Category: Kriminal

  • Vəzifəli şəxslərin evini soyan FHN-in baş leytenantı olub

    Vəzifəli şəxslərin evini soyan FHN-in baş leytenantı olub

    Fövqəladə Hallar Nazirliyinin baş leytenantı cinayətkar dəstə yaradaraq silsilə oğurluqlar törətməkdə ittiham edilir.

    Qafqazinfo xəbər verir ki, artıq bununla bağlı istintaq Bakı Şəhər Prokurorluğu tərəfindən tamamlanıb və bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun icraatında məhkəmə işi başlayıb. Oğurluq maddəsi ilə başladılan cinayət işində Nicat Əliyev, Orxan Quliyev, Təhməz Əsgərov, Rişan Bayramov, Camal Heydərov və Cavid İsazadə təqsirləndirilən şəxs qismində cəlb edilib.

    Eyni zamanda, oğurluq olduğunu bildiyi halda həmin məhsulları, yəni 9 kondisioneri alaraq özündə saxlayan Ağarəhim Əliyev də cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakdan istifadə etməkdə ittiham edilib. C.İsazadə və A.Əliyev barəsində başqa yerə getməmək, digər 5 şəxs barəsində həbs qərarı verilib. 1992-ci ildə Lerik rayonunda anadan olan N.Əliyev bu cinayətləri törədərkən Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətində Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə inspektor vəzifəsində işləyib və baş leytenant rütbəsi daşıyıb.

    Dəstənin silsilə cinayətlərinin üstü isə Səbail rayonu, Badamdar qəsəbə sakini Əbdüləzim Mustafayevin şikayətindən sonra açılıb. Onun obyektindən 9000 manat olan 9 ədəd «Bosch» markalı kondisionerlər və digər müxtəlif məişət cihazları oğurlanıb. Dəstə üzvləri cinayətlərin əksəriyyətini eyni qəsəbədə həyata keçiriblər. Zərərçəkmişlərin də bəziləri vəzifə sahibi olub. Belə ki, evindən 215 manatlıq bijuteriya və 200 manat pul oğurlanan Vüqar Əliyev Dövlət Gömrük Komitəsinin Aksiz baş gömrük idarəsinin Fəaliyyətin qiymətləndirilməsi bölməsinin rəisi vəzifəsində işləyir. Həyət evindən 17 min 526 manatlıq qızıl oğurlayan Mərahim Ələkbərov isə “Azəravtoyol” ASC-də Beynəlxalq əlaqələr şöbəsində mütəxəssis vəzifəsində işləyir. Evindən 2500 manat dəyərində məişət avadanlıqları oğurlanan Mübaris Qəhrəmanov da “Tirmə” firmasında direktor vəzifəsində işləyir.

    Heydər Əliyev adına liseydə ingilis dili müəlliməsi işləyiən Ayna Sadıqovanın evindən 21343 manatlıq qızıl və brilyant qaşlar oğurlanıb. “AG” bank ASC-də kommunikasiya böyük mühəndisi Azad Əliyevə məxsus evdən 12 min manatlıq qızıl-zinyət əşyaları da onların “yem”inə çevrilib. Dəstə üzvləri bundan başqa, Əfqan İbrahimova məxsus fərdi evdən 700 manat dəyərində «HP» markalı noutbuk və ümumi dəyəri 2000 manat olan qızıl, “Dell” markalı noutbook, 100 ABŞ dolları, 100 manat, İsmayıl Dağıstanlıya məxus evdən 360 manat dəyərində 3 ədəd suvenir, Abbasqulu Tağıyevə məxsus evdən 2800 manat nəğd pul, bir ədəd qızıl saat və bir ədəd brilliant qaşlı üzük, Şahmar Bağırova məxsus evdən 750 manat dəyərində «ASUS» markalı noutbuk və içərisində 300 manat pul olan daxılı, Rəşad Əkbərova məxsus evdən 2 ədəd qızıl sep və 25 manat pulun oğurlamaqda təqsirləndirilirlər. FHN əməkdaşı Nicat Əliyev ittiham olunduğu epizodlar üzrə ifadə verərək cinayətləri etiraf etsə də, oğurladıqları pulun miqdarı və əşyaların dəyəri ilə razılaşmayıb.
    O bildirib ki, gömrükçü Vüqar Əliyevin mənzilinə evin arxasından, hasarın daha alçaq yerindən Camalla birlikdə girib, Orxan isə pusquda dayanıb: “O evdən bijuteriya və 200 manat götürdük. Ayna Sadıqovanın evindən oğurluq etmək mənim, Orxanın və Camalın ortaq fikri idi. Burda da eyni qaydada hərəkət etdik, Orxan vintaçanla pəncərəni açdı, evə girdik. Ordan qızılları götürüb səhərisi gün “Moskva Univermağı”nda 3-4 min manata satdıq. O qızılların dəyəri 21 min deyildi.

