Category: İqtisadiyyat

  • Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinə ZƏRBƏ, ticarətçilərə DƏSTƏK

    Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinə ZƏRBƏ, ticarətçilərə DƏSTƏK

    Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb.

    Gələn məlumatlarda yeni nazirin sahibkarlara “yaşıl işıq” yandıracağı əminliklə vurğulanır. Həm də ona görə ki, bu barədə prezident İlham Əliyev dəfələrlə “sahibkarlara normal fəaliyyət göstərmələri üçün şərait yaradılmalı, bürokratik əngəllər aradan qaldırılmalıdır” göstərişlərini verib.

    Median.Az xəbər verir ki, Modern.az-a daxil olan məlumata görə, hətta bu tədbirlər çərçivəsində illərdir “Binə” və “Sədərək” ticarət mərkəzlərində yaşanan kassa aparatları probleminə də nöqtə qoyulacağı söylənilir.

    Qeyd edək ki, Vergilər Nazirliyi “Binə” və “Sədərək” ticarət yarmarkalarındakı ticarət sahələrinin kassa aparatları ilə təmin edilməsi üçün həmin mərkəzlərin rəhbərləri ilə hələ 2012-ci ildən iş aparır. Həmin ildə sahibkarlar və Vergilər Nazirliyi rəsmilərinin iştirakı ilə müşavirə keçirilib və onlara uçotun başa çatdırılması üçün daha bir il müddət verilib. Yəni 2013-cü ilin sonunadək “Binə” və “Sədərək”dəki sahibkarlar qeydiyyata alınmalı, mağazalarda kassa aparatları quraşdırılmalı, əmək müqavilələri bağlanmalı və 2013-cü ildən etibarən vergi qanunvericiliyinə əməl edilməli, vergilər dövlət büdcəsinə ödənilməli idi.

    Lakin problem bugünədək həllini tapmayıb. Məsələ burasındadır ki, “Binə” və “Sədərək” yarmarkalarında ticarətlə məşğul olan sahibkarlar vergi ödəyirdilər, amma dövlətə deyil, bu obyektlərin sahiblərin. Ticarət obyektlərində yerləri sahibkarlara icarəyə verən “Binə” və “Sədərək”in rəhbərləri isə onlardan topladıqları böyük pulların müqabilində dövlətə daha az vəsait ödəyirdilər.

    Qanunvericiliyə görə isə sahibkar icarə haqqı ilə yanaşı, kassa aparatına çek vurmalı və gəlirlərindən vergini özü dövlətə ödəməlidir.

    2015-ci iin 21 fevral və 21 dekabr devalvasiyalarından sonra ölkədə baş verən sürətli bahalaşma “Binə” və “Sədərk” ticarət mərkəzlərinin fəaliyyətinə də ciddi ziyan vurdu. Xaricdən valyuta ilə alınan malların qiyməti avtomatik olaraq bahalaşdı. Alıcılıq qabiliyyətinin aşağı düşməsi, üstəgəl dövlət və qanunla müəyyən olunmayan əsassız vergilər sahibkarları çıxılmaz vəziyyətdə qoydu.

    İndi isə bütün ümidlər yeni vergilər naziri Mikayıl Cabbarova dikilib…

    Məlumatlara görə, “Binə” və “Sədərk” ticarət mərkəzlərindəki obyektlərdə indiyədək 8000 ədəd kassa aparatı quraşdırılıb. Vergilər Nazirliyinin “Binə” və “Sədərək”lə əlaqədar başlatdığı bu iş sözügedən obyektlərin rəhbərlərin qeyri-qanuni əməllərinə zərbə, orada ticarətlə məşğul olan orta və xırda sahibkarlara isə dəstək olacaq. Belə ki, icarəyə verilmiş mağazaları işlədənlərin bundan sonra gəlirlərdən vergiləri artıq “Binə” və “Sədərək”in rəhbərlərinə deyil, birbaşa dövlətə ödəyəcəyi bildirilir. Bu ödənişlərin həm də əvvəlkindən daha az olacağı qeyd edilir…

  • İdxal edilən işlənmiş təkərlərin gömrük rüsumu yeni qaydalarla hesablanır

    İdxal edilən işlənmiş təkərlərin gömrük rüsumu yeni qaydalarla hesablanır

    Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarına əsasən, 2018-ci ilin yanvar ayının 1-dən etibarən ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) yeni gömrük rüsumları tətbiq edilib.

    Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən oxu.az-a verilən məlumata görə, gömrük rüsumlarının dəyişdirilməsi barədə qərarın verilmə tarixi ilə qüvvəyə minəcəyi tarix arasındakı müddət kifayət qədər olub və bu barədə ictimaiyyətə ətraflı məlumat verilib.

    “Lakin bu sahədə fəaliyyət göstərən, bərpa edilmiş şinləri xaricdən gətirərək ölkə daxilində onların satışını həyata keçirən bir qrup şəxs bir sıra dövlət qurumlarının, o cümlədən Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısına toplanaraq qanunvericilikdə edilən dəyişikliklə razılaşmadıqlarını, təkidlə idxal gömrük rüsumlarının əvvəlki qaydada hesablanmasını tələb ediblər”, – deyə məlumatda vurğulanıb.

    Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələri, şəxsən DGK sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev, DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və digər məsul vəzifəli şəxslər yeni qərarla razılaşmayan sahibkarlarla dəfələrlə görüşüb, onlara qanunvericiliyin tələbləri barədə müvafiq izahatlar verilib.

    “Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, idxal edilən bərpa edilmiş şinlərə tətbiq olunan gömrük rüsumu mövcud normativ-hüquqi aktlara əsasən yeni qaydalarla hesablanır”, – deyə məlumatda qeyd olunub.

  • Pensiyalar nə zaman veriləcək?

    Когда выдадут пенсии?

    Pensiyaların maliyyələşdirilməsindəki gecikmə təqaüdçülərin “pulumuz, bəlkə, bu gün hesablara köçürüldü” ümidi ilə bankomatların qarşısına toplaşmasına səbəb olub.

    Oxu.az-ın Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrindən aldığı məlumata görə, pensiyaların nə zaman hesablara köçürüləcəyi dəqiq bəlli deyil.

    Gecikmə yeni təqvim ilinin ilk ayı, həmçinin bayramla əlaqədar ayın ilk günlərinin qeyri-iş günləri olması ilə əsaslandırılır. Bildirilir ki, pensiyaların plastik kart hesablarına çatdırılması müvafiq əlavə texniki prosedurlar tələb edir.

    Qeyd edək ki, ötən ilin son ayında pensiyaların maliyyələşdıriməsi dekabrın 13-nə təsadüf etmişdi. Hansı ki, əvvəlki aylarda təqaüdçülər vəsaitlərini hər ayın 11-i alırdılar.

    Xatırladaq ki, 2013-cü ildən Azərbaycanda pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafiki bir qədər də irəli çəkilib. Uzun müddətdir pensiyaların maliyyələşməsi hər ayın 13-dək Bakı şəhərində, 20-dək isə regionlarda başa çatırdı. Xəzinədarlıq orqanları tərəfindən pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar üzrə hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılacağı barədə məlumat verilmişdi.

  • Bu şəxslərin maaşları artırıldı

    Bu il yanvarın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan və elmi adı olan alimlərin əməkhaqqı artımla hesablanacaq.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu akademiyanın vitse-prezidenti İsa Həbibbəyli deyib.

    Onun sözlərinə görə, artım elmi adları (dosent və professor) olan şəxslərin vəzifə maaşlarına elmi adlara görə əlavələrin verilməsi ilə baş verəcək.

    Hazırda alimlərin (bilavasitə ixtisası üzrə çalışan ) əməkhaqlarına elmi dərəcələrə görə 60-100 manat məbləğində əlavələrin edildiyini deyən İ.Həbibbəyli qeyd edib ki, bu ilədək əməkhaqqına elmi adlara görə əlavələr yalnız ali məktəblərdə çalışan alimlərə şamil edilirdi. “Elm haqqında” qanunun tətbiqi ilə əlaqədar isə bu əlavələr AMEA sistemindəki elmi müəssisələrdə çalışan alimlərə də şamil edilib.

