Category: Kriminal

  • Sumqayıtda dövlət müəssisəsindən oğurluq edən kimdir?

    Sumqayıtda dövlət müəssisəsindən oğurluq olub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xeberle.com-a verilən məlumata görə, Sumqayıt şəhər sakini T.Novruzovanın içərisində 2000 manat və sənəd olan çantasını oğurladığına görə tutulmuş Hicran Qurbanovun ətrafında Sumqayıt polisi tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 18-dən fevralın 20-dək olan müddətdə A.Alıyarovaya məxsus çantadan, şəhər Memarlıq və Şəhərsalma İdarəsinin mühasibat otağından pul oğurlaması da müəyyən edilib.

    Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

  • 26 yaşlı oğlan 72 yaşlı qadını zorlayıb öldürdü

    Bu gün 72 yaşlı qadını zorlayıb öldürən oğrunun məhkəməsi keçirilib.

    Median.az Milli.Az-a istinadla xəbər verir ki, 26 yaşlı oğlan cinayəti boynuna almayıb. O, qadının onunla yatmaq üçün pul ödədiyini söyləyib.

    Məhkəmədən verilən məlumata görə, İngiltərədə 26 yaşlı oğlan oğurluq üçün girdiyi evdə 72 yaşlı qadınla iki dəfə cinsi əlaqədə olub, yastıqla boğaraq öldürüb, sonra da onun barmağındakı üzüyünü, qızıllarını oğurlayaraq qaçıb.

    Məlumatda qeyd olunub ki, həmin vaxt Craig Keog adlı oğlan sərxoş və narkotik maddənin təsiri altında olub.

    Oğlan isə qadınla cinsi əlaqədə olduğunu etiraf etsə də, cinayəti danır. O, qadının onunla yatmaq üçün 200 fund-sterlinq ödədiyini iddia edir.

    Məsələ ilə bağlı araşdırma aparılır.

  • Bakıda qadının çantasını oğurlayan oğru küçənin ortasında belə döyüldü – VİDEO

    Bakının Yasamal rayonu, Hüseyn Cavid prospektində baş verən oğurluq hadisəsinin görüntüləri yayımlanıb.

    Oğru qadının çantasını alıb, qaçmaq istəyərkən, ətrafdakı gənclər buna mane olublar.

    Belə ki, görüntülərdə hadisəni törədən şəxs çantanı gənclərə verdikdən sonra olay yerindən qaçmağa başlayır.

    Həmin görüntüləri təqdim edirik:

  • Sosial şəbəkə istifadəçilərinin qənimi tutuldu – FOTO

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə “İnstagram” sosial şəbəkəsində “xaker_telefon_izle” adlı səhifənin sahibinin vətəndaşların etibarından sui-istifadə edərək onları dələduzluq yolu aldatdığı və külli miqdarda pullarını mənimsədiyi barədə məlumat daxil olub.

    Aparılan əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifədə insanlara pul müqabilində guya xüsusi kompüter proqramlarının köməkliyi ilə qarşı tərəfin xəbəri olmadan “mobil telefonun yönləndirilməsi”, “telefonda ön kameranın açılması” və bu üsulla telefon sahibinin gedəcəyi yerlər haqqında məlumatların əldə edilməsi kimi uydurma xidmətlər təklif olunur.

    Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində “xaker_telefon_izle” səhifəsinin Ağdam rayon sakini Nurlan İsmayılov adlı şəxs tərəfindən idarə olunduğu müəyyən edilib və o, saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs qarşı tərəfin şəxsi məlumatlarını əldə edəndən sonra öz adına poçt vasitəsilə 600 manat pul göndərilməsini istəyib.

    N. İsmayılov pulu əldə edən kimi həmin şəxsləri sosial şəbəkələrdə “qara sıyahı”ya ataraq onlarla əlaqələrini kəsib.

    Saxlanılan şəxs bu üsulla 200 nəfərə yaxın insanı aldatdığını, həmçinin tələb etdiyi pulu verməyənləri ona göndərilən məlumatları yayacağı ilə də hədələyib.

    N. İsmayılov ifadəsində “İnstagram”da səhifəsinə müraciət edən insanlara yalan vədlər verdiyini və vətəndaşları dələduzluq yolu ilə aldadaraq pullarını ələ keçirdiyini etiraf edib.

    Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

    DİN vətəndaşlara xəbərdarlıq edərək sosial şəbəkələrdən istifadə edən zaman bu tipli vədlər verərək insanları dələduzluq yolu aldadan və pullarını mənimsəyən, həmçinin müəyyən xidmətlər müqabilində şəxsi məlumatlar tələb edən səhifələrdən uzaq durmağı tövsiyə edir.



