Səhər yeməyi günün ən vacib qidalanma mərhələsi hesab olunur. Mütəxəssislər günə necə başladığımızın günboyu enerjimizə, diqqətimizə və həzm sistemimizin işinə birbaşa təsir etdiyini deyir.
Lakin çox vaxt diqqətdən qaçan mühüm bir məqam var: səhər nə yediyimiz qədər, hansı qidaları bir-biri ilə qarışdırdığımız da sağlamlığımız üçün həlledicidir.
İk baxışdan faydalı görünən bəzi kombinasiyalar əslində orqanizmi yükləyir, maddələr mübadiləsini zəiflədir və zamanla ciddi problemlərə yol aça bilər. Məsələn, səhər süfrələrinin klassik seçimi olan yumurta və kolbasa bir çox evdə ayrılmaz ikili sayılır. Halbuki emal olunmuş ət məhsullarında olan konservantlar yumurtanın zülalı ilə birlikdə həzm sisteminə əlavə yük yaradır. Bu cür kombinasiyalar uzunmüddətli dövrdə ürək-damar sistemi üçün də riskli hesab olunur. Dietoloqlar yumurtanı daha çox tərəvəz və göyərti ilə birlikdə qəbul etməyi tövsiyə edirlər.
Eyni şəkildə, sağlam qida kimi tanınan süd və bananın birlikdə qəbulu da hər kəs üçün uyğun deyil. Bu qarışıq bəzi insanlarda şişkinlik, ağırlıq hissi və halsızlıq yarada bilər. Xüsusilə həssas mədəsi olanlar üçün süd-banan kombinasiyası səhər saatlarında orqanizmi yormaqdan başqa bir nəticə vermir. Səhər yeməyində tez-tez edilən başqa bir səhv portağal şirəsinin pendir, qatıq və digər süd məhsulları ilə birlikdə içilməsidir. Turş meyvələr süd zülalının həzmini çətinləşdirir, mədə turşuluğunu artırır və yanma hissinə səbəb ola bilər.
Mütəxəssislər sitrus meyvələrini süd məhsullarından bir qədər sonra qəbul etməyi daha sağlam sayırlar. Bir çox insan üçün sadə və tez səhər yeməyi ağ çörək üzərinə mürəbbə və ya bal sürtüb çay içməkdən ibarətdir. Lakin bu cür qidalanma qan şəkərinin sürətlə yüksəlib eyni sürətlə düşməsinə səbəb olur. Nəticədə günün ilk saatlarında yorğunluq, tez acma və diqqət dağınıqlığı ortaya çıxır. Bu cür səhər yeməyi uzunmüddətli perspektivdə maddələr mübadiləsinə də mənfi təsir göstərir. Qəhvə ilə bağlı vərdişlər də ayrıca risk daşıyır.
Acqarına və ya şirin qidalarla birlikdə içilən qəhvə dəmirin orqanizmə sorulmasını azaldır, bəzi hallarda isə hormonal balansı poza bilər. Bu səbəbdən qəhvəni səhər yeməyindən bir qədər sonra içmək daha məqsədəuyğundur. Azərbaycanda geniş yayılmış başqa bir vərdiş isə pendirlə birlikdə şəkərli çay içməkdir. Şəkər kalsiumun mənimsənilməsinə mane olur və bu da sümüklər və dişlər üçün gözlənilən faydanı azaldır. Mütəxəssislər çayı şəkərsiz içməyi və ya şəkər əvəzinə az miqdarda bal istifadə etməyi tövsiyə edirlər. Mütəxəssislərin fikrincə, sağlam səhər yeməyi ağır və qarışıq olmamalıdır. Doğru seçilməmiş qida kombinasiyaları günə halsız başlamağa, həzm problemlərinə və uzunmüddətli sağlamlıq risklərinə səbəb ola bilər. Unutmaq olmaz ki, səhər süfrəsi təkcə günün ilk yeməyi deyil, həm də sağlam həyat tərzinin əsas təməlidir.
