Category: Kriminal

  • Bakıda məktəbdə dava: şagird üzündən bıçaqlandı

    Paytaxtın Nizami rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

    Hadisə ötən gün günorta saatlarında Etibar Cəlilov adına 272 saylı tam orta məktəbdə qeydə alınıb.

    Məktəbdə təhsil alan iki məktəbli arasında əlbəyaxa dava düşüb. Dava zamanı 2005-ci il təvəllüdlü Məmmədov Əli Gündüz oğlu üz nahiyəsindən bıçaqlanıb.

    Yaralı “təcili tibbi yardım” maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
    Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisəni törədən şəxs saxlanılıb.

  • Bacısına 13 bıçaq zərbəsi vurdu – QISQANCLIQ CİNAYƏTİ

    Prokuror bacısını öldürməyə cəhddə təqsirləndirilən Camal Əliyevə 11 il həbs cəzası istəyib

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bacısını öldürməyə cəhddə təqsirləndirilən Camal Əliyevin cinayət işi üzrə proses davam edib. Bizimyol.info xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib və söz dövlət ittihamçısına verilib.
    Prokuror çıxışında C.Əliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses aprelin 4-də davam edəcək.

    Qısqanclıq zəminində baş verən hadisə ötən il Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb. Şərifli küçəsində 1990-cı il təvəllüdlü Tahirə Əliyeva qardaşı, 1995-ci il təvəllüdlü C.Əliyev tərəfindən bıçaqlanıb. C.Əliyev bacısının baş və boyun nahiyələrinə 13 bıçaq zərbəsi vurub. Nəticədə qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.
    Məlum olub ki, Bakıda yaşayan T.Əliyeva bir neçə ay əvvəl ərindən ayrılıb və ayrı evdə yaşamağa başlayıb və müxtəlif ünvanlarda işləməyə başlayıb.

    Gürcüstanda yaşayan C.Əliyev bacısının ərindən ayrıldığını, ayrı-ayrı yerlərdə işlədiyini eşidib və Bakıya gələrək onu izləməyə başlayıb.

    O, bacısından işləməkdən və başqa kişi ilə münasibət saxlamaqdan əl çəkməsini tələb etsə də, T.Əliyeva buna etirazını bildirib. Sonra onu başqa kişi ilə birlikdə tutan C.Əliyev bacısına 13 bıçaq zərbəsi vurub.
    T.Əliyevanın iki övladı var. Cinayəti törədən C.Əliyev də ailəlidir, onun isə 1 azyaşlı oğlu var.
    C.Əliyev Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

  • Bakıda 90 məktəbli forması oğurlanıb

    Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə Yeni Suraxanı qəsəbəsi ərazisindəki evlərin birinin həyətindəki saxlanc yerindən fevral ayının 27-dən mart ayının 9-dək olan müddətdə 90 ədəd məktəbli formasının və 500 ədəd eynəyin oğurlanması barədə müraciət daxil olub.

    Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şəmsi Şıxəliyev olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən 25 ədəd məktəbli forması və bir neçə ədəd eynək maddi sübut kimi götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Bakıda 16 yaşlı məktəbli qız qaçırıldı

    Sputnik-ə istinadən xəbər verir ki, bu barədə rayonu hüquq-mühafizə orqanlarından bildiriblər.

    Martın 26-da Müşfiqabad qəsəbəsində 16 yaşlı İlhamə Ə. qaçırılıb. Onu Nicat adlı gəncin qaçırdığı bildirilir. Fakt üzrə hələlik heç kim saxlanılmayıb.

    Polis gənclərin yerini müəyyənləşdirməyə çalışır. Ehtimal olunduğuna görə, 18 yaşına çatmamasına baxmayaraq, qızın özü bu evliliyə razılıq verib.

  • Vətəndaşlara 800.000 manat pul “atan” sabiq polis polkovnikin məhkəməsi başlayıb

     xəbər verir ki, Fərhad Məmmədxanov vətəndaşların şikayəti əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. İttihama görə, Məmmədxanov işə düzəltmək adı ilə zərərçəkənlərdən 800.000 manat pul mənimsəməyib və  mağazadan “Vertu” markalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınıb. 
    Qeyd edək ki, F. Məmmədxanovun Daxili İşlər Nazirliyində (DİN) -də xidmət etdiyi müddətdə son rütbəsi polis polkovnik-leytenantı olub. O, ötən il iyunun 16-da barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən xidmətdən xaric olunub. 

    Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

    Məhkəmə baxışı aprelin 4-nə təyin edilib. 

  • Bakıda deputatlığa namizəd olan şəxs həbs olundu

    Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları dələduzluqla axtarışda olan şəxsi həbs edib.

    “Ölkə.Az”a verilən məlumata görə, 1986-cı il təvəllüdlü Tural Marks oğlu Mamedov Nərimanov RPİ-si 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həbs olunaraq istintaq orqanına təhvil verilib. Faktı Nərimanov Rayon Polis İdarəsindən də təsdiq ediblər.

