Category: Kriminal

  • Azərbaycandakı kütləvi davanın təfərrüatı: Elə faktlar ortaya çıxdı ki… – FOTO

    Kənd sakinlərinin dediyinə görə, davada adı hallanan Bağış Haxiəliyev azyaşlıya qarşı seksual hərəkətlər törətdiyinə görə həbs olunubmuş

    ardımlı rayonunun Bürzünbül kəndində baş vermiş ölümlə nəticələnən kütləvi davanın təfərrüatı məlum olub. Sputnik Azərbaycan-ın kənd sakinlərindən əldə etdiyi məlumata görə, dava edən tərəflər yaxın qohumlar (dayı oğlu, bibi oğlu) olublar.

    Qohumlar arasında uzun müddətdir torpaq sahəsinə görə insident yaşanırmış. Lakin bəzi kənd sakinlərinin dediyinə görə, dava namus məsələsinə görə baş verib.

    12 aprel tarixində tərəflər arasında baş vermiş kütləvi davada kənd sakini, 1965-ci il təvəllüdlü Rəciyev Bəyzadə Məmmədağa oğluna öz dayısı oğlu və dayısı nəvələri tərəfindən bədənin müxtəlif nahiyələrinə 30-ə qədər bıçaq zərbələri endirilib. Yaralı Yardımlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, xəstəxanada artıq öldüyü müəyyən olunub.

    Elvin Rəcili

    Elvin Rəcili

    B.Rəciyevlə yanaşı 2 oğlu — Əvəz və Elvin də müxtəlif bıçaq xəsarətləri alıblar. Yararalılara rayon xəstəxanasında tibbi yardım göstərilib, hazırda müalicələri davam etdirilir.

    Əvəz Rəcili
    Əvəz Rəcili

    Baş vermiş kütləvi davada xəsarət yetirən tərəf isə Bürzünbül kənd sakini, 1966-cı il təvəllüdlü Nuru Mətləb oğlu Haxıəliyev və oğlanları Şirxan, Bağış və Əli Haxıəliyevlər olublar. Hadisəyə görə hələ ki, Şirxan Haxıəliyev saxlanılıb. Digərlərinin isə hadisə yerindən qaçdığı iddia olunur.

    Əli Haxiəliyev
    Əli Haxiəliyev

    Qeyd edək ki, Nuru Haxıəliyevin hadisədə adı hallanan bir oğlu Əli Haxıəliyevin Bürzünbül kənd orta məktəbində müəllim işlədiyi, digər oğlunun — Bağış Haxıəliyevin isə həbsxanadan təzəlikcə azad olunduğu bildirilir. Kənd sakinlərinin dediyinə görə, Bağış Haxıəliyev azyaşlıya qarşı seksual xarakterli hərəkətlər törətdiyinə görə həbs olunubmuş.

    Əlavə edək ki, saxlanılan Şirxan Haxıəliyevin özünə “Beşbarmaq” təxəllüsü götürdüyü və mərhum avtoritet Rövşən Lənkəranskini kumir seçdiyi müəyyən edilib.

    Şirxan Haxiəliyev
    Şirxan Haxiəliyev

    Baş vermiş hadisə ilə bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (“Qəsdən adam öldürmə”) maddəsi ilə cinayət işi açılıb, müvafiq ekspertizalar təyin edilib. Bəyzadə Rəciyevin ölümündə şübhəli bilinən Şirxan Haxıəliyev polis tərəfindən saxlanılıb. Hazırda istintaq davam etdirilir./sputnik.az

  • 10 il məhkum olmuş şəxsdən qeyri-adi oğurluq: Qızıllara dəymədi – VİDEO

    Şəmkirdə “insaflı” oğru peyda olub.

    Həmin şəxs sahibsiz evlərə qanunsuz daxil olaraq oradan pul və qiymətli əşyalar oğurlayıb. Ancaq qarşısına çıxan qızıl-zinət əşyalarına dəyməyib.

    Ülvi ismayılov (saxlanılan şəxs): “Sandığın qıfılını qırdım. Sellofan torbanın içərisində dəsmalın arasında qızıl da var idi, götürmədim. Çünki onda yanmaq ehtimalı çoxdur”.