Category: Maraqlı
-
Səhər yeməyində bunları birlikdə yemək ZİYANDIR
-
2026-cı At ili bu bürcləri sınağa çəkəcək

2026-cı ilin Şərq təqviminə görə At ili olacağı bildirilir. Hind astroloqları hesab edirlər ki, bu dövr hər kəs üçün eyni dərəcədə uğurlu keçməyəcək və bəzi bürclər üçün ciddi sınaqlarla yadda qalacaq.
Median.Az xəbər verir ki, Hindistanın tanınmış astroloqlarından biri olan Pandit Anirudh Şarma 2026-cı ilin enerjisinin xüsusilə müəyyən bürclərə təzyiq yaradacağını vurğulayıb.
Astroloqun fikrincə, At ili sürət, risk və qəfil dəyişikliklərlə xarakterizə olunur. Bu enerji hər kəs üçün uyğun deyil və xüsusilə səbir, sabitlik və uzunmüddətli planlara öyrəşmiş bürclər bu dövrdə çətinliklərlə üzləşə bilər. Şarma qeyd edir ki, 2026-cı ildə planetlərin düzülüşü bəzi bürclərin həm şəxsi həyatında, həm də karyerasında gərginlik yaradacaq.
Onun proqnozuna görə, Buğa bürcü üçün 2026-cı il maddi və emosional baxımdan sınaq ili olacaq. At ilinin sürətli və dəyişkən enerjisi Buğaların sabitliyə olan ehtiyacına ziddir. Bu səbəbdən maliyyə qərarlarında tələskənlik, iş mühitində anlaşılmazlıqlar və şəxsi münasibətlərdə gərginliklər yarana bilər. Astroloq Buğa bürcünə aid şəxslərə riskli investisiyalardan uzaq durmağı tövsiyə edir.
Xərçəng bürcü də çətinliklərlə üzləşə biləcək bürclər sırasındadır. Şarmanın sözlərinə görə, 2026-cı ildə Xərçənglər üçün emosional dalğalanmalar artacaq. Ailə daxilində problemlər, keçmişdən qalan məsələlərin yenidən gündəmə gəlməsi və psixoloji gərginlik bu bürcün nümayəndələrini yoracaq. Astroloq bildirir ki, Xərçənglər bu il daha çox öz daxili balanslarını qorumağa çalışmalıdırlar.
Əqrəb bürcü üçün isə At ili xüsusilə karyera sahəsində sınaqlar vəd edir. Hind astroloqu hesab edir ki, 2026-cı ildə Əqrəblər iş mühitində gözlənilməz maneələrlə, gizli rəqabətlə və etibar problemləri ilə üzləşə bilərlər. Səhv atılan addımlar uzunmüddətli nəticələrə səbəb ola bilər. Bu baxımdan Əqrəblərə daha ehtiyatlı və strateji davranmaq tövsiyə olunur.
Oğlaq bürcü də astroloqun diqqət çəkdiyi bürclər arasındadır. Şarmanın fikrincə, At ilinin sərbəst və riskli enerjisi Oğlaqların planlı və nizamlı xarakteri ilə uyğun gəlmir. Bu ziddiyyət nəticəsində iş həyatında gecikmələr, planların pozulması və gözlənilməz məsuliyyətlər ortaya çıxa bilər. Astroloq Oğlaqlara 2026-cı ildə hər şeyi nəzarətdə saxlamağa çalışmaq əvəzinə, dəyişikliklərə uyğunlaşmağı məsləhət görür.
