbətən zəif olacaq. Nizami rayonunda 5,6 %, Binəqədidə 5,4 %, Suraxanıda 5,9 % artım gözlənildiyi halda, Sabunçuda 4,2 %, Xəzərdə 3,6 %, Qaradağda 3,4 %, Pirallahıda isə cəmi 2,9 % artım ehtimal edilir. Ümumilikdə Bakı üzrə orta artım göstəricisi 6,5 % səviyyəsində qiymətləndirilir”.

    Onun sözlərinə görə, 2027-ci ildə qiymət artım tempinin daha da zəifləyəcəyi və bazarın sabitləşmə mərhələsinə keçəcəyi gözlənilir: “Həmin il paytaxtda yüksək artımın yenə də mərkəzi rayonlarda qeydə alınacağını gözləyirik. Səbaildə qiymətlərin 6,9 %, Yasamalda 6,1 %, Nəsimidə 5,7 %, Nərimanovda isə 5,6 % yüksələcəyi gözlənilir. Şəhərin kənar ərazilərində isə artım aşağı olacaq. Pirallahıda 4 %, Qaradağda 4,4 %, Xəzərdə 4,6 % artım proqnozlaşdırılır”.

    AQC sədrinin fikrincə, artım tempinin tədricən azalması daşınmaz əmlak bazarında kəskin bahalaşma mərhələsinin başa çatdığını və qiymətlərin daha sabit dinamikaya keçdiyini göstərir: “Bu isə həm alıcılar, həm də investorlar üçün daha proqnozlaşdırıla bilən və balanslı bazar şəraiti yaradır”.

  • Azərbaycanın dövlət borcu açıqlanıb

    2025-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 2 milyard 399,6 milyon manat təşkil edib.

    Bu barədə Maliyyə Nazirliyindən bildirilib.

    2025-ci il ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 757,0 milyon manat (əsas borc üzrə 136,8 milyon manat, faiz borcu üzrə 620,2 milyon manat), xarici dövlət borcu üzrə 1342,5 milyon manat olmaqla (əsas borc üzrə 959,7 milyon manat, faiz borcu üzrə 382,8 milyon manat), ümumilikdə 2099,5 milyon manatın ödənilməsi təmin edilib. 2025-ci il üzrə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərində ümumilikdə 300,1 milyon manat məbləğində qənaət formalaşdırılıb.

    1 yanvar 2026-cı il tarixinə Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 25 milyard 987,5 milyon manat və ya 2025-ci il üzrə 12 milyard 9094,0 milyon manat məbləğində ümumi daxili məhsulun (ÜDM) 20,1 faizini təşkil edir.

    1 yanvar 2026-cı il tarixinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 4813,5 milyon ABŞ dolları və ya ÜDM-in 6,3 faizini təşkil edir.

    Daxili dövlət borcunun səviyyəsi isə 2026-cı il 1 yanvar tarixinə 17 milyard 804,5 milyon manat və ya ÜDM-in 13,8 faizi səviyyəsində olub.

  • Yanvar ayının pensiyaları niyə artımlar ilə ödənilmədi?

    “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyalarının indeksləşdirilərək artırılması hər il yanvar ayına da şamil olunur. Artıq yanvar ayı üçün pensiyalar tam ödənilib.

    Bu ay artımların verilməməsi nə ilə bağlıdır və artımlar nə zaman ödəniləcək?

    Bununla bağlı iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

    V.Bayramov qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildəki orta aylıq əməkhaqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır:

    “Hələlik dəqiq artım faizi bəlli olmasa da, artımlar məhz bu aydan hesablanır. 2025-ci ilin ilk 11 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əməkhaqqı 9.3 faiz artıb. İllik yekunun isə 9.2 faiz olacağı gözlənilir. Dəqiq rəsmi göstərici isə Dövlət Statistika Komitəsi tərəfindən gələn ayın əvvəllərində elan ediləcək.

    Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq”.

