Category: Kriminal

  • Bakıda qanunsuz satılan psixotrop tərkibli dərmanlar aşkarlanıb – FOTO

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən insan orqanizminə ciddi zərər vuran, satışı müvafiq qanunvericiliyə əsasən qadağan olunan və yaxud məhdudlaşdırılan psixotrop tərkibli dərman preparatlarının alqı-satqısının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

    Belə ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Əli Babazadə üzərində psixotrop tərkibli dərman preparatları saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman 4 ədəd güclü təsiredici xassəyə malik “Preqabalin” həbləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı Ə.Babazadənin psixotrop tərkibli dərmanları Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Buta Aptek”dən 16 manata aldığı müəyyən edilib.

    Əməliyyat tədbirlərinin davamı olaraq həmin aptekin sahibi, Bakı şəhər sakini Orxan Rəsulov da saxlanılaraq istintaqa təqdim edilib. Ona məxsus aptekə baxış keçirilən zaman obyektdən satışı qadağan edilən psixotrop tərkibli 7640 ədəd “Tramadol”, 1 ədəd konvalyutada “Gabapentin” və 25 ədəd “Haloperidol-Richter“ həbləri aşkar olunaraq götürülüb.

    Qeyd edək ki, əməliyyat zamanı həmin aptekdən qanunsuz olaraq psixotrop tərkibli dərmanlar alan daha 6 nəfər də saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






  • Bakıda şok hadisə: “Səni arvadımla tutdum, 5000 manat verməlisən”

    Bakıda maraqlı hadisə baş verib.

    Tanış olduğu qızla onun evinə gedən Bakı sakini şok fırıldaqla qarşılaşıb. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Həsənov martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib.

    Onun sözlərinə görə, sonradan həmin evə gələn 2 naməlum şəxs özlərini həmin qadının əri və qohumu kimi təqdim edib onu hədələyərək 5000 manat pul verməsini tələb ediblər.

    Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxslərdən biri olan Həmid Alməmmədov qısa müddətdə müəyyən edilərək polis tərəfindən saxlanılıb. Göyçay rayon sakini olan H.Alməmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.

    Faktla bağlı cinayət işi başlanılıb.
    /minval.info

  • Gəncədə 24 yaşlı gənc bıçaqlanıb

    Gəncədə yerli sakin bıçaqlanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.

    Belə ki, qəsəbə sakini, 24 yaşlı Əkbərov Muzamil İlham oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

    Qarın nahiyəsindən bıçaqlanan şəxsin hansı şəraitdə və kim tərəfindən xəsarət aldığı hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Ucarda avtomobil dörd yaşlı uşağı vurdu

    Ucarda avtomobil dörd yaşlı uşağı vurub.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün Ucar şəhərinin 20 yanvar küçəsində baş verib.

    Barat Alı oğlu Səlimov idarə etdiyi VAZ-21012 markalı minik avtomobili ilə 2014-ci il təvəllüdlü Hüseyn Arif oğlu Əliyevi vurub. Ağır xəsarət alan uşaq Ucar Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib.

    Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • “Odlar Yurdu” universitetindən pul oğurlayan şəxsi oğurlayan dəstə üzvlərinə cəza istənilib

    Bakı Ağır Cinayətlər Məhkəməsində Turab Nağıyev, Şahmar Nağıyev və Altay Əliyevin CM-nin 144.2.1 (adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Median.Az xəbər verir ki, ittiham aktına əsasən, təqsirləndirilən şəxs – Şahmar Nağıyev digər şəxslərlə birlikdə, qohumu Pərviz Quliyevin dostları ilə 2016-cı ilin yanvarında “Odlar Yurdu” Universitetindən külli miqdarda pul oğurlamasını öyrənib. Oğurluq zamanı əldə olunmuş pullardan faydalanmaq məqsədilə o, Quliyevə zəng edərək, bu barədə məlumatlı olduqlarını və polisə xəbər verməmək üçün onlarla da pul bölüşməsini deyib. Sonuncu onun xahişini rədd edib. Buna görə, qabaqcadan əlbir olan şəxslər martın 13-də kafedən çıxan Pərvizin qabağını kəsib, zor tətbiq etməklə, onu Altay Əliyevin idarə etdiyi avtomobilə əyləşdiriblər. Onu başqa kafeyə apararaq, orda döyüb, əldə etdiyi puldan onlara da verməsini tələb ediblər. Bu yolla təqsirləndirilən şəxslər zərərçəkmişdən 18.000 manat pul alıblar.

    Keçirilən prosesdə çıxış edən prokuror T.Nağıyevə 12, A.Əliyevə 11 və Ş.Nağıyevə 10 il cəza təyin edilməsini xahiş edib.

    Qeyd edək ki, ötən proseslərin birində zərərçəkmiş qismində dindirilmiş Pərviz Quliyev bildirib ki, təqsirləndirilən şəxslər onu oğurlamayıblar və o, ittiham aktına yazılanlarla razı deyil.

    Növbəti proses aprelin 3-nə təyin edilib.

    Xatırladaq ki, ötən ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Universitetinin prorektoru M.Vəliyevin iş otağından içərisində 429.722 manat olan seyfi oğurlayan Vüqar Vəiyev 10 il 6 ay, Ramin Abbasov, Pərviz Quliyev, Həzrət Məmmədov 9 il və Sübhan Ələkbərov 7 il müddətinə azadlıqdan məhrum olunublar.

