Category: Kriminal

  • Bakıda daha bir liseydə qalmaqal – Şagirdi intim fotoları ilə şantaj edirlər

    Bakı şəhər sakini A.M.-dən şantaj yolu ilə külli miqdarda pul alıblar. Məktəblinin intim xarakterli şəkli ilə bağlı növbəti qalmaqal bu dəfə Bakıdakı tədris müəssisələrinin birində — Türk Anadolu Liseyində baş verib.

    Bu barədə paytaxtın daxili işlər orqanlarından sputnik-ə məlumat verilib..

    Belə ki, aprelin 18-də polisə 45 yaşlı kişi müraciət edib. O bildirib ki, 2002-ci il təvəllüdlü qızı şantajın qurbanı olub. Mətanət adlı qadın kişini qızının intim xarakterli şəklini yaymaqla hədələyib. Bildirib ki, əgər ona 4 min dollar verməsə, qızının intim şəklini bütün liseyə yayacaq və qızı biabır edəcək. Şantajçı qadın pulu öz qurbanından alıb. Lakin bundan dərhal sonra zərərçəkmiş polisə müraciət edib.

    Hazırda şantaj yolu ilə pul tələb etmə faktını Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi araşdırır. Apreln 24-də faktla bağlı cinayət işi qaldırılıb. Cinayətin törədildiyi şərait aydınlaşdırılır. Hələlik faktla bağlı saxlanılan şəxs yoxdur.

  • Gəncədə zorla evləndirilən həddi-buluğa çatmamış qıza qarşı ərindən DƏHŞƏTLİ ƏMƏL: hamının önündə…

    Gəncə şəhərində qətl törətməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Elsevər Qurbanzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

    İttihama görə, ötən il dekabnrın 19-da Gəncənin Nizami rayonu ərazisində yerləşən “Əminə” supermarketində Elsevər Qurbanzadə arvadı, 18 yaşlı Sevinc Quliyevaya çoxsaylı bıçaq zərbələri vurub.

    Sevinc Quliyeva işlədiyi həmin marketin işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

    Məlum olub ki, Sevinc Quliyevanı valideynləri həddi-buluğa çatmamış ərə verib. Valideynləri onu bu evliliyə məcbur ediblər. Bu səbəbdən də nikah rəsmiləşdirilməyib.

    Elsevər Qurbanzadə ilə birlikdə yaşadıqları müddətdə cütlük arasında tez-tez münaqişələr baş verirmiş. Nəticədə Sevinc Quliyeva ərindən ayrılaraq ata evinə qayıdıb.

    Elsevər Qurbanzadə isə bunu özünə qarşı təhqir hesab edərək arvadını cəzalandırmaq qərarına gəlib.

    Bu məqsədlə dekabrın 19-da özü ilə bıçaq götürən Elsevər Qurbanzadə arvadının işlədiyi marketə gəlib, ona çoxsaylı bıçaq zərbələri vurmaqla, cinayət əməlini başa çatdırıb.

    İstintaq araşdırması zamanı məlum olub ki, Elsevər Qurbanzadə Sevinc Quliyeva ilə yetkinlik yaşına çatmadığı zamanda intim əlaqədə olub.

    Bu səbəbdən ona adam öldürməkdən əlavə, yetkinlik yaşına çatmayan Sevinc Quliyeva ilə intim əlaqədə olmaq ittihamı verilib.

    İstintaq orqanı tərəfindən Elsevər Qurbanzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

    İttihama münasibət bildirən Elsevər Qurbanzadə özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O, qeyd edib ki, Sevinc Quliyevanın xüsusi amansızlıqla öldürmək niyyəti olmayıb.

    Valideynlərinin məsləhəti ilə Sevinc Quliyeva ilə ailə quran Elsevər Qurbanzadə qeyd edib ki, arvadının ondan xəbərsiz evdən getməsinə əsəbiləşib: “Bu səbəbdən onu cəzalandırmaq qərarına gəldim. Bu məqsədlə Sevincin işlədiyi marketə getdim. Onu evə qayıtmasına yola gətirmək istədim. Amma o, öz bildiyini dedi. Mən də onu bıçaqla vurdum”.

    Təqsirləndirilən şəxs ailə həyatı quran zaman yetkinlik yaşına çatmayan şəxslə intim əlaqədə olmağın cinayət olduğunu bilmədiyini deyib.

