Category: Maraqlı

  • Fiziki yüklənmənin ölümcül təhlükəsi açıqlandı

    Britaniyanın Kolumbiya Universitetinin alimləri müəyyən ediblər ki, daimi fiziki aktivliyə baxmayaraq, idmançılar ürək-damar xəstəlikləri qarşısında zəifdirlər. Araşdırmalar nəticəsində məlum olub ki, daim yükləmədə olan insanlarda vaxtsız ölüm riski yüksək olur.

    Bununla bağlı “MedicalXpress” press-reliz yayıb.

    Mütəxəssislər həftədə üç gün idmanla məşğul olan, yaşları 35 və daha çox olan 798 atlet üzərində araşdırma aparıblar. Könüllülər sağlamlıqları, ailə tibb tarixi və idmanla məşğul olmaları ilə bağlı bəzi sualları cavablandırıblar. İştirakçıların qan təzyiqi ölçülüb və koronar angioqrafiyadan keçiriliblər.

    Nəticədə, 94 nəfərdə ürək-damar xəstəliklərinin ilkin əlamətləri, 10 nəfərdə isə koronar arteriya funksiyasının pozuntusu aşkar edilib.

  • Süd vəzi xərçənginə qalib gəlmək üçün yeni üsul tapıldı

    Honkonq Baptist Universitetinin alimləri müəyyən ediblər ki, rodium metalı bədxassəli şişlərin ən sərt formalarından biri sayılan süd vəzi xərçənginin müalicəsində istifadə edilə bilər.

    Bununla bağlı “MedicalXpress” press-reliz yayıb.

    Süd vəzisi xərçəngi qadınlarda bədxassəli şişlərin ən təhlükəli növü sayılır və ildə bu xəstəlikdən 521 min insan həyatını itirir. Bu xəstəliyin üç növü məlumdur: ER-müsbət, HER2-müsbət və üç dəfə mənfi xərçəng. Sonuncuya xərçəng xəstələrinin 15 faizində rast gəlinir.

    Araşdırmaçılar müəyyən ediblər ki, rodiumun birləşdirilməsi 5A demelitazının aktivləşməsini dayandırır. Bu ferment xərçəng şişlərinin hüceyrələrinin sintezində yaxından iştirak edir.

  • Kababın gözlənilməz təhlükəsi açıqlandı

    Oksford Universitetinin alimləri müəyyən ediblər ki, kömürdə hazırlanmış qidanın tez-tez qəbul edilməsi ürək-damar xəstəliklərindən erkən ölüm riskini artırır.

    Median.Az xəbər verir ki, bununla bağlı “EurekAlert!” nəşrində məlumat verilib.

    Araşdırmalarda Çindən yaşı 30-79 arası olan 341 730 nəfər iştirak edib. Könüllülər arasında aparılan sorğu zamanı onların yemək hazırlayarkən hansı yanacaqdan istifadə etdiyi öyrənilib. Sonda həftədə azı bir dəfə kömürdə hazırlanmış qidadan istifadə edən və ürək-damar xəstəliyi olmayan şəxslər seçilib.

    Ümumilikdə könüllülərdən 22,5 faizi 30 il müddətində yeməklərin hazırlanmasında bərk yanacaqdan istifadə edib. Onlardan 24,6 faizi 10-29 yaş arası insanlar, 53 faizi isə 10 yaşdan balaca uşaqlar olub. Araşdırmalar müddətində 8304 nəfər ürək-damar xəstəlikləri nəticəsində vəfat edib. Məlum olub ki, qidanın kömürdə hazırlanması ölüm riskini 3 faiz artırır.

    Alimlər bildiriblər ki, yeməklərin hazırlanmasında elektrik və ya qazdan istifadə edilməsi ürək-damar xəstəlikləri riskini azaldır.

  • Alimlər optimal yuxu vaxtını müəyyən etdilər

    Avropa Kardioloqlar Birliyinin mütəxəssisləri sağlamlıq üçün optimal yuxu vaxtını müəyyən ediblər.

    Müvafiq press-reliz birliyin rəsmi portalında yerləşdirilib.

    Araşdırmanın müəllifi, həkim Epayminondas Fontasın sözlərinə görə, bu gün yuxunun ürək-damar sisteminə təsiri ilə bağlı tibbdə az məlumat var.

    Araşdırmalar zamanı alimlər davamlı yuxu ilə ürək-damar xəstəliklərinin inkişafının əlaqəsini öyrəniblər. Əvvəllər ürəyi ilə problem yaşamayan bir milyondan çox insan üzərində 11 müayinə aparılıb.

    Müayinə edilmiş xəstələri üç qrupa bölüblər: birinci qrupa sutkada səkkiz saatdan çox, ikinci qrupa altı saatdan az, üçüncü qrupa isə 6-8 saat arası yatanlar daxil edilib.