    Ülvi İsmayılov rayon sakini Elçin Əmiraslanovun mənzilindən oğurluq etdikdən sonra ələ keçib. Onun İlkin İlyasovun 300 manat nəğd pulunu, eləcə də İdris İmanovun evindən 1000 manat pul və bir ədəd televizor oğurladığı da müəyən edilib.

    Ülvi ismayılov (saxlanılan şəxs): “Pəncərəni sındırıb içəri girmişəm, televizoru götürmüşəm. Döşəyin altında da 270 manat olub. Onu götürüb çıxmışam”.

    Əvvəllər 10 il məhkumluq həyatı yaşayan Ülvi İsmayılov əldə etdiyi pulla şəxsi ehtiyaclarını ödədiyini deyib:

    “Evin ehtiyacını ödəmişəm. Kirayədə yaşayıram. Onun pulunu və kommunal xərcləri vermişəm”.

    Ülvi İsmayılovun digər cinayətlərdə əlinin olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir./ARB TV/

  • “Piter Elçin”in qardaşını öldürən şəxsin işinə yenidən apellyasiya instansiyasında baxılacaq – FOTO

    Ali Məhkəmədə Lənkəran şəhər sakini Murad Quluzadənin (1993-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə barəsində olan məhkəmə qərarından verilən protestə baxılıb.

    Median.Az xəbər verir ki, ittiham aktına əsasən, 2012-ci il sentyabrın 26-da Moskva şəhərində Murad Quluzadənin əmisi oğlu Amil Quliyev “Rövşən Lənkəranski”nin yaxın adamı tərəfindən qətlə yetirilib. Quluzadə əmisi oğlunun ölümündə Lənkəran rayonunun Boladi kənd sakini Fariz İsmayilovun (1979-cu il təv.) iştirakı olduğunu güman edib və qisas məqsədilə onu qəsdən öldürmək qərarına gəlib.

    4 ildən sonra, yəni 2016-ci il dekabrın 21-də Fariz İsmayılov idarə etdiyi “Volksvagen” markalı avtomaşına Masallı rayonunun Türkoba kəndində yerləşən marketlərdən birinə gəlib. Oradan çıxanda isə, əvvəlcədən izləyən Murad “UZİ” markalı tapança-pulemyotdan ona 24 dəfə atəş açıb. Fariz aldığı xəsarətdən hadisə yerində keçinib. Cinayəti törədən Quluzadə könüllü Masallı RPŞ-nə gələrək, təslim olub və silahı polis əməkdaşlarına təqdim edib. Fakta görə rayon prokurorluğunda CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin CM-nin 120.2.4-cü maddəsini 120.1-ci maddəsinə tövsif edib və təqsirləndirilən şəxsə 14 il azadlıqdan məhrumetmə cəzası təyin edib.

    Hökmdən narazı qalan prokuror apelyasiya protesti, məhkum isə apellyasiya şikayəti verib.

    Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən saxlayıb.

    Dövlət ittihamçısı Ali Məhkəməyə kassasiya protesti verib.

    Ali Məhkəmə prokurorun protestini təmin edib.Qərara əsasən, Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yeni baxışdan ötrü apelyasiya instansiyasına göndərilib.

    Qeyd edək ki, Fariz İsmayılov “Piter Elçin” ləqəbi ilə tanınan Elçin İsmayılovun iki qardaşından biri olub. Bu hadisədən əvvəl onun digər qardaşı da öldürülüb.

    “Piter Elçin” və “Rövşən Lənkəranski” arasında əvvəllər yaxın dostluq münasibətləri olub. Lakin sonuncunun yaxın adamı olan Amil Quliyevin (Amil Lənkəranskinin) qətlindən sonra, onlar düşmən olublar.



  • Nərimanov rayonunda quldurluq edən gənc 4 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Seymur Osmanovun (2000-ci il təv.) CM-nin 181.1-ci (quldurluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il dekabrın 4-də paytaxt sakini Ülvi Cuvarlı Akademik H.Əliyev küçəsi ilə hərəkət edərkən, naməlum şəxsin onun qarşısını kəsib, bıçaqla hədələyərək “Samsung” markalı mobil telefonunu əlindən alması barədə yaxınlıqda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verib.