    Azad Əliyevin evində isə Rişan və Təhməzlə girdim, ordan götürdüyümüz qızıllar da 12 minlik olmazdı. Mərahim Ələkbərovun evinə Orxanla girdim, onun ailəsindən Aidəni əvvəldən tanıyırdım. Ordan cəmi 250 manat götürdük, o evdə ümumiyyətlə qızıl yox idi”. N.Əliyev digər epizodlarla bağlı da danışıb və bəzi hallarda qızılların dəyərinin çox aşağı olduğunu deyib. Təqsirləndirilən şəxslərdən O.Quliyev, T.Əsgərov və C.Heydərovun himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilib.

  • Arvadı kənddən Bakıya gedib bacısının qeyri-rəsmi əri ilə “yatdı”, sonra… – 3 uşaq atasından dəhşətli əməl

    Arvadı kənddən Bakıya gedib bacısının qeyri-rəsmi əri ilə “yatdı”, sonra... - 3 uşaq atasından dəhşətli əməl

    Yevlax şəhərində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Həsən Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az publika.az-a istinadən məlıumat verir ki, Həsən Həsənovun arvadı Şəhanə İsmayılova təxminən bir ay əvvəl Bakı şəhərinə gedərək müvəqqəti olaraq bacısı ilə birlikdə yaşayıb.

    İki bacının sevgilisi

    Həmin vaxt Şəhanə İsmayılovanın bacısının qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşadığı Elvin Novruzovla arasında sevgi münasibətləri yaranıb. Həsən Həsənov arvadının Elvin Novruzovla sevgi münasibətlərinin olmasından şübhələnərək onunla telefonda mübahisə edib.

    26 aprel 2017-ci ildə Şəhanə İsmayılova azyaşlı uşaqları ilə Bakı şəhərindən Yevlax rayonuna qayıdıb və Aidə İsmayılovanın evində gecələyib. Həsən Həsənov aprelin 27-də, saat 09.00-da qayınanası Aidə İsmayılovanın yaşadığı evə gəlib.

    İntim münasibət və qanlı dava

    Həmin vaxt Həsən Həsənov qayınanasının evdən getməsini gözləyib. Qayınanası evdən çıxdıqdan sonra isə evin yataq otağına keçən Həsən Həsənov orada yatmış Şəhanə İsmayılovanı oyadaraq ondan evə getməsini tələb edib.

    Şəhanə İsmayılova isə onun təklifindən imtina edərək ona sərt cavablar verib. O, Şəhanə İsmayılovanın Bakı şəhərində qaldığı müddətdə Elvin Novruzovla intim münasibətlərinin olmasını özündə qətiləşdirib və arvadını öldürmək qərarına gəlib.

    Bu məqsədlə evin mətbəxinə keçən Həsən Həsənov oradan bıçaq götürərək geri qayıdıb. O, yataqda oturmuş vəziyyətdə olan Şəhanə İsmayılovanın baş nahiyəsinə həmin bıçaqla zərbə endirib.

    İki azyaşlının gözü qarşısında dəhşət

    Lakin Şəhanə İsmayılova əlləri ilə bıçağın tiyəsindən tutmaqla aktiv müqavimət göstərərək onun hərəkətlərinə mane olub və çarpayının qarşısına yıxılıb. Həsən Həsənov arvadı ilə eyni otaqda yatmış 2016-cı il təvəllüdlü oğlu Tunarın oyanmasına və ortancıl oğlu, 2010-cu il təvəllüdlü Ömərin yataq otağının qapısından bu hərəkətləri müşahidə etməsinə baxmayaraq, cinayət əməlindən əl çəkməyib.

    Həsən Həsənov əlindəki bıçaqla Şəhanə İsmayılovanın həyat üçün təhlükəli olan boyun nahiyəsinə 2 dəfə ardıcıl zərbələr endirərək ona boynunu kəsib. Onun öləcəyini düşünən Həsən Həsənov evdən gedib. Şəhanə İsmayılovanın hadisədən dərhal sonra xəstəxanaya çatdırılması və ona tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib.

