Category: İqtisadiyyat

  • Elman Rüstəmovdan devalvasiya açıqlaması

    Azərbaycanda devalvasiya üçün heç bir fundamental səbəb yoxdur.

    Bunu Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

    Onun sözlərinə görə, bu il neftin orta qiymətinin 70 dollar təşkil edib. Bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 30% yüksəkdir.

    Neftin qiymətinin yüksək olması səbəbindən ölkənin strateji valyuta ehtiyatları, Mərkəzi Bankın valyuta ehtiyatlarının artdığını deyən E.Rüstəmov strateji valyuta ehtiyatlarının 2,1 milyard dollar yüksəldiyini bildirib:

    “Daxili bazarda valyuta ehtiyatları artırsa, deməli, valyuta təklifi tələbdən yüksəkdir. Bu balansa diqqət yetirmək lazımdır. Milli valyutanın məzənnəsi heç də həmişə Azərbaycan Mərkəzi Bankının hədəfi olmur”.

    MB sədri deyib ki, Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini 1,5-1,75%-dən 1,75-2%-ə qaldırması Azərbaycan bazarına birbaşa təsir etmir:

    “Bu qərarın funksional olaraq maliyyə əməliyyatları konteksində heç bir təsiri yoxdur”

  • AMB sədri 200 manatlıq əskinaslara çəkilən xərcdən danışdı

    Azərbaycanda 200 manatlıq əskinaslara çəkilən xərc 100 manatlıq əskinaslara çəkilən xərclə eynidir. Ümumiyyətlə, əskinaslara çəkilən xərclər daima azalır.

    Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

    “200 manalıq əskinasların buraxılması dövlət xərcərinin azaldılmasına, döviyyənin azaldılmasına da təsir edir. Bu əskinaslar artıq dövriyyədədir. İstənilən bank istənilən həcmdə sifariş yerləşdirib təhvil ala bilər. Lakin bu əskinaslar üçün daha yüksək tarif dərəcəsi – 0,2%, digər əskinaslar üçün 0,1% müəyyən edilib.

    Banklar istəsələr, daha aşağı tariflə 50-100 manatlıq əskinaslar götürə bilərlər”, – deyə o, qeyd edib.

    Sədrin sözlərinə görə, hazırda əsas məqsəd dövriyyədə nağd pulun xüsusi çəkisinin azaldılmasıdır.

    Bundan başqa, E.Rüstəmovun sözlərinə görə, əgər hazırkı inflyasiya səviyyəsi qalarsa, ilin sonunda uçot dərəcəsinin 8% olması komfot zona hesab edilə bilər:

    “Lakin son rübdə mövsümi amillərdən asılı olaraq, inflyasiya aktivləşməsi baş verir. Belə olan halda bu komfort zona bir qədər arta bilər. Yəni 8-10%-i komfort zona hesab olunur”.

  • Azərbaycanda siqaret bahalaşacaqmı?

    Ötən gün Milli Məclis tərəfindən “Vergi Məcəlləsi”nin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edildi.

    Median.Az  xəbər verir ki, bu dəyişikliklə Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlara və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsi artırıldı.

    Belə ki, əgər indiyə qədər Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 10 manat vergi tutulurdusa, bu məbləğ artıq 20 manat olacaq.

    Xatırladaq ki, ilin əvvəlində siqar idxalı üzrə aksiz dərəcələri ikiqat (1000 ədəd üçün 10-dan 20 manat) artırılmışdı. Siqarlara tətbiq edilən aksiz və vergi dərəcələrinin artırılmasının ümumi tütün bazarına necə təsir edəcəyi sual doğurur.

    Ən əsası, böyük istehlakçı kütləsinə malik siqaret bazarında qiymətlərin artıb-artmacayağı geniş müzakirə mövzusudur.

    Siqaret bahalaşacaqmı?

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisad elmləri doktoru Rüfət Quliyev “oxu.az”a açıqlamasında bildirdi ki, dəyişiklik tütün məmulatları bazarına ciddi təsir etməyəcək.


    Bu gün ölkədə tütün bazarının 0,1-0,2 faizi siqar və siqarillaların payına düşür. Onlar daha yüksək tütün sinfinə daxildir və kütləvi istehlak məhsulu deyil.

    Onun sözlərinə görə, siqarlar, ucları kəsilən siqarlar və siqarillalar zərif məhsullardır və onsuz da klassik siqaretlərdən bahadır:

    “Qanunvericiliyə edilən dəyişikliyin tütün bazarında ajiotaja səbəb olacağını düşünmürəm. Onsuz da siqar, ucları kəsilən siqar və siqarillalar kütləvi istifadə olunan məhsullar deyil. Onlar, adətən, adi siqaretlərdən baha olurlar. Bu səbəbdən istehlakçıları da azdır”.

