Category: Kriminal

  • Hacıqabul və Ağdaşda avtomobil qaçıranlar saxlanılıb

    Median.Az xəbər verir ki, Hacıqabul RPŞ-nin əməkdaşları rayon sakini Tərlan Ağazadəni saxlayıblar. Məlum olub ki, o iyulun 23-də Lökbatan qəsəbəsi ərazisindən Sumqayıt şəhər sakini Elvin Vəliyevə məxsus “Moskviç” markalı avtomobili qaçırıb. Zərərçəkmiş bununla əlaqədar Qaradaq RPİ 10-cu polis bölməsinə müraciət edib. Polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobilin Hacıqabul şəhər ərazisində hərəkətdə olduğu müəyyən edilib.

    Bundan başqa, iyulun 24-də Mingəçevir şəhəri ərazisindən şəhər sakini Ruslan Hüseynovun “VAZ 2107” markalı avtomobilinin qaçırılması barədə polis şöbəsinə müraciət daxil olub. Görülmüş tədbirlərlə avtomobilin Ağdaş rayonu ərazisində hərəkətdə olması müəyyən edilib və o, orada saxlanılıb.

    Məlum olub ki, nəqliyyat vasitəsini Yevlax rayon sakini Sərxan Əliyev qaçırıb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Xaçmazda borca görə dostunu öldürən şəxs 11 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Ehtiram Hidayətovun (1973-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

    Median.Az xəbər verir ki, bu il fevralın 4-də Xaçmaz rayonunun Çarxı kəndində yaşayan Ehtiram Hidayətov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Əfqan Cəfərova (1973-cü il təv.) xəsarət yetirib. Nəticədə o hadisə yerində ölüb, cinayəti törədən şəxs isə könüllü RPŞ-nə gələrək təslim olub. Onun evinə baxış zamanı “İJ-54” markalı tüfəng aşkarlanaraq, maddi sübut kimi götürülüb.

    İstintaqın gedişatında məlum olub ki, E.Hidayətov uşaqlıq dostu Ə.Cəfərova 700 manat pul borc verib. Bir müddətdən sonra, pulun qaytarılmasını görən Ehtiram Əfqanın yanına gəlib, uşağına müalicə üçün pul lazım olduğunu deyib və borcunu istəyib. Əvəzində Cəfərov onu təhqir edib, bundan hiddətlənən Hidayətov evindən tüfəngini götürərək, geri qayıdıb və atəş açmaqla, sonuncunu qəsdən həyatdan məhrum edib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Xatırladaq ki, ötən prosesdə E.Hidayətov ittiham üzrə özünü tam təqsirli bilib və istintaqda verdiyi ifadəsini təsdiq edib.

    Zərərçəkmiş şəxsin hüququ varisi Fatma Cəfərova bildirib ki, Ehtiram oğlunu borca görə yox, qız üstündə qətlə yetirib : “Ehtiram bizim qohumumuz olan 18 yaşlı qızı zorlayıb və söz-söhbəti bağlamaq üçün Əfqanı öldürüb. Həmin qızın adını deməyəcəm, özünüz təqsirləndirilən şəxsdən soruşarsınız. Oğlum demişdi ki, bu söhbəti qızın qardaşlarına xəbər verəcək, buna görə də o öldürüldü”. Zərərçəkmiş Əfqanın Ehtiramdan borc pul almadığını deyib.

    Şahid qismində mərhumun qardaşı Nizami Cəfərov da ifadə verib. O bildirib ki, Ehtiram qohumlarını zorlayıb : “Kənddə bu hadisə barədə bütün sakinlər danışırdı. Prokurorluğda bu barədə dindirilərkən bildirmişdik, lakin ittihamda zorlama ilə bağlı heç nə yazılmayıb”.

    Hakim bildirib ki, ittiham aktında zorlama ilə bağlı heç bir məlumat yoxdur.

  • Bakıda holdinq rəhbərini qanına qəltan etdilər – 17 bıçaq zərbəsi

    “E Media Group” media holdinqinin rəhbəri Elşən Əliyev bıçaqlanıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, ötən gecə naməlum şəxs tərəfindən 17 bıçaq zərbəsi alıb.

    E.Əliyev 3 saylı Şəhər klinik Xəstəxanasına aparılıb. O, hazırda reanimasiyadadır.

    Elşən Əliyevin yaxın dostu, aparıcı Aysel Nazimin “Qafqazinfo”ya verdiyi məlumata görə, hadisə tanımadığı şəxsin ondan siqaret istəməsindən sonra baş verib:

    “Dünən bıçaqlayıblar, reanimasiyadadır. Deyirlər ki, bir nəfər yaxınlaşaraq ondan siqaret istəyib. O, daha sonra Elşəndən telefonu tələb edib, mübahisə yaranıb və 17 bıçaq vurub”.