Astroloq sonda qeyd edir ki, 2026-cı il çətinliklərlə yanaşı, düzgün davranış və səbir göstərənlər üçün önəmli dərslər ili də ola bilər. Onun sözlərinə görə, At ili riskləri sevməyən bürclər üçün sınaq xarakteri daşısa da, bu dövrü ağılla və təmkinlə keçirənlər gələcək illər üçün möhkəm təməl qura bilərlər./ yenisabah.az -
Qərar verməkdə çətinlik çəkən insanlar ən çox bu rənglərə üstünlük verirlər
Qətiyyətsizlik çox vaxt sadə bir tərəddüd kimi qəbul edilsə də, psixologiyaya görə, bu, birbaşa insanın daxili dünyası ilə bağlıdır. Mütəxəssislər bildirirlər ki, qərar verməkdə çətinlik çəkən fərdlər rəng seçimlərində müəyyən çalarlara meyl edirlər və bu seçimlər emosional ehtiyaclar haqqında vacib ipucları daşıyır.
Median.Az bildirir ki, psixologiyaya görə, qərarsızlıq insanın daxili dünyası, təhlükəsizlik ehtiyacı və stresslə necə mübarizə aparması ilə sıx bağlıdır.
Mütəxəssislər qərar verməkdə çətinlik çəkən şəxslərin gündəlik həyatda müəyyən rənglərə daha çox meyl etdiyini və bu üstünlüyün təsadüfi olmadığını bildirirlər. Bu rənglər ümumi emosional ehtiyaca işarə edir.
Qətiyyətsiz insanların ən çox seçdiyi rənglər
Boz: Arada qalmağın səssiz ifadəsi
Boz, qara və ağın tam ortasında duran bir çalardır. Psixoloqlara görə, bu rəng müəyyən bir tərəfi seçməkdən çəkinən insanların sevimliləri arasındadır. Boz rəngə üstünlük verən insanlar ümumiyyətlə qərarın nəticələrinə görə məsuliyyət daşımaq istəmirlər və seçimləri mümkün qədər açıq qoymağı üstün tuturlar. Bir sözlə, boz “qoy bir az daha düşünüm” əhval-ruhiyyəsinin rəngidir.
Bej: Özünü Təhlükəsiz və Riskdən Uzaq Hiss Etmək Arzusu
Bej – zərif, təvazökar və risksiz bir çalardır. Qərarsız insanların bu rəngi seçmək meyli səhv etmək qorxusu ilə əlaqələndirilir. Mütəxəssislərin fikrincə, bej insanın ətraf mühitlə uyğunlaşmaq istəyini və görünməz qalma meylini əks etdirir. Bu rəng qərar verməkdənsə, münaqişədən qaçmağa üstünlük verən bir psixologiyanı göstərir.
Açıq Mavi: Zehni Sakitləşdirmək üçün Bir Səy
Açıq Mavi sülh və əmin-amanlıq hissi ilə tanınır. Qərarsız insanlar gərgin düşüncə prosesləri və zehni yorğunluq yaşadıqda bu rəngə daha çox meyl edirlər. Psixoloqlar bildirirlər ki, açıq mavi daxili təzyiqi azaldır və düşünmək üçün yer yaradır. Buna görə də, qərar qəbuletmə prosesində olanlar üçün “zehni fasilə” rolunu oynayır.
Pastel Yaşıl: Tarazlığı Qorumaq Arzusu
Pastel yaşıl harmoniya və tarazlıqla əlaqəli çalarlardan biridir. Qərarsız insanların bu rəngə üstünlük verməsi daxili münaqişələri yumşaltmaq və qarşılıqlı məqbul orta yol tapmaq istəyini göstərir. Mütəxəssislərin fikrincə, pastel yaşıl rəng həm özləri, həm də ətraf mühitlə münaqişəsiz irəliləmək istəyən fərdlərin düşüncə tərzini əks etdirir. -
Soyuqdəymə və qripdən qısa zamanda sağalmağın üsulu
Toronto Universitetinin kanadalı terapevt həkimi Brendon Lyu bildirib ki, duzlu məhlulla burunun müntəzəm yuyulması qrip və soyuqdəymə zamanı sağalma prosesini sürətləndirə və dərmanlara olan ehtiyacı azalda bilər.