    Məlum olub ki, Tural Mamedov cinayət məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Belə ki, o, vətəndaşın etibarından sui istifadə edərək dələduzluq edib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib, ancaq T.Mamedov istintaqdan yayındığı üçün polis idarəsi tərəfindən axtarışa verilib.

    Araşdırmalarımız zamanı məlum olub ki, 1986-cı il təvəllüdlü Tural Mamedov 2015-ci ildə Azərbaycanda keçirilən beşinci çağrış parlament seçkilərində 121 saylı Laçın seçki dairəsindən bitərəf olaraq deputatlığa namizəd olub. Həmçinin Təhsil Nazirliyinin əmri əsasında “Azərbaycan tarixi” Abituriyentlər üçün dərs vəsaitini hazırlayıb, “Qafqaz servis ” MMC-nin rəhbəri olub, xalqinfo.az xəbər portalının baş direktoru vəzifəsində işləyib.

  • Həbs edilən “Ramin Yeraz prodakşn” adı ilə tanınan şəxs imiş

    Dələduzluqda şübhəli bilinərək tutulan Ramin İsmayılov sosial şəbəkələrdə “Ramin Yeraz” adı ilə tanınan ifaçıdır.

    Median.Az-in “Report”a istinadla verdiyi məlumata görə, o, özünü “Ramin Yeraz prodakşn”ın sahibi kimi təqdim edir, youtube, instagram, facebook və digər sosial şəbəkələrdə aktivliyi ilə seçilir.

    Onun sosial şəbəkələrə yüklədiyi mp3 musiqilərinin əvvəlində, ortasında və axırında “Ramin Yeraz prodakşn təqdim edir” cümləsi səslənir.

    Qeyd edək ki, sosial şəbəkələrdə tanış olduğu insanları dələduzluq yolu aldadan şəxsin saxlanılması istiqamətində polislər tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinə müraciət edən zərərçəkən Şirvan şəhər sakini Rəsul Mehdiyev “İnstagram” sosial şəbəkəsində onun videolarını paylaşan “Dublaj.Vine.Baku” adlı səhifənin istifadəçisi ilə tanış olduğunu və onunla görüşən zaman mobil telefonun həmin şəxs tərəfindən oğurlandığını bildirib.

    Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin səhifənin sahibi Bakı şəhər sakini, əvvələr məhkum olunmuş Ramin İsmayılov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.

    Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Ramin İsmayılovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsi, eləcə də 18-ci Polis Bölməsinə müraciət edə bilərlər.

  • “İnstagram”da 212 min izləyicisi olan səhifənin sahibi tutuldu – SƏBƏB

    Sosial şəbəkələrdə tanış olduğu insanları dələduzluq yolu aldadan şəxsin saxlanılması istiqamətində polislər tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinə müraciət edən zərərçəkən Şirvan şəhər sakini Rəsul Mehdiyev “İnstagram” sosial şəbəkəsində onun videolarını paylaşan “Dublaj.Vine.Baku” adlı səhifənin istifadəçisi ilə tanış olduğunu və onunla görüşən zaman mobil telefonun həmin şəxs tərəfindən oğurlandığını bildirib.

    Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin səhifənin sahibi Bakı şəhər sakini, əvvələr məhkum olunmuş Ramin İsmayılov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.

    Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Ramin İsmayılovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsi, eləcə də 18-ci Polis Bölməsinə müraciət edə bilərlər.
     

     

     

     

  • Bakıda QANLI OLAY: Qonşusunun boğazını üzdü

    Bakının Nəsimi rayonunda bir nəfərin boğazı kəsilib.

    Median.Az report-a istinadən xəbər verir ki, Salyan rayon sakini, 1985-ci il təvəllüdlü Nəcəfov Nurlan Böyükkişi oğlu Mirqasımov küçəsində restoranda müştəri kimi əyləşərkən qonşuluğunda yaşayan şəxs tərəfindən çölə çağırılıb. Naməlum şəxs N.Nəcəfovun boğazını bıçaqla kəsib.

    Yaralı çoxlu qan itirirək 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırlıb. N.Nəcəfov cərrahi əməliyyat olunub.

    Lakin onun vəziyyəti ağırdır.

    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

  • Azərbaycanın ən qəddar manyakı azadlıqdadır? – “Qızları balta ilə öldürüb, başlarını kəsirdik, yeyirdik”

    20 Yanvar hadisələri zamanı insanların şəhidlik zirvəsinə yüksəldiyi bir məqamda Azərbaycanın qədim guşələrindən birində – Xaçmaz şəhərində daha bir dəhşətli hadisə baş verməkdə, hər kəsin diqqətindən kənarda qalmaqda idi.

    2001-ci ildə “Ailələr və talelər” verilişinə bu haqda danışan İqor adlı şəxs 50-60 nəfərə yaxın qadını öldürdüyünü, bununla da kifayətlənməyib ətlərindən qutab bişirib satdığını deyib. Müsahibə zamanı hadisələri ən incə məqamına kimi danışan manyak gülüşü ilə izləyənlərin təəccübünə səbəb olub.

