Category: Kriminal

  • Məktəb və kompüter salonlarından oğurluq edən şəxslər saxlanılıb – DİN

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə paytaxt ərazisində məktəbdən, kompüter salonlarından oyun və məişət əşyaları, yol kənarlarından elektrik avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

    Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da Qaraçuxur qəsəbəsindəki orta məktəblərin birindən kamera, modem, kameranın yaddaş bloku və kompüter oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri Elməddin Camalov və Cəlilabad rayon sakini Fərid Əliyev saxlanılıblar.

    Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən martın 17-də Zabrat qəsəbəsi ərazisindəki oyun salonundan 7 ədəd oyun aparatı və 10 ədəd pult oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Zöhrab Hüseynov və Ramiz Qarayev saxlanılıblar.

    Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə martın 5-də rayon ərazisindəki kompyuter salonundan 3 ədəd oyun aparatı və 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səfərəliyev saxlanılıb.

    Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bülbülə qəsəbəsi ərazisində yolun kənarındakı divara quraşdırılmış 105 ədəd lampanı və 240 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – Vadim Biknyayev və Siruz Hacıyev saxlanılıb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

  • Gömrükdə Avropaya aparılan 52 kq heroin tutuldu – FOTO

    Azərbaycan gömrükçüləri Avropaya daşınması nəzərdə tutulan külli miqdarda narkotik vasitənin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıblar.

    Median.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, İran vətəndaşı Arjomandzadeh Gholamreza Mohammad Alı idarə etdiyi “Renault” markalı, 37B527/8-10 nömrəli yük nəqliyyat vasitəsilə İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Niderland Krallığına “kiçik ölçülü transformatorlar” yükünü apararkən Astara Gömrük İdarəsinin idxal nəzarət xəttində saxlanılıb.

    Sürücü ilə şifahi sorğu-sual aparılaraq idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, qanunla dövriyyəsi qadağan edilən, o cümlədən narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorlarının olub-olmaması soruşulub. O, isə idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunan heç bir predmetin olmadığını bildirib.

    “Bundan sonra nəqliyyat vasitəsinə kinoloji xidməti iti tətbiq edilməklə baxış keçirilib. Baxış zamanı xidməti it yük maşınının qoşqusunun təkərlərinə reaksiya verib. Bu səbəbdən iki nəfər hal şahidinin iştirakı ilə qoşqunun təkərləri olan hissəsi təkrar yoxlanılıb. Xüsusi alət və avadanlıqlardan istifadə edilərək qoşqunun təkərləri açılıb. Nəticədə, təkərlərin arasında olan – xüsusi düzəldilmiş oxların içərisində, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilən, üç ədəd oxun hər birində 1 ədəd olmaqla, cəmi 3 bağlama aşkar edilib. Həmin bağlamalar açılarkən isə hər birinin içərisində 34 ədəd olmaqla, cəmi 102 ədəd falqalı kağız və şəffaf yapışqanlı lentlə sarınmış yastı-dairəvi formalı paketlər aşkar edilib. Daha sonra həmin paketlərin içərisində açıq-qəhvəyi rəngli narkotik vasitə – heroinin olduğu müəyyən edilib. Cəmi 102 ədəd paketdə aşkar olunan heroinin qablaşdırma ilə birgə ümumi çəkisi 52 kiloqram 390 qram təşkil edib”, – deyə məlumatda qeyd edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda külli miqdarda narkotik dövriyyədən çıxarılıb

    Bakıda son iki gündə ümumi çəkisi 36 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 3 kiloqramdan çox heroin, 6 kiloqramdan artıq tiryək, 26 kiloqram isə marixuana götürülərək dövriyyədən çıxarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Məlumatda qeyd olunur ki, daxil olmuş məlumat əsasında Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Xocəsən qəsəbə sakini Taleh Şükürovdan tiryək və heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 2 kiloqramdan artıq heroin, 6 kiloqram 100 qram tiryək və 13 kiloqram 850 qram marixuana aşkar edilib.

    Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Haşımovdan 1 kiloqram 10 qram heroin aşkar edilib.

    Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Həsən Səfərov saxlanılıb, ondan 12 kiloqram 250 qram marixuana götürülüb.
    Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

    Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Arif Əsgərovun oğlunun sürücüsü dindirildi: “Polisə şikayət edib pulumu aldım”

    Arif Əsgərovun digər baldızı oğlunun da məhkəməsi davam edir. O da dələduzluqda ittiham edilir.

    Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Arif Əsgərovun oğlu Elnar Hüseynovun sürücüsü olmuş Əlihüseyn Məmmədov ifadə verib.