    Polis əməkdaşlarının çevikliyi sayəsində şübhəli şəxs hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılaraq Nərimanov RPİ 16-cı polis bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman, quldurluq etməkdə şübhəli bilinən şəxsin əvvəllər dəfələrlə məhkum edilən Seymur Osmanov olduğu müəyyənləşib. Onun cinayət yolu ilə əldə etdiyi mobil telefon, həmçinin hadisə zamanı istifadə etdiyi bıçaq tapılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.

    Məhkəmə prosesində S.Osmanov əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını bildirib.

    Prokuror ona 7 il 6 ay cəza təyin olunmasını xahiş edib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Beş sərhəd pozucusu saxlanılıb

    Dövlət Miqrasiya Xidmətinin (DMX) Dövlət Sərhəd Xidməti (DSX) ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı beş nəfər Şri Lanka vətəndaşı saxlanılıb.

    DMX-dan oxu.az-a verilən məlumata görə, araşdırma zamanı Şri Lanka vətəndaşlarının Azərbaycan-İran-Türkiyə marşrutundan istifadə etməklə qanunsuz yollarla Avropaya getmək üçün Azərbaycana gəldikləri müəyyən edilib.

    Belə ki, qeyd olunan şəxslərin Avropaya aparılmasının Fransada yaşayan Sangal, Türkiyədə yaşayan Usmandar, İranda yaşayan Zəki adlı şəxslərdən ibarət beynəlxalq dəstə tərəfindən təşkil edildiyi məlum olub.

    Bu məqsədlə dəstə üzvlərindən Zəkinin müraciəti əsasında Azərbaycan Respublikasının vətəndaşı İltimas Əliyev Şri Lanka vətəndaşlarını əvvəlcə Bakı şəhərində yerləşdirib. Sonradan Zəkinin sifarişi ilə əcnəbilər dövlət sərhədindən qanunsuz olaraq keçirilmək məqsədilə Yardımlı rayonu istiqamətində aparılarkən saxlanılıb.

    Keçirilmiş birgə araşdırma tədbirləri nəticəsində qeyd olunan qanunsuz miqrasiya kanalının təşkilatçıları ifşa edilib.

    Saxlanılmış əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

  • 7 nəfər arasındakı kütləvi dava bıçaqlanma ilə bitdi – VİDEO

    Abşeron rayonunda kütləvi dava olub. Hadisə 7 nəfər arasında yaşanıb.

    Qobu qəsəbəsində baş vermiş kütləvi dava zamanı 1989-cu il təvəllüdlü Hacıyev Bəhruz Hidayət oğlu bıçaqlanıb. Ona beş bıçaq xəsarətinin yetirildiyi deyilir. Yaralı təcili 1 saylı Xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.

    Faktla bağlı Abşeron polisi tərəfindən araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb./apa.az

  • Azərbaycanda polis arvadı tərəfindən döyüldü

    Sumqayıt şəhərində ər arvadı tərəfindən döyülüb.

    Median.Az-in “Report”a istinadla verdiyi məlumata görə, hadisə şəhərin 24-cü məhəlləsində baş verib.

    Belə ki, şəhər sakini, 1956-cı il təvəllüdlü Nəsib İsgəndər oğlu Abışov yaşadığı evdə arvadı tərəfindən döyülüb.

    Ağır bədən xəsarətləri alan N.Abışov xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır.

    Qeyd edək ki, N.Abışov təqaüddə olan polis əməkdaşıdır.

  • “Yoldaşım qonşumla mənə xəyanət etdi” – Kriminal avtoritetin qardaşı (VIDEO)

    ARB TV-nin “Rezonans” verilişində bu dəfə Rəvan Bağırovun həbsxana həyatından bəhs olunub.