  • Evində qonağını öldürən Xudat sakini 18 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Bəxtiyar Çobanovun (1964-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işi məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il oktyabrın 28-də Xudat şəhərində yaşayan Bəxtiyar Çobanov evində, münaqişə zəminində qonağı olan həmyerlisi Hikmət Babayevə (1968-ci il təv.) küt və kəsici alətlə xəsarətlər yetirərək, onu qətlə yetirib. Evi tərk edən Çobanov bir neçə saatdan sonra Xudat şəhər polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

    İstintaqda dindirilmiş B.Çobanov bildirib ki, H.Babayevı söyüş söydüyünə görə vurub, hadisə zamanı onlar sərxoş vəziyyətdə olublar.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Otelə bomba qoyulması barədə məlumat verən şəxs psixiatriya xəstəxanasına göndərilib-

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Elmar Qasımovun (1994-cü il təv.) CM-nin 216-cı (terrorçuluq barədə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, bu il yanvarın 2-də saat 22 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki otellərdən birinə bomba qoyulması barədə məlumat verib. Məlumat əsasında hadisə yerinə FHN və polis əməkdaşları cəlb olunub. Araşdırma zamanı məlumat təsdiqini tapmayıb. Həmin gün isti izlərlə Bakı ş. Baş Polis İdarəsi (BPİ) və Səbail RPİ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri ilə partlayıcı qurğu qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Elmar Qasımov müəyyən edilərək saxlanılıb.

    Keçirilən kompleks məhkəmə-psixiatrik ekspertizasının rəyinə görə, E.Qasımov cinayəti törədərkən öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmayıb. Buna görə onun əməli CM-nin 21-ci (anlaqsızlıq) maddəsinin təsiri altına düşür.

    Məhkəmə qərara gəlib ki, təqsirləndirilən şəxsə məcburi müalicə tədbirləri tətbiq edilsin və o, 1 saylı Respublika Psixiatriya xəstəxanasına göndərilsin.

  • Abşeronda saxta alkoqollu içkilər hazırlayan sex aşkarlanıb – FOTO

    Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində xarici dövlətlərdə istehsal olunaraq Azərbaycana idxal edilən spirtli içkilərin ölkə daxilində saxta nümunələrini eyni adlar altında qanunsuz olaraq hazırlayan Bakı şəhər sakini Cabir Həsənov və qohumu Dadaş Həsənov saxlanılıblar.

    Məlumatda bildirilib ki, saxlanılan şəxslərə məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli anbara və sexə baxış zamanı külli miqdarda saxta “Stoliçnaya”, “Absolut” araqları, “Jack Daniels” və “Chivas regal” viskiləri, bu içkilərin hazırlanmasında istifadə edilən mənşəyi məlum olmayan spirt, külli miqdarda aksiz markalar, etiketlər, qapaqlar və digər avadanlıqlar aşkar olunaraq götürülüb.

    Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, qanunsuz yolla hazırladıqları saxta spirtli içkilərin Bakı şəhəri və respublikanın rayonlarında satışını təşkil etmək istəyiblər. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində onların bu niyyətlərinin qarşısı alınıb.

    Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan spirtli içkilər keyfiyyətsiz, istifadəyə tam yararsız və ən əsası insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.

    Toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.






  • Bakıda evinə qayıdan sakin gördüyü mənzərədən şoka düşüb

    Oğrular evə pəncərədən giriblər, içində qızıl və pul olan seyfi aparıblar

    Bakının Səbail rayonunda içində pul və qızıl olan seyf oğurlanıb.

    Bu barədə Səbail rayon Polis İdarəsindən məlumat verilib.

    Cinayət 24-26 mart tarixlərində Badamdar qəsəbəsində baş verib. Həmin dövr ərzində Ağayev küçəsində yerləşən evin sahibi İsmayılov Sərxan Mais oğlu evdə olmayıb. Evə qayıdanda isə gördüyü mənzərədən şoka düşüb. O, pəncərənin qırıldığını, seyfin aparıldığını görüb. Bu barədə dərhal polisə xəbər verib.

    Məlum olub ki, oğrular evə pəncərədən daxil olub. Onlar 60X70 santimetr ölçüdə olan seyfi oğurlayıblar. Həmin seyfin içində 2 min 500 ABŞ dolları və 3 min manat dəyərində qızıl-zinət əşyaları olub.

    Polisdən bildiriblər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik seyf oğrularının izinə düşməyib. Lakin bu istiqamətdə iş davam edir.

    Qeyd edək ki, martın 1-dən 27-dək Bakı şəhərində hüquq-mühafizə orqanlarında 900-dək dövlət və şəxsi əmlakı oğurlama faktı qeydə alınıb. Onlardan yalnız 130-nun üstü “isti izlərlə” açılıb.

  • Naftalanda QANLI OLAY: gənc qadını niyə güllələdilər? – TƏFƏRRÜAT

    Lent.az-ın yerli sakinlərdən aldığı məlumata görə, 1987-ci il təvəllüdlü Günay Zeynalovanı güllələyən sürücü Əli Hüseynovdur. O, Naftalana 7 km yaxınlıqda yerləşən Qızıl Hacılı qəsəbəsində yaşayır. Bildirildiyinə görə, Ə.Hüseynov avtobus sürücüsüdür. Onun əsas işi sanatoriyaya dincəlməyə gələnlərin Xanlar rayonunda olan “Göy-göl”-ə, Hacı Kənd, Toğana kəndlərinə gəzintilərini təşkil etməkdir.
    Avtobus sürücülərinə də bu işə, müştəri tapmağa əsasən, Naftalan şəhərindəki sanatoriyalarda işləyən inzibatçılar kömək edir.

    G.Zeynalova da Naftalan şəhərindəki “Sehrli Naftalan” sanatoriyasının inzibatçısıdır. Sürücü ilə müştəri üstündə mübahisə ediblər. Daha doğrusu, gənc qadın sürücüyə bir daha müştəri verməyəcəyini deyib. Mübahisənin sonu qanla bitib. Gənc qadın “Sehrli Naftalan”da güllələnib. Sürücü Ə.Hüseynov artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.