  • “Topaz”dan 50 bilet və 2 noutbuk oğurladı

    Bakıda oğurluq etdiyinə görə tutulmuş şəxsin başqa cinayəti üzə çıxıb.

    Median.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Elçin Rəşidovun ətrafında Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə onun yanvarın 24-də rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqələrininin birindən videokamera, televizor, 2 noutbuk və 50 ədəd lotoreya bileti oğurlaması da müəyyən edilib.

    Bundan başqa oğurluğa görə tutulmuş H.Qurbanovun şəhər Memarlıq və Şəhərsalma İdarəsinin mühasibat otağından, A.Alıyarovaya məxsus çantadan pul oğurlaması da müəyyən edilib. Belə ki, Sumqayıt şəhər sakini T.Novruzovanın içərisində 2000 manat və sənəd olan çantasını oğurladığına görə tutulmuş Hicran Qurbanovun ətrafında Sumqayıt ŞPİ 3-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 18-dən fevralın 20-dək olan müddətdə A.Alıyarovaya məxsus çantadan, şəhər Memarlıq və Şəhərsalma İdarəsinin mühasibat otağından pul oğurlaması da müəyyən edilib.

  • 62 yaşlı direktordan 11 yaşlı qıza qarşı MƏKTƏBDƏ İYRƏNC ƏMƏL: otağına saldı və dəfələrlə… – Xaçmazda

    Xaçmaz rayonunda şagirdinə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən 62 yaşlı Gülfərz Alxasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Gülfərz Alxasov Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyib. Gülfərz Alxasov 1996-cı ildən həmin məktəbdə direktor kimi fəaliyyət göstərib.

    O, orta məktəbin 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü Sayalı Məmmədovaya (ad və soyad şərti verilib – H.Z.) qarşı əxlaqsız hərəkətlər edib.

    Direktorun otağında əxlaqsız hərəkət

    İttihama görə, Gülfərz Alxasov Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən öz cinsi ehtirasını təmin etmək məqsədi ilə azyaşlı şagirdi Sayalı Məmmədovaya seksual xarakterli hərəkətlər etmək qərarına gəlib.

    Bu məqsədlə o, 20 sentyabr 2017-ci il tarixdə Sayalı Məmmədovanı xidməti otağına çağırıb. O, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.

    Şantaj və əxlaqsızlıq

    Daha sonra Gülfərz Alxasov bu hərəkətlərinin heç kimə deməməsi barədə şagirdinə hədə-qorxu gəlib. Sonra o, növbəti günlərdə Sayalı Məmmədovanı xidməti otağına çağıraraq, ona qarşı iyrənc əməllərini davam etdirib.

    Gülfərz Alxasovun bu hərəkətləri həmin ilin oktyabrın 30-dək davam edib. O, hər dəfə azyaşlı qızı xidməti otağına çağıraraq, onunla seksual xarakterli hərəkətlər edib.

    İddia olunur ki, Gülfərz Alxasov 6-cı sinifdə oxuyan qızı hərə dəfə otağına çağıranda, onun dodağından öpüb, sonra digər hərəkətlər edib.

    Direktorun sonuncu görüşü

    Sonuncu dəfə oktyabrın 30-da Gülfərz Alxaasov xidməti otağına çağırdığı şagirdi ilə intima münasibətdə olmağa başlayıb. O, Sayalı Məmmədovanı kreslosunda oturduğu vaxt qucağına alıb və öpməyə başlayan zaman məktəbin işçilərindən biri içəri daxil olub.

    Bundan sonra Gülfərz Alxasovun hərəkətlərinin üstü açılıb. Onun bu hərəkətləri qəsəbədə yayılıb və olaydan xəbərdar olan qızın valideynləri polisə şikayət ediblər.

    Şagirdinə təcavüz edən direktorun həbsi

    Şikayət əsasında Gülfərz Alxasov həbs edilib. İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 153.3-cü (yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.

    Gülfərz Alxasovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilib. İş hakim Fizuli Mirzəquliyevin icraatına verilib.

    “Cinayət sübuta yetirilməyib”

    Prosesdə təqsirləndirilən şəxsin vəkili Ayxan Rüstəmzadə vəsatətlə çıxış edib. O bildirib ki, hüquqlarını müdafiə etdiyi Gülfərz Alxasovun təqsiri sübuta yetirilmədiyi halda, yalnız zərərçəkmiş şəxs qismində tanınmış 14 yaşı tamam olmamış məhdud fəaliyyət qabiliyyətli qızın, məktəbin bir əməkdaşının kütləvi informasiya vasitələrinə verdiyi sözlər məcmuəsindən ibarət həqiqəti ehtiva etməyən məlumat əsasında Cinayət Məcəlləsınin 153.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Xaçmaz rayon polis şöbəsınin istintaq bölməsinin müstəntiqi Sail Tağıyev tərəfindən yekunlaşdırılaraq məhkəməyə təqdim edilib.