    Rəvan Bağırov (cəzası 11 il 6 ay): “1999-cu ildə hərbi xidmətdə yaralandım. Dizimdə problem var. O gündən bu yana əsa ilə gəzirəm. Həyatda namusdan şərəfli heç nə ola bilməz. Qonşuda Kamal adlı biri qalırdı. Bir gün mənə çatdırdılar ki, sizin qapıya gedib-gəlir. Əhəmiyyət vermədim. Sonralar gördüm ki, düz söhbətdir və onu çağırıb başa saldım. Mənə dedi ki, sizin qohumdan qız istəyirəm, ona görə gəlirəm. Fikrləşdim ki, normal haldır. Bir gün təsadüfən yoldaşımın telefonunu götürəndə gördüm ki, onunla baş-başa şəkilləri var. Dedi ki, bilməmişəm səhvən montaj eləmişəm. Yoldaşımı atasıgilə qoydum. Sonra həmin Kamalı tapdım, mənim üzərimə bıçaq çəkdi. Yanımda adamlar olduğu üçün heç nə demədim. Sonra zəng elədim, görüşdük və apardım həmin qohum qızgilin yanına.

    Dedi ki, biz bir-birimizi sevirik. Qardaşım kriminal aləmdə tanındığı üçün üzərimdə silah gəzdirirdim. O, yenə elədiyindən vaz keçmədi. Yenə bununla görüşüb başa salmağa çalışdım. İdmançı olduğu üçün məni təhqir elədi, ağzına gələni dedi. Ov tüfəngi ilə atəş açıb bir gülləyə öldürdüm. Daha sonra təcili yardıma xəbər verib, polisə təslim oldum. Heç vaxt şərəfimi ləkələməzdim. Hər ikisi səhv elədi. Peşmanam, kaş bu cür olmayaydı. Yoldaşımla bir neçə dəfə telefonla danışmışam. Səbəbin soruşanda deməyib. Uşaqlarım yaşlı atam və xalamla qalır. Qardaşım və anam vəfat edib. Xalam həm də qayınanamdır. Tək çətinlikləri maddiyatdır. O da sosial yardımla inanıram ki, düzələcək”.

  • General oğlunun döydüyü avtobus sürücüsü: “Dedim qadınlar var…”

    Avtobus sürücüsünə qarşı xuliqanlıqda təqsirləndirilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucov, onunla birlikdə ittiham edilən Pərviz Abbasov və Kənan Vəliyevin barələrində olan hökmdən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə davam edib.

    Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş avtobus sürücüsü Sənan Səmədov ifadə verib.

    O, bildirib ki, Rüstəm Oruocov onu yumruqla vurub: “Mübahisəmiz “Əcəmi darəsində” baş verdi. Buna səbəb siqnal verməyim oldu. Normal şəkildə yanıma gəldi. Niyə siqnal verdiyimi soruşdu. Ona yol nişanını göstərdim. Mənə nəlayiq söz işlətdi. Dedim maşında qadınlar var.. Nömrəmi istədi, vermədim, maşını arxamca sürdü. Axırıncı dayanacaqda Rüstəm mənə tək yaxınlaşdı. Məni qırağa çəkdi. Qəflətən yumruqla vurdu. Yerə yıxılıb özümüdən getdim”

    Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, ötən il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

    R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

    Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay, P.Abbasovla K.Vəliyevin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. P.Abbasov və K.Vəliyev məhkəmə zalında həbs olunub.

    Onu da qeyd edək ki, məlum hadisədən sonra general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.//lent.az

  • Evlənmək istədiyi qızı dostları ilə qaçırıb zorladı — Balakəndə ŞOK HADİSƏ

    Qız qaçırmaqda və zorlamada təqsirli bilinən Balakən rayon sakinləri – 1988-ci il təvəllüdlü Rahib Dibirov, 1995-ci il təvəllüdlü Elşən Hacıyev, 1993-cü il təvəllüdlü Tural Hacıyev, 1988-ci il təvəllüdlü Famil Həbilov Ali Məhkəməyə müraciət ediblər.

    Median.Az “Ölkə.Az”a istinadən xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən məhkəmə prosesi may ayının 1-nə təyin edilib.

    Belə ki, Rahib Dibirov, Elşən Hacıyev, Famil Həbilov və Tural Hacıyev qabaqcadan əlbir olaraq 22 fevral 2016-cı ildə Balakən rayonunun Tülü kənd sakini Əliqayeva Türkan Əli qızını Rahiblə evləndirmək məqsədilə qaçırıblar.