    İstintaq orqanı tərəfindən Həsən Həsənovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rəşid Hüseyovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    “Başqa kişinin səsinin gəldiyini eşitdim”

    Təqsirləndirilən şəxs qismində ifadə verən Həsən Həsənov bildirib ki, 2004-cü ildə Şəhanə İsmayılova ilə ailə həyatı qurub, 3 övladları var: “Əvvəllər münasibətlərimiz normal olub. Son 2 ayda isə Şəhanə ilə münasibətlərimizdə problemlər yaranıb. 2017-ci ilin mart ayında Şəhanə qan azlığından əziyyət çəkdiyi üçün 4-5 günlük Bakı şəhərinə getdi. Bakıya getdikdən sonra Şəhanə telefonla danışarkən həkimin məsləhət gördüyünü bildirərək müxtəlif bəhanələrlə təxminən 2 aya yaxın Bakıda qaldı və Ömər və Tunarı da özü ilə Bakıya aparmışdı. Orada olarkən 7-8 gün əvvəl Şəhanə saat 12.00-da bacım oğlu Nurlanla Vatsap vasitəsilə telefon bağlantısı qurarkən oğlumuz Rüstəmlə də danışmaq istədiyini bildirib. Nurlan isə telefonu gətirərək oğlum Rüstəmə verdi. Rüstəm anası ilə danışarkən digər otaqda yatmışam. Ancaq danışıq səsinə oyandım və Şəhanə Rüstəmlə danışarkən kənardan başqa kişinin səsinin gəldiyini eşitdim. Əvvəlcə həmin səsə əhəmiyyət vermədim”.

    “Qızının nişanlısı olduğunu bildirdi”

    Həsən Həsənov qeyd edib ki, səhərisi günü qayınatasıgilə gedərək qayınanası Aidə İsmayılovadan gecə Şəhanənin Rüstəmlə danışarkən kişi səsi gəldiyini eşitdiyini və həmin şəxsin kim olmasını xəbər alıb: “Şəhanənin anası isə bildirdi ki, həmin şəxs digər qızı Aygünün nişanlısı Elvindir. Aygünün nişanlısı olmadığı üçün Aidənin dediklərinə inanmadım. Orada olarkən Aidə qızı Şəhanəyə zəng etdi, danışmaq istəyərkən Şəhanənin istifadəsində olan mobil telefona yenə başqa bir kişi cavab verdi. Aidə telefonda həmin kişidən telefonu qızına verməsini istədi. Bundan sonra telefonu Şəhanə götürərək anası ilə danışdı. Yenə həmin şəxsin kim olmasını soruşdum. Aidə yenə təkidlə Aygünün nişanlısı olduğunu bildirdi”.

    “Anasıgildə qalacağını dedi”

    Təqsirləndirilən şəxsin ifadəsinə görə, aprelin 26-da, saat 18.00-da Şəhanə anasıgilə gəlib: “Bu səbəbdən mən də onlara gəldim. Şəhanənin mənə qarşı rəftarında soyuqluq olduğunu hiss etdim. Ancaq heç nə biruzə vermədim. 5-10 dəqiqə oturduqdan sonra işə qayıtdım. Saat 22.00-da yenidən Şəhanənin anasıgilə getdim. Şəhanədən evinə nə vaxt gələcəyini soruşdum. Şəhanə isə hələ anasıgildə qalacağını və Dağıstanda yaşayan qardaşı Azərbaycana nə vaxt gələrsə, o zaman evə qayıdacağını bildirdi”.

    “Mənə qarşı hörmətsizlik etdi”

    Həsən Həsənov bildirib ki, aprelin 27-də, saat 9-10 radələrində yenidən Şəhanənin anasıgilə gedib, evdə Şəhanənin anası, Şəhanə və iki azyaşlı uşağımız olub: “Evə girdikdən təxminən 3-4 dəqiqə sonra Şəhanənin anası tibb bacısı olduğu üçün iynə vurmağa gedəcəyini bildirdi və evdən çıxdı. Təxminən 10-15 dəqiqə sonra yataq otağına keçdim. Uşaqlardan 1 yaşlı Tunar Şəhanə ilə, 7 yaşlı Ömər isə digər otaqda yatmışdı. Otağa girib Şəhanəni səslədim, durmasını istədim. Şəhanə isə mənə “get başımdan, yatıram” deyərək durmaqdan imtina etdi. Yenə də Şəhanədən durmasını istədim, evə getməli olduğumuzu bildirdim. Şəhanə mənə qarşı hörmətsizlik etdi və qışqıraraq getməyəcəyini dedi”.