    “Bu hakim vəsatətə baxıb”

    Vəkil qeyd edib ki, hazırda Gülfərz Alxasovun təqsirləndirilməsınə dair cinayət işi hakim Fizuli Mirzəquliyevin icraatındadır: “Cinayət işinin hakim Fizuli Mirzəquliyevin icraatında olması işin qeyri-obyektiv araşdırılmasına, sübutlara düzgün hüquqı qiymət verilməməsinə zəmin yaradacaq. Hakim Fizuli Mirzəquliyev iş üzrə əvvəllər hüquqlarını müdafıə etdiyi Gülfərz Alxasov barədə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxıb”.

    “Obyektiv olmadığını bəyan etdi”

    Müdafiəçinin fikrincə, hakim Fizuli Mirzəqııliyevin bu cinayət işində obyektiv qərar qəbul etməyəcəyi hələ təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçən zaman açıq-aydın görünüb: “Çünki, hakim Gülfərz Alxasovun təqsirləndirildiyi iş üzrə heç bir mötəbər sübut olmamasına baxmayaraq, sadəcə olaraq zərərçəkmiş şəxs qismində tanınmış 14 yaşı olmamış məhdud fəaliyyət qabiliyyətli qızın və məktəbin bir əməkdaşının Kütləvi İnformasiya Vasitələrinə verdiyi sözlər məcmuəsindən ibarət məlumat əsasında 62 yaşlı, ali təhsilli, ziyalı, daimi yaşayış yeri olan şəxs barəsində həbs qətimkan tədbiri seçib. Hakim bu qərarı ilə işin obyektiv araşdırılmasında maraqlı olmadığını bəyan edib. Bu hal birbaşa olaraq hakimin yenidən Gülfərz Alxasovun təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxaraq araşdırma aparmasını məhdudlaşdırır”.

    Vəkil qeyd edib ki, hakim Fizuli Mirzəquliyevin iş üzrə qeyri-obyektiv olacağına şübhə yaradacaq əsaslar var: “Eləcə də təyin edilmiş məhkəmə prosesləri zamanı iş üzrə zəruri əhəmiyyət kəsb edən vəsatətlər verməsinə baxmayaraq hakim nəyəsə görə vəsatətləri, eləcə də 20 fevral 2018-ci il tarixinə təyin edilmiş prosesdə təqsirləndirilən şəxs barəsində ev dustaqlığının seçilməsi barədə əsaslı vəsatətimizi təmin etməyib”.

    İşə hansı məhkəmə obyektiv baxacaq?

    Vəkil etirazda əlavə olaraq göstərib ki, Xaçmaz rayon Məhkəməsinin bütün məhkəmə tərkibinin sözügedən cinayət işində obyektiv olmayacaqlarını, hüquq-mühafızə orqanlarının məhkəməyə təsirini və bunun da hüquqlarını müdafiə etdiyi Gülfərz Alxasov barəsində qeyri-obyektiv araşdırma aparılaraq qanunsuz qərarın qəbul edilməsinə səbəb olacaq. O, Xaçmaz rayon Məhkəməsinin bütün məhkəmə tərkibinə etiraz verib və cinayət işinin materiallarının bu məhkəmədən alınaraq başqa bir məhkəməyə verilməsinə əsas yaratdığını qeyd edib.

    Etiraz rədd edildi, hakimlər haqlı çıxdı

    Prosesə sədrlik edən hakim vəkilin etirazı ilə bağlı iş üzrə məhkəmənin gedişinin yarımçıq saxlayıb və onun barəsində verilmiş etiraza baxılması üçün iş materiallarını Sumqayıt Apelyasiya Məhkəməsinə göndərib.

    Apelyasiya instansiyasında etiraza hakim Hüseyn Nəbiyevin sədrliyi ilə baxılıb. Hakim vəkil tərəfindən verilən etirazı əsassız hesab edib və işin yenidən baxılması üçün Xaçmaz rayon Məhkəməsinə qaytarılması barədə qərar çıxarıb.

    Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. Publika.az

  • Bakıda bankomatdan pul çıxaran şəxsin pulları əlindən alınıb

    Bakıda bankomatdan pul çıxaran şəxsin pulları əlindən alınıb.

