Category: Kriminal

  • 46 qızı zorlayan falçı ilə bağlı araşdırma başladı

    Xəbər verdiyimiz kimi, Bakıda tələbə, yetkinlik yaşına yenicə çatmış qızları falçı tərəfindən təcavüzə məruz qalıblar.
    Bildirilir ki, qızları Yasamaldakı evə dəvət edən şəxs onlara bihuşedici maddə qatılmış çay, su verib. Qızlar yuxuya gedəndən sonra bakirəlikləri pozulub, bundan sonra onlar təhdid ediliblər.

    Baş vermiş iyrənc hadisə haqda hüquq-mühafizə orqanlarına, “Təmiz Dünya” İctimai Birliyinə məlumat verilib.

    Hüquq-mühafizə orqanlarından oxu.az-a verilənə xəbərə görə, faktla bağlı artıq araşdırma başlayıb.

    “İddialar öz əksini tapsa həmin şəxs cinayət məsuliyyətinə cəlb ediləcək. Məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”, – deyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

  • Bakıda doğma qardaşını öldürən şəxsin məhkəməsi başladı

    Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndrilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxsin qonşusu Vaqif Kazımov bildirib ki, hər iki şəxsi normal insan kimi tanıyıb: “Həmişə çox sakit olublar, onların evindən heç vaxt səs-küy gəlməyib.

    Yatsam, yuxuma girməzdi ki, Əli qardaşı Muradı öldürər. Hadisə vaxtı evdə idim, qonşuların səsinə çıxdım. Gördüm Muradın meyiti çöldədir. Bu zaman anası dedi ki, qardaşı vurub öldürüb. Atası işdə idi, zəng edib çağırdıq”.

    Növbəti proses aprelin 25-nə təyin edilib.

  • Cəlilabadda süpürgəçiyə təcavüz edən müəllimin şəkli paylaşıldı – FOTO

    Bu gün xəbər saytlarında Cəlilabad rayon Muğan kənd orta məktəbinin ibtidai sinif müəllimi Namiq Babayevin məktəbin qadın mühafizəçisini zorladığı barədə xəbərlər yayılıb.

    Median.Az moderator.az-a istinadən xəbər verir ki, məsələylə bağlı Cəlilabad rayon polis bölməsindən  bildiriblər ki, Namiq Babayev qadın mühafizəçini şantaj etdiyi üçün artıq həbs edilib:

    “Namiq Babayev 2017-ci ildə işlədiyi məktəbin qadın mühafizəçisi ilə intim münasibətdə olarkən mobil telefonla videoya çəkib. Dünən bu videonu kənd sakinləri arasında yayaraq qadını şantaj etməyə başlayıb. Bundan sonra kənd sakinləri Namiq Babayevin evinə hücum edərək onun kənddən çıxmasını tələb ediblər. Polis əməkdaşları hadisə yerinə gələrək insidentin qarşısını alıblar. Hər iki şəxs polis bölməsində dindirilib. Namiq Babayev qadını şantaj etdiyi üçün həbs edilib. Hal-hazırda Cəlilabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 150.1 (seksual xarakterli zorakılıq hərəkətləri) və 242-ci (pornoqrafik materialları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.

    Əməkdaşımızın əldə etdiyi məlumata görə Namiq Babayev əslən Cəlilabadın Çinarlı kəndindəndir. Onun Muğan kəndində bacısı yaşayır. Namiq də sonradan Muğan kəndində ev tikərək burda yaşamağa başlayıb. Kənd sakinləri bildiriblər ki, bu şəxs həm məktəbdən, həm də kənddən çıxmalıdır. 

    Əks halda burda qan davası düşəcək.

  • 8-ci sinif şagirdini bıçaqlayan 10-cu sinif şagirdinə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Samir Fətullazadənin (2002-ci il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.az xəbər verir ki, Yeni Günəşlidə yerləşən 282 №i orta məktəbdə 10-cu sinif qardaşı Samir Fətullazadə 8-ci sinif şagirdi aralarında yaranan münaqişə zamanı 14 yaşlı Rahib Babayevə bıçaqla xəsarət yetirib. Xəstəxanaya çatdırılan zərərçəkmişin həyatını xilas etmək mümkün olub. Həmin gün S.Fətullazadə Suraxanı RPİ 33-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

  • “Rahat” marketlər şəbəkəsi oğurluq edən şəxsin döyülməsi ilə bağlı iddialara münasibət bildirib – VIDEO

    “Rahat” marketlər şəbəkəsi mağazadan oğurluq edən şəxsin döyülməsi ilə bağlı bəzi saytlarda yayılan məlumatlara münasibət bildirib.