    “Könüllü təslim oldum”

    Həsən Həsənovun ifadəsinə görə, 4 dəfə təkrarən Şəhanəyə evə getmələrini təklif edib, Şəhanə isə təkliflərə baxmayaraq onunla getməkdən boyun qaşırıb: “Şəhanənin hərəkətinə əsəbiləşdim, mətbəxə keçərək bıçaq götürdüm və geriyə Şəhanənin olduğu otağa qayıtdım. Şəhanənin başqa şəxslə münasibəti olduğunu düşündüyümdən və həmin vaxtda mənə qarşı hörmətsizlik edərək mənimlə getmək istəmədiyindən əsəbiləşdim. Şəhanəni vurmaq üçün yenidən yataq otağına qayıtdım. Otağa daxil olduqda Şəhanə çevrilərək əlimdə bıçağı gördü. Şəhanənin necə vurduğumu bilmirəm. Onu vuran zaman Ömər evdə yanımızda olmayıb. Tunar isə yatılı olub. Sonra polis şöbəsinə gedərək könüllü təslim oldum”.

    “Getməli olduğumuzu bildirdi”

    Cinayət işi üzrə zərərçəkmiş Şəhanə İsmayılova bildirib ki, başına qan çatmadığı üçün 2017-ci il mart ayında oğlu Rüstəmlə bacısı Aygünün yanına Bakı şəhərinə müalicə almaq məqsədilə gedib, təxminən 1 ay orada qalaraq müalicə olunub: “Bacım Aygün Bakı şəhərində işləyir və Elvin Novruzovla qeyri-rəsmi nikah münasibətləri şəraitində yaşayır. Orada qaldığım müddətdə oğlum Rüstəmi dərslərin başlanması ilə əlaqədar Yevlax rayonuna göndərdim. Aprelin 26-ı müalicəni başa çatdıraraq Yevlax rayonuna birbaşa anamgilə gəldim.Təxminən 1 saat sonra Həsən də ora gəldi. Ertəsi gün Həsən yenə də ora gəldi. Həsənə anamın getdiyini bildirdi. Ona “qoy anam gəlsin, balaca oğlum Tunarı onun yanında qoyum evə gedək”, dedim. Həsən isə yenə də təkidlə getməli olduğumuzu bildirdi”.

    Şəhanə İsmayılova daha sonra ifadəsində Həsən Həsənovla mübahisə etməsindən, ərinin onun bıçaqla vurmasından danışıb.

    “Aramızda sevgi münasibətləri yarandı”

    Cinayət işi üzrə şаhid qismində ifadə verən Elvin Novruzov bildirib ki, Şəhanə İsmayılovanın bacısı Aygün İsmayılova ilə 2016-ci ilin avqust ayında Bakı şəhərində tanış olub: “Bundan sonra Aygünlə aramızda sevgi münasibətləri yarandı və bir-birimizlə daimi əlaqə saxlamışıq, görüşmüşk. Əvvəllər bir dəfə 2013-cü ildə ailə həyatı qurmuşam. Həmin nikahdan övladım yoxdur. 2016-cı ildə ərizə ilə məhkəməyə müraciət edərək boşanmaq istədiyimi bildirmişəm, hazırda boşanma məsələlərinə Saatlı rayon məhkəməsində baxılır”.

    “Şəhanə ilə heç bir intim əlaqəm olmayıb”

    Elvin Novruzovun sözlərinə görə, 2017-ci ilin yanvar ayından Aygünlə birlikdə bir evdə yaşamaq qərarına gəliblər: “Həmin vaxtdan atam Novruz Novruzov, anam Rəvanə Novruzova və Aygün İsmayılova Bakı şəhəri Əcəmi Naxçıvani küçəsndəki mənzillərdən birində yaşamağa başladıq. Şəhanə ilə heç bir intim əlaqəm olmayıb. Şəhanə aprel ayının 26-na Yevlax şəhərinə gedib. Şəhanə Bakıda qaldığı müddətdə axşam bir dəfə Vatsap vasitəsilə oğlu Rüstəmlə danışdığı vaxt Şəhanənin yanında olmuşam. Həmin vaxt digər ailə üzvlərim və Aygün də evdə olub. Sadəcə görüntülü danışıq vaxtı Rüstəmə salam göndərdim. Bundan başqa Şəhanə bizimlə qaldığı müddətdə iki dəfə onun telefonuna cavab vermişəm. Bunlardan birində Şəhanə hamamda olduğu üçün, digərində isə nömrəsinə gizli nömrədən zəng gəldiyi üçün Şəhanənin xahişi ilə telefona cavab vermişəm. Hər iki zəng edən Şəhanənin anası Aidə İsmayılova olub”.