    İ.Həbibbəyli əlavə edib ki, elm və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan, elmi adı (dosent və professor) olan şəxslərin vəzifə maaşlarına elmi adlara görə ödənilən əlavələrin məbləği “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında nəzərdə tutulmuş həcmdə müəyyənləşdiriləcək. Elmi ada görə əlavələr müəyyənləşdirilərkən işçinin elmi ad üzrə çalışdığı iş stajı nəzərə alınacaq.

    İ.Həbibbəyli hazırda AMEA-da çalışan dosent və professorların sayının dəqiqləşdirildiyini, əməkhaqqına artımların edilməsi ilə bağlı hesablanma işlərinin aparıldığını da söyləyib.

    Qeyd edək ki, qərara görə, dosent elmi adına görə əməkhaqqına iş stajı 5 ildən 10 ilə qədər olduqda 25 manat, 10 ildən 15 ilə qədər olduqda 50 manat, 15 ildən 20 ilə qədər olduqda 75 manat, 20 ildən artıq olduqda 100 manat əlavə ediləcək. Professor elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda 30 manat, 10 ildən 15 ilə qədər olduqda 60 manat, 15 ildən 20 ilə qədər olduqda 90 manat, 20 ildən artıq olduqda 120 manat əlavə ediləcək. Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödəniləcək.

  • “DəmirBank”ın kreditorlarına növbəti – MÜRACİƏT

    Фонд обратился к кредиторам DеmirBank

    Əmanətlərin Sığortalanması Fondu yenidən ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarına müraciət edib.

    Fonddan oxu.az-a verilən məlumata görə, “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.

    Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

    – kreditorun adı və ünvanı;

    – tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

    – tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

    “Kreditorlardan xahiş olunur ki, birinci elanın dərc edildiyi gündən (“Xalq Qəzeti”nin 5 yanvar 2018-ci il buraxılışı) 60 (altmış) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fonduna, Bakı şəhəri, Qarabağ küçəsi, 31, ləğv prosesində olan “DəmirBank” ASC-nin “Əməliyyat idarəsi” filialına müraciət etsinlər”, – deyə məlumatda vurğulanıb.

    Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib. Eyni qərarla “DəmirBank” ASC-yə Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən ləğvedici təyin edilib.

  • Qaz sayğacları niyə sıfırlanmır? – AÇIQLAMA – VİDEO

    Qaz sayğacları niyə sıfırlanmır? - AÇIQLAMA - VİDEO

    Tarif Şurasının qərarına əsasən, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.

    Lakin son günlər aktual olan məsələlərdən biri də yeni ilin ilk günündən etibarən təbii qazın istehlakı ilə bağlı Lənkəran sakinlərinə verilən bildirişlərdə hesablamanın düzgün göstərilməməsidir.

    ARB TV-nin “Günə doğru” proqramı mövzuyla bağlı süjet hazırlayıb.

    Azər Əliyev – Sakin: “Mən 27-si qaz borcumu ödəyəndən sonra təzədən qeydiyyatımı götürmüşəm aparmışam 3805 olduğu halda bunlar gəliblər 3955 yəni ayın 8-ə olan sərfiyyatı ayın 31-nin tarixi ilə mənə veriblər çeki. Ayın 8-in olan və sərfiyat varsa 20 qəpiklə vurublar”

    Qurban İmamverdiyev – Sakin: “Dedilər ki, bu günə kimi bəs qaz yazılıb. Qaz yazılıbsa bəs bugünün tarixi niyə yoxdu. Bu ikinci dəfə yenə də ayın 1-dən yanvarın neçəsinə kimi yenə də təkrar olunacaq bu qaz pulun mənimçün yazacaqlar. Öz də limit yazıblar. İl təzə başlayıb necə olur limitə keçir”.

    Anaoloji vəziyyət digər rayonlarda olduğu kimi Şəki şəhərində də sakinlərin narazılığına səbəb olub. Burada da sayğacın yekun hesablandığı günlə çekdə göstərilən tarix üst-üstə düşmür.

