Category: Kriminal

  • Ata evə gec gələn qızının dodaqlarını kəsdi

    Bu zaman ata əlinə meyvə bıçağı alaraq qızını dodağından yaralayıb

    Türkiyənin Ədirnə bölgəsində S.D. adlı qızının dodaqları evə gec gəlməsinə hirslənən atası A.D. tərəfindən dodağından bıçaqla kəsilib. Sputnik Azərbaycan “Mynet”ə istinadən xəbər verir ki, hadisə Ədirnənin Keşan rayonunda, Cümhuriyyət məhəlləsində baş verib.

    S.D.-ı evə gec gəlməsinə əsəbiləşən və onu evdən qovmaq istəyən atası A.D. ilə mübahisəyə başlayıb. Bu zaman ata əlinə meyvə bıçağı alaraq qızını dodağından yaralayıb.

    Xəstəxanaya aparılan S.D. atası A.D.dən şikayət edib. Polis tərəfindən yaxalanaraq həbs olunan ata A.D. polisə verdiyi ifadədə evə gec gələn qızını qorxutmaq istədiyini, hadisənin təsadüfən baş verdiyini bildirib. Qızına qəddarcasına davrandığı üçün peşman olduğunu söyləyib.

    A.D. ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

  • 3 kişi qadına zor tətbiq edib

    Bakıda quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri tutulub.

    Median.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, martın 17-də Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində naməlum 3 nəfər qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yaşar Kərimova zor tətbiq edib 360 manatını alıb.

    Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Polad Babayev, əvvəllər məhkum olunmuşlar Rövşən Məhərrəmov və İlham Abasov saxlanılıb.

    RPİ tərəfindən araşdırma aparılır.

  • Abşeronda ər arvadını bıçaqlayaraq qətlə yetirib

    Xırdalan şəhərində gənc qadın bıçaqlanaraq öldürülüb.

    “Report”un xəbərinə görə, hadisə ötən gün axşam saatlarında baş verib.

    Belə ki, 1989-cu il təvəllüdlü Türkanə Kamran qızı Məmmədcanova həyat yoldaşı (hələlik ad soyadı açıqlanmır) ilə mübahisə edib. Nəticədə əri T.Məmmədcanovaya bir neçə bıçaq zərbəsi vurub. Yaralı çoxlu qan itirərək hadisə yerində dünyasını dəyişib.

    Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

    Hadisəni törədən şəxs saxlanılıb.

    Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

  • Bakıda yol polisləri soyğunçunu yaxaladı

    Dünən səhər saatlarında Bakıda vətəndaşı qarət edən şəxs yol polisi tərəfindən yaxalanıb.

    Median.Az “Avtosfer.az”a istinadən xəbər verir ki, Afyəddin Cəlilov küçəsində orta yaşlı kişinin əlindən mobil telefonu alınıb.

    Həmin şəxs dərhal ərazidə xidmət aparan Bakı şəhər DYPİ-nin YPX Alayının Müşayət-eskort bölüyünün 2-ci tağımının əməkdaşı, polis kapitanı İlham Əliyevə yaxınlaşaraq bir nəfərin onun mobil telefonunu alıb qaçdığını bildirib.

    99 YP 437 nömrəli patrul avtomobilində xidmət aparan inspektor digər həmkarı, serjant Mustafa Məmmədzadə ilə birlikdə onlara müraciət edən vətəndaşı maşına mindirərək soyğunçunun qaçdığı istiqamətdə hərəkət ediblər.

    Polislərin yaxınlaşdığını görən soyğunçu telefonu yerə ataraq şübhə yaratmadan ərazidən uzaqlaşmağa çalışıb. Lakin DYP əməkdaşları onu Sabit Orucov küçəsində saxlayıblar.

    Yol polisləri həmin şəxsin özünün iştiraki ilə telefonu atdığı yerdən götürdükdən sonra onu Xətai rayan Polis İdarəsinin 37-ci polis bölməsinə təhvil veriblər.

    Burada aparılan ilkin araşdırma zamanı məlum olub ki, telefon oğrusu 1991-ci il təvəllüdlü Abdullayev Elnur Əli oğludur.

    Faktla bağlı araşdırmalara davam etdirilir.