O, bu barədə “The Daily Mail” nəşrinə açıqlamasında danışıb.Mütəxəssisin sözlərinə görə, söhbət hipertonik duz məhlulu ilə burunun yuyulmasından gedir – bu məhlulda natrium xloridin konsentrasiyası fizioloji məhlulla müqayisədə bir neçə dəfə yüksəkdir. Bu üsul kəskin respirator infeksiya əlamətləri olan insanların iştirakı ilə aparılan tədqiqatda sınaqdan keçirilib.
“Effektin mexanizmi ondan ibarətdir ki, duzlu məhlul burun boşluğundan virus hissəciklərini fiziki olaraq uzaqlaşdırmağa kömək edir, bununla da virus yükünü azaldır. Məhlulun tərkibindəki xlor ionları isə selikli qişanın təbii müdafiə mexanizmlərini əlavə olaraq aktivləşdirir və antimikrob maddələrin istehsalını təşviq edir”, – deyə Brendon Lyu qeyd edib.
-
Bal arıqlamağa kömək edir – onu necə yemək lazımdır?

Bal rasionda olduqda orqanizmə qan şəkərinin səviyyəsini daha səmərəli tənzimləməyə kömək edə bilər. Bu dəyişikliklər aclıq hissinin azalması ilə əlaqəlidir və nəticədə çəkinin azalmasına şərait yarada bilər.
Bu barədə Lent.az məlumat verir:Bal arıqlamaya necə təsir edir?
Yeməyə olan istəyi azaldır
Amerika Diabet Assosiasiyasının məlumatına görə, qanda qlükozanın səviyyəsi kəskin yüksəldikdə iştaha da artır. Bu isə optimal çəkinin qorunmasını çətinləşdirə bilər. Bal şəkərlə müqayisədə daha aşağı qlisemik indeksə malikdir, buna görə də qanda qlükoza səviyyəsini o qədər tez yüksəltmir. Qan şəkərinin daha stabil səviyyədə qalması insanın daha uzun müddət toxluq hiss etməsinə və yüksək kalorili qəlyanaltılara meylin azalmasına səbəb olur.Yağların daha yaxşı parçalanmasına kömək edir
Çəkiyə nəzarət təkcə kalorilərin hesablanması demək deyil. Bal orqanizmə yağları daha effektiv şəkildə parçalamağa və istifadə etməyə kömək edə bilər. Bal qaraciyərdə və qarın nahiyəsində yağ yığılmasını azaltmağa kömək edə bilər. Eyni zamanda, qandakı yağların xaric olunmasına təsir edərək triqliserid və xolesterinin səviyyəsini azalda bilər.Kalorilərin daha effektiv yandırılmasına şərait yaradır
İnsulin hüceyrələrə şəkəri enerji mənbəyi kimi istifadə etməyə kömək edən hormondur. Hüceyrələr insulinə lazımi şəkildə reaksiya vermədikdə insulinrezistentlik yaranır və orqanizm bunu kompensasiya etmək üçün daha çox insulin ifraz edir. İnsulinin artıq miqdarı yağ yığılmasına səbəb ola və arıqlama prosesini çətinləşdirə bilər. Bal hüceyrələrin insulinə həssaslığını artıra bilər, bu da orqanizmin daha çox kalori yandırmasına kömək edir.Onu necə düzgün yemək lazımdır
Bal, ümumiyyətlə, böyüklər üçün təhlükəsizdir və arıqlamağa kömək edə bilər, lakin yenə də şəkər mənbəyidir. Buna görə aşağıdakı məqamlara diqqət yetirmək vacibdir:əgər bal istifadə edirsinizsə, onu digər şirinləşdiricilərin əvəzinə qəbul edin, əlavə olaraq yox;
bir xörək qaşığı bal təxminən 64 kalori və 17 qram şəkər ehtiva edir, buna görə də miqdarı həmişə ölçərək istifadə edin;
tərkibində əlavə şəkər olan ballardan uzaq durun və etiketdəki tərkibi mütləq yoxlayın;
bal ən yaxşı nəticəni balanslı qidalanma, müntəzəm fiziki aktivlik və keyfiyyətli yuxu ilə birlikdə göstərir. -
Bir sutka artıq 25 saat ola bilər
24 saatlıq gün həyatın ən sabit reallıqlarından biri kimi qəbul edilir. Saatlar, təqvimlər, iş cədvəlləri və gündəlik qrafiklər bu zamana uyğun olaraq formalaşır. Lakin elmi dünyada uzun müddətdir müzakirə olunan bir fakt var. Yer kürəsinin fırlanması düşündüyümüz qədər dəyişməz deyil.
