Category: Kriminal

  • Bakıda avtomobillərdən oğurluq edən 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Suraxanı RPİ 33-cü polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Zığ qəsəbə sakini N.Yolçuyevin “Mercedes” markalı avtomobilindən 3500 manat pul oğurlayan Bakı şəhər sakini Timur Sinjapovu saxlayıblar.

    Bundan başqa, Nəsimi RPİ 19-cu polis bölməsinin əməkdaşları iyulun 24-nə keçən gecə paytaxt sakini R.Kərimovun “Chevrolet” markalı avtomobilindən 27 manat, 2 ədəd mobil telefon, sənədlər və bankomat kartları oğurlayan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Elxan İsayevi saxlayıblar.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • İnternetdə tanış olduğu qadının başına oyun açdı – Azərbaycanda ŞOK CİNAYƏT

    İnternetdə tanış olduğu qadından xəstə olması, həbs ediləcəyi kimi bəhanələrlə külli miqdarda pul almaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

    Median.Az “Musavat.com”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ramil Muradovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

    İttihamda yazılır ki, Ramil Muradov sosial şəbəkədə tanış olduğu, daha sonra isə aralarında yaxın münasibət yaranmış Sevinc Qasımovaya (ad və soyad şərtidir) qarşı külli miqdarda dələduzluq edib.

    Belə ki, R.Muradov ilk olaraq münasibət qurduğu qadından qəza törətdiyini deyərək pul istəyib, söyləyib ki, əgər pul verməsə, həbs edilə bilər.

    Daha sonra isə davada iştirak etdiyi üçün həbs edildiyini və azadlığa buraxılması üçün pul lazım olduğunu deyib. Növbəti dəfə də Sumqayıtda kafedə dava etdiyini, barəsində cinayət işi açıldığını və pul lazım olduğunu deyərək Qasımovanın etibarından sui-istifadə edib.

    R.Muradov Qasımovadan daha çox qızıl və brilliant alıb. Aldığı qızılların bir hissəsini lombarda qoyaraq pul götürüb. Qasımovaya da vəd verib ki, qızılları qaytaracaq.

    Daha sonra isə o, Qasımovadan 100 qram qızıl istəyib. Həmin qızılı bankda girov qoyaraq 10 min manat kredit götürəcəyini və lombardda olan digər qızılları çıxararaq ona qaytaracağını deyib. Bu cür vəddlər verən Muradov tanış olduğu qadını növbəti dəfə də aldadıb.

    İttihamda göstərilir ki, Ramil Muradov sonuncu dəfə isə keçirdiyi yol qəzası zamanı aldığı xəsarətə görə müalicə almalı olduğunu deyərək Qasımovanı aldadıb və ondan 20 min manat istəyib. Hətta Ramil Muradov qardaşının müalicəsi üçün də Qasımovadan pul alıbmış.

    Ramil Muradovun ümumilikdə Qasımovaya 150 min manata yaxın zərər vurduğu qeyd edilir. İttihamda göstərilir ki, həmin məbləğin böyük hissəsi qızıl-zinət əşyalarıdır. Bildirək ki, zərərçəkmiş kimi Qasımova ilə yanaşı onun həyat yoldaşı da tanınıb.

    İttihama münasibət bildirən Ramil Muradov özünü təqsirli bilməyib və iddia edib ki, ona qarşı irəli sürülən ittihamlar əsassızdır.

    Məhkəmə Ramil Muradova geniş ifadə vermək üçün növbəti məhkəmə prosesində qədər vaxt verib. Amma Ramil Muradov qısa olaraq deyib ki, cinayət işi materiallarında göstərilənlər yalandır.

    “Bizim aramızda qızılın alınması, qaytarılması yalandır. Mən bu cinayət işimdən imtina edirəm. Bu qədər ədalətsilik olmaz”- deyə R.Muradov qeyd edib.

    Hakim bildirib ki, növbəti prosesdə zərərçəkmişlərin də iştirakı təmin edilməlidir. Proses avqustun 9-da davam etdiriləcək.

    Xatırladaq ki, hadisə bu il yanvarın 30-da Binəqədi rayon polis idarəsinə müraciət edən şəxs, mənzilindən külli miqdarda pulunun oğurlanması barədə məlumat verib.

    Məlum olub ki, pul elə həmin şəxsin arvadı tərəfindən götürülüb.

    Əməliyyatçılar qadını saxlayıblar. İlkin ifadəsində o, hadisədən xəbərsiz olduğunu deyib. Daha sonra etraf edib ki, pulu hissə-hissə Ramil adlı bir nəfərə kömək etmək məqsədi ilə verib.

    Daha sonra 30 yaşlı paytaxt sakini Ramil Muradov saxlanılıb. O ifadəsində bildirib ki, həmin qadınla onlayın alış-veriş saytlarından birində əşya alarkən tanış olub. Ramil Muradov dələduzluq etmək niyyəti ilə qadına özünü ”hepatit” xəstəsi kimi təqdim edib və ondan maddi kömək istəyib.