    Onlar “VAZ-2107” markalı maşınla qızın yaşadığı Tülü kəndinə gəliblər.

    Elşən Hacıyev və Tural Hacıyev kəndin avtobus dayanacağında mikroavtobus gözləyən Türkan Əliqayevanın qolundan tutaraq avtomaşına əyləşdiriblər.

    Rahib Dibirov Türkanı Balakən rayonunun Bedağar kəndində yaşayan qohumları Cahangir Şabanovun evinə gətirib. Həmin gün Rahib Dibirov qız ilə cinsi əlaqədə olmaq qərarına gəlib. Bu məqsədlə Rahib Dibirov qızın olduğu otağa girib. O, zorla qızla cinsi əlaqədə olub.

    Ev sahibi Cahangir Şabanov evə gələndən sonra qohumunun qız qaçırdığının şahidi olub və onları evdən çıxarıb. Rahib Dibirov və dostları cinayət əməllərini davam etdirərək Türkan Əliqayevanı saat 17 radələrində Elşən Hacıyevin babasına məxsus Balakən rayonunun Gərəkli kəndində yerləşən evinə gətiriblər. Həmin gün saat 20 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşlarının köməkliyi ilə Türkan Əliqayeva azad edilib.

    “Türkanı sevmişəm”

    Rahib Dibirov Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu) və 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə, Elşən Hacıyev, Famil Həbilov və Tural Hacıyev isə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə ittiham ediliblər.

    Onların barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Təqsirləndirilən şəxs qismində ifadə verən Rahib Dibirov bildirib ki, Türkanı sevib və onunla ailə həyatı qurmaq istəyib:

    “Bu məqsədlə fevralın 21-də Elşən, Tural və Famillə danışdım. Razılaşdıq ki, Türkanı qaçıraq. Fevralın 22-də, saat 09:30-da Familin Vaz- 2107 markalı maşını ilə Türkanın yaşadığı küçəyə getdik. Türkan maşın dayanacağına gələn zaman Elşən və Tural maşından düşdü, onun qolundan tutaraq zorla dartaraq maşına gətirdilər. Türkanı arxa oturacaqda oturtdular. Özüm maşından yerə düşmədim”.

    Rahib Dibirovun sözlərinə görə, həmin vaxt Türkan səs-küy salsa da, ona məhəl verməyiblər:

    “Famil maşını Bedağar kəndinə sürdü və Cavanşirin evinə apardıq. Türkan maşında mənimlə Elşənin arasında oturub. Türkan maşının içində səs-küy salaraq onu evə qaytarmağımızı tələb etdi, mən isə onu sakitləşdirməyə çalışdım. Ev sahibi Könülə Türkanı qaçırtdığımı bildirdim. Evdə olan zaman Türkana söhbət edərək onu sevdiyimi bildirdim. Türkan molla gətirərək kəbin kəsdirməyimi dedi”.

    “Könüllü cinsi əlaqədə olduq”

    Rahib Dibirov qeyd edib ki, Türkana onun həyat yoldaşı olmasını təklif edərək digər otağa keçməsini bildirib:

    “Türkan da heç nə demədən mənimlə başqa otağa keçdi və orada könüllü cinsi əlaqədə olduq. Ev sahibi Cahangir evə gələrək evdən getməyimizi tələb etdi. Elşən, Tural və Türkanla birlikdə Elşənin babasına məxsus Gərəkli kəndindəki evə getdik. Polis əməkdaşları həmin evə gələrək Türkanı polis şöbəsinə apardılar”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, dəfələrlə zərərçəkmiş şəxslə barışmaq üçün cəhd göstərib:

    “Türkanı sevirəm və onunla ailə həyatı qurmağa hazıram. Zərərçəkmiş şəxsin məni sevib-sevmədiyini dəqiq deyə bilmərəm. Ancaq zərərçəkmiş şəxslə zorla cinsi münasibətdə olmamışam. Zərərçəkmiş şəxs əvvəllər şikayətçi olmayıb. O, ailəsinin təkidi ilə məndən şikayət edib. Zərərçəkmişin üzərində olan xəsarətlər ola bilsin ki, onu qolundan dartaraq maşına otuzduranda əmələ gəlib”.

