Category: İqtisadiyyat

  • Mikayıl Cabbarovun Vergilər Nazirliyində işdən azad etdiyi şəxslərin – Adları

    Yeni vergilər naziri Mikayıl Cabbarov 64 nəfəri tutduqları vəzifədən azad edib.

    Report özəl mənbələrə istinadən işdən azad edilən bəzi şəxslərin adlarını dəqiqləşdirə bilib.

    Median.Az tutduqları vəzifədən azad edilən şəxslərin qısa siyahısını təqdim edir:

    Mikayıl Cabbarovun Vergilər Nazirliyində işdən azad etdiyi şəxslərin - Adları

  • İşsizlərə ŞAD XƏBƏR!

    İşsiz kimi qeydiyyata alınmış şəxsə onun əmək bazarına yenidən qaytarılması və işə düzəldilməsində kömək göstərilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən fərdi məşğulluq proqramı tərtib olunacaq.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nda öz əksini tapıb.

    Bu Qayda və hesabatın forması “İşsizlikdən sığorta haqqında” qanuna əsasən hazırlanıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən işsizlərə fərdi məşğulluq proqramının yerinə yetirilməsi qaydasını, həmçinin fərdi məşğulluq proqramının icrasına dair hesabatlılıq formasını müəyyən edir. Fərdi məşğulluq proqramı – işsizin işə düzəlməkdə və əmək bazarına qaytarılmasında kömək məqsədi ilə hazırlanan və aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən sənəddir. Fərdi məşğulluq proqramının icrası barədə hesabat – işsizin fərdi məşğulluq proqramında nəzərdə tutulmuş aktiv məşğulluq tədbirlərində iştirakını müəyyənləşdirən hesabatdır.

    İşsiz kimi qeydiyyata alınmış şəxs qeydiyyata alındıqdan sonra 5 iş günü müddətində yaşayış yeri (şəxsiyyətini təsdiq edən sənədə əsasən) üzrə Xidmətin yerli orqanlarına gələrək və ya onlayn rejimdə məsləhət xidmətindən keçərək, fərdi məşğulluq proqramını əldə etməlidir.

    İşsiz fərdi məşğulluq proqramını elektron qaydada və ya kağız üzərində əldə etdikdən sonra Xidmətin yerli orqanı ilə birlikdə onun yerinə yetirilməsinə başlayır.

    Fərdi məşğulluq proqramında müəyyən edilmiş aktiv məşğulluq tədbirləri işsiz tərəfindən proqramda müəyyən edilmiş müddətdə və ardıcıllıqla icra edilir.

    İşsiz fərdi məşğulluq proqramının icrasının ilk 5 (beş) iş günündə onun icrasının dayandırılmasına və proqramın dəyişdirilməsinə səbəb ola biləcək halları aşkarladıqda, MAS-a bu barədə məlumat göndərərək Xidmətin yerli orqanında bu halları müzakirə edir və səbəblər əsaslı hesab edildiyi təqdirdə, ona yeni fərdi məşğulluq proqramı tərtib olunur. Bu halda yeni tərtib olunmuş fərdi məşğulluq proqramının icrası yeni tarixdən nəzərə alınır.

    Qeyd edək ki, “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması” təsdiq edilməsi ilə bağlı qərar bu il yanvarın 1-dən qüvvəyə minib.

  • Mikayıl Cabbarov 64 nəfəri işdən çıxardı – nazir müşavirləri, bölmə rəhbərləri, vəzifəli şəxslər

    “Son zamanlar bir sıra KİV-də vergi orqanlarında həyata keçirilən kadr və struktur dəyişiklikləri barədə həqiqəti əks etdirməyən məlumatlar yayılır. Bildiririk ki, cəmiyyətdə yanlış informasiyaların yayılmaması üçün Vergilər Nazirliyinin rəsmi məlumatlarına istinad olunmalıdır”.

    Bu barədə Vergilə Nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

    Məlumatda deyilir ki, vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb.

    “Nazirliyin strukturunun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılmasına istiqamətlənən islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması, partnyorluq münasibətlərinin tərkib hissəsi olaraq vergi ödəyicilərinin öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi məqsədi daşıyır. Bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək Nazirlyin sərəncamına götürülüb ki, onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var”.