    Marketlər şəbəkəsindən “Report”a bildirilib ki, oğurluq edən şəxsin döyülməsi ilə bağlı yazılanlar doğru deyil: “Həmin şəxs mağazadan 19 ədəd “Alpen Gold” şokoladı götürüb. O, şokoladları gizlədərək çıxmaq istəyərkən əməkdaşlarımız onu mağazaya dəvət edib. Lakin naməlum şəxs qaçmağa başlayıb. Hadisə axşam, hava qaralandan sonra baş verib. Qaçan şəxs qaranlıqda yıxılıb. Yıxılanda onun qaşının üstü əzilib. Yəni, həmin şəxsin market əməkdaşları tərəfindən döyülməsi qeyri-mümkündür. Çünki “Rahat”da mühafizəçilərin kimisə döyməsi, vurması qəti qadağan olunub”.

    Marketlər şəbəkəsindən bildirilib ki, həmin şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib: “Bunu sübüt edən görüntülər də var”.

  • İnterpol azərbaycanlı dələduzu axtarır

    Azərbaycan vətəndaşı olan Yusif Kərimov beynəlxalq axtarışa verilib.

    Median.Az İnterpolun saytına istinadla xəbər verir ki, Kərimov dələduzluqda ittiham edilir.

    Məlumatlara əsasən, 1979-cu il təvəllüdlü Yusif Kərimov məsuliyyətdən qaçmaq üçün Azərbaycan sərhədlərindən kənara çıxdığına görə axtarışa verilib.

  • Həbsdə olan polis polkovniki: “Buraxın, xəstə balamın yanına gedim…”

    Azərbaycanda balıq biznesi qurmaq adıyla öz dostunu aldadıb, 185 min manatlıq dələduzluqda ittiham olunan polis polkovniki məhkəmədən onu azadlığa buraxmağı xahiş edir. Həbs olunmamışdan altı ay əvvələ qədər Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun rəisi vəzifəsində işləmiş 58 yaşlı Fərhad Məmmədxanovun işi Bakı Ağır Cinayətlər Məhkəməsində gedir. Aprelin 18-də onun məhkəməsində «Caspian Fish” şirkətinin əməkdaşı Gülməmməd Muradov şahid qismində dindirilib.
    O bildirib ki, F.Məmmədxanovu su polisində rəis olan vaxtdan tanıyıb: «O vaxt müsadirə olunan balıqları bizə təhvil verirdilər. Bir gün mənə dedi ki, bir hacı dostu var (zərərçəkmiş Eldar Hənifəyev), iş qurmaq üçün pul verir. Razılaşdıq. Rayonda böyük ferma tikdik, iş qurduq. Bir gün Fərhad gəldi ki, hacıya pul lazımdır, 50 min verdim. Bir müddət sonra yenə hacıya pul lazım olduğunu dedi, bu dəfə 100 min də tapıb verdim”.

    Təqsirləndirilən polkovnik özü də ifadə verib. Bildirib ki, dövlətə hər zaman sədaqətli olub: «38 il orqanda dövlətə kişi kimi xidmət etmişəm. İndi danışsam da, kimdi mənə qulaq asan? Eldarla ailəvi dost olmuşuq. Yenə deyirəm, ona borcum var, amma o qədər yox. Balam ağır xəstədir, buraxın gedim yanına. «Quran” gətirin, əl basım ki, borcumu verəcəm”.

    Zərərçəkmiş Eldar Hənifəyev bildirib ki, əvvəlcədən borcu olduğunu etiraf etsəydi, məsələ bu yerə çatmazdı: «Onun uşağı xəstələnəndə birinci mən getdim. Ailəsinə mən kömək etmişəm, yenə dolana bilməyəndə edərəm də. Mənim heç kimi tutdurmaq niyyətim yoxdur. Sadəcə, bunlar mənə qara yaxdılar ki, guya faizə pul vermişəm. Bu adamın 5-10 il içəridə yatması mənə heç nə vermir”.
    Vəkillə məsləhətləşmək üçün
    məhkəmədən bir həftə vaxt istəyən zərərçəkmiş deyib ki, qarşı tərəfdən müəyyən təkliflər gəlib, onu müzakirə etmək istəyir. Onun istəyi ilə məhkəmə aprelin 25-nə qədər təxirə salınıb.