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Həsənov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Həsən Həsənov apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəzanın təyin edilməsini istəyib.

    Həsən Həsənovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Gündüz Abbasovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Hakim heyəti Həsən Həsənovun apelyasiya şikayətini təmin etməyib, birinci instasiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

  • Qısqanc kişi 28 yaşlı oğlanı güllələyib öldürdü

    Beyləqan rayonunda qətl törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Dünyamalılar kəndində 1980-ci il təvəllüdlü Mustafayev Muxtar Yaqub oğlu həmyerlisi, 1991-ci il təvəllüdlü Bayramov Əli Əlovsət oğlunu güllələyərək öldürüb.

    İlkin məlumata görə, hadisə qısqanclıq zəminində törədilib. Qətlin konkret səbəbi, hansı şəraitdə törədilməsi hələlik məlum deyil.

    Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

  • Bakıda silahlı şəxs saxlanıldı – FOTO

    Bakıda silahlı şəxs saxlanıldı – FOTO

    Respublikanın daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

    Bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonunda qeydiyyatda olan Əli Məhərrəmovun üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.

    Onu üzərinə baxış keçirilən zaman sandıqçasında üç ədəd patron olan “TT” markalı tapança aşkar olunaraq götürülüb.

    Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Bakıda silahlı şəxs saxlanıldı – FOTO

  • Azərbaycanda bank rəhbəri 115 milyon manatı oğurlayıb ölkədən qaçdı

    “Bank Standard” QSC Kommersiya Bankınıın İdarə Heyətinin sabiq sədri, barəsində beynəlxalq axtarış elan edilmiş Səlim Kirmanın banka nə qədər ziyan vurduğu məlum olub. Lent.az-ın məlumatıma görə, bu barədə “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun ittiham aktında məlumat var.

    S.Kirman ümumilikdə 41 epizod üzrə təqsirli bilinərək, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, “Bank Standard” QSC-yə məxsus 104 milyon 757 min 155 manatlıq əmlakı və 10 milyon 749 min 500 manat vəsaiti ələ keçirib.

    Onu da qeyd edək ki, 2016-cı ilin sentyabr ayının 28-də S.Kirmanın cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub.

    Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixində çıxardığı qərarla S.Kirmanın barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, “İnterpol” xətti ilə axtarışa verilib.

  • Dövlətə xəyanətdə ittiham olunan şəxslərlə bağlı YENİ XƏBƏR

    Dövlətə xəyanətdə ittiham olunan şəxslərlə bağlı YENİ XƏBƏR

    Dövlətə xəyanətdə ittiham olunan hərbçilərlə bağlı cinayət işinin istintaqı yekunlaşıb.

    APA-nın məlumatına görə, Respublika Hərbi Prokurorluğunda istintaq edilən cinayət işinin materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

    Cinayət işinin materialları Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatına verilib.

    Qeyd edək ki, ötən il mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi,Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb.

    Bəyanatda bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.

    Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixdə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (Dövlətə xəyanət) cinayət işi başlanaraq, Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

  • Bakıda azərbaycanlılarla gürcülər arasında kütləvi dava olub, 4 nəfər xəsarət alıb

    Bakının Suraxanı rayonu ərazisində azərbaycanlılarla gürcülər arasında kütləvi dava olub.

    “Report” xəbər verir ki, hadisə Binə qəsəbəsində yerləşən Gürcü məhəlləsində 9 nəfərin iştirakı ilə baş verib.

    Dava nəticəsində 4 nəfər – iki Gürcüstan əsilli Azərbaycan vətəndaşı – hər ikisi 1990-cı il təvəllüdlü olan Papişvili Şengeli Masikoyeviç və Papiaşvli İsak Davidoviç, həmçinin 1988-ci il təvəllüdlü İsmayılov Polad Məhərrəm oğlu və 1994-cü il təvəllüdlü Soltanov Kamran Rasim oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • 52 yaşlı kişi 12 yaşlı uşaqla qeyri-təbii yolla əlaqəyə girdi, sonra… – İsmayıllıda biabırçılıq

    İsmayıllı rayonunda 12 yaşlı oğlana təcavüz etməkdə təqsirli bilinən 3 uşaq atası olan 1966-cı il təvəllüdlü Mehman Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

     

    Median.Az publika.az-a istinadən xəbər verir ki, Mehman Hüseynov 13 avqust 2016-cı il tarixdə, saat 16 radələrində İsmayıllı-Şəki magistral yolunun kənarında meyvə-tərəvəz satdığı yerin qarşısında əvvəldən tanıdığı 2005-ci il təvəllüdlü Mahir Məmmədovu (ad və soyad şərti verilib – red.) görüb.