  • Killerlər azərbaycanlı biznesmenin “Range Rover”ini gülləboran etdilər

    Martın 22-də Moskvada azərbaycanlı iş adamına sui-qəsd olub.

    Bu barədə Mash Telegram kanalı məlumat yayıb.

    Qeyd edilir ki, cinayətkarlar Moskva Dairəvi Avtomobil Yolunda Range Rover-də olan biznesmenə hücum ediblər.

    Güllələrdən bir iş adamının ayağına dəyib.

    Bildirilir ki, yaralı şəxs özü xəstəxanaya gedib.

    Faktla bağlı araşdırma aparılır./oxu.az

  • Azərbaycan çempionu bıçaqlandı

    Taekvondo üzrə Azərbaycan çempionu İsmayılov Səbuhi Cəfər oğlu bıçaqlanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.

    Belə ki, 1989-cu il təvəllüdlü S.İsmayılov “Mehdiabad dairəsi” kimi tanınan ərazidə tanışı ilə mübahisə edib. Şəxsi münasibətlər zəminində başlayan mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Bu zaman həmin şəxs S.İsmayılova bir neçə bıçaq zərbəsi vurub. Yaralının vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır.

    Qeyd edək ki, S.İsmayılov “Fateh” klubunun üzvüdür. O, Taekvondo üzrə XXlll Respublika çempionatında 63 kiloqram çəki dərəcəsində birinci yerin qalibi olub.

  • 11,9 kq narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısını alınıb – FOTO

    Martın 20-də Astara rayonu istiqamətində naməlum üzmə vasitəsinin Azərbaycanın sərhəd sularına daxil olması müəyyən edil­ib.

    Median.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, üzmə vasitəsinin hərəkətləri nəzarətdə saxlanılmaqla, həmin istiqamətdə dövlət sərhədinin mühafizə­sində olan sərhəd gözətçi gəmisinə müvafiq tapşırıqlar verilib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöqtələrdə xidmət təşkil olunub.

    Sərhəd gözətçi gəmisi tərəfindən naməlum üzmə vasitəsi təqib edilib, üzmə vasitəsi geriyə istiqamətlənərək Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsini tərk edib. Həmin üzmə rayonunda sərhəd gözətçi gəmisi tərəfindən Azərbaycan Respubli­kasına məx­sus “Yamaha-75” mühərrikli “ŞA-293” bort nömrəli qayıq müşahidə edilib və saxlanılıb. Üzmə vasitəsinin heyət üzvlərinin – Astara rayon Şahağacı kənd sakinləri Quliyev Əliağa Rauf oğlu və Quliyev Seymur Mirzəhəsən oğlunun sərhəd sularında üzmə qaydalarını pozmaları müəyyən olun­ub.

    Həmin ərazidə sərhəd gözətçi gəmisi tərəfindən keçirilmiş axtarış tədbirləri nəticəsində 1 buya bərkidilmiş 3 bağlama, həmin bağlamalarda 11,9 kq narkotik vasitəyə oxşar maddə aşkar olunub. Saxlanılmış üzmə vasitəsinin heyət üzvlərinin narkotik vasitələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsində iştirakları müəyyən edilib.

    Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.





  • Bakıda “bomj”u öldürən şəxs: “Həmin gün “Barselona”nın oyununa baxacaqdım”

    Təqsirləndirilən şəxs mərhuma neçə bıçaq zərbəsi vurduğunu xatırlamadığını deyib

    Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sadiq Nəhmətovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Median.Az-ın “Report”a istinadən verdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

    Elan olunmuş ittiham üzrə S.Nəhmətov özünü təqsirli bildiyini söyləyib. O sərbəst ifadəsində qeyd edib ki, mərhum Zahir Hacıağayevin xalası oğlunun evində işləyib, orda da içki içib: “Onlardan evə gələndə qapının açıq olduğunu və televizorun otaqda olmadığını gördüm. Maraqlananda qonşu Gülbəniz bildirdi ki, televizoru Zahir aparıb. O, daha əvvəl də məndən televizoru istəmişdi, lakin verməmişdim”.