Son tədqiqatlar planetin öz oxu ətrafında hərəkətinin çox yavaş, lakin davamlı olaraq yavaşladını və bunun illər ərzində saatları dəyişə bildiyini göstərir.
Alimlər deyirlər ki, Yer kürəsinin fırlanma sürəti həqiqətən tədricən yavaşlayır.
Lakin bu dəyişiklik o qədər yavaş irəliləyir ki, gündəlik həyatımızda hiss olunmur.
Yer kürəsinin öz oxu ətrafında fırlanması sabit deyil. Planet, Ayla cazibə qüvvəsinin qarşılıqlı təsiri səbəbindən çox yavaş, lakin davamlı olaraq yavaşlayır. Okeanlarda qabarma-çəkilmələr Yer kürəsinin fırlanma enerjisinin kiçik hissələrini götürür. Nəticədə, Yer kürəsinin fırlanması yavaşlayır və Ay hər il millimetr uzaqlaşır.
Günəşə görə ölçülən 24 saatlıq gün ilə ulduzlara görə ölçülən gün arasında artıq kiçik bir fərq var.
Üstəlik, bu 24 saatlıq dövr uzun müddətdə sabit qalmır; millisaniyələrlə uzana və qısala bilər. Alimlər bunu əsrlər əvvələ aid atom saatları, astronomik müşahidələr və tutulma qeydləri ilə izləyir.
Əsl sual isə budur: 25 saatlıq gün nə vaxtdır?
Təqvimdə qeyd edilə bilən heç bir tarix yoxdur. Mövcud elmi hesablamalara görə, Yer kürəsində bir günün 25 saata çatması təxminən 200 milyon il çəkə bilər. Buna görə də, bu dəyişiklik insan tarixinə, sivilizasiyalara və ya bu gün istifadə etdiyimiz təqvimlərə əhəmiyyətli dərəcədə təsir edəcək bir zaman çərçivəsində baş verməyəcək. Bundan əlavə, qabarma-çəkilmələr də yeganə amil deyil.
Buzlaqların əriməsi, yeraltı suların yerdəyişməsi və ya planetdə kütlənin paylanmasındakı dəyişikliklər kimi amillər də Yer kürəsinin fırlanmasına çox kiçik dərəcədə təsir göstərə bilər. Lakin bütün bu təsirlər hələ də son dərəcə məhdud və uzunmüddətlidir.
//sfera.az -
Qəhvə içmək qanda şəkərin səviyyəsinə necə təsir edir? – Diyetoloqlar 4 amili sadaladı
Gün ərzində qanda şəkərin səviyyəsi təbii olaraq dəyişir. Lakin diyetoloq Keytlin Bensonun bildirdiyinə görə, insulin müqaviməti və ya diabeti olan insanlarda bu artım daha əhəmiyyətli və uzunmüddətli ola bilər, çünki orqanizm insulinə effektiv reaksiya vermir və ya onu kifayət qədər istehsal etmir.
Bu barədə “Eating Well” yazır.“Yeməkdən sonra hər kəsdə şəkərin səviyyəsi yüksəlir, çünki karbohidratlar qlükozaya parçalanır”, – deyə Benson izah edib.
Bir çox insanın hər səhər bir, hətta iki fincan qəhvə içmək vərdişi olduğu üçün, gündəlik içkinin hər günün başında qan şəkərinə təsir edib-etmədiyi maraq doğura bilər.
