Category: İqtisadiyyat

  • Dollar krediti olanlar üçün vacib xəbər – “Kredit götürüləndə məzənnə 0,78 olubsa…”

    Hüquqşünas Əkrəm Həsənov dollar krediti olanları maraqlandıran açıqlama ilə çıxış edib. 

    Hüquqşünas məsələyə Konstitusiya Məhkəməsinin yenidən baxdığını bildirib:

    “Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək xarici valyutada olan kreditlərə münasibətdə Mülki Məcəllənin 422-ci maddəsinin (“Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi”) şərh edilməsini xahiş edib. Sözügedən maddədə o cümlədən deyilir: “Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar”.

    Bu maddəyə əsasən artıq 3 ildir ki, deyirik: manatın devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir və buna görə də xarici valyutada krediti olan şəxsə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi hüququnu verir. Lakin verdiyimiz yüzlərlə iddialarda məhkəmələr bu arqumenti, bir qayda olaraq, qəbul etməmişdir. Hakimlərin də arasında ciddi fikir ayrılığı var və Bakı Apellyasiya Məhkəməsi də müraciətində bunu xüsusi vurğulayıb.

    Bütövlükdə Konstitusiya Məhkəməsi qarşısında 3 sual qoyulub:

    1. Mülki dövriyyə iştirakçılarının bərabərliyi prinsipindən yanaşıldıqda milli valyutanın devalvasiyası kredit üzrə borcluya münasibətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab oluna bilərmi?

    2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kredit münasibətlərində tətbiq edilə bilərmi?

    3. Bu əsasla ləğv edilmiş müqavilənin nəticələri hansı qaydada tənzimlənməlidir?

    Əslində, ilk 2 sualın cavabı ritorikdir. Çünki iştirakçıların bərabərliyi prinsipi istənilən mülki müqaviləyə xasdır və o, rəhbər tutulsa, belə çıxır ki, heç bir mülki əqd üzrə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi institutu tətbiq edilə bilməz. Bəs onda qanuna niyə daxil edilib? Axı niyə bu institutu guya məhz kredit münasibətlərinə tətbiq etmək olmaz? Əlbəttə, olar və edilməlidir də!

    O ki qaldı sonuncu suala, məsələ birmənalı deyil. Kredit müqaviləsi ləğv edildikdə, borclunun krediti necə qaytarması (hansı məzənnə ilə) məsələsi yenə də açıq qalır. Ümumiyyətlə, sualın özü yarımçıqdır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi borcluya müqaviləni yalnız ləğv etmək deyil, həmçinin şərtlərinin (məsələn, devalvasiya halında məzənnəni və s.) dəyişdirilməsi hüququnu da verir. Lakin nədənsə müraciətdə bu hüquq xatırlanmır, halbuki, əsas məsələ məhz budur. Ümid edək ki, Konstitusiya Məhkəməsi məsələyə daha geniş yanaşacaq.

    Məlum olduğu kimi, 2015-ci ilin may ayında Konstitusiya Məhkəməsi xarici valyutada olan kreditlər məsələsinə bir qədər fərqli müstəvidə artıq şərh vermişdi. Demişdi ki, xarici valyutada kreditin verilməsi qanunidir (halbuki, əslində, Konstitusiyaya ziddir) və cari məzənnə ilə qaytarılmalıdır. Düzdür, əlavə də etmişdi ki, banklar maliyyə vəziyyətindən asılı olaraq borclulara güzəştlər etməlidir, lakin təcrübədə məhkəmələr də, banklar da bunu nəzərə almadı. Ümumiyyətlə, Konstitusiya Məhkəməsinin həmin qərarı ciddi tənqid hədəfinə çevrildi, hətta Milli Məclisin iclaslarında belə. Buna görə də məsələyə fərqli bucaqdan yenidən baxılması gözlənilən idi.

    Ötən 3,5 il ərzində banklar müxtəlif yollarla dollar kreditlərinin bir qismini qaytara bilib. Lakin problem yenə də böyük olaraq qalır. Hələ 2015-ci ilin mayında bildirmişdim ki, qəbul edilmiş qərar problemi həll etməyəcək, əksinə dərinləşdirəcək. Belə də oldu.