    “İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının üç növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq”, – deyə V.Bayramov bildirib.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 1.45 ABŞ dolları və ya 2.14% artaraq 69.31 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67.86 ABŞ dolları təşkil edib.

  • Qızılın qiyməti tarixi maksimumunu yenilədi

    “Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma üçün qızıl füçerslərinin qiyməti trua unsiyası üçün 5 200 dolları keçərək, yeni rekord səviyyəyə çatıb.

    Bu, ticarət platformasının məlumatlarından irəli gəlir.

    Bakı vaxtı ilə saat 05:40-a olan məlumata görə, qiymətli metalın qiyməti 2.41% artaraq, trua unsiyası üçün 5 205.1 dollara çatıb.

    Saat 05:45-ə qədər qızılın qiyməti 2.64% artımla trua unsiyası 5 216.7 dollar olub.

  • Ermənistan və Azərbaycan razılığa gəldi

    Ermənistan və Azərbaycan mayeləşdirilmiş təbii qaz və bitum ixrac etmək barədə razılığa gəliblər.

    Bu barədə Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan bildirib. Onun sözlərinə görə, ixrac Azərbaycan dəmir yolu vasitəsilə olacaq.

    Papoyanın sözlərinə görə, Ermənistan yaxın gələcəkdə Rusiya mayeləşdirilmiş təbii qazını Azərbaycan ərazisindən dəmir yolu ilə idxal etmək niyyətindədir.

    “İki ölkə mayeləşdirilmiş təbii qaz və bitumun Azərbaycan ərazisindən dəmir yolu ilə daşınması barədə razılığa gəliblər. Sahibkarlarımız artıq bu fürsətdən yararlana bilərlər”, – deyə o yazıb.

    Qeyd edək ki, Rusiya malları dəmir yolu ilə Bakıdan Gəncəyə və Böyük Kəsiyə dəmir yolu ilə Gürcüstan sərhədinə qədər dəmir yolu xətti ilə daşınacaq (təxminən 500 km). Oradan Qardabanidən Tbilisiyə və daha sonra Ermənistan sərhədinə (Sadaxlo-Ayrum) gedən marşrut 120 km-dir.
    //unikal.az

  • Kərə yağının qiyməti artdı: Səbəb nədir?

    Məlum olduğu ki, yanvarın 1-dən Azərbaycanda kərə yağının idxal rüsumu 5 faizdən dən 15 faizə qaldırılıb. 
     
    Median.Az bildirir ki, idxal rüsumunun artırılmasının kərə yağı qiymətlərinə də təsir edəcəyi ehtimal olunur. Məlumata görə, artıq bu həftədən etibarən bir sıra kərə yağlarının qiymətlərində artım, dəyişiklik var. Belə ki, 1 manat 50 qəpiklə 3 manat aralığında qiymət artımı yaşanır.
     
    Maraqlıdır, kərə yağının qiymət artımına səbəb nədir?
     
    Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, qiymət artımının əsas səbəbi kərə yağının idxal rüsumunun 5 faizdən 15 faizə qaldırılmasıdır:
     
    “Azərbaycan bazarında satılan kərə yağlarının böyük hissəsi idxal olunduğu üçün rüsum artımı birbaşa maya dəyərini yüksəldir. İdxalçılar və satıcılar artan xərcləri qiymətə əlavə etməyə məcbur qalırlar”.
     
    Ekspert digər səbəblərdən də bəhs edib:
    “Həmçinin, yerli istehsalın tələbatı ödəməməsi, dünya bazarında kərə yağı qiymətlərinin yüksəlməsi və logistika xərclərinin artması da qiymətlərin qalxmasına təsir edir. Əslində, rüsum dəyişikliyinin təsiri dərhal yox, əvvəlki ehtiyatlar tükəndikdən sonra hiss olunduğu üçün qiymət artımı qarşıdakı aylarda daha aydın görünməyə başlayıb”.//sfera.az