Diyetoloq Loren Manaker: “İnsanların əksəriyyətində qan şəkəri səviyyəsi gecə aclığından sonra səhər ən aşağı həddə olur və orqanizm karbohidratları həzm edib mənimsədikcə, yeməkdən sonra yüksəlir”, – deyə bildirib.
Onun sözlərinə görə, qəhvənin özü adətən qan şəkərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olmur. Lakin şəkərli siroplar və bəzi dadlandırıcılar kimi əlavələr qlükoza səviyyəsinin müvəqqəti artmasına gətirib çıxara bilər.
“Əgər qəhvəni yeməkdən sonra içirsinizsə, qan şəkərinə təsir ehtimal ki, minimal olacaq, xüsusən də yemək zülal və sağlam yağlarla zəngindirsə”, – deyə diyetoloq əlavə edib.
Qeyd olunur ki, kofeinə qarşı həssas olan və diabetdən əziyyət çəkməyən şəxslərdə də qan şəkərinin digərlərinə nisbətən daha kəskin artması müşahidə oluna bilər. “Qəhvə bəzi insanlarda qan şəkərini yüksəldə bilər, çünki kofein qaraciyəri əlavə qlükoza ifraz etməyə sövq edən hormonları stimullaşdıra bilər”, – deyə Benson bildirib.
O əlavə edib ki, belə bir effekt insanın kofeinə qarşı həssaslığından və içilən içkinin miqdarından asılıdır.
Buna görə də, diyetoloqlar qəhvə içərkən qan şəkəri səviyyəsinə təsir edən 4 amili qeyd ediblər:
1. İstifadə etdiyiniz dadlandırıcının növü
Son araşdırmalar göstərir ki, gündəlik bir neçə fincan qara qəhvə içmək tip 2 diabetin inkişaf riskinin azalması ilə bağlıdır. Lakin bu, qəhvəyə şəkər və ya süni dadlandırıcılar əlavə edildiyi hallara aid deyil.
2. Əlavə etdiyiniz qaymağın növü
Qaymağın bir çox növü var və hər biri qan şəkərinə fərqli təsir göstərə bilər. Tam yağlı süddən hazırlanan qaymaqlar, tərkibindəki təbii laktoza görə çox miqdarda istehlak edildikdə qan şəkərini bir qədər yüksəldə bilər.
3. Qəhvənin acqarına içilməsi
“Science Direct” saytında qeyd olunduğu kimi, kofein kortizol, adrenalin və noradrenalin kimi stress hormonlarının ifrazını artırır. Bu hormonlar qaraciyərə qlükoza ehtiyatlarını sərbəst buraxmaq barədə siqnal verir ki, bu da qan şəkərinin qəfil yüksəlməsinə səbəb ola bilər.
4. İnsanın kofeinə qarşı həssaslığı
Benson, “Endocrine Abstracts”a istinadən bildirib ki, əgər insan adətən pis yatırsa və ya yüksək stresli işdə çalışırsa, onda kortizol səviyyəsi onsuz da yüksək ola bilər. “Kofein əlavə edilməsi qanda qlükoza artımını daha da gücləndirə bilər”, – deyə o izah edib.
Qəhvə istehlakı ilə bağlı digər tövsiyələr
Daha əvvəl UNİAN-ın verdiyi məlumatda əczaçı Dipa Kamdar səhər qəhvəsinin müəyyən dərmanlarla birlikdə qəbul edilib-edilməyəcəyi barədə məlumat paylaşıb. O, kofeinin beş geniş yayılmış dərman qrupu ilə qarşılıqlı təsiri haqqında ətraflı danışıb. Həmçinin qeyd etmişdik ki, səhər qəhvəsi yalnız oyanmağa kömək etmir, həm də sağlamlığı yaxşılaşdıra bilər. Lakin diyetoloqlar xəbərdarlıq ediblər ki, bu içkinin də öz məhdudiyyətləri və mənfi tərəfləri var.