    Növbəti proses mayın 4-də davam edəcək.publika.az

  • Şirkətin “maliyyə keşikçisi” ölüm-dirim mübarizəsi aparıb – Bakıda silahlı basqın

    Turizm firmasının əməkdaşına hücum: O, yaralansa da, pulları əldən verməyib

    Son zamanlar paytaxtda quldur hücumlarının sayı artmağa başlayıb. Növbəti belə hal Yasamal rayonu ərazisində baş verib. Hücum nəticəsində tanınmış turizm firmasının xəzinədarı bir neçə yerindən bıçaq yarası alıb.

    Bu barədə Sputnik Azərbaycan-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib. Cinayət aprelin 25-də axşam saat 20:00 radələrində rayon ərazisində qeydə alınıb. Naxçıvani küçəsindəki 15 saylı binanın yaxınlığında “ZD Travel” turizm firmasının əməkdaşı, 1989-cu il təvəllüdlü Namazov Tərxan Süleyman oğluna naməlum kişi hücum edib.

    Cinayətkar Namazova 10-dan artıq bıçaq zərbəsi vuraraq gizlənib. Bəzi məlumatlara görə, cinayətkar üzünü maska altında gizlədib.

    Bu arada hücumun təfərrüatı məlum olub. Belə ki, pul vəsaitlərinin qorunmasına məsul olan Namazov hər gün axşam saat 8 radələrində əlində pul çantası ilə işdən çıxırmış. Bu dəfə də çantada Namazovun adətən baş ofisə apardığı pullar varmış. Həmin gün çantada 25 min dollar pul olub.

    Namazov işdən çıxıb və bir neçə addım atandan sonra ona sifətini “kapişonla” örtən şəxs hücum edib. Quldur Namazovun əlindən çantanı almaq istəsə də, turizm firmasının əməkdaşı ona müqavimət göstərib. Hətta çoxsaylı bıçaq yaraları belə Namazovu pul çantasından əl çəkməyə təhrik edə bilməyib.

    Küçədəki hay-küy və qışqırıq səsləri ətrafdakı adamların diqqətini çəkib və cinayətkar bu səbəbdən qaçıb gizlənməli olub. Onun pul uğrunda turizm firmasının əməkdaşı ilə apardığı mübarizə nəticəsiz qalıb. Zərərçəkmiş xəstəxanaya aparılıb. Namazovun vəziyyəti ağır qiymətləndirilir.

    Hazırda faktla bağlı heç kəs saxlanılmayıb. Lakin yaxınlıqda quraşdırılmış müşahidə kamerası hücumu qeydə alıb. Hazırda hücum faktı ilə bağlı məsələ Yasamal Rayon Prokurorluğunda araşdırılır. Ehtimala görə, hücum edən şəxs firmanın əməkdaşının hərəkət qrafikini izləyirmiş.

    Polis qeyd edib ki, son zamanlar şəhərdə quldurluq faktlarının sayı artıb.

  • Azərbaycanda yarımçıq qarət: Bankomatı doğradı, pulları çıxara bilmədi

    Dünən saat 02 radələrində Qazax rayonunda bankomata müdaxilə edən şəxs tutulub.

    Ağköynək kənd sakini 1990-cı il təvəllüdlü Zeynalov Ziyaddin Surxay oğlu Qazax şəhərinin H.Əliyev prospektində yerləşən “Beynəlxalq Bank” ASC-yə məxsus bankomata kustar üsulla müdaxilə etməklə onu yararsız hala salaraq 2 ədəd yaddaş kartını oğurlaıb. O, həmçinin bankomatdan oğurluğa cəhd edib.

    Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Z.Zeynalov saxlanılaraq sonrakı araşdırmalar aparılması üçün Qazax RPŞ-yə təhvil verilib. Baş vermiş hadisə zamanı bankomatda saxlanılan pul əskinaslarına ziyan dəyməyib.

    Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.

  • Masallıda məsciddən külli məbləğdə manat, dollar və rubl oğurlanıb

    Masallı rayonunda məsciddən oğurluq olub.