    Şahid bildirib ki, Rahib Hüseynov ev tikmək adı ilə ondan 40 min manat məbləğində pul alıb: “Sonra mən eşitdim ki, onun çox adama borcu var. Bundan sonra polisə şikayət etdim və pulumu geri aldım”.

    Növbəti məhkəmə prosesi aprelin 4-də davam etdiriləcək.

    R.Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. Bundan başqa, R.Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluq edib. Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmədiyini deyib.

    Qeyd edək ki, R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul alıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

    R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib və onun barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə 9 il azaflıqdan məhrum edilmə cəzası çıxarılıb və məhkəmə zalında həbs edilib.

    Bildirək ki, Hüseynov qardaşları Arif Əsgərovun baldızı oğludur.

    Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib. Ziya Məmmədov postunu itirən zaman o da vəzifəsiz qalıb.

    Bu işdə də Arif Əsgərovun oğlu Elnar Əsgrovun da adı keçir./musavat.com/

  • Lənkəranda DƏHŞƏT: Ata oğlunun boğazını kəsdi

    Lənkəran sakininin boğazı kəsilib.

    Hadisə rayonun “Mikrorayon” adlanan ərazisində qeydə alınıb. Şəhər sakini, 1999-cu təvəllüdlü, Əli İlham oğlu Yaqubzadənin boğazı kəsilmiş halda ailə üzvləri tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona orada ilkin tibbi yardım göstərilib.

    Məlumata görə, hadisə ailə münaqişəsi zəmnində baş verib. Belə ki, Ə.Yaqubzadənin boğazı atası İlham Yaqubzadə tərəfindən butulka şüşəsi ilə kəsilib. İlham Yaqubzadəin hadisəni törədərkən sərxoş olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır. (apa)

  • Bakıda bacı-qardaşdan ağlasığmaz cinayət

    Martın 15-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, dərhal Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayonun Z.Əhmədbəyov küçəsində kirayədə yaşayan əcnəbi vətəndaşın mənzilindən içərisində 5000 manat və 5000 ABŞ dolları olan pul qabının oğurlandığı məlum olub.

    Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilib və onlar “isti izlər”lə saxlanılıblar.

    Araşdırmalarla onların Lənkəran rayon sakinləri Elvin Səmədov və bacısı Gülər olduqları müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Qadın məktəbin mühafizəçisini döydü — BAKIDA QƏRİBƏ OLAY

    Bakıdakı 316 saylı orta məktəbdə valideynlərdən biri məktəbin mühafizəçisiylə dalaşıb.

    Median.Az “Ölkə.Az”a istinadən məlumatına görə, sözügedən təhsil ocağında bir neçə gündür ki, işə başlayan mühafizəçinin kobud davranışları bəzi valideynlərin qəzəbinə səbəb olub.

    Bu gün isə qadın valideynlərdən biri mühafizəçiyə şillə vurub.

    Qeyd edək ki, bir müddət öncə 316 saylı məktəbin direktoru işdən çıxarılıb.

  • Gənc qız Bakıda küçənin ortasında ayrıldığı nişanlısı tərfindən döyüldü

    Bakıda gənc qadın küçədə döyülüb.

    Median.Az
    “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, 1991-ci il təvəllüdlü Şölə Məmmədova polisə müraciət edərək bildirib ki, küçədə qarşısını kəsən keçmiş nişanlısı Orxan Əliyev xuliqanlıq zəminində onu döyüb.

    Araşdırma aparılır.

  • Bakıda kütləvi dava olub, bıçaqlananlar var

    Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.

    “Report”un xəbərinə görə, hadisə Nəsimi rayonu, Bülbül prospektində qeydə alınıb.

    “Nizami” Kino Mərkəzinin qarşısındakı səkidə 6 nəfər arasında əlbəyaxa dava düşüb. Dava zamanı Məmmədov Emin Mahir oğlu və Kişiyev Fərid Cəlil oğlu qarın və kürək nahiyələrindən bıçaqlanıblar.

    Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsin və ya şəxslərin axtarışına başlayıb.

  • Iki nəfərin ölümünə səbəb olan qəza törətmiş polis oğlu 6 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Arif Rəhimovun CM-nin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az
    xəbər verir ki, ötən il sentyabrın 7-də Səbail rayonu ərazisində Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan, Bakı şəhər sakini Seymur Məmmədova məxsus “Toyota” markalı avtomaşına vurub, daha sonra idarəetməni itirərək Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb. Nəticədə F. Məmiyev (1971-ci il təv.) və sərnişini Kamal Məmmədov (1966-cı il təv.) hadisə yerində ölüblər, onun digər 2 sərnişini, həmçinin A. Rəhimov və onun 1 sərnişini Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra, o ambulator müalicəyə buraxılıb.

    Məlum olub ki, o Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.