    “Report”un xəbərinə görə, Xəzər rayon sakini İsax Behbudov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, bankomatdan pul çıxaran zaman naməlum şəxs onu arxadan vuraraq xəsarət yetirib, 600 manat pulunu və bankomat kartını götürərək hadisə yerindən qaçıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda ŞOK QƏZA: Piyadanı vurdu, “Polisəm” deyib qaçdı

    Nizami rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

    Hurriyyet.org xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində baş verib.

    1953-cü il təvəllüdlü Sarıyev Tofiq Əmrah oğlu 8-ci km bazarının qarşısından yolun digər tərəfinə keçərkən onu qara rəngli minik avtomobili vurub. Piyada ağır xəsarət alıb. O, təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

    Yaralının yaxınlarının “Report”a verdiyi məlumata görə, hadisəni törədən sürücü özünü polis əməkdaşı kimi təqdim edib. Daha sonra yaralıya lazımı yardım göstəriləcəyini bildirirək, hadisə yerindən uzaqlaşıb.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

  • Üç güllə ilə qətlə yetirilən azərbaycanlı qadının öldürülməsinin təfərrüatı

    Məhkəmənin qərarından narazı qalan Abxaziya sakini keçmiş arvadını qətlə yetirib

    Azərbaycan əsilli Rusiya vətəndaşı Gülgəz Məmmədova Suxumidə odlu silahdan aldığı 3 güllə yarası nəticəsində həyatını itirib. Bu barədə Sputnik Azərbaycan-a Abxaziyanın hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Qeyd edək ki, martın 11-də gənc qadın Gülgəz Məmmədova Abxaziyanın Suxumi şəhərinin Aiaaira prospektində öldürülüb. Qatil Viktor Canba şübhəli şəxs qismində saxlanılıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qatil odlu silahdan istifadə edib.

    Hadisənin baş verdiyi yerdən 7.62 millimetr kalibrli “Kalaşnikov” avtomatı və boş gilizlər tapılıb.

    Qətlə səbəb nikahın pozulması ilə bağlı keçirilən məhkəmə prosesinin nəticəsi olub.


    2015-ci ilin 24 iyulunda Suxumi şəhər məhkəməsinin hakimi Orxan Çediya Gülgəz Məmmədovanın Viktor Canbaya qarşı qaldırdığı onların azyaşlı oğlunun yaşayış yeri ilə təmin edilməsi və anası ilə qalması barədə iddianı təmin edib. O vaxta qədər Məmmədova və Canbanın birgə nikahdan doğulan oğlu atası ilə yaşayırmış. Məhkəmənin oğlu anaya verməsi barədə qərarı Canbanı qəzəbləndirib və o, keçmiş arvadını öldürmək qərarına gəlib.

    Əvvəllər Qudauta rayonunun Xıpsta kəndində yaşamış 1982-ci il təvəllüdlü Rusiya vətəndaşı Məmmədova Gülgəz Sabit qızının qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi qaldırılıb.

    1978-ci il təvəllüqdlü Canba Viktor Teymuroviç isə Suxumidə yaşayıb. Dindirilmə zamanı o, bəyan edib ki, keçmiş arvadını uzun müddət davam edən və getdikcə dərinləşən düşmən münasibətləri zəminində öldürüb.

    Məmmədova 3 güllə yarası alıb və onlardan biri ürəyinə dəyib. O, bütün güllə yaralarını 1-2 metrlik məsafədən açılan atəş nəticəsində alıb.

    O da məlum olub ki, qadın məhkəmənin qərarına uyğun olaraq hər bazar günü uşağı keçmiş həyat yoldaşının evinə gətirirmiş. Sonuncu dəfə isə onların arasında münaqişə yaranıb və qətllə nəticələnib.

    Canbaya qarşı adam öldürmə və qanunsuz silah əldə etmə və saxlama maddələri ilə cinayət işi açılıb.

    Faktla bağlı araşdırma davam edir.

  • В Баку девушка по неосторожности сделала себе харакири

    Сотрудники управления полиции Насиминского района расследуют факт получения девушкой проникающего ножевого ранения при неизвестных обстоятельствах.

    Как сообщили Oxu.Az в 19-ом отделении полиции района, в клинический медицинский центр с тяжелым ранением в область живота 12 марта в 01:00 поступила Гюнель Мустафаева, 1984 года рождения.

    Девушка дала показания, что ранение по неосторожности она себе нанесла сама на кухне в собственной квартире.

    Однако сотрудники полиции не верят словам пострадавшей и предполагают, что таким образом она старается отвлечь подозрение от человека, причастного к нанесению тяжкого телесного повреждения.

    По факту ведется расследование.