//qaynar.az
-
Bu duzdan istifadə asılılıq yaradır
Çox vaxt acdıqda və ya tələsəndə fast-fudlara və restoran yeməklərinə üstünlük veririk, lakin onlara Çin duzu vurulduğundan həmin qidalardan asılı vəziyyətə düşürük. Xüsusən uşaqların çox sevdiyi çipslərin, hazır kotletlərin, ət suyu tabletlərinin, hazır şorbaların, rəngli yoqurtların tərkibində Çin duzu var. Mütəxəssislərin dediyinə görə, ənənəvi yeməklərin dadını pozan, qida zövqünü dəyişən də elə Çin duzudur.
Ağızda normal bildiyimiz dörd dad var. Çin duzu onları məhv edərək beşinci umami dadını yaradır. Bu da birbaşa həmin qidalardan, Çin duzu istifadə edilən məhsullardan asılılıq yaradır, daha doğrusu, ağız dadı həmin yeməklərə öyrəşir.
Elmi adı “mono sodium glutamate” olan Çin duzunun orqanizmə ziyanı var. Sintetik mənşəli olduğuna görə orqanizmdə həll olunmur və buna görə də daxili orqanların funksiyalarını pozur. İlk növbədə qaraciyərin fəaliyyətinə mənfi təsir edir, qan dövranını sürətləndirir və ya birdən-birə aşağı saldığına görə ürək-damar sisteminin fəaliyyətinin pozulmasına və qəfil ürək tutmasına aparıb çıxarır.
Həmin qidalardan istifadə edən uşaqlarda hiperaktivlik, diqqət əskikliyi və yorğunluq baş verir. Onlarda həmin qidalara asılılıq yarandığı üçün yenidən qəbul edəndə dərhal enerjiyə malik olur və valideynləri yanıldır.
Həmin asılılıqdan qurtarmaq üçün mütəxəssislər Naxçıvan qaya duzu və ya Himalay duzundan istifadə etməyi məsləhət görürlər.
Qeyd edək ki, Çin duzundan istifadə edilməsi bir çox ölkələrdə qadağan edilib.
-
Yeni il hədiyyəsi seçərkən nələrə diqqət edilməlidir?
“Yeni il üçün seçilən hədiyyə iki əsas meyara cavab verməlidir: təəccübləndirməli və sevinc bəxş etməlidir”.
Piroqov Universitetinin Klinik Psixologiya kafedrasının psixoloqu və dosenti Yelena İvanova bu barədə Gazeta.ru-ya açıqlamasında bildirib.Onun sözlərinə görə, ideal hədiyyə anlayışı zamanla dəyişir. Məsələn, 20 il əvvəl insanlar bir-birlərinə daha çox yataq dəstləri, qab-qacaq və suvenirlər hədiyyə edirdilər. Müasir gənclər isə daha çox pul və ya oyun valyutası hədiyyə etməyə üstünlük verirlər.
Psixoloq qeyd edib ki, aparılan araşdırmalar sürprizin yaxşı hədiyyənin əsas açarı olduğunu təsdiqləyir. Bu səbəbdən konkret bir hədiyyə növü uzunmüddətli populyarlıq qazanmır.
Hədiyyənin uğurunda digər vacib amil onun alıcı üçün arzuolunanlıq dərəcəsidir. Lakin bu zaman sürprizlik prinsipi qismən aradan qalxır.
“Əlbəttə, kimsə bizə diqqət yetirəndə, arzularımızı müşahidə edib düzgün nəticə çıxaranda daha çox sevinc hiss edirik. Bu isə vaxt və səy tələb edir. Nəticədə hədiyyə sevindirməli, konkret şəxs üçün seçilməli və onun maraqlarını, ehtiyaclarını, istəklərini əks etdirməlidir”, – deyə Y.İvanova vurğulayıb.
-
Mühərrik gücünü niyə və kim at gücü ilə ölçməyə başlayıb?