    “Report” xəbər verir ki, naməlum şəxs və ya şəxslər rayonun Aşurlu kənd məscidinin seyfini qıraraq oradan 2500 manat , 2000 ABŞ dolları və 16000 rus rublu oğurlayıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Üzərində 20 min manat olan şirkət xəzinədarına hücum olub, ona 14 bıçaq zərbəsi vurulub – YENİLƏNİB

    Bakının Yasamal rayonu, Naxçıvani küçəsində baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub.

    “Report”un əldə etdiyi məlumata görə, hadisə zamanı bıçaqlanan 1989-cu il təvəllüdlü Tərxan Namazov “ZD Travel” şirkətinin xəzinədarıdır. Naməlum şəxs onu bıçaqlayıb və üzərində olan 20 min manat pulu götürərək qaçmağa cəhd edib, lakin buna nail ola bilməyib.

    14 bıçaq yarası almış T.Namazov ağır vəziyyətdə xəstəxanaya aparılıb.

    Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

    Qeyd edək ki, hadisə zamanı T.Namazovun üzərində olan 20 min manat şirkətə məxsus olub.

    * * * * *

    Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Naxçıvani küçəsi, 15 ünvanında yerləşən ofisə qarət məqsədi ilə edilən basqın zamanı qeydə alınıb.

    Maskalı şəxs ofisə daxil olaraq oradakı seyfdən pulları aparmaq istəyib. Bu zaman onun qarşısına 1989-cu il təvəllüdlü Namazov Tərxan Süleyman oğlu çıxıb və onun bu əməlinin qarşısınıa alarkən, naməlum şəxs ona ümumilikdə 14 bıçaq zərbəsi vurub. Naməlum şəxs hadisə yerindən qaçıb. Yaralı çoxlu qan itirib. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

    Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

  • Bakıdakı 1-ci sinif şagirdi məktəbdə zorlandı? – ŞOK İDDİA – FOTO + VIDEO

    Daha bir məktəb zorlama ilə gündəmə gəlib.

    Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsi baş verib. Həmin orta məktəbin valideynləri bildiriblər ki, azyaşlını 10-cu sinif şagirdinin cinsi təcavüzünə məruz qalıb.

    Hadisə aprelin 19-da baş verib. Eyni sinifdə oxuduqları iddia olunan iki nəfər 10-cu sinif şagirdi 1-ci sinifdə oxuyan oğlan şagirdi ayaq yolunda şalvarını çıxararaq zorlayıb. Hadisə azyaşlının sinifdə yoldaşlarına danışarkən ortaya çıxıb. Valideynlər onu da qeyd ediblər ki, zorlanan şagirdin valideynləri rayonda yaşadığına görə uşaq xalasıgildə qalır.

    Valideyinlər məktəb direktoru Nürqələm Bayramovanın zorlanan azyaşlının xalasına 2000 manat verərək susdurduğunu da deyir. Bundan əlavə azyaşlını zorladığı deyilən şagirdin valideynləri direktora rüşvət verərək məktəbdə saxladıqları da söylənilir. Həmin uşağın yerinə günahsız şagird şərlənərək məktəbdən uzaqlaşdırılıb. Valideynlər vurğulayıb ki, direktora nə qədər şikayət etsələr də nəticəsiz qalıb. Şikayətlərinə baxılmadığını görən valideynlər bu gün məktəbin qarşısında aksiya keçiriblər.

    Onlar direktorun şikayətlərinə baxmasını və həmin şagirdin dərhal məktəbdən qovularaq cəzalandırılmasını istəyirlər. Valideyinlər direktorun onlarla görüşdən imtina etdiyini söyləyib: “Direktor bizi qəbul etmir. Sözümüz direktora çatdırılmır. Bizi qəbul edənə kimi aksiyamızı davam etdirəcəyik”.

    Əraziyə Post Patrul xidmətinin əməkdaşları cəlb olunub və valideyinlərin aksiyasına polis tərəfindən müdaxilə edilib. Hadisədən narahatçılığını ifadə edən valideyinlər məktəb direktorunun onları qəbul etmədiyi təqdirdə aksiyanı davam etdirəcəklərini bildiriblər.

    263 nömrəli orta məktəbin direktoru Nürqələm Bayramova zorlama xəbərinin yalan olduğunu söyləyib: “Zorlama olmayıb. Sadəcə 10-cu sinif uşağı azyaşlını döyüb. Uşaq da bundan qorxuya düşüb. Azyaşlını döyən uşaqda məktəbdən uzaqlaşdırılıb”.

