Category: Kriminal

  • Beş yaşlı uşağı öldürən ögey ata: Onu bir-iki dəfə vurmuşam

    Kürdəmirdə oğlunu öldürən ögey ata ifadə verib.

    Rayonun Muradxan kənd sakini, 1974-ci il təvəllüdlü Abdulla Abdullayev istintaqa ifadəsi zamanı ögəy oğluna qarşı törətdiyi əməli etiraf edib:

    “Qeyri rəsmi münasibətdə yaşadığı Sevanə Yaqubova Astara rayon sakinidir. Biz biz neçə il əvvəl ailə həyatı qurmuşuq.

    Həmin müddətdən sona Sevanə azyaşlı oğlu ilə mənim evimdə yaşamağa başladı. Murad çox dəcəl uşaq idi. Hər dəfə onun sakit olması barədə tənbeh edirdim. Amma o, buna məhəl qoymurdu. Buna görə də onu bir-iki dəfə vurmuşam”.

    Abdulla Abdullayev azyaşlıya qarşı daim şiddət göstərməsi barədə ittihamı qəbul etməyib.

    Qeyd edək ki, iyulun 21-də 2013-cü il təvəllüdlü Murad Yaqubovun çoxsaylı bədən xəsarətləri alması nəticəsində vəfat etməsi faktına görə Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda istintaq davam edir./oxu.az

  • Regionlarda narkotik vasitələrin satışı və yetişdirilməsinə görə 5 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Ağdaş RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir İbrahimovun həyətyanı sahəsindən kultivasiya yoli ilə yetişdirlmiş 31 ədəd çətənə kolu, evindən 375,5 qram marixuana və 1 ədəd qələm tapanca aşkar edilərək, götürülüb.

    Bundan başqa, Qazax RPŞ-nin əməkdaşları rayon sakini Elvin Qocayevdən 305 qram marixuana aşkar ediblər, Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən Sabirabad rayon sakinləri Emil Əhmədov və Nüsrət İsgəndərovun Köçəsgər kəndi ərazisində yetişdirdikləri 20 ədəd çətənə kolu aşkar edilib, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən Ələsgərli kənd sakini Taleh Həsənovun həyətyanı sahəsindən yetişdirilmiş 21 ədəd çətənə kolu aşkar edilərək, götürülüb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Zorlamaya görə məhkum olunan qardaşlara digər cinayətlərə görə yeni hökm oxundu – FOTO

    Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin sabiq əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev və ataları İsif Azayevin təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, məhkəmənin hökmü ilə Fərid Azayev 11 il, Faiq Azayev 6 il 6 ay, İsif Azayev 6 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

    Qeyd edək ki, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan S. M. və Ş.B-ni oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər. Bununla əlaqədar onlara qarşı CM-nin 144-cü (adam oğurluğu) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.
    2017-ci il fevralın 21-də bu maddələrlə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Azayev 10 il 6 ay, Vüsal Babayev 9 il, Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar, Sona Kərimova isə 2700 manat cərimələnib.

    Onlar həbsdə olduqları müddətdə ataları İsif Azayev də saxlanılıb. Bu dəfə Azayevləri istintaq CM-nin 177-ci (oğurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirib.

    Xatırladaq ki, mətbuatda dəfələrlə Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu yazılıb.

  • Bakıda aptekə basqın edib 900 manat pul aparan şəxs tutulub

    Median.Az xəbər verir ki, iyulun 22-i saat 23 radələrində Nəsimi rayonu ərazisindəki apteklərin birinə naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassadan 900 manat pul aparması barədə DİN “102-Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

    Məlumatla əlaqədar Nəsimi RPİ 19-cu polis bölməsi və Bakı ş. Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törədən Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Zeynallı saxlanılıb.

    Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Prokuror Azərbaycana qanunsuz dərman gətirən İran vətəndaşlarına cəza istəyib

    Bakı Ağır Cinayətlər Məhkəməsində İran İslam Respublikasının vətəndaşları Jahani Hiveh Hamid Mohammad və Ghahremani Hafez Habibin CM-nin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.2.1-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə növbəti proses keçirilib.

    Median.Az xəbər verir ki, prosesdə çıxış edən dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxslərin hər birinə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmasını xahiş edib.