    Araşdırmanın nəticəsində alimlər müəyyən ediblər ki, sutka ərzində altı saatdan az yatan insanlarda ürək xəstəliklərinə və insulta olan meyillilik 11 faiz, gün ərzində səkkiz saatdan çox yatan insanlarda isə 33 faizdir.

    Beləliklə, az və ya çox yatmağın ürək xəstəliklərindən və insultdan ölüm hallarını artırdığı müəyyən olunub.

    Fontas qeyd edib ki, düzgün yuxu sağlam həyat tərzinin əsas hissəsidir.

  • Spirtli içkilərin zərərləri müəyyənləşdirildi

    Alkoqol istifadəsində təhlükəsiz miqdar yoxdur.

    Araşdırmalar nəticəsində spirtli içkilərin sağlamlığa zərər vermədən istifadəsini təmin edəcək bir ölçünün olmadığı ortaya çıxıb.

    195 ölkədə aparılan “Xəstəliklərin Dünyəvi Yükü” adlı araşdırmada xəstəliklərlə alkoqol istifadəsi arasındakı bağ müəyyənləşdirilib. Heç spirtli içki içməmiş insanlarla alkoqoldan çox istifadə edən insanlar müqayisə edilib və məlum olub ki, xərçəng, orqan çatışmazlığı və alkoqola bağlı olan digər xəstəliklərin ikincilərdə meydana çıxma ehtimalı daha yüksəkdir.

    BBC-də yayımlanan xəbərə görə, 15-95 yaşları arasında olan insanların 1990-2016-cı illərdəki sağlamlıq məlumatlarını yoxlayan tədqiqatçılar müəyyən ediblər ki, heç içki içməyən hər yüz min insandan 914-də xərçəng və digər xəstəliklərə rast gəlinir.

    Hər gün bir qədəh içki içən insanlarda bu rəqəm dörd nəfər artaraq, 918 olub. Hər gün iki qədəh içənlərdə 63, beş qədəh içənlərdə isə bu rəqəm 338 nəfər artıb.

  • Gündə 20 stəkan çay içmək nəyə faydalıdır?

    Yaponiyalı alimlər çayla bağlı maraqlı araşdırma ediblər.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, onlar bildirib ki, qara çayın içərisindəki antioksidantlar yaşlı insanlardakı sümük əriməsi və zəifləməsi kimi xəstəliyinin qarşısını alır.

    Osaka Universitetinin araşdırmasında antioksidant maddənin sümük toxumasına zərər verən maddələri yox etdiyi bildirilib.

    Bildirilir ki, əgər yaxşı nəticə əldə edib, xəstəlikdən yaxa qurtarmaq istəyirsinizsə, üç gün ərzində 60 stəkan çay içməlisiniz.

    Qeyd edək ki, qara çay çəkinin azalmasına da imkan yaradır.

  • Az yatmağın yeni təhlükəsi açıqlandı

    Kaliforniyanın (ABŞ) Berkli Universitetinin alimləri aydınlaşdırıblar ki, yuxu problemi olan insanlar özlərini tənha hiss edir və tez-tez başqa adamlarla əlaqədən qaçırlar.

    Median.Az xəbər verir ki, bu barədə “MedicalXpress” yazıb.

    Tədqiqatda iştirak edən 18 gənc normal gecə yuxusu və yuxusuzluqdan sonra müayinədən keçiblər. Hər bir halda sınaqdan keçənlər növbəti gün neytral üz ifadəli insanın kameraya yaxınlaşdığını əks etdirən videoçarx izləyiblər. Könüllülər psixoloji narahatlıq hiss etdikdə videonu dayandıran düyməyə basmalı idilər.

    Məlum olub ki, insanlar yuxusuz gecədən sonra düyməni normal yuxu yatanlarla müqayisədə daha çox basıblar. Bundan başqa, beyinin müayinəsi də göstərib ki, pis istirahət edənlərdə potensial təhdidlərə cavab verən neyron zənciri işə düşüb. Beyinin sosial qarşılıqlı münasibətləri təmin edən digər hissəsi isə əskinə, daha az aktiv olub.

    Tədqiqatın ikinci hissəsində mindən çox başqa insan təcrübənin videogörüntülərini izləyiblər. Bu zaman onlar iştirakçıların yuxusuz olduqlarını bilməyiblər. Onların fikrincə, sınaqdan keçənlər ətraf mühitlə əlaqə saxlamaqdan qaçan tənha insanlardır.

  • Valideynlər övladlarının xarici görünüşünü özləri seçəcəklər

    Gələcəkdə valideynlər övladlarının xarici görünüşünü özləri seçə biləcəklər.

    Bu barədə Britaniya alimləri bildiriblər.