    Digər təqsirləndirilən şəxslər də elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Onlar ifadələrində bildiriblər ki, zərərçəkmiş şəxs tərəflə barışmağa cəhd göstərsələr də, onlar barışmaq istəməyiblər.

    “Səsim çıxana qədər qışqırdım, kömək istədim”

    Zərərçəkmiş şəxs qismində dindirilən Türkan bildirib ki, fevralın 22-də, saat 09:20 radələrində dayanacaqda duran zaman Familin idarə etdiyi “VAZ-2107” markalı maşın ona yaxınlaşıb:

    “Mənə qarşı təhlükə olduğunu hiss etdim. Çünki, bir neçə gün qabaq hər gün Balakən rayonunun Qullar kənd sakini Elşən Hacıyev işdən evə gedən zaman məni izləmişdi. Avtomaşın mənim yanımda dayanan zaman yaxınlıqda olan evə tərəf qaçdım, evin həyət qapısını açmaq istədim. Lakin qapı arxadan bağlı olduğu üçün qapını aça bilmədim. Maşından Elşən və Tural düşərək hər ikisi qolumdan tutdu. Məni zorla avtomaşının arxa oturacağına atdılar. Elşən sağ tərəfimdə, Tural sol tərəfimdə oturdu, Famil maşını sürətlə yerindən tərpədərək oradan uzaqlaşdılar. Maşında olan zaman var gücümlə qışqırdım, kömək istədim. Yalvararaq məni buraxmalarını xahiş etdim. Tural və Elşən məni Rahib üçün qaçırdıqlarını deyərək səssiz durmamı bildirdilər”.

    Türkan bildirib ki, yanında oturan Elşənə müqavimət göstərərək təpik və sillə atıb, onu buraxmasını, evə qaytarmasını tələb edib:

    “Lakin sözlərimə məhəl qoymayaraq avtomaşını bilmədiyim istiqamətə sürdülər. Balakən rayonunun Qazma kəndi ərazisinə çatdıq. Famil avtomaşını Rahib Dibirovun yanında saxladı, Tural mənim yanımdan duraraq qabaq oturacağa keçdi. Rahib isə sol tərəfimdə əyləşdi. Rahibə məni niyə qaçırdığını, atamın xəstə olduğunu, bunu bilərsə, öləcəyini dedim. Rahib isə məni sevdiyini, dərdimdən öldüyünü bildirdi”.

    O, qeyd edib ki, onu Bedağar kəndinə tanımadığım evə aparıblar:

    “Rahibi itələyərək maşından düşdüm, həmin tanımadığım qadına yalvararaq məni buraxmalarını, evimizə qaytarılmağımı xahiş etdim. Lakin həmin qadın mənə hər şeyin yaxşı olacağını, qorxmamağı bildirdi və məni evə apardı. Onlar evə daxil olan zaman Rahibin dayısının arvadı Nərminə arxamızca evə daxil olaraq, mənə “xoş gəlmisən” dedi. Mən isə heç xoş gəlmədiyimi, zorla gətirdiyimi, evə qayıtmaq istədiyimi bildirdim. Nərminə səsimi kəsməyimi, səs-küy salmamağımı, Rahibdən yaxşısına gedə bilməyəcəyimi söylədi. Evə Rahib, Famil, Tural və Elşən daxil oldular. Familin tələbi ilə telefonu söndürdüm, qəfildən Famil telefonunu əlimdən dartaraq aldı və batareyasını çıxartdı”.

    “Kəbin kəsdirəndən sonra onun olacağımı bildirdim”

    Türkanın sözlərinə görə, Elşən Rahibin onunla danışmaq istədiyini bildirib:

    “Rahiblə heç nə danışmayacağımı deyərək, Nərminədən məni tək qoymamalarını, yanımda olmalarını xahiş etdim. Nərminə qonşuluqda işinin olduğunu deyərək evdən çıxdı. Könül, Elşən, Tural və Famil də evdən çıxaraq Rahibin mənimlə danışmasına şərait yaratdılar. Rahib divanda yanımda oturaraq məni sevdiyini, onun olmağımı bildirdi. Rahibə onu evə qaytarmağımı, valideynlərinin mənə elçi gəlmələrini, ona getməyimə razı olacağımı dedim. Rahib mənimlə razılaşmadı, heç olmasa ata-anamın buraya gəlməsini, kəbin kəsdirəndən sonra onun olacağımı bildirdim”.