    Odur ki, hazırda fərqli qərar gözləmək olar. Son zamanlar Konstitusiya Məhkəməsi birmənalı olaraq bankların tərəfini tutmur. Məsələn, kredit xəttinə dair sonuncu (31 may 2018-ci il tarixli) qərarında bankların “kredit xətti” adı ilə bağladığı “niyyət razılaşması”nı müqavilə kimi tanısa da, müəyyən şərtlər də müəyyən etdi ki, onlar bankların xeyrinə deyil. Devalvasiyanın şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi olduğu isə açıq-aşkardır, çünki onu göz önünə alan şəxs heç vaxt xarici valyutada kredit almazdı. Buna görə də Konstitusiya Məhkəməsi bu dəfə əhalinin xeyrinə qərar verə bilər (düzdür, bu zaman kreditin hansı məzənnə ilə qaytarılmasını açıqlamalı və əsaslandırmalıdır).

    Lakin buna tam əmin də olmaq olmaz. Banklar yenə əllərindən (lap ayaqlarından da!) gələni edəcək ki, qərar onların xeyrinə olsun.

    Orta qərar da ola bilər. Məsələn, devalvasiya yalnız əhalinin kreditlərinə (istehlak) münasibətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab oluna bilər. Yəni biznes kreditlərinə şamil edilməyə bilər. Əsaslandırma da təxmini belə ola bilər: sahibkar hər bir riski göz önünə almalı idi, istehlakçı isə bunu həmişə edə bilmir və s. və i.a. Məlum olduğu kimi, problemli kreditlər say baxımdan əhalidə daha çoxdur, lakin məbləğ baxımdan biznes kreditləri üstünlük təşkil edir (çünki əhalinin kreditlərinin məbləği xeyi aşağıdır). Başqa sözlə, orta qərar daha çox insanı razı sala bilər, məbləğ baxımdan isə bankların itkisi daha az olar. Digər tərəfdən, bu qərar banklara da imkan verməz ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi institutunu xarici valyutada olan əmanətlərə də tətbiq etsinlər. Çünki banklar da sahibkardır, buna görə də devalvasiyanı göz önünə almalı idilər.

    Qərarın orta xarakterli olması həmçinin kreditin qaytarılması məzənnəsində öz əksini tapa bilər. Belə ki, kredit götürüləndə məzənnə 0,78 idi, indi isə 1,7. Qərar birmənalı borclunun xeyrinə olsa, məzənnə 0,78 olmalıdır. Bankların xeyrinə olsa, 1,7. Konstitusiya Məhkəməsi orta məzənnə (məsələn, 1,24) də müəyyən edə bilər və ya Milli Məclisə belə bir qanun qəbul etmək haqda tövsiyə verə bilər. Düzdür, bunu əsaslandırmaq elə də asan olmayacaq.

    Bir sözlə, payızda bizi mühüm qərar gözləyir”.

    //yenicag.az

  • Gürcüstan Azərbaycan qazı üçün anbar tikəcək

    Almaniyanın Yenidənqurma və İnkişaf Bankı Gürcüstan ərazisində ilk yeraltı qaz anbarının tikintisi layihəsi üçün sərmayəçilərdən biri olacaq və bunun üçün 150 milyon avro kredit ayıracaq.

    Median.Az “İnterfaks”a istinadla xəbər verir ki, anbarın tikintisinə 2018-ci ildə başlanılması və işlərin 2021-ci ildə, Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstana nəql olunan təbii qazın həcminin xeyli artacağı vaxtda yekunlaşması gözlənilir.

    Layihə ölkədə qaz istehlakı və tədarükü arasında mövcud qeyri-tarazlığın aradan qaldırılmasını təmin edəcək və qış aylarının pik dövründə tələbatı ödəyəcək. Layihənin icrası üçün ümumilikdə 250 milyon dollar lazımdır.

    Avropa İnvestisiya Bankı bu məqsədlə Gürcüstana 100 milyon dollar kredit ayıracaq. Anbarın ehtimal olunan tutumu 280 milyon kub metrdir ki, bu da Gürcüstanın qaz tələbatının təxminən 15 faizi deməkdir.

    Gürcüstan regionda qaz anbarı olmayan yeganə ölkədir. İllik 2,5 milyard kub metr təbii qaz ehtiyacı olan Gürcüstan tamamilə idxaldan asılıdır. Bu ölkəyə təbii qaz idxal edən əsas ölkə Azərbaycandır.

  • Rövnəq Abdullayev: İlin sonuna qədər qazlaşdırma 95 faizə çatacaq

    SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin həyata keçirdiyi tədbirlər nəticəsində qazlaşdırma 93 faizə çatıb. Bu rəqəmin ilin sonunadək 95 faizə çatdırılması əsas vəzifə kimi müəyyənləşdirilib.

    Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev İsmayıllı rayonuna, o cümlədən Lahıc qəsəbəsinə təbii qaz xəttinin çəkilməsi ilə bağlı görülən işlər barədə məlumat verərkən deyib.

    O qeyd edib ki, hazırda “Azəriqaz” İstehsalat Birliyinin qarşısına qoyduğu əsas hədəflərdən biri də çətin relyefə malik ərazilərin qazlaşdırılmasıdır.

    Hansı ki, bu sırada İsmayıllı rayonunun Lahıc qəsəbəsi mühüm yer tutur. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunan qəsəbənin qazlaşdırılması son illərdə bu sahədə əldə edilən mühüm nailiyyətlərdən biridir:

    “Lahıca qaz çəkildikdə biz 19 kilometr kənardan qazpaylayıcı məntəqəsindən götürmüşük. Bununla bərabər, Qaraqaya, Gəndov, Namazgah kəndləri də qazlaşdırılıb. Lahıcın daxilində ümumilikdə 39 min metr uzunluğunda boru xətti çəkilib.

    27 yaşayış məntəqəsinin qazla təmin olunmasından sonra indi 2297 qəsəbə mərkəzləşdirilmiş qazla təmin olunub. Qaz şəbəkələrinin sahəsi 10 min 500 kilometrdən 45 min 500 kilometrə çatıb.

    Qazlaşdırma sahəsi arta-arta gedir. Bu gün ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizdir. Əgər itkilər 2010-cu ildə 16-17 faiz idisə, yeni sistemlərin qurulmasından sonra itkilər azalıb və hazırda 5,5 faizə enib”.

  • Almaniya Azərbaycan və Türkmənistandan qaz nəqlində maraqlıdır

    Berlin “Cənub qaz dəhlizi”nin inkişafında maraqlıdır.

    Belə bəyanatla Almaniya kansleri Angela Merkelin Gürcüstan, Ermənistan və Azərbaycana səfəri ərəfəsində Almaniya hökumətinin nümayəndəsi çıxış edib.

    O bildirib ki, Almaniya hökuməti Türkiyə üzərindən Avropaya alternativ qaz kəmərlərinin çəkilməsini dəstəkləyir.

    “Cənub qaz dəhlizi” üç qaz kəmərindən ibarətdir: Cənub Qafqaz (Bakı – Tbilisi – Ərzurum), Transanadolu (TANAP) və Transadriatik (TAP).

    Azərbaycanın “Şah-Dəniz -2” yatağından hasil olunan qazın Türkiyəyə ötürülməsi, daha sonra isə onun bir hissəsinin TAP vasitəsi ilə İtaliya sahillərinə nəql olunacağı nəzərdə tutulub.

    Azərbaycan qazının Avropaya satışı 2020-ci il üçün nəzərdə tutulub.

    “Avropada qazın yalnız Rusiyadan deyil, digər regionlardan da alınması – bu, AB-nin diversifikasiya siyasətinin tərkib hissəsidir”, – Almaniya hökumətinin nümayəndəsi deyib.

    O, Azərbaycanı strateji əhəmiyyətli ölkə adlandırıb və gələcəkdə Türkmənistan, İran və İraqdan da qazın Avropaya nəqlinin mümkünlüyünü vurğulayıb.

  • Azərbaycana gətirilən telefona üçün nə qədər rüsum ödəmək lazımdır? – QİYMƏTLƏR

    Müvafiq telefon modelləri üçün yeni rüsumlarla bağlı istifadəçi məlumatları “imei.az/phones” saytına yerləşdirilib.

    Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

    Bildirilib ki, bu və ya digər model üçün rüsumu öyrənmək müvafiq bölmədə qurğunun modelini seçməklə mümkün olacaq.

    Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” təsdiq edilib.

    Satış və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması da dövlət rüsumu tutulan hallara əlavə olunur.

    Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödəniləcək.

    Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat, 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat, 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat, 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat, 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat, 1001 ABŞ dollarından yuxarı olduqda isə 150 manat rüsum ödəniləcək.

  • Tarif Şurasından Aİ 92 markalı benzinin qiyməti ilə bağlı — AÇIQLAMA

    Sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda SOCAR-ın yanacaqdoldurma məntəqələrində Aİ 92 markalı benzinin bir litrinin 1 manata satıldığı barədə məlumat yayılıb.

    Median.Az xəbər verir ki, Tarif Şurası yenicag.az-a açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

    “Aİ 92 markalı benzin ilə bağlı qiymət dəyişikliyi yoxdur. Yayılan xəbərlər həqiqəti əks etdirmir. Yaxın günlərdə də Aİ 92 markalı benzinin qiymət artımı ilə bağlı müzakirə nəzərdə tutulmayıb.”
    Qeyd edək ki, avqustun 19-da axşam saatlarında Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Yeni tariflərə əsasən, “Premium Euro-95”in satış qiyməti 1,50 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.