    Tələb olunan boyu, gözlərin və saçların rəngini genlərin redaktə edilməsi sayəsində tənzimləmək mümkün olacaq.

    Britaniyalı alimlər qeyd ediblər ki, insan rüşeyminin genetikasına istənilən müdaxilə rəsmi dövlət dairələrinin nəzarəti ilə həyata keçirilməlidir.

    Əvvəllər genlərin redaktə edilməsi mənəvi baxımdan yolverilməz hesab olunurdu və yalnız ağır irsi xəstəliklərin müalicəsi və yaxud xərçəngin profilaktikası zamanı istifadə edilirdi.

    Amma indi alimlər valideynlərin istəyi ilə körpənin xarici görünüşünü dəyişmək niyyətindədirlər.
    DNT-si dəyişmiş ilk uşaqlar artıq yaxın zamanlarda dünyaya gələ bilərlər.

  • Bu fotoda birinci nəyi görürsünüz? – Psixoloji TEST

    Bir insanın xarakteri və psixologiyası haqda ilkin məlumat almaq üçün isitfadə olunan üsullardan biri də fotolardır. Kimisi rəsm çəkərək psixologiyasından xəbər verir, kimisi isə çəkilən rəsmdə ilk gördüyünü söyləməklə bu haqda məlumat vermiş olur. 

    Təqdim edilən bu şəkildə sizin ilk gördüyünüz nədir?
     

    At

    Bu şəkildə ilk olaraq atı görürsünüzsə, deməli siz çox sədaqətli insansınız. Sevdikləriniz sizin üçün hər zaman ön plandadır. 
     

    Qartal

    İlk olaraq qartalı gördünüzsə, deməli hədəfinizə çatanadək gərgin çalışır, mübarizə aparırsınız. 

    Kəpənək

    İlk gördüyünüz kəpənəksə, deməli yeni başlanğıclar sizi gözləyir. Yeni bir karyera və yeniliklər sizdən o qədər də uzaqda deyil. Çünki siz yenilik axtarışında olan insansınız.

    Göyərçin

    İlk olaraq göyərçini gördünüzsə, deməli siz sülhsevərsiniz. Sevgi həyatınızda hər an ön plandadır. 

    Toyuq

    İlk olaraq toyuğu gördünüzsə, siz çox cəsur və iddialı şəxssiniz.

    Xərçəng

    İlk olaraq xərçəngi görmək isə sizin kifayət qədər mülayim olmağınızdan xəbər verir. Lakin özünüzə qapalı şəxs hesab oluna bilərsiniz.

    Peyğəmbər böcəyi

    İlk olaraq peyğəmbər böcəyi görmək isə sizin güclü və səbrli olmağınızdan xəbər verir.
     
    Canavar

    İlk olaraq canavar görmək isə sizin fərqli bir auraya sahib olmağınıza işarə edir. 
     
    İt

    İlk olaraq iti görən insnalar isə həddindən artıq sədaqətlidir.

    //sfera.az

  • Ömrü uzatmağın və əlillikdən qorunmağın üsulu açıqlandı

    Baskov ölkələri və Valensiya Universitetlərinin ispan alimləri hər bir insanın fərdi fiziki xüsusiyyətlərini nəzərə alan proqram işləyiblər.

    Araşdırmaçılar hesab edir ki, bu proqram ahıl insanların həyat səviyyəsini yaxşılaşdırmaqda və ömrünü uzatmaqda kömək olacaq.

    Bununla bağlı məqalə “BMC Geriatrics” jurnalında yayımlanıb.

    Mütəxəssislərin qiymətləndirmələrinə görə, 2050-ci ildə Yer kürəsində ahıl insanların sayı 22 faiz təşkil edəcək.

    Ancaq koqnitiv qabiliyyətin pisləşməsi və yaşla əlaqədar əzələ degenerasiyasına görə bu insanlar arasında əlillik riski yüksək olacaq. Bununla yanaşı, aparılan araşdırmaların nəticələri onu göstərir ki, fiziki aktivlik həyat səviyyəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərə bilər.

    Yeni proqram gücün inkişafını, dözümlülüyü və hisslərin tarazlığını nəzərədə tutan fiziki yüklənmələri getdikcə artırmağı və bunun insan orqanizminə adaptasiya olunmasını təbliğ edir.

    Yeni proqramla bağlı alimlər yaşı 70-dən çox olan 112 könüllü üzərində araşdırmalar aparıb. Onlar iki qrupa bölünüb.

    Birinci qrup gün ərzində hər biri 45 dəqiqə olmaqla, iki dəfə fiziki hərəkətlər edib. Digər qrup isə gün ərzində normal həyat tərzini saxlayıb.

    Araşdırmaların nəticəsində birinci qrupda güc, yeriş sürəti və tarazlıq hissi kimi göstəricilərin artdığı məlum olub.