    R.Quliyev bu məhsullarının Azərbaycanda istehsalının olmadığını diqqətə çatdırdı:

    “Aksiz dərəcələrinin artırılması siqarilla biznesinə elə təsir etməyəcək. Doğrusu, siqarla bağlı istehal müəssisələrinin olmasını eşitməmişəm. Ancaq qəlyan tütününə tələbat böyükdür. Bu yöndə müəssisələrin yaradılması istisna deyil”.

    R.Quliyev əksər dövlətlərdə tütün məhsullarının istehlakının azalması, bu sahədən büdcə daxilolmalarının artırılması məqsədilə vergi dərəcələrinin artırılmasına da toxundu.

    O bildirdi ki, bir qutu siqaret üçün ümumi vergi yükü Azərbaycanda qonşu dövlətlərlə müqayisədə aşağıdır. Aksiz dərəcələrinin artırılmasının bu yöndə biznes layihələrinə necə təsir edəcəyinə gəlincə, millət vəkili “bir o qədər etməyəcək”, – deyə cavab verdi.

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov millət vəkilinin fikri ilə razılaşmır. O düşünür ki, siqarın qiymətinin bahalaşması istifadəçilərin siqaret bazarına üz tutmasına gətirib-çıxaracaq: 


    “Təkcə siqar deyil, siqaretlərə də vergi dərəcələri artırılmalıdır. Məcəlləyə edilən dəyişikliklə siqar çəkənlərin sayı azalsa da, siqaret çəkənlər artacaq.

    Bundan başqa, ölkəyə qaçaqmal yolu ilə keyfiyyətsiz siqar və siqaretlərin gətirilməsi halları çoxalacaq. Çox təəssüf ki, əmtəə bazarında qaçaqmal yolu ilə gətirilən tütün məmulatlarının payı 6 faiz təşkil edir”.


    Aksiz dərəcələrinin büdcədə payı azdır 

    Onu da bildirək ki, artıq bir müddətdir ki, Dünya Bankı (DB) Azərbaycanın tütün məhsullarına verginin artırılmasını tövsiyə edir. Dünya Səhiyyə Təşkilatına görə, tütün məhsullarına verginin artırılmasından sonra siqaret istehlakı aşağı düşür.

    Dünya təcrübəsi də göstərir ki, qiymətlərin 10 faiz artırılması yüksək gəlir səviyyəli ölkələrdə istehlakı 4 faiz, orta səviyyədən aşağı gəlirli ölkələrdə isə 8 faiz azaldır.

    Vergilərin artırılması bu sahədən büdcəyə daxilolamarı artırır. Məsələn, Türkiyə hökuməti 2002-ci ildən indiyədək tütün məhsullarına vergiləri artıraraq bir qutu siqaret üçün ümumi vergi yükünü 83 faizə çatdırıb.

    Nəticədə, ölkənin vergi gəlirləri iki dəfə artaraq, 2015-ci ildə 30,27 milyard dollara çatıb. Bundan əlavə, Ukrayna 2008-2017-ci illərdə siqaretə aksizləri 10 dəfədən çox artırıb. Beləliklə, Ukraynanın tütün məhsullarına aksiz gəlirlərinin illik məbləği altı dəfə artıb, siqaret satışları 40 faiz azalıb.

    Azərbaycanda isə tütün istehsalının artmasına baxmayaraq, bu sahənin vergi gəlirlərinin büdcədə payı azdır. Maliyyə Nazirliyinin məlumatına görə, 2016-cı ildə yerli istehsal tütün məmulatlarının aksiz vergiləri üzrə ölkənin dövlət büdcəsinin gəlirləri 4 milyon 871,4 min manat olub.

    Həmin göstərici 2015-ci ilin rəqəmləri ilə müqayisədə 24,5 faiz azalıb. İdxal tütün məmulatları üzrə isə büdcə daxilolmaları 31 milyon 92,9 min manat olub. 2015-ci illə müqayisədə 29,4 faiz azalma deməkdir.

    2018-ci ildə büdcədə aksiz vergisi üzrə daxilolamar 172,0 milyon manat nəzərdə tutulub. Bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 82,0 milyon manat, yəni 91,1 faiz çoxdur. 

    Qeyd edək ki, 2015-ci ildə sonuncu dəfə ölkədə istehsal edilən və idxal olunan alkoqollu içkilərə, tütün məmulatlarına aksiz dərəcələri artırılaraq, milli valyuta ilə müəyyən edilib. 


