Category: Kriminal

  • Bakıda ata ilə qızının küçənin ortasında öldürüldüyü an – VİDEO

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə iki nəfəri öldürməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə prosessi başa çatıb.

    Hadisə ötən ilin sentyabr ayında baş verib.

    Hökmə əsasən S.Hacıyev ömürlük azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, ötən ilin sentyabrında yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib. Araşdırmalarla onların Müşfiqabad qəsəbə sakinləri – 64 yaşlı Allahverdi Əsədov və onun qızı, 38 yaşlı Samirə Əsədova olduğu müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin Samirə Əsədova ilə qeyri-rəsmi nikah münasibətində olan 50 yaşlı Sahib Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.

    Şahidlərin sözlərinə görə, Sahib Hacıyev maşından götürdüyü bıçaqla qadının boğazına, onun atasının isə bədən nahiyəsinə çoxsaylı zərbələr vurub. Ətrafdakılara isə ailə məsələsi olduğunu deyərək yaxına gəlməmələrini istəyib.

    Həmin anın görüntülərini təqdim edirik.
    /yenicag.az

  • 28 yaşlı kişi bıçaqlanıb

    Qaxda 28 yaşlı kişi bıçaqlanıb.

    Median.Az APA-ya istinadən bildirir ki, bu gün günorta saat 15 radələrində rayonun Qapıçay kənd sakini 28 yaşlı Cəfər Xulis oğlu Veysalidze sol ayağının bud və baldır nahiyəsindən kəsilmiş-deşilmiş xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) cərrahiyə şöbəsinə daxil olub.

    MRX-dan verilən məlumata görə, müayinə zamanı Cəfər Veysalidzenin bıçaqlanması məlum olub.

    Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Qanunsuz ağac kəsənlər saxlanılıb

    Bərdədə qanunsuz ağac kəsənlər saxlanılıb.

    Median.Az APA-ya istinadən bildirir ki, saat 21:00 radələrində bir qrup şəxs rayonun Koroğlu küçəsində olan şam və çinar ağaclarını kəsməyə başlayıb.

    Sakinlərin verdiyi məlumata görə, bu zaman 50 şam ağacı və 3 “Qırmızı kitab”a düşmüş xan çinar ağacı, 40-a qədər gül kolu və 15 ədəd digər ağac növləri kəsilib.

    Rayon polis şöbəsinin əməkdaşlarının hadisəyə müdaxiləsindən sonra işlər dayandırılıb. Ağacların ərazidən daşınması üçün nəzərdə tutulan kran cərimə meydançasına, ağacları kəsən şəxslər isə polis şöbəsinə aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Gözdən əlil qadın qonşusu tərəfindən döyüldü — Goranboyda dəhşət

    Goranboyda döyülmə faktı qeydə alınıb.

    Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun İşıqlar kənd sakini, 1958-ci il təvəllüdlü Kazımova Tahirə Səttar qızı kəllə beyin travması və digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

    Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, gözdən əlil olan qadın qonşusu tərəfindən döyülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəhid qızını avtomobillə vurub öldürən iş adamının oğlunun vəsatəti təmin edilmədi

    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə R. Rəhimovun vəkili Muxtar Mustafayev çıxış edib.

    O bildirib ki, məhkəmə istintaqı zamanı iş üzrə ifadə verən şahidlər təqsirləndirilən şəxsin hadisə yerindən qaçmadığını bildiriblər. Vəkil şəxsin hadisə zamanı psixoloji sarsıntı keçirməsi, bununla bağlı psixoloji ekspertizanın təyin edilməsi və məhkəmə istintaqının yenilənməsi ilə bağlı vəsatət qaldırıb.

    Məhkəmə verilən vəsatəti təmin etməyib.

    Məhkəmədə məlum olub ki, R. Rəhimovun işinə yeni vəkil qoşulub. O, cinayət işindəki bəzi sənədlərlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

    Məhkəmə məsələyə münasibət bildirmək üçün fasilə elan edib.

    Qeyd edək ki, hadisə ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində baş verib. Şəhid Elton Əkbərovun qızı Könül Əkbərova “Jeep Grand Cherokee” markalı avtomobillə vurularaq öldürülüb. 1975-ci il təvəllüdlü K. Əkbərovanı “Jeep Grand Cherokee” markalı, ağ rəngli, 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimli olması müəyyən edilib və o, həbs olunub.