    Əliqayeva Türkan qeyd edib ki, Rahib isə ona qulaq asmayıb:

    “Rahib qolumdan tutaraq zorla məni digər otağa apardı. Həmin otaqda yerdə üzsüz döşək olub. Rahibin mənimlə cinsi əlaqədə olmaq istədiyini anladım. Otaqdan çıxmaq istədim. Rahib qolumdan tutaraq məni döşəyin üstünə uzatdı. Qaçmaq istədiyimdən Rahibə cinsi əlaqədə olmazdan əvvəl hamama girərək yuyunmaq istədiyimi dedim. Özlüyümdə hamama girən zaman vaxt qazanacağımı, qaçmaq üçün bir yol tapacağımı fikirləşdim. Rahib məni yuyunmaq üçün hamama getməyimə icazə vermədi, zorla məni soyundurdu. Rahib soyunaraq üstümə uzandı. Rahibin altından çıxmağa çalışaraq qışqırdım. Həyətdə olanlar isə qapını döyəclədilər ki, səsim ətrafa yayılmasın. Rahib hər iki qolumdan tutaraq zorla mənimlə cinsi əlaqədə oldu”.

    “Ancaq onun adını çəkməyimi xahiş etdi”

    Əliqayeva Türkanın sözlərinə görə, daha sonra Nərminə ona könüllü qaçmağına dair məktub yazmasını təklif edib:

    “Məcburiyyət qarşısında qalıb iki cümləlik məktub yazdım, həmin məktuba zorla imza etdirdilər. Sonra məni aşağı həyətə düşürdərək gəldiyimiz maşına əyləşdirdilər və Balakən rayonunun Gərəkli kəndinə, Elşən Hacıyevin babasının evinə apardılar. Nərminə və Elşənin anası Həqiqət bizim olduğumuz evə gəldilər. Dedilər ki, şikayət etmə, hər şey yaxşı olacaq. Şikayət edəcəyimi bildirərək evə – anamın yanına getmək istədiyimi dedim. Nərminə isə “şikayət etməsən, səni ananın yanına aparacağıq” dedi. Sözümdən dönməyərək şikayət edəcəyimi bildirdim. Rahib otağa daxil olaraq “şikayət etsən yalnız mənim adımı çək, digərlərinin yox” dedi.

    Zərərçəkmiş qeyd edib ki, Rahib Dibirov polis əməkdaşlarının onun ailəsinin yaşadığı evə gəldiyini deyib:

    “Sonra anam, bibilərim və polis əməkdaşları gəldilər. Məni polis şöbəsinə apardılar. Olduğum yeri Rahibin atası Aydın Dibirov anamgilə deyib. Dəfələrlə təqsirləndirilən şəxslərin qohumları barışmaq üçün bizə gəliblər, lakin onlarla barışmamışam”.

    Cəza

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rahib Dibirov 8 il 6 ay, Elşən Hacıyev 5 il, Tural Hacıyev 5 il, Famil Həbilov 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Təqsirləndirilən şəxslər hökmdən narazı qalaraq apellyasiya şikayəti veriblər. Rahib Dibirov Cinayət Məcəlləsinin 149.1-ci maddəsinə ilə ona bəraət verilməsini, digər maddə ilə barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş edib. Həmçinin digər təqsirləndirilən şəxslər də barələrində daha yüngül cəzaların təyin edilməsini xahiş ediblər. Prokurorluqda hökmdən narazı qalaraq apelyasiya protesti verib. Prokurorluq təqsirləındirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.

    Onların şikayətləri araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Tərəflərin şikayətlərini dinləyən hakimlər sonda qərar elan ediblər. Qərara görə, prokurorluğun protesti təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

    Yeni hökmə əsasən, Rahib Dibirov 10 il, Elşən Hacıyev, Tural Hacıyev və Famil Həbilov isə hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.