    Qeyd edək ki, məktəbin qarşısında valideynlər aksiyanı davam etdirir. Valideynlərin verdiyi məlumata görə 35 nömrəli polis bölməsinə direktor və həmin şagird barədə şikayət ərizəsi yazıblar. (big.az)


  • “Ana-balanın ikisini də öldürdüm” – Ömürlük həbs olunan qatilin dəhşətli etirafları – VİDEO

    ARB TV-nin “Rezonans” verilişində bu dəfə Bəxtiyar Cəfərovun həbsxana hekayələrindən bəhs olunub.

    Bəxtiyar Cəfərov törətdiyi dəhşətli cinayətdən danışıb:

    “Mingəçevirdə doğulmuşam. Rusiyada yaşayırdım. Qarabağ döyüşləri zamanı silah alıb evə qoymuşdum ki, özümü, ailəmi qoruyum. Evimi axtarıb silahı tapdılar və mənim azərbaycanlıları silahlandırdığım damğasıyla həbs etdilər. 2 il həbs cəzası aldım. Ust-Kut şəhərinin rəisinin qızını oğurlamaq böhtanı ilə məni yenidən həbsə atdılar. Bu dəfə 9 il iş verdilər. O cəzanın il yarımını çəkib, girovla azadlığa çıxdım. Bundan sonra vətənimə qayıtdım.

    Qonşuluqda ana-bala ailə yaşayır. Bunu deyən dostum demişdi ki, orada qızıl-pul var. Mən də getməmişdən öncə maraqlandım, dostum dedi ki, balası evdə olmayanda anasına hədə-qorxu gəlib almaq olar. Getdim onlara və hər ikisi evdə idi. Özüm o hadisədə şikəst qaldım. Barmaqlarımın 4-ü kəsildi, 2-si sağaldı, 2-si şikəst qaldı. Özüm 3 bıçaq yarası aldım, onları isə çoxsaylı bıçaq zərbələri ilə öldürdüm. Güllə qorxusunda, ölüm anında olan insan Allaha daha yaxın olur. Mən tövbə edib ibadətə başladım. Hiss elədim ki, o vaxtkı mən, məndən uzaqlaşdı. Ölüm hökmünə layiq görüldüm, amma o da ömürlük həbslə əvəzləndi.

    10 fevral 1998-ci ili artıq mən ad günü kimi qeyd edirəm. Ölüm hökmünün ləğv olduğu gün mənim doğum günümdür. 3 il qorxu içində güllələnməyimi gözlədim. 23 ildir ki, həbsxanadayam. Nə gələnim var, nə gedənim. Bir gün azadlıqda olmaq üçün yerdə qalan ömrümü fəda edərdim. Qohumlarım zəngimə belə cavab vermir. Ailəm Rusiyadadır, elə bilirlər ölmüşəm. Bəlkə bu verilişə baxıb gördülər. Onlardan səsimə səs vermələrini rica edirəm”.

  • Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR

    İstintaq Hüseyn Adbullayevin Bakıdakı əlaqələrini və “kuratorlarını” axtarır.

    Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev yaxın günlərdə istintaq təcridxanasına köçürüləcək. Median.Az Musavat.com-a istinadən bildirir ki, bu haqda onun vəkili Ruhid Əkbərov məlumat verib. Vəkil deyib ki, müvəkkili Azərbaycana gətiriləndən sonra istintaq hərəkətləri gerçəkləşdirilməyə başlayıb. Onu vergi cinayətləri ilə bağlı sorğu-sual edirlər. Hüseyn Abdullayev barəsində 6 il əvvəl, 2012-ci ildə Cinayət Məcəlləsinin 213-cü – külli miqdarda vergidən yayınma maddəsi ilə cinayət işi başlanıb. Həmin vaxt sabiq deputat ölkədən qaçdığı üçün barəsində həbsli axtarış elan olunmuşdu. Onu bir müddət beynəlxalq polis təşkilatı – İnterpol xətti ilə də bütün dünyada axtarırdılar. 
    Sonradan Hüseyn Abdullayevin adı beynəlxalq polis təşkilatının axtarış siyahılarından çıxarıldı.