    Növbəti proses avqustun 27-nə təyin olunub.

    Xatırladaq ki, Baş prokurorluğun yaydığı məlumata görə, son dövrlər ayrı-ayrı həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpaolunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.

    Uzun illər Bakıda yaşayan və Mərkəzi Gömrük Hospitalında cərrah-həkim işləyən Jahani Hiveh Hamid Mohammadin yaşadığı evdə axtarış zamanı üzərində “Canotix 50 units” sözləri yazılmış və satış qiyməti 80 manat təşkil edən 52 ədəd dərman preparatları, “Canotix 100 units” sözləri yazılmış və qiyməti 110 manat təşkil edən 66 ədəd dərman vasitələri və üzərində hər hansı etiket olmayan 196 ədəd olmaqla, ümumilikdə 314 ədəd şüşə konteynerdə qablaşdırılmış dərman vasitəsi, habelə həmin qablaşdırmaların üzərinə yerləşdirmək üçün üçün istifadə olunan yapışqan etiketlər və digər bu kimi dərman preparatları aşkar edilib.

    İstintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, hər iki şəxs qeyd edilən dərman vasitələrini gömrük orqanlarına bəyan etmədən ölkə ərazisinə gətiriblər. Bundan başqa, Jahani Hiveh Hamid Mohammad kuryer xidmətlərindən istifadə etdiyi qohumu- Bakı şəhər sakini İlqar Qədirovun “Chevrolet” markalı avtomobilinə baxış keçirilərkən 7 ədəd dərman preparatları aşkar edilərək, götürülüb.

    Bundan əlavə, Ghahremani Hafez Habib Tehran-Bakı-Tehran marşrutu üzrə idarə etdiyi “Scania” markalı sərnişin avtobusu ilə 2018-ci il fevralın 21-də Astara Gömrük keçid məntəqəsindən 100 ədəd “Canotix 50 units” dərman preparatını sellofan torbaya bükərək avtobusun salonunda gizlədib və onu gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq edib.

    İstintaq dövründə, Binəqədi rayon məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslər barəsində həbs-qəti imkan tədbiri seçilməyib.

    Область прикрепленных файлов

  • Xaçmazda itkin düşən uşaqla başlı ŞOK açıqlamalar – Onu oğurlayıblarmış!

    Xaçmazda itkin düşdüyü deyilən 3 yaşlı uşaq əslində, oğurlanıbmış.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, bu fikirləri 22 iyul tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş və ötən gün tapılaraq ailəsinə təhvil verilmiş 3 yaşlı Novruzov İsmayıl Elçin oğlunun dayısı Məhəmməd Mehdiyev səsləndirib:

    “Uşaq tapıldığı ərazidə axtarış aparılmışdı, amma tapılmamışdı. Uşağı oğurlamışdılar. Sonradan gördülər ki, əraziyə helikopterlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ona görə də gətirib uşağı yerinə qoymuşdular”.

    M.Mehdiyev bildirib ki, ailənin heç kimlə ədavəti olmayıb:
    “Ailənin heç kimlə ədavəti yoxdur. Kimin qaçırdığını bilmirik. Bununla bağlı polisə müraciət etmişik, araşdırma aparılır”.

    Qeyd edək ki, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə tapılaraq ailəsinə təhvil verilib.

  • Bakı və regionlarda oğurluq edən 14 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, iyulun 18-nə keçən gecə Yeni Gəncə qəsəbəsi ərazisində oyun zallarının birindən oğurluq edilməsi barədə DİN “102-Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub. Nizami RPİ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin obyektdən damı sökmək yolu ilə 4 ədəd televizorun və 4 oyun aparatının oğurlanması məlum olub. Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində Gəncə şəhəri sakinləri Orxan Həsənov, Emil Quliyev və əvvəllər məhkum olunmuş Ruslan Nəzərov saxlanılıblar.

    Bundan başqa, Xətai RPİ 34-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-də Əhmədli qəsəbəsində evlərin birindən 5000 manat dəyərindən qızıl əşyalar oğurlayan Yevlax rayon sakini Elşad Əliyevi saxlayıblar.