     

    Çayda çimməyə getmək təklifi

     

    Bu zaman o, Mahir Məmmədova qarşı seksual xarakterli hərəkətlər etmək qərarına gəlib. O, Mahirə havanın isti olduğunu, yaxınlıqdakı Cülyan çayına birlikdə gedərək çimib sərinləməyi təklif edib. Mahir Məmmədov da onun təklifi ilə razılaşıb.

     

    Bundan sonra onlar birlikdə həmin çaya gediblər. Çayda çimərkən Mehman Hüseynov azyaşlı və fiziki cəhətdən zəif olan Mahir Məmmədova qarşı seksual xarakterli hərəkətlər etmək niyətini həyata keçirmək istəyib.

     

    Çayda seksual hərəkət

     

    Mehman Hüseynov suyun içində azyaşlının köməksiz vəziyyətindən istifadə edib, onun dodaqlarından və yanaqlarından öpməklə alt paltarını aşağı salıb. Həmin vaxt Mehman azyaşlının müqavimət göstərməməsi üçün əlləri ilə qarın nahiyyəsini arxadan qucaqlayıb və qollarını tutaraq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

     

    Mahir Məmmədov oradan birbaşa evlərinə gəlib və baş verən hadisəni anasına danışıb. Azyaşlının anasının şikayəti əsasında Mehman Hüseynov həbs edilib.

     

    13 il 6 ay cəza

     

    Mehman Hüseynova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

     

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Hüseynov 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan Mehman Hüseynov apelyasiya şikayəti verib.

     

    Mehman Hüseynov qeyd edib ki, azyaşlıya qarşı heç vaxt əxlaqsız hərəkətlər etməyib. Bununla bağlı işdə sübut olmadığını qeyd edən təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

     

    Mehman Hüseynovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Mirbahəddin Hüseynovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

     

    Cəzadan 1 il 6 ay çıxıldı

     

    Hakim kollegiyasının qərarı ilə Mehman Hüseynovun cəzası 11 ilə endirilib. Bu qərardan da narazı qalan məhkum kasasiya protesti verib.

     

    Prokurorluqda Şəki Apelyasiya Məhkəməsinin qərarından narazı qalıb. Prokuror kasasiya protesti verərək, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

     

    Tərəflərin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada qərar elan edilib. Qərara görə, həm prokurorluğun protesti, həm də məhkumun şikayəti təmin olunmayıb.

  • Nəvə nənəsini bir telefona qurban etdi — ABŞERONDAKI QƏTLİN TƏFƏRRÜATI

    Nəvə nənəsini bir telefona qurban etdi — ABŞERONDAKI QƏTLİN TƏFƏRRÜATI

    Abşeron rayonunda 1951-ci il təvəllüdlü Seyidzadə Hocaxanım Məhəmməd qızı naməlum şəxs tərəfindən yaşadığı evdə bədən nahiyələrinə çoxsayılı bıçaq zərbələri vurularaq qətlə yetirilib.

    “Ölkə.Az”-ın məlumatına görə, hadisə yerinə rayonun hüquq-mühafizə orqanları gəlib.

    İlkin araşdırmalar zamanı məlum olub ki, H.Seyidzadəni 17 yaşlı nəvəsi Muradov Nihad Nicat oğlu öldürüb.
    İsti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Muradov saxlanılıb. İlkin dindirmələr zamanı nəvə nənəsini öldürməyini etiraf edib. Belə ki, o, nənəsinə məxsus qızılları sataraq özünə telefon almaq istəyib ancaq H.Seyidzadə buna mane olub. Bu zaman 11-ci sinif şagirdi olan Nihad çoxsaylı bıçaq zərbələri ilə nənəsini qətlə yetirib. Sonra isə qızılları götürərək Bakıya gəlib və onları sataraq özünə telefon alıb.

    Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və 17 yaşlı yeniyetmə şübhəli şəxs qismində saxlanılıb.