    S.Nəhmətov futbol azarkeşi olduğunu deyib: “Zahir də futbola baxmağı sevirdi. Elə olurdu ki, oyunlara bir yerdə baxırdıq. Həmin gün də “Barcelona” klubunun oyunu var idi. Mən də futbola baxacaqdım. Zahirin televizoru evdən aparmasına əsəbləşdim. Sonra öyrəndim ki, o, televizoru başqasına satıb. Mən də bıçaq götürüb, məhləyə düşdüm. Ona yaxınlaşanda yanında Feyruz var idi. Zahirlə əvvəl söhbət etdik. Mənə söyüş söydü, mən də onu vurdum”.

    Təqsirləndirilən şəxs mərhum Z.Hacıağayevə neçə bıçaq zərbəsi vurduğunu xatırlamadığını vurğulayıb: “Həmin zaman Zahir televizoru satdığını etiraf etmədi. Onu öldürmək fikrim yox idi, yalnız qorxutmaq istəyirdim. Bıçağı da bunun üçün götürmüşdüm”.

    Məhkəmənin növbəti iclası martın 27-nə təyin edilib.

    Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. Belə ki, Əmircan qəsəbəsində 1965-ci il təvəllüdlü Zahir Hacıağayev 1981-ci il təvəllüdlü tanışı S.Nehmətov tərəfindən bıçaqlanaraq öldürülüb.

    Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən S.Nəhmətov tutulub.

    O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

    Xatırladaq ki, qətlə yetirilən Z.Hacıağayev əvvəllər məhkum edilib. O, əvvəllər tüfeyli (“bomj”) həyatı yaşayıb.

  • Salyanda qadın xalatı ilə oğurluq edən şəxs saxlanılıb

    Salyan şəhərində silsilə oğurluq edən rayon sakini saxlanılıb.
    Median.az “Report”a istinadən xəbər verir ki, Təbriz Xəlilbəyli küçəsi, ev 44-də qeydiyyatda olan və rayonun Arbatan kəndində yaşayan, 1996-cı il təvəllüdlü Həsənov Əliağa Rövşən oğlu Salyan şəhər sakini Tağıyev Mahmud Alıkişi oğlunun həyətindən 200 manat dəyərində 1 baş erkək xırdabuynuzlu heyvan oğurlayan zaman polis tərəfindən şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.

    İlkin dindirilmə zamanı məlum olub ki, Əliağa Həsənov bu il yanvarın 7-də Arbatan kənd sakini İmanov Vüqar İlqar oğlunun həyətindən dəyəri 350 manat olan “Volf” markalı velosiped, fevralın 7-də Arbatan kənd sakini Feyzullayev Feyzulla Səmədağa oğluna məxsus 350 manat dəyərində 1 baş qoç, martın 16-da isə yenə Arbatan kənd sakini, Hüseynov Rafael İman oğluna məxsus, hər birinin dəyəri 140 manat olan 3 baş xırdabynuzlu heyvan oğurladığı məlum olub.
    Qeyd edək, ki, Rövşən Həsənov oğurluq etdiyi zaman qadın xalatından və gözünün rəngini dəyişmək üçün yaşıl linzadan istifadə edirmiş.

    Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

  • İki şagird narkotik dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib

    Keçən il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2 min 487 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

    Median.az APA-ya istinadən xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda aidiyyəti qurumların təqdim etdikləri illik hesabatlar əsasında hazırladığı “Azərbaycan Respublikasında Narkotiklərə nəzarət sahəsində 2017-ci ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.

    Cinayət məsuliyyətinə cəlb olunanlardan 4 nəfəri 18 yaşınadək, 189 nəfəri 18-25 yaşınadək, 350 nəfəri 26-29 yaşınadək, 1944 nəfəri 30 yaşından yuxarıdır. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 28 nəfəri fəhlə, 6 nəfəri qulluqçu, 1 nəfəri maddi məsul şəxs, 2 nəfər nəqliyyat işçisi, 2 nəfər orta məktəb şagirdi, 2183 nəfər işləməyən, 2451 nəfər kişi, 36 nəfəri qadın, 936 nəfəri təkrar cinayət törətmişlər, 50 nəfəri isə əvvəllər xüsusi qeydiyyatda olanlardır.