    Xəzər RPİ 2-ci polis bölməsinin əməkdaşları əməliyyat tədbiri nəticəsində iyulun 17-dən 22-dək bir mağazadan, bir oyun salonundan və bir evdən məişət əşyaları və tütün məmulatları oğurlayan Bakı şəhər sakini Elvin Kərimovu saxlayıblar, Binəqədi RPİ 4-cü polis bölməsinin əməkdaşları iyulun 22-də rayon ərazisindəki zavodun ərazisindən 4 ədəd termoplast, 1 ədəd patronlu toma, 1 ədəd müstəvi pardaxlama, 1 ədəd toma və 1 ədəd yivaçan torna aparatlarını oğurlayan Abşeron rayon sakinləri Ümid Səfərov və Orxan Babayevi saxlayıblar, Abşeron RPİ-də əməliyyat tədbiri nəticəsində aprelin 2-də Xırdalan şəhərindəki mağazaların birindən 880 manat oğurlayan Yardımlı rayon sakini olan bir yeniyetməni saxlayıblar. Onun cari ilin fevral-iyun aylarında daha 2 mağazadan və 1 avtomobildən pul, noutbuk, siqaret və məişət əşyaları oğurlaması müəyyən edilib,
    Yevlax RPŞ-nin əməkdaşları rayon ərazisindəki qəbirstanlıqların birində qəbirlərin ətrafında quraşdırılmış metal çəpərlərini oğurlayan rayon sakinləri Sadəddin Əhmədov və Mahir Məmmədovu saxlayıblar, Nizami RPİ-nin əməkdaşları iyulun 8-də rayon ərazisindəki mağazaların birindən 270 manat, siqaret və ərzaq məhsulları oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Fətullayevi saxlayıblar, Lənkəran RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 16-da evlərin birindən 10.000 manat dəyərində qızıl əşyalar oğurlayan şəhər sakinləri Murad Rəhimlini, Vüqar Əliyevi və əvvəllər məhkum olunmuş Qoşqar Ağarzayevi saxlayıblar.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Azərbaycandan Avropaya narkotik keçirmək istəyənlər saxlanılıb

    Külli miqdarda narkotik vasitənin Avropaya daşınmasının qarşısı alınıb.

    Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olan məlumat əsasında Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İrandan Danimarkaya “İşıqlandırma avadanlıqları” yükü aparan, İran İslam Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsi Yük Şöbəsinin idxal nəzarət xəttində saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

    Aparılan yoxlama nəticəsində qoşqunun təkərlərinin arasındakı üç ədəd oxun içərisindən gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 49 200 qram təşkil edən kəskin iyli, tünd qəhvəyi rəngli narkotik vasitə – tiryək aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Salyanda naməlum avtomobil piyadanı vurub, qaçıb

    Median.Az xəbər verir ki, iyulun 23-də Salyan şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Arbatan kənd sakini Davud İbrahimov vurulub.

    Piyada hadisə yerində ölüb.

    Salyan RPŞ İstintaq bölməsində cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri aparılır.

  • İki qardaşı qətlə yetirən bank əməkdaşının ömürlük cəzası ləğv edilib – FOTO

    Bakl Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Zaur Tərlanovun (1984-cü il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, saxlama və ya gəzdirmə) maddələri ilə barəsində olan apellyasiya şikayətinə baxılıb.

    Median.Az xəbər verir ki, 2015-ci il yanvarın 8-də Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranan mübahisə zamanı özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində, yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cahid Rəhimov (1980-ci il təv.) və qardaşı Cavidə (1985-ci il təv.) bir neçə dəfə atəş açaraq, onları qəsdən öldürüb və hadisə yerindən qaçıb.

    Daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib. Səhərisi gün Qaradağ RPİ və 38-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov yaxalanaraq, istintaqa cəlb edilib.

    İlkin dindirmə zamanı, saxlanılan şəxs cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Məlum olub ki, Zaur Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən “Bank Standard”ın əməkdaşı olub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, müdafiə tərəfinin apellyasiya şikayətini təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb.

    Məhkumun vəkili Ali Məhkəməyə kassasiya şikayəti verib.

    Ali Məhkəmənin qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yeni apellyasiya baxışına göndərilib.

    Növbəti dəfə işə baxan Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin edib. Qərara əsasən, ömürlük cəza müddətli, yəni 20 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

    Zərərçəkmiş tərəf sözügedən qərardan Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.