    Elşən Əliyevin səhhəti ilə bağlı maraqlanmağa çalışsaq da, 3 saylı Şəhər klinik Xəstəxanasından telefona cavab verən olmayıb.

  • Qızının qatili olan ata: “Öz həyatımı yaşayıram” dedi, öldürdüm

    Bakının Yasamal rayonunda qızını öldürən ata Yasamal rayon Məhkəməsində ifadə verib.

    57 yaşlı İlqar Qurbanov ifadəsi zamanı qızı Aysel Məmmədlini namus üstündə öldürdüyünü etiraf edib:

    “Ayselin paytaxtda yüngül həyat tərzi keçirməsi, əxlaqsızlıq etməsi barədə kənddə söz-söhbət dolaşırdı. Bakıya gəldim və metronun “20 Yanvar” stansiyasının yaxınlığında onunla görüşdüm. Ondan kənddə gəzən söz-söhbəti soruşanda deyilənləri inkar etdi.

    Daha sonra öz həyatını yaşadığını, heç kimin onun şəxsi həyatına qarışa bilməyəcəyini söylədi. Ayselin bu sözünə görə hirsləndim və üstümdə olan bıçaqla əvvəlcə boğaz nahiyəsinə, daha sonra qarın boşluğuna xəsarətlər yetirdim”.

    Qeyd edək ki, iyulun 24-də Yasamal rayonunda ata 27 yaşlı qızı Aysel Məmmədlini qısqanclıq zəminində qətlə yetirib.

    İstintaq orqanı tərəfindən İlqar Qurbanovun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam etdir.

  • Bakı və regionlarda oğurluğa görə 5 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Nəsimi RPİ 20-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də E.Novruzovun içərisində pul, mobil telefon və sənəd olan pulqabısını oğurlayan Bakı şəhər sakini olan bir yeniyetməni saxlayıblar.

    Bundan başqa, Sumqayıt ŞPİ 4-cü polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-dən iyulun 6-dək olan müddətdə altı həyətdən, bir mağazadan məişət əşyaları, inşaat materialları, tütün məmulatları, 15 göyərçin və 8 ev quşu, habelə iki vətəndaşın mobil telefonlarını oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Tağıyevi saxlayıblar, Sumqayıt ŞPİ 3-cü polis bölməsinin əməkdaşları şəhər ərazisində “Toyota”, “Mercedes” və “Ford” markalı avtomobillərdən pul və mobil telefon oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Həsənovu saxlayıblar, Qusar RPŞ-nin əməkdaşları iyulun 23-də rayon ərazisindəki evlərin birindən 650 manat və qızıl əşyalar oğurlayan rayon sakini, əvvəllər məhkum olunmuş Amid Şahnazovu saxlayıblar, Biləsuvar RPŞ-nin əməkdaşları iyulun 19-da iki “Mercedes” markalı avtomobildən ümumilikdə 70 manat və qol saatı oğurlayan şəhər sakini S.Həsənzadəni saxlayıblar.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Elmar Vəliyevə qarşı sui-qəsdin iştirakçılarından biri məhv edilib – FOTO

    Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə iştirak edən şəxslərdən biri məhv edilib.

    Yunis Səfərovla birlikdə E. Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış, Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

    Müəyyən olunub ki, o , 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.









  • Xaçmazda borca görə dostunu öldürən şəxs 11 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Ehtiram Hidayətovun (1973-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

    Median.Az xəbər verir ki, bu il fevralın 4-də Xaçmaz rayonunun Çarxı kəndində yaşayan Ehtiram Hidayətov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Əfqan Cəfərova (1973-cü il təv.) xəsarət yetirib. Nəticədə o hadisə yerində ölüb, cinayəti törədən şəxs isə könüllü RPŞ-nə gələrək təslim olub. Onun evinə baxış zamanı “İJ-54” markalı tüfəng aşkarlanaraq, maddi sübut kimi götürülüb.

    İstintaqın gedişatında məlum olub ki, E.Hidayətov uşaqlıq dostu Ə.Cəfərova 700 manat pul borc verib. Bir müddətdən sonra, pulun qaytarılmasını görən Ehtiram Əfqanın yanına gəlib, uşağına müalicə üçün pul lazım olduğunu deyib və borcunu istəyib. Əvəzində Cəfərov onu təhqir edib, bundan hiddətlənən Hidayətov evindən tüfəngini götürərək, geri qayıdıb və atəş açmaqla, sonuncunu qəsdən həyatdan məhrum edib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Xatırladaq ki, ötən prosesdə E.Hidayətov ittiham üzrə özünü tam təqsirli bilib və istintaqda verdiyi ifadəsini təsdiq edib.