    Azərbaycandan qaçaq düşəndən sonra Almaniyada məskunlaşan Hüseyn Abdullayev vəsaitlərinin böyük qismini bu ölkəyə transfer edərək, bizneslə məşğul olmağa başlayıb. Çoxsaylı evlər alıb, təmir etdirəndən sonra onları kirayəyə verən, ayrıca, eyni işi Avstriyada da həyata keçirdən Hüseyn Abdullayev bu iki ölkədə kiçik zavodlar da açıb. Barəsində beynəlxalq axtarış dayandırılandan sonra isə sabiq deputat bir sıra Qərb dövlətləri ilə yanaşı, Türkiyəyə də ayaq açıb. Orada da özünün biznesini yaratmağa başlayıb. Musavat.com-un əldə etdiyi məlumatlarda deyilir ki, H.Abdullayev Türkiyədə daha çox inşaat sektoruna yatırım edib və artıq bu ölkədə özünün ofisini qurub. Onun ofisində həm də Hüseyn Abdullayevin sosial şəbəkə hesablarının idarə edilməsini həyata keçirdən qrup da fəaliyyət göstərir.

    Hüseyn Abdullayev Almaniya hökumətinin verdiyi pasporta o qədər güvənirmiş ki, özünün hansısa bir ölkədə həbs olunaraq Azərbaycana verilə biləcəyini ağlına da gətirmirmiş. O, ötən ilin yay tətilini anası və digər yaxınları ilə bərabər Ağdəniz sahillərindəki otellərdən birində keçirdib. Müntəzəm olaraq Türkiyəyə gedib-gələn Hüseyn Abdullayev bu ölkədə Azərbaycandan gələn tərəfdaşları və ölkəmizdəki “kuratorların” adamları ilə görüşür, təlimat alır, ya da özünə yaxın tərəfdarlarını qəbul edərək, müvafiq təlimatlar verirmiş. Təbii ki, bu haqda Azərbaycan hakimiyyətinin xəbəri olub. Lakin hər hansı bir skandal yaratmamaq üçün Azərbaycan istintaq orqanları onu Türkiyədə həbs etməyiblər.

    O zamana qədər ki, Avropada yeni peyda olan “söyüş müxalifəti”nin H. Abdullayevlə və onun Bakıdakı “kurator”larla birbaşa əlaqələri üzə çıxıb. Azərbaycan xüsusi xidmət orqanları müəyyən ediblər ki,  Avropadakı “söyüş müxalifəti”ni də, Əli Kərimlinin Avropa ölkələrindəki qruplarını da “Quska” ləqəbli Hüseyn Abdullayev üzərindən maliyyələşdirir və koordinasiya edirlər. Bu koordinatorlardan biri Azərbaycanın sabiq baş naziri Abbas Abbasovdur. İddialara görə, digər bir gizli iqtidar düşməni Avropa ölkələrindən birində səfir vəzifəsində çalışan tanınmış simadır. Bu qruplaşmanın mərkəzi isə Bakıda yerləşirmiş. Musavat.com belə məlumat əldə edib ki, hazırda istintaq H.Abdullayevin üzərindən həyata keçirilən bu sirli çevrəni müəyyən etmək üçün ciddi istintaq hərəkətləri aparır.

    Hüseyn Abdullayevin Türkiyədə həbs olunması təfərrüatları da maraqlıdır. Bəziləri istintaq sirri olduğu üçün bunu açıqlamırıq. Lakin onu bildirək ki, H.Abdullayev çox “məşhur” əyləncə mərkəzlərindən birində həbs olunub. Həmin yer Türkiyənin çox ünlü ticarət mərkəzi kompleksi nəzdindədir. Həmin nəhəng kompleksin üstü isə yaşayış binalarıdır və orada H. Abdullayevin mənzili var. Azərbaycan istintaq orqanlarının, Türkiyədəki həmkarları ilə bərabər keçirtdiyi əməliyyat 3 gün çəkib və nəticədə H.Abdullayevi məhz qeyri-iş günündə saxlayıb, Bakıya gətirmək qərara alınıb. İddialara görə, bunu özünün də səbəbi var: “Filan səfirlik həmin gün işləmir və bu səbəbdən də adamları olan ”Quska”nın yardımına yetişə bilməzdi”…