    İttihama görə, F.Məmmədxanov ailəvi dostu olan Eldar Hənifəyevdən balıq biznesi qurmaq adıyla pulu alandan sonra hər ay 5 min dollar olmaqla, altı ay ərzində ona qazanc verib. İddia olunur ki, polis polkovniki Hənifəyevin etibarını qazanmaq üçün belə addım atıb. Lakin F.Məmmədxanov onu aldatmadığını bildirir. Lakin dostuna borclu olduğunu da etiraf edir. //criminal.az

  • 42 yaşlı kişinin qulağını kəsdilər – “DEDİLƏR BİZİM PAQONUMUZ VAR”

    Ötən gecə Lənkəranda 42 yaşlı kişinin qulağının kəsilməsi ilə nəticələnən hadisənin səbəbi məlum olub.

    Girdəni kəndindən keçən yolda tanımadığı şəxslərin hücumuna məruz qalan Ləj kənd sakini, 1976-cı il təvəllüdlü Əliağayev Vaqif Balaxan oğlu deyib ki, ona xəsarət yetirən şəxslər sərxoş vəziyyətdə olub: “Maşında ailə üzvlərimlə gedirdim. Bir də gördüm arxadan başqa maşın “marqat” edir. Həmin avtomobil çox yaxın sürürdü və körpünün üstünə çıxanda uşaqlar maşında qışqırışmağa başladı ki, “ata arxadan gələn maşın bizi vurur”. Elə körpünün üstündə maşını vurdular, tez qabağa sürüb mənim maşınımın qarşısını kəsdilər. Düşən kimi münaqişə yarandı, dedim telefon nömrələrini ver, ailə-uşaq maşındadır, əlaqə saxlayarıq. Dirəndilər ki, bəs sən bizim maşını vurmusan. Dedim sən arxadan gəlirdin necə sənin maşınını vura bilərəm ki? 5 nəfər idi, hamısı da içkili. Dedilər biz rütbəli adamlarıq, bilmirsən kimə ilişmisən. Elə həmin andaca biri məni vurdu, başımı çəkdim, heç hiss etmədim. O birisi qışqırdı ki, qan apardı. Mən də 102-yə zəng etmək istədiyimi görüb tez qaçdılar. Başımı kənara çəkməsəydim bıçaq boğazımı üzəcəkdi, qulağıma dəydi. Onlar sadəcə içkili vəziyyətdə kiməsə sataşmaq istəyirdilər, mənə rast gəldilər”./lent.az

    *****

    Ötən gecə Lənkəranda 42 yaşlı kişinin qulağının kəsilməsi ilə nəticələnən hadisə barədə bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, hadisə Girdəni kəndindən keçən yolda qeydə alınıb.

    Belə ki, Ləj kənd sakini, 1976-cı il təvəllüdlü Əliağayev Vaqif Balaxan oğlu avtomobillə hərəkətdə olarkən tanımadığı şəxslər onun qarşısını kəsib. Bu zaman münaqişə baş verib və şəxsiyyəti hələlik məlum olmayan şəxs V.Əliağayevin qulağını kəsib.

    Hadisə vaxtı V.Əliağayevin ailə üzvləri maşında olub. Onun həmin şəxslərlə daha əvvəl mübahisə etdiyi və həmin söhbətin davamı olaraq münaqişənin baş verdiyi bildirilir.

    Artıq V.Əliağayevə xəstəxanada yardım göstərilib və onun qulağı yerinə tikilib.

    Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Masazırda bibisini öldürən gənc 18 il müddətinə cəzalandırılıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Vüsal Şıxəliyevin (1994-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il dekabrın 3-də Masazır qəsəbəsində Vüsal Şıxəliyev bibisi Yeganə İmamverdiyevaya (1975-ci il təv.) balta ilə çoxsaylı xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, bir gündən sonra keçinib. Şübhəli şəxs Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, fakt üzrə rayon prokurorluğunda cinayət işi başlanıb. Tutulan Vüsal Şıxəliyev cinayəti qisqanclıq zəminində törətdiyini bildirib.

    Məhkəmənin hökmü il V.Şıxəliyev 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Qəbiristanlıqda dəhşətli cinayət: döyüb öldürdülər

    Quba rayonunda qətl törədilib.

    Median.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mişi Miqirov həmyerlisi Şüşan Sumxayevanı döyüb. Nəticədə xəstəxanaya yerləşdirilmiş Ş.Sumxayeva orada ölüb.

    Quba RPŞ-nin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb.

    Araşdırma aparılır.