    Qasımov – Sakin: “Ayın deməli 31-nə kmi 86 kub işlətmişəm amma ayın 7-də bu yazılır 163 kub gözəl.Yəni işlətdiyimi danmıram.Amma ki onda da mənə təzədən 20 qəpikdən yazılmağı normal vətəndaş olaraq təsir eləyir.Tək mən deyiləm neçə nəfərdə belədir”.

    Sədrəddin Abdullayev – Sakin: “Gəlmişik bura əlimizdə göstəricilərimiz də var ayın 7-ə qədər 20 qəpikdən qaz pulu veriblər”.

    Məmməd Bəşirov – Sakin: “Sayğacımın üstündə deyək 55 kubmetr yazıb gəlib o bildirişi veriblər Amma tarixin qoyublar 31-nə bunu nəyə əsasən belə eləyirlər”?

    Yanvar ayının 2-ci həftəsi olmasına baxmayaraq, bəzi abonentlər hələ də mavi yanacaq üçün təyin olunan 1700 kubmetrlik limitin sıfırlanmadığını iddia edirlər.Bəs bu proses hansı qaydalarala həyata keçirilir?

    İbrahim Kərbalayev – “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri: “Cari ildən Smartkarta aparılan ilk ödəniş tarixindən etibarən hesablamasına başlayacaq. Yəni, illik limitin verilməsinə başlayacaq. Onu da qeyd edim ki, mexaniki qaz sayğacların üzərindəki göstərici həm abonent həm də “Azəriqaz” İB nəzarət qrupu tərəfindən götürülür və bildiriş şəklində istehsalçıya təqdim edilir. Yəni hər ikisi də buna nəzarət edə bilirlər”.

    Mövcud məsələ ilə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirdi ki, sayğacların hesablanmasının yanvar ayının ilk həftəsinə qədər çəkməsi tətil günləri ilə əlaqədardır.

  • Azərbaycanda YENİLİK: İşsizlərə pul ayrılacaq

    Azərbaycanda YENİLİK: İşsizlərə pul ayrılacaq

    Bu gündən Azərbaycanda işsizlikdən sığortanın tətbiqinə başlanıb.

    Median.Az fed.az-a istinadən xəbər verir ki, 2018-ci ildən başlayaraq işsiz vətəndaşlara işsizlikdən sığorta ödənişi veriləcək.

    Bununla əlaqədar olaraq Nazirlər Kabineti artıq bütün normativ aktlardan «işsizlik müavinəti» anlayışını çıxarıb.

    İşsizlikdən sığorta ilə bağlı yeni qaydalara görə, işsizlikdən sığorta ödənişini o şəxslər alacaqlar ki, onların çalışdığı təşkilat və ya şirkət ləğv edilsin, və ya həmin şəxs ixtisar nəticəsində işdən çıxarılsın. Həmini şəxslər “Məşğulluq haqqında” Qanunla müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınmalıdırlar ki, işsizlikdən sığorta ödənişi ala bilsinlər. Başqa sözlə, öz ərizəsi ilə işdən çıxanlara işsizlikdən sığorta ödənilməyəcək.

    İsşsizlikdən sığorta ödənişi necə hesablanır?

    Yeni qaydalara görə, isizlikdən sığorta ödənişinin məbləği işçinin maaşından və sığorta stajından asılıdır. İşçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda, o orta maaşının 50 faizi; sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55 faizi; sığorta stajı 10 ildən yuxarı olduqda isə 60 faizi həcmində sığorta ödənişi alacaqlar.

    Amma bu ödəniş daimi olmayacaq. İşsizlər yuxarıda göstərilən məbləğləri bir neçə ay alacaqlar, sonra onların məbləği azalacaq. Yəni işini itirən şəxs ilk 2 ay ərzində məbləğin 100 faizini alacaq. 3–4-cü ayları üçün həmin məbləğin 80 faizi, 5–6-cı aylar üçün isə 70 faizi veriləcək.