    Zərərçəkmiş şəxsin hüququ varisi Fatma Cəfərova bildirib ki, Ehtiram oğlunu borca görə yox, qız üstündə qətlə yetirib : “Ehtiram bizim qohumumuz olan 18 yaşlı qızı zorlayıb və söz-söhbəti bağlamaq üçün Əfqanı öldürüb. Həmin qızın adını deməyəcəm, özünüz təqsirləndirilən şəxsdən soruşarsınız. Oğlum demişdi ki, bu söhbəti qızın qardaşlarına xəbər verəcək, buna görə də o öldürüldü”. Zərərçəkmiş Əfqanın Ehtiramdan borc pul almadığını deyib.

    Şahid qismində mərhumun qardaşı Nizami Cəfərov da ifadə verib. O bildirib ki, Ehtiram qohumlarını zorlayıb : “Kənddə bu hadisə barədə bütün sakinlər danışırdı. Prokurorluğda bu barədə dindirilərkən bildirmişdik, lakin ittihamda zorlama ilə bağlı heç nə yazılmayıb”.

    Hakim bildirib ki, ittiham aktında zorlama ilə bağlı heç bir məlumat yoxdur.

  • Maştağada xəyanətə görə gəlinini güllələyən şəxs 12 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Seyidmalik Məmmədovun (1958-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il dekabrın 11-də Maştağa qəsəbəsində yaşayan Seyidmalik Məmmədov ailə münaqişəsi zəmnində ov tüfəngindən atəş açaraq gəlini, 24 yaşlı Aysel Məmmədova qətlə yetirib. Hadisəni törədəndən sonra o könüllü Sabunçu RPİ 14-cü polis bölməsinə təslim olub. İstintaq-əməliyyat qrupu hadisə yerinə baxış keçirərkən, oradan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilib.

    İş üzrə dindirilmiş Seyidmalik Məmmədov bildirib ki, gəlinini qısqanclıq zəminində öldürüb. Belə ki, onun oğlu Aysellə 5 il əvvəl ailə həyatı qurub və nigahdan bir oğulları dünyaya gəlib. Həyətləri geniş olduğundan, yaşayış sahəsində oğlu üçün ayrı ev tikib. Hadisədən bir ay əvvəl Seyidmalik həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan şəxslə tutub. Məmmədov həm gəlinindən, həm də qonşusundan qəsəbəni tərk etmələrini, əks təqdirdə onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb. Bundan bir müddət sonra həmin şəxs paytaxtı tərk edib və
    Zaqatala rayonunda məskunlaşıb. Aysel isə əvvəlki kimi evdə yaşamağa davam edib. Seyidmalik ona dəfələrlə xəbərdarlıq etsə də gəlini sözlərinə əhəmiyyət verməyib. Ayın 11-də əsəblərinə hakim ola bilməyən Məmmədov odlu silahdan Ayselə atəş açaraq, onu qəsdən öldürüb.

    Məhkəmənin hökmü ilə S.Məmmədov 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə 18 il cəza təyin olunmasını xahiş edib.

  • Bakıda süpürgəçini vurub, öldürən sürücü 8 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Zaur Musayevin (1982-ci il təv.) CM-nin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

    Median.Az xəbər verir ki, bu il martın 27-də saat 18 radələrində Sabunçu qəsəbəsində “KamAZ” markalı avtomaşı paytaxt sakini Cəmilə Salahovanı vurub. Nəticədə süpürgəçi işləyən qadın hadisə yerində keçinib. Sabunçu RPİ 12-ci polis şöbəsinin əməkdaşları yol-nəqliyyat hadisəsi törədən sürücü, əvvəllər məhkum olunmuş Zaur Musayevı saxlayıblar.

    Qeyd edək ki, ölən Cəmilə Salahovanın fotosu ilk olaraq sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, iclas zalında həbs edilib.

  • Bakıda polis leytenantı bıçaqlandı

    Nəsimi rayonunda kafedə dava zamanı iki nəfər bıçaq xəsarətləri alıb.

    Median.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə “Nihat” kafesində baş verib.

    Belə ki, 22 yaşlı Abdullayev Nazir Xəqani oğlu kafedə mübahisə edib. O, 24 yaşlı İsgəndərli Seymur Ədalət oğlu ilə əlbəyaxa dava edib.

    Dava zamanı S.İsgəndərli bıçaqlanıb. S.İsgəndərli N.Abdullayevə müqavimət göstərərkən onun ayağına xəsarət yetirib. Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

    Verilən məlumata görə, yaralılardan S.İsgəndərli Nizami RPİ-də polis leytenantı kimi fəaliyyət göstərir.