  • Azərbaycanda benzinin qiyməti qalxdı – Son qiymət

    Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzinin qiyməti bahalaşıb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzinin qiyməti bahalaşaraq müvafiq olaraq 1 manat 50 qəpik və 1 manat 60 qəpik olub.

  • Ölkə əhalisinin 13 faizi pensiyadadır

    Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun pensiya və müavinətlər üzrə xərcləri artıb.

    Dövlət Statistika Komitəsindən oxu.az-a verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1 milyard 792,8 milyon manat vəsait yönəldilib. Maliyyənin 97,9 faizini pensiya xərcləri təşkil edib.

    Bu da ötən ilin müvafiq dövrünə nisbətən 118,1 milyon manat və ya 7,0 faiz çoxdur.

    Hazırda ölkədə 1 mln. 311 min nəfər (əhalinin sayı 9 mln. 936 min nəfərdir. Bu da 13,4 faizin pensiyaçı olması deməkdir) pensiya, eləcə də, 409,3 min nəfər sosial müavinət alır.

    Qeyd edək ki, bu il ölkə üzrə pensiyaların orta məbləği 219,2 manata yüksəlib. Belə ki, ötən ilin müvafiq dövründə pensiyaların orta məbləği 202,2 manat təşkil edirdi. Beləliklə, cari il üzrə artım 8,4 faiz olub.

    Statistika göstərir ki, 2018-ci il üzrə pensiyaların orta aylıq əməkhaqqına nisbəti də artıb. Əgər 2017-ci ilin yanvar-iyun aylarında pensiyaların məbləği orta aylıq əməkhaqqının 38,7 faizinə bərabər idisə, hazırda bu rəqəm 39,6 faiz təşkil edir.

    Xatırladaq ki, pensiyaların maliyyələşdirilməsinə 2018-ci ildə daxili məhsulun 4,9%-i sərf edilməsi nəzərdə tutulub. Həmin göstərici 2010-cu ildə 3,9%, 2011-ci ildə 3,9%, 2012-ci ildə 4,3%, 2013-cü ildə 3,7%, 2014-cü ildə 4,6%, 2015-ci ildə 5,1%, 2016-cı ildə isə 5,0% təşkil edib.

  • Bu gecə saat 12-də Azərbaycanda benzin bahalaşacaq

    Azərbaycana idxal olunan “Premium Euro-95” markalı benzinin qiyməti qalxacaq.

    Baku.ws-in əldə etdiyi məlumata görə, hazırda yanacaq doldurma məntəqələrində qiymətlərin dəyişdirilməsi prosesi gedir. Amma qiymətlərin neçə faiz artacağı barədə dəqiqi məlumat yoxdur. Qiymət artımınən gecə saat 12-dən sonra qüvvəyə minəcəyi bildirilir. 

    Qeyd edək ki, ölkəmizə idxal olunan “Premium Euro – 95” markalı benzinin bir litri 1.25 AZN-ə (0.74 ABŞ dolları) satılsa da, onun hər litri hazırda orta hesabla, təxminən, 1.35-1.4 AZN-ə başa gəlir. Qiymətlərin də məhz buna uyğunlaşdırılacağı istisna olunmur. 

  • 200 manatlıqlar dövriyyədən yığışdırılıb? – Mərkəzi Bankdan AÇIQLAMA

    Bu il Mərkəzi Bankda müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə 200 manatlıq pul nişanı dövriyyəyə buraxılıb.

    Median.Az xəbər verir ki, Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev Modern.az-ın sorğusuna cavab olaraq 200 manatlıq əskinaslar haqda açıqlama verib.

    O deyib ki, ölkə iqtisadiyyatının dinamik inkişafı dövründə baş verən dəyişiklikləri, dövriyyədə olan nağd pulun strukturunun optimallaşdırılmasını nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsi məqsədilə 24 may 2018-ci il tarixdən etibarən tədavülə yeni 200 manatlıq pul nişanı buraxılıb.

    “Qeyd etmək istərdik ki, Mərkəzi Bank tərəfindən iqtisadiyyatın nağd pula, o cümlədən 200 manatlıq pul nişanlarına olan tələbatının vaxtında, tam həcmdə və adekvat strukturda ödənilməsi təmin edilir”-deyə o bildirib.