    Dəyişikliyə istehsalçılar nə deyir? 

    Qeyd edək ki, bu ilin dörd ayı ərzində Azərbaycanda 974 milyon siqaret istehsal olunub ki, bu da 2017-ci ilin eyni dövründəkindən beş dəfə çoxdur.

    Hazırda bazarın ən böyük istehsalçıları “European Tobacco-Baku” və “Cahan Tobacco” MMC-dir (Naxçıvanda fəaliyyət göstərir).

    İstehsalın əsas hissəsi Bakı Tütün Kombinatının payına düşür. Bu il Sumqayıtda “Tabaterra” QSC-nin tütün zavodunun istismara verilməsi nəzərdə tutulur. Onun gücü ildə yeddi milyard ədəd siqaret olacaq.

    Maraqlıdır ki, bu sahədə yaradılan müəssisələr siqar istehsal etmirlər. Məsələn, “Cahan Holdinq” böyük siqar istehsalçısı olan “La Casa Del Habano”nun Azərbaycanda rəsmi nümayəndəsidir. Özü birbaşa siqar istehsalı ilə məşğul olmur.

    “İmperial Tobacco” şirkətindən öyrəndik ki, Azərbaycanda bazara 15 adda siqaret brendi təqdim etsələr də, siqar istehsalı ilə məşğul olmurlar.

  • Kərə yağı niyə ucuzlaşmır?

    Kərə yağının qiymətinin baha olması gömrük rüsumu ilə bağlı deyil.

    Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisi Əzizağa Hüseynov gömrük rüsumları ilə bağlı məlumat verərkən deyib ki, kərə yağının baha olması gömrük rüsumu ilə bağlı deyil:

    “Azərbaycanda kərə yağının qiymət artımı gömrük rüsumları ilə bağlı deyil. Biz kərə yağının rüsumunu 15 faizdən 5 faizə endirmişik. Ancaq kərə yağının qiymətində heç bir fərq olmayıb. Deməli, ölkəmizdə bu cür malların qiyməti gömrük rüsumu ilə əlaqəli deyil”.

    Ə.Hüseynov qeyd edib ki, bəzi mallara sepesifik rüsumlar tətbiq olunur:

    “Buna misal olaraq spirtli içkiləri, tütün məmulatları, avtomobilləri göstərmək olar. Eyni zamanda, Azərbaycanda istehsal olunan bəzi kənd təsərrüfatı məhsullarına da spesifik rüsumlar tətbiq olunur”.

    Xatırladaq ki, 2017-ci ilin noyabrında Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək, kərə yağı və süddən hazırlanmış digər yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarını bu malların gömrük dəyərinin 15 faizdən 5 faizə salınması ilə bağlı qərar qəbul edib.

    Qərar 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq.//oxu.az

  • Təhsil işçilərinin maaşı artdı: 35, 50 və 75 qəpik

    Azərbaycan Respublikası Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”nin yeni cədvəlini təsdiq edib.

    Nazirlər Kabinetinin qərarına əsasən:

    bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 5,35 manat (4,85 manat olub), dosent və ya fəlsəfə doktoru üçün saathesabı 3,55 manat (3,20 manat olub), elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 2,75 manat (2,50 manat olub) ödəniləcək;

    xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 6,35 manat (5,75 manat olub), dosent və ya fəlsəfə doktoru üçün saathesabı 4,60 manat (4,15 manat olub), elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 3,10 manat (2,80 manat olub) ödəniləcək; 

    doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 7,65 manat (6,95 manat olub), dosent və ya fəlsəfə doktoru üçün saathesabı 5,35 manat (4,85 manat olub), elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 3,55 manat (3,20 manat olub) ödəniləcək.

    Qeydlər:

    1. Əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir.

    2. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 6,35 manat, dosent və ya fəlsəfə doktoru üçün 4,60 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 3,10 manat məbləğində müəyyənləşdirilir.

    3. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 4,05 manat, çılpaq naturada isə 6,70 manat məbləğində müəyyən olunur.

    4. Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.

  • Maşın bazarında qiymətlər bahalaşmağa başladı

    Azərbaycanda bu ilin may ayında minik avtomobilləri 0,1% bahalaşıb. Velosipedlərin qiymətində isə 0,3% artım qeydə alınıb.

    Median.Az Dövlət Statitika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobilləri yanvarda 0,3% ucuzlaşıb, fevral,mart,aprel aylarında qiymət sabit qalıb. Velosipedlərin qiyməti isə yanvarda 0,7% bahalaşıb, fevralda qiymət sabit qalıb, mart ayında isə yenidən 0,3%, aprel ayında 0,1% artıb.