  • Bakıda kirayə evlər bahalaşa bilər – VİDEO

    В Баку может подорожать съемное жилье – ВИДЕО

    Paytaxtda aparılan ard-arda köçürmə və söküntü işləri kirayə qiymətlərinə təsir edəcək.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə mütəxəssislər bildiri ki, xüsusən də Yasamal rayonunda “Sovetski” kimi tanınan ərazidə aparılan abadlaşdırmanın 2-ci mərhələsi çərçivəsində 2010 ev və obyektin söküləməsi qiymət artımına səbəb olacaq.

    Ekspert Nüsrət İbrahimovun sözlərinə görə, ötən illərin təcrübəsinə əsasən onu demək olar ki, təkcə “Sovetski”də aparılacaq söküntü işlərinə görə qiymət artımı 4-5 %-ə qədər baş verə bilər.

    Söküntü aparılan ərazilərdə yaşayan insanlar ucuz olması üçün adətən şəhərətrafı əraziləri seçirlər ki, bu da daha çox həmin ərazilərdə qiymət artımına səbəb olur. Paytaxtın müxtəlif rayonlarında həyata keçrilən pilot layihələr də kirayə qiymətlərinin artımına təsir edir.

  • İki böyük şirkət sementi bahalaşdırdı – Tikinti bazarında xaos yarana bilər

    Norm və Holcim qiymətləri qaldırdı.

    Bu barədə AF Euro Home tikitinti materialları bazarından bildirilib. Məlumata görə, dekabr ayının 25-dən etibarən Norm və Holcim markalarına aid sementlərin qiyməti 5-6% artıb. Belə ki, 300 marka Norm və Holcim sementləri 5 manatdan 5.3 manata, 400 marka sementlərin qiyməti isə 6 manatdan 6.30 manata qədər bahalaşıb. Bununla belə, zavod qiymət artımının səbəbini açıqlamayıb. Bazardan bildirilib ki, sementin qiyməti artsa da digər tikinti materiallarının qiymətində artım müşahidə edilmir. Hətta bəzi tikinti materialları nisbətən ucuzlaşıb.//Fins.az

  • “Azərsun” Azərbaycanda böyük market şəbəkəsini satın aldı – Daha ikisini də alır

    Ölkənin qabaqcıl qida sənayəsinə sahib olan “Azərsun Holding” marketlər şəbəkəsini genişləndirir.

    Azxeber.com-un əldə etdiyi məlumata görə, şirkət xüsusən də bölgələrdə çoxlu sayda filiala sahib olan “Makromart” mağazalar şəbəkəsini satın alaraq öz şəbəkəsinə birləşdirib.

    Artıq hər iki şirkət arasında alqı-satqı müqaviləsi imzalanıb. Sözügedən marketlər şəbəkəsinin “Bazar Store” brendi adı altında, yoxsa “Makromart” kimi fəaliyyət göstərəcəyi isə hələlik məlum deyil.

    Digər bir məlumata görə şirkətin həm bölgələrdə, həm də paytaxt Bakıda fəaliyyət göstərən digər iki böyük marketlər şəbəkəsini də alacağı bildirilir. Bu iki market şəbəkəsinin də kifayət qədər filialları mövcuddur. Hazırda sözügedən iki market şəbəkəsi ilə danışıqlar davam etməkdədir.

    Qeyd edək ki, ötən aylarda “Araz” marketlər şəbəkəsinə sahib olan “Veysəloğlu” şirkəti də “Favorit” marketlər şəbəkəsini satın almışdı.

  • Tikinti bazarı: Yeni ildə qiymətlər də yeniləndi – VİDEO

    Tikinti bazarında yeni ildə qiymətlər də yenilənib. Bəzi məhsulların qiymətində ucuzlaşma, bəzilərində isə az da olsa artımlar müşahidə olunur.

    Median.Az-in məlumatına görə, taxta satışı ilə məşğul olan şəxslər Xəzər TV-yə bildirirlər ki, qiymətlər az da olsa ucuzlaşıb. Mismar qiymətləri isə olduğu kimi qalıb.

    Dam örtüklərinin qiyməti isə ölçüsünə və qalınlığına görə fərqlidir. Sement qiymətləri isə keyfiyyətinə görə fərqlidir.