    Ramil Muradov bu yolla 2017-ci ilin noyabr ayından bu ilin yanvar ayının sonuna qədər külli miqdada pul alıb.

    Onun sözlərinə görə, qadından pulu iki dəfə özü alıb. Bir dəfə qadın pulu eyvandan atıb, digər vaxtlarda isə yaxınlıqdakı aptekə qoyurmuş.

    Qeyd edək ki, R.Muradov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

  • Abşeronda qızıla görə nənəsini öldürən nəvənin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Nihat Muradovun (2000-ci il təv.) CM-nin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Median.Az xəbər verir ki, bu yanvarın 8-də Abşeron RPŞ-nin və rayon prokurorluğunun əməkdaşları Saray qəsəbəsində yaşayan Nicat Muradovun evində, Qax rayon sakini olan qayınanası Xədicəbəyim Seyidəliyevanın (1951-ci il təv.) üzərində kəsilmiş-dəşilmiş xəsarətləri olan meyitini aşkar ediblər. Yaşayış sahəsinə baxış zamanı, evdən qızıl əşyaların oğurlanması da müəyyənləşdirilib.

    Həmin gün keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən ev sahibinin oğlu Nihat Muradov saxlanılaraq istintaqa təhvil verilib. Məlum olub ki, N. Muradov mərhumun nəvəsidir.

    İstintaqın gedişatında cinayətin tamah məqsədilə törədilməsi müəyyən edilib və ondan qızıl əşyalar maddi sübut kimi götürülüb.

    Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin tərkibi elan edilib.

    İş üzrə baxış avqustun 9-na təyin olunub.

  • Elmira Axundovanın oğlunun vurduğu ziyanı qismən ödədi – 250 min manat

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

    Median.Az “report”a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Fərman Məmmədov suallara cavab verib.

    O bildirib ki, ona ümumilikdə 575 min manatlıq ziyan dəyib: “Həmin məbləğdən 140 min manatı deputat Elmira Axundovanın oğlu Həbib Axundovun göstərişi ilə Elnura vermişəm. 435 min manatı isə Həbibin özünə vermişəm. Elmira Axundova isə mənə 250 min manat pul qaytarıb. Çünkü Elmira xanım daha əvvəl demişdi ki, Elnur üçün tenderdə qalib gəlib. O söylədi ki, oğlunun bütün işlərini Elnur görəcək. Ona görə də 250 mini Elmira Axundova şəxsən özü mənə evində qaytardı”.

    F.Məmmədova deyib ki, istintaq dövründə dəyən zərər düzgün göstərilməyib.

    O qeyd edib ki, E.Axundova ilə aralarında bir neçə dəfə də telefon danışıqları olub: “Mənə Elmira Axundova bildirdi ki, qəpiyinə qədər bütün pullarımı qaytaracaq. Bu biznes işində piramida quruldu. Bunu da edən Həbib Axundov oldu. Onunla aramızda səs yazıları var. Həbib hər şeyi boynuna alır, etiraf edir ki, bu işi o edib”.

    İttiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər – Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

    Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.

    Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub.

    Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.

    Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.

  • Babək prospektində piyadanı vurub, qaçan sürücü saxlanılıb

    Median.Az xəbər verir ki, iyulun 22-nə keçən gecə Babək prospektində müəyyən edilməmiş avtomobil yolu keçən Bakı şəhər sakini Tofiq Abbasovu vurub və hadisə yerindən qaçıb. Xəstəxanaya çatdırılmış piyadanın, orada keçinməsi barədə Nizami RPİ 23-cü polis bölməsinə məlumat verilib.

    Əməliyyat-istintaq yolu ilə müəyyən edilib ki, yol-nəqliyyat hadisəsini “Hyundai” markalı avtomobili idarə edən Bakı şəhər sakini Eldar Məhərrəmov törədib. Sürücü saxlanılıb.

    Nizami RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Qardaşından boşanmış bacısına qarşı ağlasığmaz hərəkət – Azərbaycanda dəhşət

    Goranboy rayonunda 7 il əvvəl qətl törətməkdə təqsirli bilinən Aydın Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az “publika.az”a istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

    İttihama görə, bu ilin martın 29-da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Goranboy rayonunda 2011-ci ildə baş verən ağır cinayətin üstü açılıb.

    Həmin gün 7 il əvvəl qətlə yetirilən, rayonun İrəvalı kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəxşəndə Hüseynovanın meyiti qardaşının yaşadığı evin zirzəmisindən çıxarılıb.

    Araşdırma zamanı məlum olub ki, Rəxşəndə Hüseynova 2011-ci ildə qardaşı – 1985-ci il təvəllüdlü Aydın Hüseynov tərəfindən boğularaq öldürülüb.

    Daha sonra isə meyit evin zirzəmisində basdırılıb. Qətli törədən Aydın Hüseynov saxlanılıb.