  • “Ə, hə də polis tutdu” – Qadının telefonunu oğurlayan şəxs əsəbiləşdi – VİDEO

    Qadının mobil telefonunu soyğunçuluq yolu ilə alan şəxsi yaxınlıqda olan polis əməkdaşları dərhal zərərsizləşdirib.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, paytaxt sakini olan bir qadın martın 30-da Bakının Xətai rayonu, Sarayevo küçəsində hərəkətdə olan zaman naməlum şəxs ona qarşı zor tətbiq edərək cibində olan mobil telefonunu ələ keçirərək qaçmağa cəhd göstərib.

    Zərərçəkənin səs-küyünə yaxınlıqda xidmət aparan Xətai Rayon Mühafizə İdarəsinin tağım komandiri, polis leytenantı Elvin İmanlı və polis serjantı Ceyhun Məmmədov dərhal reaksiya göstərərək soyğunçuluq edərək qaçan şəxsi təqib etməyə başlayıblar.

    Polis əməkdaşlarının çevikliyi sayəsində qeyd edilən cinayəti törədən şəxs Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Axundov hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılaraq 34-cü Polis Şöbəsinə təhvil verilib. Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman zərərçəkənə məxsus telefon və bir ədəd bıçaq aşkar edilərək götürülüb.

    Fərid Axundov (saxlanılan şəxs): “Ə, hə də qızın cibindən telefonu çıxaranda polis də tutdu, vəssalam. Satacaqdım. Üstümdə bıçaq var idi”.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

    Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsi müraciət edə bilərlər.

  • Lənkəranda 7 nəfərin ölümünə səbəb olan sürücü həbs edildi

    Lənkəranda 7 nəfərin ölümünə səbəb olan sürücü həbs edilib.

    Median.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir: “Martın 31-də saat 17:30 radələrində Cəfərov Natiq Təbəkül oğlu Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində idarə etdiyi “Ford Cargo” markalı 99-JF-224 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq, avtomobilini qarşı hərəkət zolağına çıxararaq həmin yolla hərəkətdə olan Aslanlı Faiq Tofiq oğlunun idarə etdiyi “Mitsubishi İO” markalı 42-BS-634 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub, bundan sonra yolun kənarında hərəkətsiz dayanmış “VAZ-21154” markalı 10-VF-815 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb.
    Yol nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi İO” markalı avtomobilin sürücüsü Faiq Aslanov və sərnişinləri Gülxanım Aslanova Əliqulu qızı, Aslanov Fikrət Şirəli oğlu, Aslanov Namiq Şirəli oğlu, Aslanova Vəsimə İbrahim qızı, Aslanova Rəziyyə Aslan qızı aldıqları xəsarətlərdən hadisə yerində vəfat edib. Avtomobildə olan digər sərnişin, azyaşlı Aslanlı Ülvi Faiq oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran mərkəzi rayon xəstəxanasına yerləşdirilsə də, aprelin 2-də orada vəfat edib.
    Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. N.Cəfərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmuş və Lənkəran rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
    Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir”.

  • Azərbaycanda 20 yaşlı oğlanı namusa görə ürəyindən vurdular – FOTO

    Sumqayıt şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

    Report-un verdiyi məlumata görə, şəhərin 21-ci məhəlləsində 1998-ci il təvəllüdlü Abdullayev Süleyman Müseyib oğlu bıçaqlanıb.
    Ürək və bədəninin digər nahiyələrindən bir neçə bıçaq zərbəsi alan 20 yaşlı gənc dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

    Araşdırma zamanı hadisəni törədən şəxsin kimliyi müəyyən edilib. 20 yaşlı Süleyman Abdullayevi bıçaqlayan şəxs 1975-ci il təvəllüdlü Abdullayev Aqil Rauf oğludur. O, bıçaqlanan şəxsin qaynının əmisi oğludur.

    İlkin ehtimallara görə, 20 yaşlı Süleyman Abdullayev namus üstündə bıçaqlanıb.
    Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.
    Azərbaycanda 20 yaşlı oğlanı namusa görə ürəyindən vurdular - FOTO

  • Ata 6 yaşlı qızını zorladı – Bakıda dəhşət (FOTO)

    Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi araşdırılır, müttəhimlər kürsüsündə “ata” əyləşib, zərərçəkmiş isə 6 yaşlı qızcığazdır. Ata öz qızına qarşı seksual hərəkətlər etməkdə ittiham olunur.

    Uşaq anası və balaca bacısı ilə birgə Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yerləşdirilib. Ailə başçısı ananın şikayəti ilə həbs olunub, onun barəsində ilkin olaraq 4 aylıq həbs qərarı çıxarılıb. Məhkəmə isə qərarını gələn həftə açıqlayacaq. 