    Qeyd edək ki, 17 yaşlı Muradov Nihad Nicat oğlu qətlə yetirilənin qız nəvəsidir.

  • Eldar Həsənovun qudasının oğlu həbs olunub! – Arvadını yaralayıb! (Fotolar)

    Eldar Həsənovun qudasının oğlu həbs olunub! – Arvadını yaralayıb! (Fotolar)

    Bakının tanınmış iş adamlarından biri – “Şahin” şirkətlər qrupunun və məşhur “Kənd Süfrəsi” və “Kartinq” restoranlarının sahibi Hüseynli Şahin Rabil oğlu ikinci həyat yoldaşını döyərək, bıçaqla qoluna yüngül xəsarət yetirdiyinə görə həbs olunub, hazırda məhkəməsi gedir. Bu haqda Criminal.az saytında məqalə dərc olunub.

    Keçmiş prokurorluq əməkdaşı olan Şahin Hüseynli “Bakı Şərab-2” ASC-nin sahibi Rabil Hüseynovun oğludur. Azpolitika saytı yazır ki, R.Hüseynovun digər oğlu Azərbaycanın sabiq baş prokuroru Eldar Həsənovun kürəkənidir.

    Ş.Hüseynli indiyədək də bir neçə dəfə medianın diqqət mərkəzinə düşüb. O, ilk dəfə 2005-ci ildə prokurorluq orqanlarından istefa verib, 26 saylı Sabunçu birinci seçki dairəsindən deputatlıq uğrunda yarışa qoşulanda və dairə ərazisində külli miqdarda vəsait xərcləyərək, təmtəraqlı seçki kampaniyası aparanda diqqətləri çəkmişdi. Ş.Həsənli hakimiyyətlə müxalifət arasında çox gərgin rəqabətin getdiyi 2005 seçkilərində böyük vəsait, ağıllı kampaniya və Eldar Həsənov faktoruna görə hər iki tərəf üçün problemə çevrilmiş, nəticədə, onun namizədliyi DSK tərəfindən ləğv olunmuşdu.

    Eldar Həsənovun qudasının oğlu həbs olunub! – Arvadını yaralayıb! (Fotolar)

    Eldar Həsənov

    Şahin Hüseynli bir də 7 il sonra – 2 yanvar 2012-ci ildə içkili vəziyyətdə məşhur “Neolit” restoranında törətdiyi silahlı insidentə görə medianın gündəminə düşdü. Həmin vaxt Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun birgə məlumatında deyilirdi ki, Hüseynli Şahin Rabil oğlu sərxoş vəziyyətdə əylənmək üçün “Neolit” restoranına gəlib. Lakin o, özünə məxsus “Yaguar” markalı avtomobili restoranın qarşısında düzgün saxlamayıb. Nəticədə restoranın əməkdaşları ilə aralarında mübahisə yaranıb. Bu zaman, o, avtomobilinin yük yerində gəzdirdiyi özünə məxsus 16 kalibrli, yivsiz qoşalülə ov tüfəngindən restoranın giriş qapısına atəş açıb. Bu zaman “Neolit”də istirahət edən çoxsaylı insanlar vahiməyə düşərək restoranı tərk edib, foyedə olmuş Nağıyev Fəxrəddin Firdovsi oğlu isə açılmış atəş nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb.

    Dərhal hadisə yerinə gələn Nizami Rayon Polis İdarəsinin əməkdaşları Şahin Hüseynlini zərərsizləşdirib. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah tətbiq etməklə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib və Ş.Hüseynli saxlanılıb.

    Neolit restoran

    Qısa müddətdən sonra azadlığa buraxılan Ş.Hüseynlinin “Neolit”də təsadüfən silahlı insident törətmədiyi, bu restorana görə onun bibisi oğlu Yaşar Məlikovla atası Rabil Hüseynovun arasında çəkişmə olduğu üzə çıxmışdı. İndi isə Ş.Hüseynli, yuxarıda da qeyd etdiyimiz kimi, öz həyat yoldaşına xəsarət yetirdiyinə görə həbsdə və medianın gündəmindədir. Şahin Hüseynlinin işi hazırda Xəzər Rayon Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır.