    Mənbə əmindir ki, Hüseyn Abdullayev çox tezliklə ötəcək: “Bundan əvvəl, qısamüddətli həbsi dönəmində o, özünü çox biabırçı aparıb. Ağlayır, yalvarır, saatlarla qışqırır, kömək istəyirdi. Belə adamların bərkdə əli yoxdur və tezliklə Hüseyn Abdullayev istintaqla əməkdaşlığa gedəcək”… Bu da o deməkdir ki, indiki hakimiyyətin müəyyən eşelonunda yer alan bəzi məmurların, eləcə də iqtidardan uzaqlaşdırılan bir sıra oliqarxların “başları” gedəcək. Onlardan biri də sabiq təhlükəsizlik naziri Eldar Mahmudovdur.

    Eldar Mahmudov hələ nazir olarkən H.Abdullayevin əsas kuratoru olub. Sirr deyil ki, Hüseyn Abdullayev 2005-ci ildə parlamentə Eldar Mahmudovun siyahısı üzrə düşə bilmişdi. Onun parlamentdə hakimiyyətin qüdrətli məmurlarına qarşı məlum çıxışlarının tezislərinin də Mahmudovun nazirliyində hazırlandığı iddia olunur. 2007-ci ildə həbsindən sonra onun “yüngül srok”la azadlığa buraxılmasında da bu gün kuratoru kimi adıçəkilən Eldar Mahmudovun birbaşa rolu olub. Bundan başqa, Hüseyn Abdullayevin Qərb dövlətlərindən birinin ölkəmizdəki səfiri ilə də münasibətləri, əlaqələri haqda bilgilər var. Sabiq deputatın həmin səfirin derektivləri ilə çıxışlar etdiyi də iddia olunur. Mümkündür ki, Hüseyn Abdullayevə qarşı yaxın zamanlarda vergi cinayətləri ilə yanaşı, digər ittihamlar da irəli sürüləcək. Onun cinayət işində sürpriz isimlərin olacağı da dolaşan xəbərlər sırasındadır.

    “Yeni Müsavat”a daxil olan digər bir məlumata görə, Hüseyn Abdullayev xaricdə olan narazı elektoratla da yaxınlıq etmək, onlara maliyyə dəstəyi vermək kimi hərəkətləri konkret tapşırıqla icra edib (O, maliyyə dəstəyi verən həmin kəsimi özünün çevrəsində “çuşka” adlandırıb, onların bir işə yaramadıqlarını deməkdən də çəkinməyib). Bakıda ona kuratorluq edən Eldar Mahmudovla Almaniyada 2014-cü ilin sonlarında görüşməsi də bir faktdır. Eldar Mahmudov hələ vəzifədə olarkən Hüseyn Abdullayevlə Almaniyada görüşüb müzakirələr aparıb, narazı qüvvələrlə iş aparılması ətrafında fikir mübadiləsində bulunub. Mümkündür ki, Eldar Mahmudovun da adı Hüseyn Abdullayevin cinayət işi üzrə fiqurantlar sırasında çəkiləcək…

    Məsələnin maraqlı tərəfi budur ki, vaxtilə xalqa və indiki iqtidarın müxaliflərinə qarşı bir sıra cinayət əməli törədən Hüseyn Abdullayev Avropaya yerləşdikdən sonra siyasi müxalifətlə, xüsusi ilə də Milli Şura və Əli Kərimli ilə əlaqələr yaradıb, onlara ciddi maliyyə dəstəyi verib. Zamanında iş adamlarına, jurnalistlərə qarşı zorakılıq edib cinayətlərə imza atan Hüseyn Abdullayevin bu cinayətlərə görə də mühakimə ediləcyini gözləmək olar. 

  • Lotu Qulinin adamı Ağstafada tutuldu

    Rusiyada qəsdən adam öldürməyə görə axtarışda olan Gürcüstan vətəndaşı Azərbaycanda saxlanılıb.

    Median.Az-ın Report-a istinadən xəbərinə görə, 46 yaşlı Mehman Söyün oğlu İsmayılov Ağstafa rayonunda tutulub.

    Qeyd edək ki, saxlanılan şəxs Nadir Səlifovun (Lotu Quli) yaxın adamlarından biri kimi tanınır.