    Rəsmi statistikaya əsasən, mayda 1 minik avtomobili üçün orta qiymət 34 371 manat, velosiped üçün isə 163 manat təşkil edib.

  • Azərbaycan neftinin qiyməti kəskin yüksəldi

    İyunun 8-də keçirilən hərraclarda Azərbaycan neftinin qiyməti bahalaşıb.

    “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 1,89 dollar və ya 2,48% artaraq 78,02 dollar təşkil edib.

    Dünya birjalarında Brent və neftin WTI markalı neftin qiymətləri isə müxtəlif istiqamətlərdə dəyişib.

    Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin bir bareli 0,08 dollar və ya 0,12% artaraq 66,03 dollara satılıb.

    ICE London qitələrarası birjasında Brent markalı neftin bir barelinin dəyəri isə 0,08 dollar ya 0,10% azalaraq 77,24 dollar olub.

  • Azərbaycan bir sıra məhsullara idxal rüsumunu azalda bilər

    Azərbaycan bir sıra məhsullara idxal rüsumunu azalda bilər.

    Median.Az Trend-ə istinadla məlumat verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

    S.Mehdiyev idxal olunan bir sıra məhsullara gömrük rüsumlarının azaldıla biləcəyini vurğulayıb:

    “Bu məsələyə gələn il üçün əlavə və dəyişikliklər zərfinin müzakirəsi zamanı baxıla bilər”.

    DGK sədri bildirib ki, daxil olan əsas təkliflər ölkəyə gətirilən, sonradan istehsalatda istifadə olunan xammala olan rüsumun azaldılması ilə bağlıdır:

    “Hökumət sahibkarlardan daxil olan bütün təkliflərə baxacaq və zərurət halında müvafiq qərarlar qəbul edəcək”.

    Xatırladaq ki, 2018-ci il yanvarın 1-dən Azərbaycanda yeni gömrük rüsumları qüvvəyə minib.

  • Azərbaycanda ərzaq məhsulları ucuzlaşıb – RƏSMİ

    2018-ci ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalaşıb.

    Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, cari ilin may ayında aprel ayına nisbətən ərzaq məhsullarının qiymətləri 1,3 faiz ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 1,6 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalmışdır.

    Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə sabit qalıb.

    Ay ərzində unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, yumurtanın, marqarin və qarğıdalı yağlarının, bananın, çiyələyin, pomidorun, xiyarın, sarımsağın, soğanın, kartofun, şəkər və şəkər tozunun, şokolad məmulatlarının qiymətlərində ucuzlaşma, toyuq ətinin, zeytun və kərə yağlarının, almanın, yerkökünün, göyərtinin, qəhvə və çayın qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    May ayında aprel ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltar və ayaqqabıların təmirinin, mənzillərin icarə haqqının, stomatoloji xidmətlərin, avtomobillərin təmirinin, dəmiryol nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin, respublika daxilində istirahət turlarının, kafelər tərəfindən yeməklə təmin edilmə xidmətlərinin qiymətlərində bahalaşma, dəmiryol nəqliyyatı ilə respublika daxilində sərnişindaşıma xidmətinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin, respublikadan kənara istirahət turlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

  • Bu şəxslər üçün vergi azaldılıb

    2017-ci ildə dövlət mülkiyyətində olan vergi ödəyicilərinin vergi və digər icbari öhdəlikləri üzrə büdcə ödənişlərinin azalması əsasən üç mənbə hesabına baş verib.

    Bu barədə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd olunub.

    Sənəddə verginin azalma faizləri qeyd edilib. Vurğulanıb ki, 2016-cı illə müqayisədə 2017-ci ildə daxilolmaların həcmi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sisteminə daxil olan müəssisələr üzrə 38 mln. 984,9 min manat təşkil etməklə 23,4% (11 mln. 916,2 min manat), “Azərenerji” ASC üzrə 61 mln. 940,2 min manat təşkil etməklə 74,2% (178 mln. 511,7 min manat), “Xəzər Dəniz Gəmiçiliyi” QSC üzrə 46 mln. 819,3 min manat təşkil etməklə 30,2% (20 mln. 234,3 min manat) azalıb.

    Qeyd edək ki, “Azərenerji” ASC-nin vergi və digər icbari öhdəlikləri üzrə büdcə ödənişlərinin azalması 2015-ci illə müqayisədə 2016-cı ildə də müşahidə olunub. Belə ki, “Azərenerji”nin vergi və digər icbari öhdəlikləri üzrə büdcə ödənişləri 240 mln. 451,9 min manat təşkil etməklə 31% və ya 108 mln. 213,1 min manat azalıb.