    Dekabrın 25-də keçirilən iclasda xuliqanlıqda təqsirləndirilən iş adamı barəsində dövlət ittihamçısı 5 il azadlıqdan mərhumetmə cəzasının təyin olunmasını istəyib. Yanvarın 22-nə təyin olunan növbəti iclasda Şahin Hüseynliyə hökm oxunacağı gözlənilir. Maraqlıdır ki, onun şikayəti əsasında həbs olunsa da, hazırda həyat yoldaşı nəinki şikayətçi deyil, hətta Ş.Hüseynlinin azadlığa buraxılması üçün mübarizə də aparır. Prokurorun 5 il tələbindən sonra onun məhkəmədə etiraz əlaməti olaraq özünə xəsarət yetirdiyi də bildirilir.
    İş adamının həbsinə səbəbkar olan həyat yoldaşı baş verənlərlə bağlı azinforum.az saytına, adının çəkilməməsi şərtilə, müsahibə də verib. O, bildirib ki, Ş.Hüseynli ilə dini kəbin əsasında uzun müddətdir birlikdə yaşayırlar:

    “Biz 21.07.2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Mayak bağları”ndakı evimizdə olarkən aramızda mübahisə düşdü. Bu hər evdə olan bilən bir hadisədir. Hər ikimiz əsəbi olduğumuzdan mübahisə davaya çevrildi və Şahin mənə yüngül xəsarət yetirdi. Mən həmin vaxt hirsli olduğumdan polisə şikayət etdim. Elə düşündüm ki, bununla Şahini bir qədər sakitləşdirə bilərəm. Lakin sonradan biz barışdıq və mən şikayət ərizəmi geri götürdüm. Ancaq buna baxmayaraq, həyat yoldaşım 6 aydır ki, azadlıqdan mərhum edilib. Hesab edirəm ki, onun əməli AR CM-nin 128-ci maddəsinə tövsif edilməli və biz barışdığımıza görə işə xitam verilməlidir. Çünki evin içərisində ər-arvadın mübahisəsi nəticəsində yetirilən xəsarət xüliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Hadisə baş verəndə evdə bizdən başqa heç kəs olmayıb, sonra Şahin mənə kömək edib, taksi çağırıb və məni xəstəxanaya aparıb”.

    İş adamının həyat yoldaşı daha sonra bildirib ki, o, şikayətindən imtina etsə və onun əməlində xüliqanlıq cinayətinin tərkibi olmadığını vəkillər və iş materialları sübuit etsə də, Ş.Həsənlinin azadlığa buraxılmasına nail ola bilmirlər: “Onun “içəridə” qalması və düzgün olmayan ittihamın verilməsindən belə çıxır ki, günahkar mənəm. Əgər mən şikayət etməsəydim, o indi azadlıqda mənim yanımda olardı. Mən bu haldan çox sarsılmışam və hətta özümə qəsd etmək həddinə çatmışam. Fürsətdən istifadə edib sizin sayt vasitəsilə mən cənab Prezidentə müraciət edirəm ki, Şahin Hüseynlinin azadlığa çıxaraq ailəsinə qovuşması üçün köməkliyini əsirgəməsin”. Ş.Hüseynlinin həyat yoldaşı 2012-ci ildə “Neolit” restoranında baş verən hadisə haqda da danışıb.

    “Şahin Hüseynlini tanıyan hər kəs bilir ki, o, haqsızlıqla barışan insan deyil. Elə bu səbəbdəndir ki, 2012-ci ildə başına gələn hadisə səbəbindən AR CM-nin 221.3 (xuliqanlıq) maddəsi ilə ittiham olunub və 3 il şərti cəza alıb. Belə ki, Şahin Hüseynlinin doğma bibisi oğlu, atası Rabil Hüseynovun böyüdüb boya-başa çatdırdığı Yaşar Məlikov (hazırda “Neolit” restoranının sahibidir) dayısı Rabil Hüseynovun etibarından sui-istifadə edərək, onlardan oğurladığı pullar ilə “Neolit” restoranını tikdirərək, saxta sənədlərlə öz adına keçirib. Bu haqsızlığa dözməyən Şahin Hüseynli Yaşar Məlikovanın yanına gedərək onunla danışmaq istədikdə, Yaşar Məlikov əlli nəfər idmançını Şahinin üstünə göndərib, özü isə qaçmışdı. Həmin hadisədə tək olan Şahin Hüseynli özünü müdafiə məqsədi ilə avtomobilinin yük yerindən götürdüyü silahla havaya bir dəfə atəş açıb. Bu hadisədən dərhal sonra Şahin Hüseynli Nizami RPİ–nin əməkdaşlarına təslim olub və məsələyə Nizami Rayon Məhkəməsi tərəfindən hüquqi qiymət verilib”.
    Mənbə: criminalaz.com