    Onu da qeyd edək ki, yeni ildən bir sıra tikinti məhsullarının ölkəyə gətirilməsinə tətbiq gömrük rüsumlarında dəyişikliklər edilib. Buna görə Bəzi tikinti məhsullarının ölkəyə gətirilməsi xərcləri azalıb. Həmin məhsulların qiymətində ucuzlaşma bununla bağlıdır.

  • İşsizlikdən sığorta ilə bağlı yeni qaydalar

    İşsizlikdən sığorta ilə bağlı yeni qaydalar

    “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası” təsdiq edilib.

    Median.Az Azərbaycan Respublikasının Nazirlər Kabinetinə istinadən xəbər verir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli, 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin altıncı abzasının icrasını təmin etmək məqsədi ilə “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası” təsdiqlənib.

    Bundan əlavə, baş nazirin imzası ilə “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nı və “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”ı təsdiqləyib.

    Hər üç qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.

  • İşsizlik müavinəti ləğv edildi

    İşsizlik müavinəti ləğv edildi

    Nazirlər Kabineti “İşsizlikdən sığorta haqqında” qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin fərmanının icrası ilə əlaqədar bəzi qərarlarını ləğv edib.

    Bununla əlaqədar Nazirlər Kabinetinin “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarı ləğv edilib.

    Ləğv edilmə ilə bağlı qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.

  • Yeni ildən manat 1.59-dək yüksələcək – Dollarla bağlı sevindirici xəbər

    Yeni ildən manat 1.59-dək yüksələcək - Dollarla bağlı sevindirici xəbər

    “Bu il manatın dollara məzənnəsi möhkəmlənə bilərmi? Maliyyə naziri manatın möhkəmlənməsi üçün təzyiqlərin olduğunu bildirib. Bir müddət öncə isə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar təşkilatı tərəfindən bu ay keçirilən sorğu və hazırlanan hesabatda Azərbaycan milli valyutasının dollara nisbətən kursunun 2018-ci ildə 1.59-dək yüksələcəyi qeyd olunmuşdu”.

    Bu barədə iqtisadçı Vüqar Bayramov qeyd edib. Mütəxəssis bildirir ki, Mərkəzi Bankın mövqeyi dəyişməyib.

    “Əgər qlobal şoklar baş verməzsə, o zaman 2018-ci ildə il manat dəyər itirməyəcək. Deməli, bu il manatın məzənnəsi daha çox neftin qiymətindən asılı olacaq. Amma bütün hallarda manatın yenidən möhkəmlənməsi qeyri-neft ixracatı və iqtisadiyyatın diversifikasiyası baxımdan arzuolunan deyil. O baxımdan, iqtisadi baxımdan mövcud məzənnəni qoruyub saxlamaq daha məntiqi olardı.

    Son proseslər də göstərir ki, Mərkəzi Bank manatın yenidən kəskin möhkəmlənməsində maraqlı görsənmir. Baş bank üçün mövcud məzənnəni qoruyub saxlamağın daha prioritet olduğu hiss edilir. Əslində, hökumətə təqdim etdiyimiz təkliflərdə manatın möhkəmlənməsi deyil, mövcud məzənnənin qorunub saxlanması və bunun müqabilində 2015-ci ildə hazırladığım “üç tərəfli” mexanizm əsasında xarici valyutada kreditləri olan vətəndaşlarımıza bu il kompensasiyaların verilməsi öz əksini tapıb.

    Bu bir tərəfdən, Azərbaycan qeyri-neft məhsullarının rəqabətqabiliyyətliliyinin qorunub saxlmasına gətirib çıxarar, digər tərəfdən isə problemli kreditlərin sağlamlaşdırılması, əhalinin banklara olan borc öhdəliyinin kəskin azaldılması baxımdan ciddi irəlləyişə səbəb olar. Bu ilki məzənnəyə bir daha toxunsaq, manatın yenidən möhkəmlənməsi iqtisadiyyatın şaxələnməs ilə bağlı prioritetlər baxımdan arzuolunan olmasa da son qərarı Mərkəzi Bank deyəcək. Baş bank isə hələlik milli valyutanın möhkəmlənməsində maraqlı görsənmir”, – deyə eksper əvalə edib./baku.ws