    Rəxşəndə Hüseynova ailəli olub. 2008-ci ildə boşanaraq qardaşı ilə birgə yaşamağa başlayıb. Qadının həyat tərzi, dəfələrlə xarici ölkələrə getməsi qardaşları tərəfindən narazılıqla qarşılanıb.

    Rəxşəndə Hüseynova həyat tərzi ilə bağlı qardaşının iradlara məhəl qoymayıb, nəticədə 2011-ci ildə Aydın Hüseynov onu boğaraq qətlə yetirib.

    Rəxşəndə Hüseynovanın iki qardaş və iki bacısının olduğu bildirilir.

    İstintaq orqanı tərəfindən Aydın Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    İttihama münasibət bildirən Aydın Hüseynov törətdiyi əməli etiraf edib. O, ittiham üzrə özünü qismən təqsirli bilib.

    Aydın Hüseynov bacısını yüngül həyat tərzi keçirməsi, tez-tez xarici ölkələrə özbaşına səfərlərə getməsinə iradını bildirib.

    O, qeyd edib ki, bununla bağlı dəfələrlə bacısına iradını bildirib: “Sonuncu dəfə də bacımla mübahisəmiz oldu. O, xaricə getmək istəyirdi. Mən isə ona həyat tərzini dəyişməsini tələb etdim. Amma dediklərimə məhəl qoymadı. Bu səbəbdən onu öldürmək qərarına gəldim. Bacımı boğdum. Onun öldüyünə əmin olandan sonra meyitini basdırdım ki, cinayətin izi itsin”.

    Növbəti proses iyulun 31-də davam edəcək.

  • Polad Bülbüloğlunun qardaşına və digərlərinə qarşı dələduzluq edən şəxsə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Məmməd Nəsibovun CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ittiham aktına əsasən, Məmməd Nəsibov vətəndaş İradə İsmayılovaya Suraxanı rayonunun Hövsan qəsənəsində 15 sot sənədsiz torpağı 21.500 manata satıb, Çingiz Məmmədovun isə 200.000 manat pulunu alaraq, ona Abşeron rayonunda fərdi yaşayış evi tikdirəcəyini söz verib. Həmçinin o, Adilə Məmmədovanın 120.000, Gülnaz Xayirovanın 43.000, Bahar Ələkbərovanın 17.000 və Bəhram Namazovun 28.100 manat pulunu ələ keçirib.

    İstintaqın gedişatında məlum olub ki, zərərçəkmişlərdən biri – Ç.Məmmədov Azərbaycan Respublikasının bəstəkarı və müğənnisi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun qardaşıdır.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Yasamal rayonunda vətəndaşı bıçaqlayan şəxs tutulub

    В Агдашском районе произошел суицид.

    Как сообщает Median.Az со ссылкой на Report, инцидент произошел в селе Амирарх района.

    Так, жительница района Инджи Ислам гызы Османлы 1998 года рождения, покончила с собой, повесившись на крыше вспомогательной постройки во дворе дома, в котором проживала.

    Согласно информации, у покойной остался двухлетний сын.

    Супруг девушки Талех Джафаров 1988 года рождения полтора месяца назад отправился на заработки в Россию.

    Причины суицида пока неизвестны.

    По факту ведется расследование.

  • Tanış qadından hədə-qorxu yolu ilə pul tələb edən şəxsin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Elvin İsmayılovun CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Median.Az xəbər verir ki, ittiham aktına əsasən, Elvin İsmayılov tanış qadından 10.000 manat pul tələb edib. Verməyəcəyi təqdirdə onun açıq saçıq şəkillərini sosial şəbəkələrdə yayacağını bildirib . Bununla əlaqədar zərərçəkmiş polisə müraciət edib, keçirilmiş əməliyyat tədbiri nəticəsində E.İsmayılov saxlanılıb.

    Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin tərkibi elan edilib.

  • Sərhədi pozan iranlılar saxlanıldı – FOTO

    Mühərrikli qayıqla Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb.

    Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, iyulun 24-də saat 23:30 radələrində İran İslam Res­­publikası tərəfdən Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq şimal istiqamətində sürətlə hərəkət edən hədəf aşkar olunub.

    Sərhəd gözətçi gəmisi tərəfindən hədəfin saxlanılması üçün təxirə­salın­maz tədbirlər həyata keçiril­ib, hədəfin “Yamaha-200” mühərrikli “Layner” tipli qayıq olması müəyyən edilərək 3 saat ərzində təqib edilib və saat 02:45 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi istiqa­mə­tində saxla­nılıb.

    Saxlanılmış qayığa və qayıqda olan İran və­tən­daşları – 1989-cu il təvəllüdlü Ramazani Omid Nirəc və Rəhimpur Rza Beh­rac oğlunun üzərinə baxış zamanı 1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik “Maqnum” markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq aşkar olunub.

    Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Azər­baycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.