    Bəs, “qəhrəman”ımızı buna sövq edən səbəb nədir?

    12-15 yaşlarında sevdiyi qızdan rədd cavabı aldığı üçün qadınlara nifrət etdiyini deyən İqor bunu həzm edə bilmədiyini deyib. “Həzm etmək” sözünü məcazi qılıfından ayırıb ona həqiqi məna yükləyən manyakın sözlərinə görə, öldürdüyü qadınların ətindən bişirdiyi qutabları böyük iştahla həzm edib.

    İqor 20-25 yaşlarında qızları Xaçmazda – “silah dostunun” meşədə yerləşən evinə aparıb və onunla birlikdə balta ilə qətlə yetirib. Bu işdə onlara dostunun həyat yoldaşı da kömək edib. Qutab bişirmək üçün qızları ət çəkən maşından keçiriblər, həm özləri yeyib, həm də avtovağzal və digər ictimai yerlərdə insanlara satıblar:

    “Camaat bilmədiyi üçün qutabları alıb, yeyirdilər. Biz özümüz də əti yeyirdik. Qızları mən seçirdim. Onlara birinci pul təklif edib, cəlb edirdim. Daha sonra isə Xaçmaza aparırdım. Apardığım qızları dostumla birlikdə balta ilə öldürüb, başlarını kəsirdik. Qızlar bunu əvvəl hiss etmirdilər. Yalnız ölümlərinə az qalmış hiss edirdilər ki, onda da gec olurdu”.

    İqor sevdiyi qızın ona haqsızlıq etdiyini deyib və bununla özünə haqq qazandırmağa çalışıb. Həbsdən çıxdıqdan sonra əməllərinə davam etməyi düşünən manyakın sözləri insanların qanını dondurub.

    Bəs, belə şəxslərin azadlığa buraxılması nə qədər realdır?

    Pentensiar xidmətdən verilən məlumata görə, qanunvericilik məhkumla bağlı hər hansı informasiyanın verilməsini qadağan edir. Qurumun mətbuat xidməti İqorun bəhs etdiyi fikirləri, dostunun azadlıqda gəzməsi faktını da inkar edib. Amma bu şəxsin sağ və ya ölü olması, azadlıqda və ya həbsdə qalması haqqında heç bir məlumat yoxdur.

    Araşdırmalar göstərir ki, oxşar cinayətlərin bir çoxu seksual məzmuna söykənir. Tarixin qanlı səhifələrinə adlarını yazmış belə cinayətkarların bəzilərinə nəzər salaq.

    İlk cinayətinin 1910-cu ildə işləmiş Albert Fiş 300-dən çox cinayətə imza atıb. Kiçik və kimsəsiz uşaqlardan seçdiyi qurbanlarına təcavüz edib öldürən manyaq onları diri-diri yeyirdi. Mazoxist əlamətləri özündə cəmləyən Albert işgəncə verməyi “din uğrunda savaş” adlandırır, hətta özünə də işgəncə verməkdən çəkinmirdi – O, mismarlı çubuqla özünü döyürdü.

    20 il ərzində ən az 350 nəfərin həyatını əlindən alan amerikalı qatil Anri Li Lukas həbs olunduqdan sonra 600-dən çox insanı öldürdüyünü etiraf edib. Doğmaca anasını öldürdüyü üçün 10 il həbs alan manyakın cinayətləri də elə bundan sonra başlayır. Həbsxanada tanış olduğu Otislə birlikdə həbsdən çıxdıqdan sonra cinayət işləməyə davam edib. Həzz üçün insanları öldürdüyünü deyən qatil ömürlük həbs edilib və 2001-ci ildə həbsxanada vəfat edib.

    SSRİ məkanında “Rostov qəssabı” kimi tanınan ukraynalı Andrey Çikatilo insanların qorxulu kabusuna çevrilmiş, 12 il ərzində 52 qadın və azyaşlı uşaq qətlə yetirmişdir – İlk qurbanı 9 yaşlı qız olmuşdur. Avtobus dayanacaqlarından seçdiyi qurbanlarını evinə aparıb dillərini kəsir, cinsiyyət orqanlarını yeyib onlara ən amansız işgəncələri verirdi. 1990-cı ildə həbs olunsa da, ittiham edildiyi 52-dən çox cinayət isbat edilmədi. 1994-cü ildə güllələnərək öldürüldü.

    Təəssüf ki, öz əməlləri ilə bu sıralara Azərbaycandan da qatillər daxil olmuşdur. İqor onlardan sadəcə biridir. Düşünürəm ki, oxşar halların təkrarlanmaması üçün insanlara daha həssas yanaşmalı, onlara özlərini ifadə üçün imkan verməliyik. Bəlkə dünyanı xilas edə bilmərik, amma onu xilas etməyə özümüzdən – insanlardan başlaya bilərik. Çünki hər insan bir dünyadır! (minval.info)