     
    “Bu gün məktəbdə 5 almışam. Uşaqlara göstərəcəkdim. Müəllimə məni tərifləyəcəkdi, anam sevinəcəkdi. Kəmalə xanım sığınacaqda bayram edəcəkdi. Axı 5 alan uşaqları tərifləyirlər”, – 6 yaşlı bir uşağın yaxınlarına yazdığı ilk məktub bu sözlərlə başlayır. Birliyin sədri Kəmalə Ağazadə bir neçə yerdən qaralanmış məktubu oxuyur: “Anam axırıncı dərsdə məktəbə gəlib icazə aldı. Axı hələ bir dərsim də vardi, bir dənə də 5 riyaziyyatdan alacaqdım. Heyif. Anamın heç kefi yoxdur. Kəmalə xala da susur. Anam dedi ki, orada əmilər var, səni görmək istəyirlər, tez qayıdacağıq. Bibin, əmin də orda olacaq. Uf. Əmilər. Bəlkə o əmilərdir? Atam haqqında mənimlə gəlib danışanlar?”

    “…6 yaşı olmasına baxmayın, dərslərini yaxşı oxuyur. Müəlliməsi deyir ki, yaşıdlarından çox zəkalıdır, artıq sərbəst yazıb, oxumağı bacarır”, – K.Ağazadə söyləyir bunu. Hazırda uşaq psixoloji yardım alır. Ağazadənin sözlərinə görə, onun yenidən psixoloji travma almaması üçün hakim bacardığı qədər ehtiyatla davranıb. Amma uşaq 4 aydan sonra atası ilə yenidən görüşdə sarsıntı keçirib, temperaturu 40 dərəcəyə qədər yüksəlib. “Kişinin etirafları hamını şoka salmışdı, uşağın xəstəliyi də bir tərəfdən bizi çox qorxutdu. 6 yaşlı uşaq yetkin insanlar kimi düşünür, başına gələnlərin ağırlığını dərk edir. Məhkəmədə atası ilə qarşılaşanda elə dəhşətlə qışqırdı ki, sakitləşdirməkdə çətinlik çəkdik. Atası onu çox qorxudub”.

    Yenidən məktubu oxuyuruq: “Əmilərdən biri dedi ki, sən ona tərəf heç baxma. O da sənə tərəf baxmayacaq, söz verirəm sənə. O, sənə tərəf baxsa, onu cəzalandıracağam. Üşüyürəm, qarmım ağrıyır. Kəmalə xala niyə ağlayır? Anam, bibim, əmim, ay da, başqa əmi də ağlayır. Getmək istəyirəm. Ürəyim bulanır. O da ağlayır. Atam”.

    …Ana uşaqdakı qəribə dəyişikliyi hiss edib. Kəmalə Ağazadə deyir ki, qız atasını görən kimi qusur, şalvarını isladır. Elə bu qəribəlik də ananı qorxuya salıb. Uzun müddət müşahidə aparıb, uşaqla söhbətləşib. Nəhayət, qız baş verənləri danışıb. Bundan sonra ana polisə şikayət edib, kişini saxlayıblar. “Ata məhkəmədə peşman olduğunu dedi, amma onun peşmanlığı nə işə yarayır? Uşaq dərin sarsıntı keçirib, ailə məhv olub. Məhkəmə işi ədalətlə araşdırır, o, cəzasını çəkəcək”.

    …”Kəmalə xala, yenə 5 alacam, məni onun yanına aparma, nə olar”, -balacanın yalvarış dolu sözlərinə geri dönürük…/virtualaz.org/

  • Xırdalanda mağazaya qumbara atılıb

    Aprelin 1-də, gecə saat 02:00 radələrində Abşeron Rayon Polis İdarəsinin növbətçi hissəsinə müraciət edən vətəndaş mağazasında ona qarşı quldurluq edilməsi barədə məlumat verib.

    Dərhal Xırdalan şəhərində hadisə baş verən ünvana gələn polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla müəyyən edilib ki, gecə vaxtı şəhər sakini R.Kazımova məxsus mağazaya gəlmiş naməlum şəxs ondan pul və tütün məmulatı tələb edib, istədiyinə nail olmadıqda isə onu cibindən çıxardığı qumbara ilə hədələyib. Lakin mağaza sahibi müqavimət göstərdiyindən həmin şəxs qumbaranı ataraq qaçıb.

    “RQD-5” markalı qumbara polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

    Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib və “isti izlər”lə saxlanılıb. Araşdırmalarla onun Xırdalan şəhər sakini Tofiq Şirinov olduğu müəyyən edilib.

    Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.