Bu göstərici artıq uzun illərdir avtomobil leksikonunun ayrılmaz hissəsidir və hər bir sürücüyə tanışdır. Bununla belə, az adam həqiqətən düşünür ki, niyə avtomobillərin mühərrik gücü at gücü ilə müqayisə olunur. Bu anlayış o qədər adiləşib ki, təbii qəbul edilir, halbuki müasir avtomobillərin, xüsusilə də sportkarların imkanları artıq bütöv bir at sürüsünün fiziki gücü ilə belə müqayisə olunmur.
Mühərrik gücünü at gücü ilə ölçməyi kimin icad etdiyini və anlayışın yaranma tarixini təqdim edir.
Bu anlayışın mənşəyini anlamaq üçün XVIII əsrə, sənaye inqilabı dövrünə qayıtmaq lazımdır. Termin müəllifi şotland mühəndis və ixtiraçı Ceyms Vatt olub.
Həmin dövrdə mədənlərdə və istehsalat sahələrində əsas hərəkətverici qüvvə atlar idi. Vatt buxar maşınını təkmilləşdirəndə qarşısında çətin marketinq problemi yaranıb: at sahiblərini öyrəşdikləri heyvanlardan imtina edib səs-küylü və anlaşılmaz dəmir mexanizmə keçməyə necə inandırmaq olar? Bunun üçün ona hamı üçün aydın olan bir “məhsuldarlıq ekvivalenti” lazım idi.
Vatt pivə zavodlarında və şaxtalarda yük atlarının işini müşahidə etdi və bir atın blok vasitəsilə yük qaldırarkən gördüyü işi hesablayıb.
Vattın fizikası və hesablamaları – avtomobilin at gücü necə ölçülür?
Fizika baxımından güc vahidi müəyyən zaman ərzində görülən işi ifadə edir. Ceyms Vatt sadə bir nisbətə əsaslanırdı: atın yükü dartdığı və ya qaldırdığı qüvvə qət edilən məsafəyə vurulur, sonra isə sərf olunan vaxta bölünür.
Başqa sözlə, eyni vaxt ərzində nə qədər böyük qüvvə tətbiq olunursa və yük nə qədər uzun məsafə qət edirsə, güc də bir o qədər yüksək olur.
Vatt hesablayıb ki, bir at gücü 1 saniyə ərzində 75 kiloqramlıq yükü 1 metr hündürlüyə qaldırmaq qabiliyyətinə bərabərdir. Bu, metrik sistemdə təxminən 735,5 vata uyğun gəlir. Vacib məqam ondan ibarətdir ki, bu ölçü vahidi sürəti deyil, mühərrikin müəyyən vaxtda görə biləcəyi işi ifadə edir.
Niyə güc hələ də at gücü ilə ölçülür və bu ənənə niyə qorunub saxlanılır?
Bu gün texnologiyalar xeyli irəliləyib və mühərrik parametrlərinin qiymətləndirilməsi üsulları daha dəqiq olub. Müasir laboratoriyalarda avtomobillərin at gücünün necə hesablandığını öyrənmək üçün əsas alət “dinamometrik stend” hesab olunur. Proses belə aparılır:
* Avtomobil aparıcı təkərləri ilə stendin xüsusi diyircəkləri üzərinə yerləşdirilir.
* Mühərrik maksimal dövrlərə qədər işlədilir.
* Stend fırlanma anını və dövrlərin sayını ölçür.
* Bu göstəricilər əsasında yekun güc hesablanır.Bütün dünyada gücün rəsmi ölçü vahidi Beynəlxalq Vahidlər Sistemində Vatt olsa da və bu vahid elə Ceyms Vattın şərəfinə adlandırılsa da, avtomobil istehsalçıları “at gücü” anlayışından imtina etməyə tələsmirlər. Bunun əsas səbəblərindən biri onun hələ də istifadəçilər üçün rahat və anlaşılan olmasıdır.
//qaynar.az