    Daha aydın olması üçün bunu misalla izah edək. Orta aylıq maaşı 1000 manat olan şəxs işsiz statusu alarkən onun üçün işsizliyə görə sığorta ödənişi 600 manat (iş stajı 10 ildən çox olanda), 550 manat (5-10 il olanda), 500 manat (3-5 il olanda) təşkil edəcək. Amma həmin şəxs bu pulu yalnız iki ay alacaq. Sonrakı aylarda ödənişin məbləği ilkin məbləğin 80% (3-4-cü aylarda) və 70% (5-6-cı aylarda) təşkil edəcək.

    3 ildən az stajı olanlara işsizlik sığortası verilməyəcək

    Yeni qaydalardan da göründüyü kimi işsizlikdən sığorta ödənişi almaq üçün minimum 3 il əmək stajına malik olmaq lazımdır. Əvvəlki qaydalarda isə belə tələb yox idi və işsizlik müavinətini almaq üçün istənilən işsiz müraciət edə bilərdi.

    Bəs indiyə qədər müavinət alanların axırı necə olacaq?

    Yeni sistemin tətbiqi ilə işsizliyə görə müavinət ləğv edilib. Sual doğuran məsələ indiyə qədər işsizlik müavinəti alanların ödənişlərinin bu gündən necə hesablanacağıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Məşğulluq Xidmətindən Fed.az-a bildirilib ki, indiyədək işsizlik müavinəti alanlar buna davm edəcəklər: “Hətta ötən ilin sonunda işsizlik müavinəti təyin edilən şəxslər ödənişlərini köhnə qaydada alacaqlar. Mavinətin müddəti bitdikdən sonra – yəni 6 ayın tamamında vətəndaş sığorta ödənişi üçün yenilən müraciət edə bilər. Amma bu zaman ödəniş yeni sistemə uyğun hesablanacaq”. Yeni sistem də onu deyir ki, ikinci müddətə işsizlikdən sığorta ödənişi cəmi 3 ay ödəniləcək və onun məbləği minimum aylıq əmək haqqı qədər olacaq, yəni 130 manat.

  • Azərbaycanda işləyən təqaüdçülər 6 ildən bir pensiyalarını artıracaq

    Azərbaycanda işləyən təqaüdçülər 6 ildən bir pensiyalarını artıracaq

    “Ötən il aparılmış köklü islahatlar nəticəsində pensiya sistemi qeyri-sığorta elementlərindən əsasən təmizlənib, sığorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət büdcəsinin öhdəlikləri bir-birindən tamamilə ayrılıb, fərdi uçot sistemində “açıq hesab” prinsipi tətbiq olunub və işləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı verilib.

    “Report” xəbər verir ki, bunu yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

    Nazirin sözlərinə görə, altı ay ərzində 17 min 430 nəfər işləyən pensiyaçı bu hüquqdan istifadə edib və onların aylıq pensiyasının artımı orta hesabla 146 manat olub ki, bu da hər ay onlara 2,5 milyon manat əlavə vəsaitin ödənilməsi deməkdir.

  • Üç xarici şirkətin nümayəndəliyi bağlandı – RƏSMİ

    Üç xarici şirkətin nümayəndəliyi bağlandı - RƏSMİ

    “İNTEREX SERCİVE GROUP LLP” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edir.

    Median.Az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, kreditorlar iki ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınli küçəsi, ev 1 B, mənzil 12 ünvanına bildirə bilərlər.

    “Novacotek Transportation and Delivery Services LLP” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.

    “MTU Motor Türbin Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu açıqlayıb.

    “OHL JS A.S” şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu bəyan edib.

  • “Bakı Ayaqqabı” ləğv olundu

    “Bakı Ayaqqabı” ləğv olundu

    “Bakı Ayaqqabı” ATS ləğv olunduğunu elan edib.

    Median.Az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, kreditorlar tələblərini Bakı şəhəri, Keşlə qəsəbəsi, 8-ci köndələn küçəsi 1 ünvanına bildirə bilərlər.

    ATS-dən Oxu.Az-a bildiriblər ki, müəssisə ləğv olunma ərəfəsindədir. ATS-nin adı dəyişdiriləcək.